Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Nişava çayı
Nişava çayı (bolq. Нишава; serb. Нишава / Nišava) — Bolqarıstan və Serbiyada çay. Cənubi Moravanın sağ qolu. Çayın uzunluğu - 218 km-dir. Cənubi Moravanın ən uzun qoludur. Nişava mənbəyini Bolqarıstanın qərbində Stara Planina adlanan Balkan dağlarında, Kom dağının şərqində (2106 m), Serbiya ilə sərhədə yaxın Gintsi kəndi yaxınlığından götürür. Çayın yuxarı axını bəzən Gintsi kəndinin adı ilə Ginska adlanır. Qodeç şəhərinin yaxınlığından axır, sonra Razboişte kəndindən keçir, sonra dərə əmələ gətirir. Dərədən çıxdıqdan sonra sərhəddəki Kalotina kəndinə çatır və sonra Serbiya ərazisindən axır.
Nızrava (Salmas)
Nızrava və ya Nəzərabad (fars. نظراباد‎) — İranın Qərbi Azərbaycan ostanının Səlmas şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 619 nəfər. yaşayır (107 ailə).