NAQABİL

sif. [ fars. na… və ər. qabil]
1. Nalayiq, yersiz, münasibətsiz.
Müdir cənablarına minnətdar olub, naqabil sözümdən üzr istəyirəm. Mir Cəlal.
[Nənəqızın] dilinə naqabil kəlmə gəlməz, ağzından tikanlı söz çıxmazdı. Ə.Vəliyev.

// İs. mənasında. Nalayiq, ləyaqətsiz adam; qanmaz.
Nə işim var, naqabilə söz deyəm, damağına ya dəyməyə, ya dəyə. (Məsəl).
Əlli min suxtə, əlli min sail; Əlli min hoqqabazi-naqabil. S.Ə.Şirvani.

2. İmkansız, mümkün olmayan; çətin, mahal. O, naqabil bir işdir.
3. Əxz etməyə, götürməyə qabiliyyəti, istedadı olmayan; qeyri-qabil. Tərbiyəyə naqabil.

Sinonimlər (yaxın mənalı sözlər)

  • NAQABİL naqabil bax ləyaqətsiz
NAKİŞİLİK
NAQAFİL

Digər lüğətlərdə