Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Birləşdirməklə nizamlama
Birləşdirməli nizamlama(ing. merge sort, ru. сортировка слиянием) -bir neçə çeşidlənən (giriş) siyahının bir (çıxış) siyahıda birləşdirilməsindən ibarət çeşidləmə üsulu. Birinci siyahının ilk elementi götürülür və ikinci siyahının birinci elementi ilə müqayisə olunur; seçim edildikdən sonra elementin seçildiyi siyahının başlanğıcının göstəricisi növbəti elementə keçir və beləliklə, siyahılardan birinin sonunadək hərəkət edilir. Bu metod bir neçə siyahıya tətbiq edilə bilər. Maraqlıdır ki, iş yalnız siyahıların birinci elementləri ilə aparılır. Birləşdirməli çeşidləmə alqoritmi 1945-ci ildə Con fon Neyman tərəfindən icad olunub. Birləşdirməklə nizamlama alqoritmi Con fon Neyman tərəfindən 1945 -ci ildə ixtira edilmiş, parçala və idarə etmə mexanizminə əsaslanan nizamlama alqoritmidir. Alqoritm ən pis, ən yaxşı və orta halda eyni sayda əməliyyat yerinə yetirir, O(n log n). Ən pis halda tutduğu yer isə O(n).
Birləşdirməli nizamlama

Nizamlama alqoritmi
İnformatikaa nizamlama alqoritmi siyahıdakı elementləri müəyyən bir nizamla (sıra ilə) düzmək üçün istifadə olunan alqoritmdir.
Qabarcıq nizamlama
Qabarcıqlı nizamlama və ya qabarcıqlı sıralama (ing. Bubble sort) — iki qonşu elementi müqayisə etməklə və əgər onlar səhv nizamda isə onların yerini dəyişməklə verilən siyahını təkrarla yoxlayaraq, sıralayan alqoritmdir. Alqoritmin performansı aşağıdakı kimidir: ən yaxşı vaxt = O ( n ) {\displaystyle O(n)} orta vaxt = O ( n 2 ) {\displaystyle O(n^{2})} "5 1 4 2 8" şəklində bir massiv götürək, və massivi artma sırasına görə sıralayaq. Hər bir addımda müqayisə olunan elementlər tünd qara ilə göstərilib. Sona qədər sıralama üçün 3 keçid lazımdır. Birinci keçid: ( 5 1 4 2 8 ) → {\displaystyle \to } ( 1 5 4 2 8 ), Burada alqoritm ilk iki elementi müqayisə edir və 5>1 olduğu üçün 5 ilə 1-in yerini dəyişir. ( 1 5 4 2 8 ) → {\displaystyle \to } ( 1 4 5 2 8 ), 5 > 4 olduğu üçün ( 1 4 5 2 8 ) → {\displaystyle \to } ( 1 4 2 5 8 ), 5 > 2 olduğu ( 1 4 2 5 8 ) → {\displaystyle \to } ( 1 4 2 5 8 ), 5 < 8, heç bir dəyişiklik olmur. İkinci keçid: ( 1 4 2 5 8 ) → {\displaystyle \to } ( 1 4 2 5 8 ) ( 1 4 2 5 8 ) → {\displaystyle \to } ( 1 2 4 5 8 ), 4 > 2 olduğu üçün ( 1 2 4 5 8 ) → {\displaystyle \to } ( 1 2 4 5 8 ) ( 1 2 4 5 8 ) → {\displaystyle \to } ( 1 2 4 5 8 ) Hal - hazırda massiv artma sırasına görə sıralanıb (nizamlanıb). Amma alqoritm bunun belə olduğunu bilmədiyi üçün elementlərin yerini dəyişmədən birdaha elementləri müqayisə edəcək. Üçüncü keçid: ( 1 2 4 5 8 ) → {\displaystyle \to } ( 1 2 4 5 8 ) ( 1 2 4 5 8 ) → {\displaystyle \to } ( 1 2 4 5 8 ) ( 1 2 4 5 8 ) → {\displaystyle \to } ( 1 2 4 5 8 ) ( 1 2 4 5 8 ) → {\displaystyle \to } ( 1 2 4 5 8 ) Python dilində implementasiya aşağıdakı kimi olar.
Qabarcıqlı nizamlama

Qalaq nizamlama
Qalaq sıralama alqoritmi (ing. heapsort) - massivin elementlərini qalağa yığmaqla həyata keçirilən sıralama qaydasıdır. İlk mərhələdə verilənlər ikilik qalaq qaydasında birincilik növbəsinə yığılır. İkinci addımda isə elementlər bir-bir növbədən götürülərək massivdə bunun nəticəsində boşalmış yerə yerləşdirilir.
Təsadüfi nizamlama
Təsadüfi nizamlama və ya Axmaq nizamlama - kompüter elmlərində yalnız təhsil(nümunə) məqsədilə istifadə olunan səmərəsiz nizamlama alqoritmidir. Bir dəstə oyun kartını bu alqortim ilə nizamlamaq istəndiyində, dəstənin sıralı olub olmadığına baxılar, əgər dəstə sıralı deyilsə havaya atılaraq yerə düşən kartlar yenidən toplanır. Bu əməliyyat kartlar sıralanana qədər davam edir.
Nişanlama dili
Nişanlama dili — mətn sənədinin strukturunu, formatını və ya hissələri arasındakı əlaqəni idarə etmək üçün mətn sənədinə daxil edilmiş simvollar toplusundan ibarət mətn kodlaşdırma sistemi. Nişanlama dili mətndə kursivləri, altçizgiləri, abzasları, bölüm başlıqlarını göstərmək imkanlarına malik hər hansı dilə deyilir. Nişanlama tez-tez sənədin görünüşünü idarə etmək və ya avtomatlaşdırılmış emalı asanlaşdırmaq üçün məzmununu zənginləşdirmək məqsədilə istifadə olunur. Nişanlama dili sənədə hansı nişanlama məlumatının daxil edilə biləcəyini və insanların və kompüter proqramlarının istifadəsini asanlaşdırmaq üçün onun sənədin məzmunu ilə necə birləşdirildiyini tənzimləyən qaydalar toplusudur. İdeya və terminologiya ənənəvi olaraq müəlliflərin əlyazmaları üzərində qırmızı qələm və ya mavi karandaşla yazılan kağız əlyazmaların nişanlanmasından inkişaf etmişdir. Tipoqrafiya və təqdimata diqqət yetirən köhnə nişanlama dillərinə Troff, TeX və LaTeX daxildir. Scribe və XML kimi ən müasir nişanlama dilləri sənəd komponentlərini (başlıqlar, paraqraflar və cədvəllər) müəyyən edir, məsələn, üslublar cədvəli kimi texnologiya formatlaşdırma və ya digər prosesləri tətbiq etmək üçün istifadə olunacaq. Geniş istifadə olunan HTML kimi bəzi nişanlama dilləri əvvəlcədən müəyyən edilmiş təqdimat semantikasına malikdir, yəni onların spesifikasiyası strukturlaşdırılmış məlumatların konkret mediada təqdim edilməsinin bəzi aspektlərini təyin edir. HTML, DocBook, Open eBook, JATS və bir çox başqaları kimi SGML və XML nişanlama meta-dillərinə əsaslanır. Yəni, SGML və XML dizaynerlərə hansı elementlərin, atributların və digər xüsusiyyətlərin icazə verildiyini və harada olduğunu müəyyən edən xüsusi sxemləri müəyyən etməyə imkan verir.
Nakahama Manciro
Nakahama Manciro (中濱 万次郎, 27 yanvar 1827 – 22 noyabr 1898, Tokio[d]), eləcə də, digər adları ilə Con Manciro (ing. John Manjirō) və ya Con Mun (ing. John Mung) – ABŞ-yə gedən ilk yaponlardan biri. Yaponiyaya qayıdandan sonra Tokuqava şoqunluğu və Meyci hökuməti üçün işləməyə başlamış, tərcüməçi və təlimçi olmuşdur. Manciro ABŞ səfərindən əvvəl 1827-ci ildə Tosa əyalətində doğulmuş adi balıqçı idi. 1841-ci ildə Manciro dörd balıqçı ilə birlikdə dənizdə qəzaya uğramış və Tokionun 570 kilometr cənubunda yerləşən və heç kimin yaşamadığı Torişima adasında quruya çıxmışdır. Dörd ay sonra ABŞ-yə məxsus "John Howland" balina ovu gəmisi onları xilas etmişdir. Gəmi onu yoldaşlarını Havay adalarında qoysa da, kapitan Vilyam Vitfild Mancironun intellektindən təsirlənmiş və onu ABŞ-yə dəvət etmişdir. Vitfildin dəstəyi ilə o, Massaçusets ştatının Feyrheyven şəhərində yerləşən məktəbdə oxumuş, çəlləkçilik və balina ovu ilə məşğul olmuşdur. 1849-cu ildə Kaliforniyaya gedərək qızıl hərisliyində iştirak etmişdir.
Sürətli nizamlama (Quicksort)
Sürətli nizamlama (ing. Quicksort) alqoritmi Tony Hoare tərəfindən 1959 -cu ildə hazırlanmış və 1961 -ci ildə nəşr olunmuş, nizamlama alqoritmidir. Sürətli nizamlama alqoritmi rekursiv alqoritmdir, parçala və idarə etmə alqoritminə əsaslanır. Sürətli nizamlama alqoritminin riyazi analizləri göstərir ki, alqoritm n elementi nizamlamaq üçün ortalama O(n log n) müqayisə əməliyyatı yerinə yetirir. Ən pis halda isə O(n2) əməliyyat yerinə yetirir. Sürətli nizamlama alqoritmi parçala və idarə etmə alqoritmidir. Sürətli nizamlama əvvəlcə massivi iki kiçik massivə bölür: kiçik elementlər massivi və böyük elementlər massivi. Sonra rekursiv olaraq bu massivləri sıralayır. Massiv boş olduqda və bir elementdən ibarət olduqda onu nizamlamağa ehtiyac olmur. Bu iki hal sürətli nizamlama alqoritmində əsas hal (base case) adlandırılır.
Əlavə etməklə nizamlama
Artırmalı nizamlama (ing. insertion sort ~ ru. сортировка вставкой ~ tr. eklemeli sıralama) – siyahıda bir elementdən başlayıb, yeni elementləri bir-bir lazım olan yerlərə qoymaqla siyahının yenidən qurulmasından ibarət nizamlama alqoritmi. Artırmalı nizamlama massivlərlə işlərkən səmərəli olmur (elementlərin daim yerlərini dəyişdirilməsi səbəbindən), ancaq əlaqəli siyahıların çeşidlənməsi üçün ideal uyğun gəlir. Proqramlaşdırması olduqca sadə olan ancaq performans baxımından digər sıralama alqoritmlərindən zəifdir. Alqoritmin adı seçilən elementin sıralanmış massivdə uyğun yerə əlavə edilməsindən gəlir. İşləməsinə aşağıdakı nümunə üzərində baxaq. 3 4 2 8 ilk rəqəmdən başlayaq.(3) Birinci gedişdə sadəcə 3 sıralanır yəni heç nə etmirik. 3* 4 2 8(* simvolu O ana qədər sıraladığımız rəqmləri göstərir.
Avaci Şəhər Nakahama Minoru Pişik İncəsənəti Muzeyi
Avaci Şəhər Nakahama Minoru Pişik İncəsənəti Muzeyi (淡路市立中浜稔猫美術館, Avaci-şi Nakahama Minoru Neko Bicutsukan) – Yaponiyanın Hyoqo prefekturasının Avaci şəhərində yerləşən muzey. Muzey rəssam Minoru Nakahama tərəfindən çəkilmiş pişik sumi-elərinə həsr olunmuşdur. == Tarixi == Minoru Nakahama 1977-ci ildən etibarən mürəkkəblə çəkdiyi pişik rəsmlərindən ibarət sərgilər təşkil edir. O, bu sahə üzrə aparıcı fiqurlardan biri hesab olunur. Muzey 15 mart 2000-ci ildə açılmışdır. == Ekspozisiya == Muzey dünyada incəsənətə həsr olunmuş ilk pişik muzeyidir. Burada Avaci şəhərində doğulmuş rəssam Minoru Nakahama tərəfindən çəkilmiş pişik sumi-eləri sərgilənir. İki mərtəbədən ibarət muzeydə pişikləri təsvir edən 120 rəsm və keramika məmulatı nümayiş etdirilir. Muzeyin kolleksiyasına 7000 pişik təsviri daxildir. Birinci mərtəbədə sərgi "Məhəllə portretləri" adlı 20 metr uzunluğundakı əsər ilə başlayır.