Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Çavgun
Çavqun (fars. چاوگون‎‎) və ya Çarqun - İranın Qərbi Azərbaycan ostanının Şövt şəhristanı ərazisinə daxil olan kənd. Maku şəhristanının Ətraf bölgəsində, Qaraqoyun kəndistanında, Maku şəhərindən 32 km cənub-şərqdədir. 2006-cı il məlumatına görə kənddə 77 nəfər yaşayır (21 ailə).
Falun
Falun (isv. Falun) — İsveçrənin orta-cənub kəmərində yerləşən bir şəhərdir. Şəhər göllər bölgəsinin bir-neçə kilometr şimalında meşəlik ərazidə yerləşir. Falun həm də Dalarna bölgəsinin qərargahıdır. Falun XIV əsrdə ətrafındaki digər vilayətlər əhəmiyyətli bir bazar şəhəri olaraq inşa edilib. Xüsusən bölgədə yer alan mis ehtiyatları şəhəri dahada əhəmiyyətli etdi. Aparılan araşdırmalara görə bu bölgədəki mis mədənləri dünyanın ən qədim mədənlərindən olduğu kimi, insan əli ilə qazılan ən qədim mis mədənidir. Kral IV Magnus şəhərin bu özəlliklərinə görə 1347 ildə bu bölgəni şəhər halına gətirdi. Mənbələrə görə Falun davamlı olaraq inkişaf etdi və günümüzdə həm isveçin ən böyük şəhərlərindən biri halına gəldi, həm də UNESCO tərəfindən dünya irsi siyahısına alındı. Şəhər günümüzdə İsveçrədə qış idman növlərində qabaqcıl bir şəhər olduğu kimi təhsil sahəsində də əhəmiyyətli yerləşimdir.
Nalus
Nalus (fars. نالوس‎)— İranın Qərbi Azərbaycan ostanının Üşnəviyyə şəhristanının Nalus bəxşində yerləşən bir şəhərdir. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 2,488nəfər və 533 ailədən ibarət idi.
Novlu
Novlu (Qubadlı) — Azərbaycan Respublikasının Qubadlı rayonunun Novlu kənd inzibati ərazi dairəsində kənd. ‎Novlu (Germi) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. Novlu bulaq — Şuşa rayonu ərazisində məşhur bulaqlardan və tarixi yerlərdən biri.
Salun
Salon — Vəhşi Qərb mədəniyyətinə daxil olan və əsasən kovboylar tərəfindən istifadə edilən əyləncə yerləri.
Valun
Valun (rus. валун, ing. boulder, cobble) — cilalanmış iri (girdə) süxur parçası (sal daş), eninə ölçüsü 10 sm və daha çox olur. Buzlaq, delüvial, prolüvial və allüvial mənşəli olur.
Şavun
Şavun-i Süfla (Germi) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. Şavun-i Ülya (Germi) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd.
Gavlan (Hurand)
Gavlan (fars. گولان‎) — İranın Şərqi Azərbaycan ostanının Hurand şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 231 nəfər yaşayır (42 ailə).
Gavlan (Urmiya)
Gavlan (fars. ‎گولان‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 1.084 nəfər yaşayır (263 ailə).
Nablus (şəhər)
Nablus, Шхем (ərəb. نابلس‎; ivr. ‏שְׁכֶם‏‎ — Şxem, antik dövrdə Flaviya Neapolis, lat. Flavia Neapolis) — Nablus əyalətinin inzibati mərkəzi olan Samariyanın tarixi bölgəsində Fələstin Muxtariyyətinə daxil İordan çayının qərb sahilində şəhər. Əhalisi əsasən fələstinlilərdən ibarət təxminən 130.000 min nəfərdir. Şəhər əhalisinin çoxu müsəlmanlardır. Qarizim dağında ayrı bir ərazidə 350-yə yaxın samariyalı yaşayır. Nablus şəhəri İncil dövrünlərdən Xiva tayfasının əsas mərkəzi kimi tanınmışdır. Bizim eradan əvvəl 400-cü ildə şəhər iri mədəniyyət mərkəzinə və samariyalıların müqəddəs yerinə çevrildi. Eramızın əvvəllərində romalılar tərəfindən tutularaq imperator Vespasianın şərəfinə Flavius Neapolis adlandırıldı.
Nablus sabunu
Nablus sabunu (ərəb. صابون نابلسي‎, ṣābūn Nābulsi) — Fələstinin qərb sahilində yerləşən Nablus şəhərində istehsal olunan zeytun yağından hazırlanan sabundur. Onun əsas inqredientləri zeytun yağı (regionun əsas kənd təsərrüfatı məhsullu), su və natrium qələvisidir.
Avun
Avun — Azərbaycan Respublikasıınn Yardımlı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 2001-ci il tarixli, 191-IIQ saylı Qərarı ilə Yardımlı rayonunun Avun kəndi Çay Üzü kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, Urakəran kəndi mərkəz olmaqla Urakəran kənd inzibati ərazi dairəsi yaradılmışdır. == Toponimikası == Yaşayış məntəqəsi adını ərazidəki eyniadlı çaydan almışdır. Toponim yerli əhalinin dilində Ovun kimi tələffüz edilir. Tədqiqatçıların bir qisminə görə, hidronim talış dilindəki ov (su) sözündən və həm məkan, həm də cəmlik bildirən -on şəkilçisindən ibarət olub, "sulu yer" deməkdir. Tədqiqatçıların digər qismi isə bu toponimi "ov, ovlaq" kimi izah edir. Əslində türk dillərində avun "sakitləşdirən, təsəlli verən, ovudan", "ram olan, sakitləşən" deməkdir. Deməli, Avun hidronimini "sakit çay" kimi qəbul etmək daha məqsədəuyğundur. Toponimikada Amur çayının adı da eyni məna ilə açıqlanır. == Tarixi == == Coğrafiyası və iqlimi == Kənd Viləşçayın sahilində, dağətəyi ərazidə yerləşir.
Arpa Kavun
Sultan Müizəddünya vəl-Din Mahmud Arpa xan (? - ö. 1336) — Elxanilər dövlətinin 10-cu hökmdarı (1335-1336). == Həyatı == Arpa xan, Arıq Buğanın nəslindən olub, ailəsi 1308-ci ildə Elxanilər dövlətinə gəlmişdi. Əbu Səidin ölümündən sonra vəzir Qiyasəddin Məhəmmədin himayəsi altında elxanlığa yiyələnmişdi. O, 5 dekabr 1335-ci ildə Qarabağda taxta çıxmışdı. == Hakimiyyəti == Sultan Əbu Səidin ölüm xəbərini almış Özbək xan yenidən Azərbaycana soxuldu və Kür çayına qədər irəlilədi. Arpa xan, 45 gün qızılordalılarla vaxtaşırı vuruşaraq düşməni ölkədən qovmağa nail oldu. Hakimiyyətə gəldikdən sonra Sultan Satıbəy xatunla evlənmişdi. Əmir Həsənə əmir-i ulus titulu verilmişdi.
Mavlu (Sərdəşt)
Mavlu (fars. ماولو‎‎) — İranın Qərbi Azərbaycan ostanının Sərdəşt şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 96 nəfər yaşayır (18 ailə).
Navan (Talış)
Navan (fars. ناوان‎) — İranın Gilan ostanının Talış şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 111 nəfər yaşayır (26 ailə).
Novlu (Germi)
Novlu (fars. نولو‎) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 150 nəfər yaşayır (27 ailə).
Novlu (Qubadlı)
Novlu — Azərbaycan Respublikasının Qubadlı rayonunun Novlu kənd inzibati ərazi dairəsində kənd. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib.Kənd 2020 ci ildən Azərbaycan ordusunun nəzarətinə keçib. 1918 soyqırımına (Q.Nijdenin və A.Ozanyanın başçılığı ilə) tuş gələn obalarından biri olan Novlu kəndi Kəpəz dağının “Qarağac bulağı” və “İmamzadə bulağı” meşəliyi (burada 150-yə qədər yaşı 600 ilə çatan və üzərində qoç heykəlləri qoyulmuş qəbirlər olmuşdur. Mühafizəçisi Gorus şəhərinin Ağbulaq kəndindən olan Seyid Haşım ağa (1875-1960) idi, bu ocaq da barbarlar tərəfindən yandırılmışdır, qoç qəbirləri dağıdılmış və xeylisi aparılmışdır), “Saqqızsultan meşəliyi” (burada ən çox daş vələs və vən ağacları bitirdi. “Vəndam” toponimi bu sözdən yaranıb) əhatəsində yerləşməklə həm də Gorusun müsəlman-türk mənşəli Qurdqalağı, Şamsız, Şirnuxu kəndləri yaxınlığında idi. Novlu kəndinin simsarındakı “Göy qala” dağı və oradakı mağara, “Aynaxlı dərəsi”, Davudlu kəndinin mərkəzindəki “Nəbi bağı” (alma, armud, gilas, qoz, tut ağaclarından ibarət) yerləri Qaçaq Nəbinin adı ilə bağlıdır. Bu kənddəki su dəyirmanı Tapdıq Xudayar oğlu (1883-1972) tərəfindən Gorus çayından ayrılmış qolun üstündə tikilmişdi. Bu dəyirman da düşmən hədəfinə tuş gəlmişdi. Novlu kəndindən Alı, Hüseyn və Təmraz İsmayıl oğullarının, Murtuza Cəfər oğlunun (1875-1965), Məcid Cəfər oğlunun (1876-1964), Şiralı İsa oğlunun (1882-1972), Adil İsa oğlunun (1890-1943), Qara İsmayıl Təmraz oğlunun (qardaşları Cavad və İbadla birgə), Göyüş Hümbətalı oğlunun (1872-1954), Albaba Allahverdi oğlunun (1853-1943, kəndin imkanlı şəxsi olub, həm də döyüşçüləri silah-sursatla təmin edib) müqavimətinə baxmayaraq düşmən əvvəlcədən bu soyqırımına hazırlıq gördüyündən qanlı faciələr bütün yaşayış yerlərini əhatə etmişdir. Novlu kəndinin igid döyüşçüsü Bərxudar Şahbaz oğlunu (1885-1918) haylar Gorus nahiyəsinin Kərəvünc kəndi yaxınlığında qətlə yetirmişlər (onun qardaşları Tanrıverdi və Novruz da bu döyüşlərdə vuruşub), ümumilikdə bu kənddən 35 döyüşçü, Davudlu və Məzrə kəndlərinin 25 dinc sakini həmin illərdə şəhid olmuşdur.
Novlu bulaq
Novlu bulaq — Şuşa rayonu ərazisində məşhur bulaqlardan və tarixi yerlərdən biri. Şuşada ümumiyyətlə 17 məhəllə var idi. Şuşada hər məhəllənin öz bulağı, öz hamamı var idi. 17 bulağın hamısı Şuşa erməni işğalı altında olduğu 30 il müddətində qurudulmuş, 17 məscidin hamısı dağıdılmışdır. Ermənilər bulağın ətrafındakı tikilinin üzərindəki ərəb əlifbasını silib üstünü təzə hazırlanmış xaçlarla örtmüşdülər. Bulaqlar artıq formalaşmış şəhər meydanlarında tikilirdi və bəzi hallarda onlar ümumiyyətlə məhəllə meydanları ansambllarının tərkibinə daxil edilmirdilər, lakin ən izdihamlı ayrı-ayrı küçələrdə və yol ayrıclarında salınaraq, onlara müəyyən şəhərsalma ifadəliliyi verdilər.Bulaqların belə yerləşdirilməsini də sırf mühəndislik və santexnika mülahizələri ilə izah edilir ki, görünür, onların yerini qravitasiya su təchizatı müəyyən edib. Müstəqil memarlıq rolunu oynayan bu bulaq küçə qovşağının bütün kompozisiyasını canlandırır və təşkil edir. Şuşa bulaqlarının əksəriyyəti kifayət qədər yığcam, ölçüləri kiçik, adətən kubik formada, plastik dizaynlı fasad arxitekturasına malikdir. Şuşa bulaqları eyni üslubda hazırlanmış kiçik formalı memarlıq kimi şəhərin küçə və meydanlarının ansambllarını əhəmiyyətli dərəcədə tamamlayır və bəzəyir, ümumşəhər ansamblının üslub vəhdətinə gözəllik verir. Novlu bulaq Şuşanın Malıbəyli kəndində yerləşirdi.
Valun sahəsi
Valun sahəsi (rus. поле валунное, ing. boulder field) — sal daşlarla başdan başa və ya sıx örtülmüş sahə, tərkibində moren valunu, çay, prolüvi və b. Çöküntülər olan süxurların yuyulması, külək vasitəsilə sovrulması və xırda dənəli materialların çıxarılması sayəsində əmələ gəlir.
Veronika Avluv
Veronika Avluv (23 noyabr 1972) — ABŞ pornoaktrisası. Holland, irland və şotland əsillidir. Həyat yoldaşı olan Hans Avluv 2013-cü ildə ürək xəstəliyindən vəfat etmişdir.
Yisus Navin
Yuşə və ya Yeşua (q.yəh. יְהוֹשֻׁעַ בִּן נוּן‎, Yexoşua bin-Nun; süry. ܝܫܘܥ ܒܪ ܢܘܢ,Yəşu bar Non; mənası – "Yahve xilas edir"), xristianlıqda İisus Navin, İsus Navin və ya Yisus Navin (yun. Ἰησοῦς; lat. Iosue), Qafqaz albanlarına görə Esu, islamda Yuşa ibn Nun (ərəb. يُوشَعُ ٱبْنُ نُونٍ‎, Yuşə ibn Nun) — Çıxış və Saylar kitablarında Musanın köməkçisi kimi fəaliyyət göstərmiş, daha sonra Yəhudi Bibliyasının Yuşənin kitabında Musadan sonra İsrail qəbilələrinin başçısı olmuşdur. Bibliyada verilən məlumata görə, o, Çıxışdan əvvəl Misirdə anadan olmuşdur. Coogan, Michael D. A Brief Introduction to the Old Testament. Oxford: University Press. 2009.
İisus Navin
Yuşə və ya Yeşua (q.yəh. יְהוֹשֻׁעַ בִּן נוּן‎, Yexoşua bin-Nun; süry. ܝܫܘܥ ܒܪ ܢܘܢ,Yəşu bar Non; mənası – "Yahve xilas edir"), xristianlıqda İisus Navin, İsus Navin və ya Yisus Navin (yun. Ἰησοῦς; lat. Iosue), Qafqaz albanlarına görə Esu, islamda Yuşa ibn Nun (ərəb. يُوشَعُ ٱبْنُ نُونٍ‎, Yuşə ibn Nun) — Çıxış və Saylar kitablarında Musanın köməkçisi kimi fəaliyyət göstərmiş, daha sonra Yəhudi Bibliyasının Yuşənin kitabında Musadan sonra İsrail qəbilələrinin başçısı olmuşdur. Bibliyada verilən məlumata görə, o, Çıxışdan əvvəl Misirdə anadan olmuşdur. Coogan, Michael D. A Brief Introduction to the Old Testament. Oxford: University Press. 2009.
İsus Navin
Yuşə və ya Yeşua (q.yəh. יְהוֹשֻׁעַ בִּן נוּן‎, Yexoşua bin-Nun; süry. ܝܫܘܥ ܒܪ ܢܘܢ,Yəşu bar Non; mənası – "Yahve xilas edir"), xristianlıqda İisus Navin, İsus Navin və ya Yisus Navin (yun. Ἰησοῦς; lat. Iosue), Qafqaz albanlarına görə Esu, islamda Yuşa ibn Nun (ərəb. يُوشَعُ ٱبْنُ نُونٍ‎, Yuşə ibn Nun) — Çıxış və Saylar kitablarında Musanın köməkçisi kimi fəaliyyət göstərmiş, daha sonra Yəhudi Bibliyasının Yuşənin kitabında Musadan sonra İsrail qəbilələrinin başçısı olmuşdur. Bibliyada verilən məlumata görə, o, Çıxışdan əvvəl Misirdə anadan olmuşdur. Coogan, Michael D. A Brief Introduction to the Old Testament. Oxford: University Press. 2009.
Növdün
Növdün — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. Nöydün oyk, mür. Quba r-nunun eyniadlı i.ə.v.-də kənd. Dağətəyi ərazidədir. Noydun variantında da qeydə alınmışdır. Kənd keçən əsrdə qonşu Şuduq kəndindən aynlmış ailələrin məskunlaşması nəticəsində yaranmışdır. Oykonim tat dilindəki noy/növ (yeni, təzə) və türk dillərindəki dinldın (düşərgə, daya¬nacaq) sözlərindən düzəlib, “yeni düşərgə”, “yeni dayanacaq yeri, kənd” mənasındadır. Təxminən 300 nəfər əhalisi var. 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 310 nəfər əhali yaşayır. Əhalisi tatlardır.
Vinsent Paulun əmlakı
Vinsent Paulun əmlakı (pol. Dworek Wincentego Pola) — Lublin şəhərində yerləşir. Mülkdə şair və coğrafiyaşünas Vinsent Paulun bioqrafik muzeyi yerləşir ki, bu da Lublin muzeyinin bir bölməsidir. Muzeyin yerləşdiyi klassisizm üslubunda olan bina 18-ci əsrin sonlarında Lublin yaxınlığındakı Firleyuvtşizna mülkünün ərazisində inşa edilmiş və Larch Manor adlanırdı. 1804-1810-cu illərdə ev Vinsent Paulun atasına - Fransız Ksaver Paula məxsus idi, bundan sonra ailənin Lvova köçməsi ilə əlaqədar satıldı. 1860-cı ildə Lublin voyevodalığının vətəndaşları bu evi növbəti on yeddi il ərzində ona sahib olan Paul ailəsinə bağışladılar. 1969-cu ildə bina Lublin şəhərinin Kalinovşizna küçəsinə (ev 13) köçürüldü, burada açıq səma altında muzeyin yaradılması nəzərdə tutulurdu, onun ilk obyekti Vinsent Paulun evi idi. 2 dekabr 1972-ci ildə Vinsent Paulun ölümünün yüzilliyində onun bioqrafik muzeyi açılmışdır. Muzeydə Vinsent Paulun əsərlərinin əlyazmaları, kitablarının nəşrləri və onun haqqında olan bioqrafik tədqiqatlar, eləcə də yazışmaları saxlanılır. Bundan əlavə, Paul ailəsinin sənədləri; şairin nəvəsi Juliusz Paulun rəsmləri; 19-cu əsr mebeli; 19-cu əsrin sonu və 20-ci əsrin əvvəllərinə aid açıqcalar toplusu; XIX-XX əsrlərin qəzetləri nümayiş etdirilir.
İfit (Navbolun oğlu)
İfit ( q.yun. Ἴφιτος ) — Navbolun oğlu , Sizifin ulu nəvəsi, Fokida padşahı və arqonavt. O, Kizikin ölümündən sonra müsabiqənin iştirakçısı və Fiv müdafiəçisi idi.
Növün kriteriləri
Növün kriteriləri dedikdə , onları bir-birindən fərqləndirən əlamətlər nəzərdə tutulur. Ancaq heç bir kriteri ayrılıqda iki növü bir-birindən fərqləndirməyə tam imkan vermir. Hər bir kriteri yalnız birgə fəaliyyət zamanı yaxşı nəticə əldə etməyə imkan verir. Növlərin aşağıdakı kriteriləri var. Ən sadə kriteridir. Bu kriteridən istifadə edərək iki növü bir-birindən yalnız xarici və ya daxili quruluşuna görə fərqləndirmək olar. Ancaq bəzən morfoloji cəhətdən fərqlənməyən iki növ bir-birindən genetik, yəni xromosom dəstinə görə fərqlənir. Genetik kriteridən istifadə edərək iki növü bir-birindən onların xromosom dəstinə görə fərqləndirmək olar. Məsələn insanda 46 xromosom olduğu halda, drozofil milçəyində 8 xromosom olur. Ekoloji kriteri vasitəsilə müxtəlif ekoloji bölgələrdə yaşayan iki növü bir-birindən fərqləndirmək olar.