Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Siyablı
Siyablı — Azərbaycan Respublikasının Lənkəran rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalisi 334 nəfərdir. == Toponimiyası == Oykonimin düzgün variantının Siyabili olduğu söylənilir. Tədqiqatçılar bu coğrafi adı talış dilinin materialları əsasında “qara ördək“, “qara sulu“, “qara sucaq yer“ mənalarında izah edir, hətta siyablı nəsil adı ilə də bağlayırlar. == Tarixi == 25 oktyabr 2011-ci ildə Azərbaycan Respublikasının Milli Məclisinin qərarı ilə Şovu, Təngivan və Siyablı kəndləri Rvo kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, mərkəzi Şovu kəndi olmaqla Şovu kənd inzibati ərazi dairəsi yaradılmış və Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrinə daxil edilmişdir.
Niqab
Niqab — üzü təbii təsirlərdən və bəd niyyətlərdən qorumaq üçün gözlərdən başqa bütün üzü və ya bir hissəsini örtmək üçün istifadə edilən bir növ pərdə. == Mənşə == Niqab sözünün mənşəyinin ərəbcə piçe istifadəsindən gəldiyi bir fərziyyədir. Digər iddia isə onun italyanca kiçik parça mənasını verən "pezzoto" sözündən götürülməsidir. Başqa dillərdə də niqab əvəzinə burku, peçe, vesvesa, rubənd kimi sözlər işlədilir. Yarandığı andan Semit tayfalarının ənənəsi olan örtünün sübuta yetirilə bilən tarixi eramızdan əvvəl IV əsrə təsadüf edir. == İstifadəsi == Niqab üzü xarici təsirlərdən fiziki olaraq qoruyan örtükdür. Bu səbəbdən səhra mühitində günəş şüalarına və külək əsən qumlara qarşı qoruyucu funksiyanı yerinə yetirir. Niqab alnın yuxarı səviyyəsində baş örtüyünə və ya çarşaba bağlanan və istifadə olunmayanda başın üstündən atılan parçadır. Hicab nöqteyi-nəzərindən üzün də örtülməsi müxtəlif coğrafiyalarda geniş yayılmışdır. Bəzi bölgələrdə, xüsusən də müsəlman, hindu və sikx əhalisinin sıx yaşadığı ölkələrdə qadınlar arasında geniş istifadə olunur.
Murad Niyazlı
Aşıq Murad Niyazlı (tam adı:Murad Babaxan oğlu Həsənov; 1933, Aşağı Şorca, Basarkeçər rayonu – 20 yanvar 2005, Şəmkir rayonu) — XX əsrdə tanınmış ustad aşıq, şair. == Həyatı == Aşıq Murad Niyazlı 1933-cü ildə Göyçə mahalının Aşağı Şorca kəndində "Niyazlılar" tayfasında doğulmuşdur. Muradın atası 1941-ci ildə Böyük Vətən Müharibəsinə könüllü getmişdir. Muradın anası Tamam 1942-ci ildə Göyçə mahalından köçərək uşaqlarını da götürüb Şəmkirin Dəllər Cəyir kəndindəki qohumlarının yanında məskunlaşıblar. Aşıq Murad Niyazlı Şəmkirdə yaşayarkən 1949-cu ildən əvvəlcə Aşıq Əsədin, ordu sıralarından qayıtdıqdan sonra isə 1954-1959-cu illərdə Aşıq Əsədin qardaşı Aşıq Məhəmməd Rzayevin yetirməsi olmuşdur. Murad Niyazlının sənətkartək yetişməsində Morullu Aşıq Teymurun da xidmətləri az olmamışdır. 1952-1954-cü illərdə hərbi xidmətdə olub. Aşıqların IV qurultayında İdarə Heyətinin üzvü seçilmişdir.1990-cı ildə Türkiyədə keçirilən folklor festivalının qalibi kimi tanınan Murad Niyazlı 1960-cı illərdən Şəmkir rayon mədəniyyət şöbəsinin nəzdində fəaliyyət göstərən aşıqlar ansamblına rəhbərlik edib.Qardşı Aşıq Mirzə Niyazlı, İdris Həmzəyev, Oqtay Hüseynov və digər şəyirdləri olub. Murad Niyazlı 2005-ci il yanvarın 20-də Şəmkir rayonunda vəfat etmiş Dəllər Cəyir kənd qəbirsanlığında dəfn edilmişdir. == Yaradıcılığı == Aşıq şeirinin bütün formalarında qələmini sınayan Murad Niyazlı həm də “Muxtar bəy” və digər dastanların yaradıcısı kimi tanınıb.
Nizamlı ordu
Nizamli ordu — bir dövlətin və ya ölkənin rəsmi ordusu, silahlı qüvvələri. Könüllü nizamsız milislər, özəl ordulər, muzdur əsgərlərdən təşkil olunan nizamsız ordunun əksinə, nizamlı ordunun daimi ordusu və hərbi ehtiyatları var. Birləşmiş Krallıq və Birləşmiş Ştatlarda nizamli ordu termini peşəkar daimi fəal orduya aid edilir. == Ədəbiyyat == Vudvard, Deyvid. Armies of the world, 1854–1914 (ingilis). London: Sidgwick & Jackson, cop. 1978. ISBN 0-283-98243-8.
"Nişanlı qız-oğlan" ziyarətgahı
"Nişanlı qız-oğlan" ziyarətgahı — Şəki rayonu ərazisində ziyarətgah. Baş Layısqı kəndi ilə Şin kəndi arasında yerləşir. == Rəvayət == Kənd ağsaqqalarının rəvayətinə görə, bir zamanlar Nişanlı qız və oğlan qoşulub qaçarkən bu ərazidə öldürülmüşlər. Ondan sonra bu ərazi ziyarətgaha çevrilmişdir.
Niqab (baş örtüsü)
Niqab — üzü təbii təsirlərdən və bəd niyyətlərdən qorumaq üçün gözlərdən başqa bütün üzü və ya bir hissəsini örtmək üçün istifadə edilən bir növ pərdə. == Mənşə == Niqab sözünün mənşəyinin ərəbcə piçe istifadəsindən gəldiyi bir fərziyyədir. Digər iddia isə onun italyanca kiçik parça mənasını verən "pezzoto" sözündən götürülməsidir. Başqa dillərdə də niqab əvəzinə burku, peçe, vesvesa, rubənd kimi sözlər işlədilir. Yarandığı andan Semit tayfalarının ənənəsi olan örtünün sübuta yetirilə bilən tarixi eramızdan əvvəl IV əsrə təsadüf edir. == İstifadəsi == Niqab üzü xarici təsirlərdən fiziki olaraq qoruyan örtükdür. Bu səbəbdən səhra mühitində günəş şüalarına və külək əsən qumlara qarşı qoruyucu funksiyanı yerinə yetirir. Niqab alnın yuxarı səviyyəsində baş örtüyünə və ya çarşaba bağlanan və istifadə olunmayanda başın üstündən atılan parçadır. Hicab nöqteyi-nəzərindən üzün də örtülməsi müxtəlif coğrafiyalarda geniş yayılmışdır. Bəzi bölgələrdə, xüsusən də müsəlman, hindu və sikx əhalisinin sıx yaşadığı ölkələrdə qadınlar arasında geniş istifadə olunur.
Kiqali
Kiqali (ing. Kigali) — Ruandanın paytaxtı və ən böyük şəhəri. Əhalisi 2010-cu ilin hesablamalarına görə 1 029 384 nəfərdir. Sahəsi 730 km² təşkil edir. Ölkənin siyasi, iqtisadi və mədəni mərkəzi, əsas nəqliyyat qovşağıdır. Şəhərin əsası 1907-ci ildə alman kolonistləri tərəfindən qoyulmuş və 1962-ci ildə ölkə müstəqillik əldə etdikdən sonra paytaxt statusu qazanmışdır. Ölkənin əvvəlki ənənəvi mərkəzi şəhəri Nyanza, kolonial paytaxtı isə Butare olsa da, müstəqillikdən sonra yeni paytaxt seçilərkən Kiqalinin ölkənin mərkəzi hissəsində yerləşməsi məhz onun seçilməsində həlledici rol oynamışdı.
Nigabad (Miyanə)
Nigabad (fars. نقااباد‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 234 nəfər yaşayır (70 ailə).
Cığalı təcnis
Cığalı təcnis – qoşma qəlibi üzərində yaradılan, lakin hər bəndin ikinci misrasından sonraya cığa kimi cinas bayatı əlavə olunan təcnis növü. Cığalı təcnis aşıq poeziyasının mürəkkəb və son dərəcə melodik şəkillərindən biridir. Təcnisin ilk iki misarasından sonra çığa gəlir. "Cığa" burada yaraşıq, bəzək mənasında işlədilir. Cığalı təcnisin uyğun bəndindəki ilk iki misra hansı cinasın üzərində qurulursa, oraya daxil edilən cığa-bayatı da həmin cinas üstündə olmalıdır. Cığa vəzifəsi yerinə yetirən cinas bayatı arasına daxil olduğu təcnis bəndinin məzmunu ilə yaxından səsləşməli, oradakı poetik qənaəti daha da qüvvətləndirməlidir. Cığa-bayatının qafiyələri də təcnisin qafiyələri kimi cinas olur. Əsas mətnlə cığa arasında qafiyə fərqi olsa da, məna, məzmun baxımından onlar bir-birini davam etdirir və tamamlayırlar. Bir sıra hallarda təcnislə cığanın qafiyələri də eyni olur. Məsələn: Azərbaycan aşıqları arasında cığalı təcnislərə daha çox Aşıq Alının, Aşıq Ələsgərin, Həsən Xəyallının, Sərraf Şiruyənin yaradıcılığında rast gəlinir.
Daryuş İqbali
Daryuş İqbali - Müğənni == Həyatı == 1951-ci il fevralın 4-də İranın Şərqi Azərbaycan əyalətinin Miyana şəhərində mülkədar ailəsində anadan olub. Uşaqlıq illərini həmin şəhərdə keçirən Daryuş 9 yaşındaykən məktəbdə musiqi və tamaşa proqramlarında iştirak edib. Orta təhsilini Tehranda davam etdirən müğənni 1971-ci ildən musiqi ilə ciddi şəkildə məşğul olmağa başlayıb. Həmin il o, «Be mən nəqu ke duset darəm» («Demə ki, sevirəm səni») mahnısı ilə məşhurlaşıb. 1975-ci ildə o, mahnılarında şah rejimini hədəfə aldığı üçün 9 ay həbsdə olub. İran mətbuatı ölkənin keçmiş təhlükəsizlik idarəsinin (SAVAK) diktəsi ilə həbsi Daryuşun «narkoman olmasıyla» əlaqələndirib. Sonralar təhlükəsizlik qüvvələri müğənninin siyasi məzmun daşıyan «Cəngəl» («Meşə»), «Pəriya», «Rəhai» («Qurtuluş») mahnılarına görə tutulduğunu etiraf edib. İran İslam Respublikası bərqərar olmazdan (1979-cu il) az əvvəl ölkəni tərk edən müğənni əvvəlcə Böyük Britaniyada, bir müddət sonra isə ABŞ-də məskunlaşıb və musiqi fəaliyyətini davam etdirib. Xaricdə yaşadığı son 30 ildə müğənni dəfələrlə dünyanın müxtəlif ölkələrində, o cümlədən də ABŞ, İngiltərə, Almaniya, Yaponiya və Kanadada çoxlu konsertlər verib. Daryuş İran inqilabından əvvəl bir müddət narkotik maddələrə qurşandığına etiraf etsə də, sonralar narkomanlıqdan qurtardığını, bu bəlaya qarşı ictimai fəaliyyət aparıb.
Çığalı (Məlikan)
Çığalı (fars. چغالو‎) — İranın Şərqi Azərbaycan ostanının Məlikan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 485 nəfər yaşayır (115 ailə).
Niğdəli Mustafa Paşa
Niğdəli Mustafa Paşa (v. 12 mart 1632, Konstantinopol, Osmanlı imperiyası) — II Osman və IV Murad səltənətlərində müxtəlif vəzifələrdə xidmət edən Osmanlı dövlət xadimi, kaptan-ı dəryası. Həyatının ilk illəri haqqında yetərli məlumat yoxdur. İndiki Niğdə bölgəsindən devşirilərək yeniçəri ocağına alınmış, burada yetişmişdir. Müxtəlif vəzifələrdə xidmət etdikdən sonra 1620-ci ildə yeniçəri ağalığına yüksəldi. Bu vəzifədə ikən II Osmanın Lehistan səfərinə qatıldı. Ancaq Sultan Osmanın səfər boyunca yeniçərilərdən narazılığı səbəbilə, səfərin ardından 1621-ci ilin dekabrında kaptan-ı dərya təyin edilərək yeniçəri ocağından uzaqlaşdırıldı.Bu vəzifədə cəmi 6 ay qalan Mustafa Paşa Sultan Osmanın taxtdan endirilərək öldürülməsi və əmisi Sultan Mustafanın yenidən taxta çıxarılmasının ardından vəzifədən alındı. 1629-cu ildə dəftərdar, 1631-ci ildə isə vəzirlik rütbəsilə baş dəftərdar təyin olundu. Qısa zamanda Sultan Muradla yaxın əlaqələr saxladı və onun ən yaxın adamlarından birinə çevrildi. Bu səbəblə bir çox saray əyanı, eləcə də Sultan Muradın səltənətindən narazı qalan qruplaşmalar tərəfindən hədəf seçilənlərdən biri oldu.
Mir Həmzə Nigari
Mir Həmzə Nigari (1805, Cicimli, Laçın rayonu – 1885, Amasya) — Sufi şairi, təsəvvüf alimi. == Həyatı == Mir Həmzə Seyid Nigari Qarabaği təkkə-təsəvvüf ədəbiyyatının nümayəndəsi, nəqşibəndi şeyxidir. Qarabağ xanlığının Bərgüşad mahalının (indiki Laçın rayonunun) Cicimli kəndində 1805-ci ildə dünyaya gəlmiş Qarapapaq türklərindəndir. Atası Mir Paşa (türk mənbələrində Seyid Əmir Paşa) təxəllüsü ilə tanınan Mir Rüknəddin Əfəndi, anası isə Qız Xanım adı ilə tanınan Xeyrənsə Xanım olmuşdur. Həmzə Nigari təhsilini Şəkinin Dəhnə kəndində dövrün alimlərindən dərs alaraq tamamladıqdan sonra mürşid axtarmaq məqsədilə səyahətə çıxmışdır. Yolçuluğu sırasında Mövlanə Xalid Bağdadinin adını eşitmiş və Bağdada getmək üçün yola çıxmış, ancaq Xarputa çatanda Mövlanə Xalidin vəfat etməsi xəbərini almış, sonra Sivasa gəlmiş, daha sonra isə Qarabağa qayıtmışdır. Qarabağda ikən cəddi əmcədi Həzrət Əlinin mənəvi işarəsi ilə "Hər bir nəfəsi Məsih-əsa, hər bir nəzəri nazir-i kimya" dediyi İsmayıl Şirvaniyə mürid olmaq üçün Kürdəmirə gəlmişdir. Şeyx İsmayılın müridi olmuşdur. Kürdəmirdə şeyxin yanında mənəvi tərbiyyəsinə başlayan Həmzə Nigari şeyxini təqib edərək ardından Anadoluya gəlmiş, Sivas və Amasiyada müxtəlif fasilələrlə 20 ildən çox şeyxinin yanında qalmışdır. Həmzə Nigari İsmayıl əfəndidən izin alaraq, müqəddəs məkanları ziyarət üçün səfərə çıxmış, əvvəlcə Konyaya Mövlana Cəlaləddin Rumi türbəsinə, sonra isə Məkkə, Mədinə, Şam, Qüds şəhərlərinə getmişdir.
Mirhəmzə Seyyid Nigari

Əbülhəsən xan İqbali Azər
Əbülhəsən xan Musa xan oğlu İqbali Azər (1870, Qəzvin ş., Əlvənd k. — 05.02.1971, Təbriz)—Azərbaycan müğənnisi, Təbriz şəhərinin meri. == Həyatı == Əbülhəsən xan Musa xan oğlu 1870-ci ildə Qəzvin vilayətinin Əlvənd kəndində anadan olmuşdu. Mükəmməl mədrəsə təhsili almışdı. Təbrizdə yaşamış, gənc yaşlarından istedadlı və muğamı dərindən bilən sənətkar kimi tanınmışdır. 1905–1911 illərdə İran inqilabına qoşulmuş, Səttar xan ona "İqbali Azər" adını vermişdir. Əbülhəsən xan gözəl tembrli, məlahətli, güclü səsə malik xanəndə idi. Onun ifasında "Şur", "Çahargah", "Mahur", "Əbu — əta", xüsusilə, "Segah" muğamları yüksək emosional tərzdə səslənmişdir. Özünəməxsus üslubda ifa etdiyi "Segah" muğamı İranda "Əbülhəsənxan segahı" adı ilə məşhurlaşmışdır. Əbülhəsən xanın səsi 1914-cü ildə Tiflisdə "Qrammofon" şirkəti tərəfindən vala yazılmış, bu şəhərdə konsertləri olmuşdur.