Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Novdan
Novdan-İranın Fars ostanının Kazerun şəhristanının Kuhmərə bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 2,589 nəfər və 581 ailədən ibarət idi.
Ovdan
Ovdan — suyu yığıb saxlamaq üçün üstü tikili yeraltı hovuz, nohur. == Məzmun == Ovdanlar əsasən yeraltı torpaq sularından qidalanırlar. Ovdana giriş əsasən küləyin əks tərəfindən qoyulur. Ovdan 2 hissədən ibarət olur. Yeraltı və yerüstü hissələrdən. Yeraltı giriş pilləkənlər vasitəsilə olur. Əgər ovdan yağış suyu yığılması üçündürsə, pilləkənlərin axırındakı hovuzlar quyularla əvəz edilir. Ovdanlar əsasən yol ayrıcında, karvan yolunun yaxınlığında tikilərmiş. Ovdanların yanında yolçuların istirahəti üçün ağac əkilərmiş. Ovdanlar həmçinin yolçuların susuzluğunu aradan qaldırmaq üçün də nəzərdə tutulurmuş.
Ovdan (Balaxanı)
Ovdan — Şirvanşah əmiri Xacə Zeynəddinin göstərişi ilə XIV əsrdə Balaxanı qəsəbəsində tikilmiş ovdan. Ovdan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb. == Haqqında == Balaxanı qəsəbəsində yerləşən ovdan şirvanşah əmiri Xacə Zeynəddinin göstərişi ilə XIV əsrdə inşa olunub. Pilləkənlərin quruluşu Şirvanşahlar sarayında olduğu kimi, bir qədər hündürdür. Ehtimal olunur ki, Qum hamamı inşa edildikdən sonra ilk dövrlər Ovdandan götürülən su ilə təchiz olunub. Ovdan mənbəyindən su götürmək üçün 40 pilləkəni üzü aşağı düşmək lazımdır. Pilləkənlər lay daşlardan yonulub, düz su mənbəyinə qədər enir. Ovdanın çox az bir hissəsi torpağı üzərində, əsas hissəsi torpağın altındadır. Ovdanın girişindən su mənbəyinə qədər üzü aşağıya 15 metr məsafə var. Tikilinin yerin altındakı hissəsinin tağvari dəhliz şəklində olması üzərindəki torpaq qatı ağırlığının təzyiqi nəticəsində çökməsi ehtimalını heçə endirir.
Ovdan (Şirvanşahlar)
Şirvanşahlar sarayı və ya Şirvanşahlar saray kompleksi — Şirvanşahlar dövləti hökmdarlarının Bakı şəhərində yerləşən köhnə iqamətgahı. Kompleksə saraydan başqa Divanxana, Şirvanşahlar türbəsi, Şah məscidi, Saray hamamı, ovdan, saray alimi Seyid Yəhya Bakuvinin türbəsi və Keyqubad məscidinin qalıqları daxildir. Saray kompleksi XIII əsrdən XVI əsrə qədər müddət ərzində tikilib. Saray daxil olmaqla bəzi binalar XV əsrin əvvəllərində, Şirvanşah I Xəlilullahın hakimiyyəti dövründə tikilib. Osmanlı imperiyası Bakını ələ keçirəndə saray ərazisində onu şərqdən əhatə edən saray divarı ilə Sultan III Muradın adını daşıyan darvaza tikilib. Saray XIX əsrdən bəri bir neçə dəfə təmir və restavrasiya edilib. Əsas tikililərin müxtəlif vaxtlarda tikilməsinə baxmayaraq saray kompleksi ümumi bədii təəssürat yaradır. Kompleksin memarları Şirvan-Abşeron memarlıq məktəbinin qədim ənənələrinə əsaslanırdılar. Dəqiq kubik formalı və çoxüzlü memarlıq abidələri yaradaraq onlar divarları zəngin oyma naxışlarla bəzəyirdilər və bu sübut edir ki, sarayı tikənlər bənnalıq sənətini yüksək səviyyədə bilirdilər. Hər memar ənənə və bədii zövq sayəsində öz sələfinin memarlıqla bağlı ideyasını mənimsəmiş, yaradıcı surətdə onu inkişaf etdirmiş və zənginləşdirmişdir.
Növdün
Növdün — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. == Toponimikası == Nöydün oyk, mür. Quba r-nunun eyniadlı i.ə.v.-də kənd. Dağətəyi ərazidədir. Noydun variantında da qeydə alınmışdır. Kənd keçən əsrdə qonşu Şuduq kəndindən aynlmış ailələrin məskunlaşması nəticəsində yaranmışdır. Oykonim tat dilindəki noy/növ (yeni, təzə) və türk dillərindəki dinldın (düşərgə, daya¬nacaq) sözlərindən düzəlib, “yeni düşərgə”, “yeni dayanacaq yeri, kənd” mənasındadır. == Əhalisi == Təxminən 300 nəfər əhalisi var. 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 310 nəfər əhali yaşayır. Əhalisi tatlardır.
Cozdan
Cüzdan – İranın İsfahan ostanının Nəcəfabad şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 6,393 nəfər və 1,561 ailədən ibarət idi.
Davdan
Davdan Pain (Xudafərin)
Dovdaq
Dovdaq (lat. Otis) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin dovdaqkimilər dəstəsinin dovdaqlar fəsiləsinə aid heyvan cinsi. Azərbaycanda təhlükədə olan quşlar siyahısına daxil edilmişdir. == Təsviri == Bel tərəfi kürən, üzərində naxışlar var. Qarın tərəfi çirkli-ağımtıldır. Qanadları əsasən ağ, ucu isə qaradır. Quyruğunun ucunda qara və ağ xallar köndələn zolaq əmələ gətirir. Erkəyinin "bığları" var. == Yayılması == Avropa, Asiya və Afrikada yayılıb. Azərbaycanda XX əsrin ortalarına qədər Acınohur bozqırlarında, Kür-Araz və Lənkəran ovalığında, Böyük Qafqazın dağətəyi ərazilərində qışlamış, həm də Kür-Araz ovalığında (Şirvan və Muğan düzləri) yuvalamışdır.
Dovşan
Dovşan (lat. Lepus) — dovşanlar fəsiləsinə aid məməli cinsi.
Jordan
David Star Cordan (ing. David Starr Jordan, 19 yanvar 1851[…] – 19 sentyabr 1931[…]) — Amerika ixtioloqu, zooloqu və pasifisti.
Nokdaun
Nokaut (ing. knockout; knock – vurmaq, out – kənar, bayır) — aldığı zərbə nəticəsində boksçunun başının gicəllənməsi, yaxud huşunu itirməsi, hakim 8-dək sayınca özünə gəlib, döyüşü davam etdirə bilməməsi. Döyüşçü nokautla uduzan boksçu ilə azı 3 ay müddətinə yarışlarda iştirak etmək qadağan olunur. == Nokdaun == Nokdaun (ing. knockdown; mənası – sarsıdıcı zərbə) — aldığı zərbə nəticəsində boksçunun başının gicəllənməsi. Nokautdan fərqli olaraq nokdaun vəziyyətinə düşmüş boksçu hakim 8 sayınca özünə gəlib yarışı davam etdirmək iqtidaraında olur.
Norman
Norman — ad. Norman Bor — İrlandiya botaniki. Norman İtzkovitz — Prinston Universiteti Yaxın Şərq Araşdırmaları Hissəsi müəllim olan bir Osmanlı tarixçisi. Norman Endjell — Böyük İlluziya kitabının müəllifi və ingilis iqtisadçı. Norman Foster — ingilis memar. Norman Ridus — Amerikalı aktyor.
Novdej
Novdej — İranın Kirman ostanının Mənucan şəhristanının Aseminun bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 5,510 nəfər və 1,210 ailədən ibarət idi.
Novxanı
Novxanı — Azərbaycan Respublikasının Abşeron rayonunun inzibati-ərazi vahidində kənd. == Tarixi == Qaynaqlara görə hələ 500 il əvvəl indiki Novxanıdan bir qədər aralı, Binəqədi duz gölünün xəzrisində "Siyan" adlı kənd olub. "Siyan" sözü "yanmaq" sözü ilə bağlı olub. "Sis", "his", "tüstü" sözünün deformasiyaya uğramış variantı kimi yozulur "hisyandıran" kimi mənalandırılır. Bu kənd XVII əsrin ortalarından dəniz suyunun artması (bəzi mənbələrdə güclü zəlzələ) nəticəsində batmış, əhali indi Aşağıbaş adlanan yerdə məskunlaşmışdır. Bu kənddə tikilmiş yeni evlərə "təzə evlər"- həmin dövr üçün Azərbaycan dilinə təsiri qüvvətli olan fars dilindən "nov xanı" (noii xanə) adı verilmişdir ki, sonralar kənd bütövlükdə Novxanı adlandırılmışdır. == Toponimikası == Abşeron rayonunun eyniadlı i.ə.v.-də kənd. Abşeron yarımadasındadır. Oykonim İran dillərindəki noıı (yeni, təzə) və xanə (ev, məskən) sözlərindən ibarət olub, "yeni evlər", "yeni kənd" mənasındadır. Yaşayış məntəqəsi bir neçə kilometrlikdəki qəd.
Novyal
Novyal (fr. Nauviale, oks. Nòuviala) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Marsiyak-Vallon kantonuna daxildir. Kommunanın dairəsi — Rodez. INSEE kodu — 12171. Kommuna təxminən Parisdən 490 km cənubda, Tuluza şəhərindən 130 km şimal-şərqdə, Rodezdən isə 23 km şimal-qərbdə yerləşir. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 552 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 318 nəfər arasında (15-64 yaş arasında) 251 nəfər iqtisadi fəal, 67 hərəkətsiz (fəaliyyət göstərici 78.9%, 1999-cu ildə bu 69.3%) olmuşdur.
Qoydan
Qoydan — Azərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi vahidində kənd. Kənd Lahıc turizm zonasında, Girdiman çayının sol sahilində yerləşir. Əhalisi 68 nəfər, 35 kişi, 33 qadındir. Əhali əsasən heyvandarlıq və arıçılıqla məşğul olur. Kənd elektrik enerjisi ilə təmin edilir. Kənddə yeməkxana və çayxana yoxdur. Kəndə yay mövsümündə avtomobillə, qış mövsümündə isə Lahıc qəsəbəsindən sonra 6 km yolu piyada və ya atla getmək olar. İsmayıllı-Lahıc-Şamaxı turist marşrutları kəndin yaxınlığından keçir.
Yovşan
Yovşan (lat. Artemisia) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. Azərbaycanda 16 (bəzi məlumatlara görə 42) növü yayılmış, tərxun adlanan bir növü isə becərilir. Bəzi növlərində efir yağları, turşular və s. maddələr var. Acı yovşan (lat. Artemisia absinthium), adi yovşan (lat. Artemisia vulgaris) və başqa növləri dərman bitkisidir. Yarpaqlarından və gövdəsinin çiçəklənmiş uc hissəsindən hazırlanan dəmləmə, tinktura və ekstraktı iştaha artıran və dərman vasitə kimi işlədilir. Eyni zamanda antibakterial xüsusiyyətlərə də malikdir.
Çovdar
Çovdar (bitki) — buğdakimilər (Gramineae) ailəsindən Secale cereale növünə verilmiş addır. Çovdar (Daşkəsən) — Azərbaycanın Daşkəsən rayonunda kənd. Çovdar (Kəlbəcər) — Azərbaycanın Kəlbəcər rayonunda kənd.
Çovqan
Çövkən, bəzən çovqan — at ilə oynanılan idman komanda oyunu və müasir polo oyununun bir versiyasıdır. Oyunun mahiyyəti ondan ibarətdir ki, iştirakçılar iki dəstəyə ayrılır və iki tərəfdə qoyulan dirəklərdən ibarət rəqib qapılarından topu keçirmək tələb olunur. Oyunda iştirak edən hər komandanın tərkibi 7 nəfərdən ibarətdir. Atların sayı 6 olmalıdır. Oyun ikihissəli olmaqla 30 dəqiqə davam edir."Qarabağ atı ilə oynanılan çövkən oyunu" 2013-cü ildə UNESCO-nun Qeyri-maddi mədəni irsin Reprezentativ Siyahısına daxil edilmişdir. == Etimologiya == "Çövkən" sözü bəzi Azərbaycan mənbələrində "ağaccıq" kimi işlədilmişdir. Çövkən oyununun adı da oyunda işlədilən alətin adı ilə adlandırılmışdır. Bu da ağacdan hazırlanmış, çövkən adlandırılan alətdir. Çövkəni oyunçular at belində bu alətin köməyi ilə oynayırlar. Rəssam Elçin Muxtar Elxan "El-oba oyunu, xalq tamaşası" kitabında yazır: Professor Kamran İmanovun sözlərinə görə, müasir Azərbaycan dilində "çövkən" termini "çovqan" kimi də səslənir və "Azərbaycan dilinin izahlı lüğət"lərində bu sözün mənası "at üstündə ucu əyri çomaqla top-top oyunu" kimi təsvir edilir.
İordan
İordan (təq. VI əsr, güm. Roma imperiyası – təq. VI əsr) – erkən orta əsrlərin yazıçı və tarixçisi. == Həyatı == Bizanslı İordan Orta əsrlərin görkəmli yazıçı və tarixçilərindən olmuşdur. Onun həyatı haqqında çox az məlumat var. Mövcud məlumatlar yalnız yazıçının öz əsərində verilmişdir(ilk ədəbi bioqrafiya nümunəsi). Məlumdur ki, İordan Vl əsrdə yaşamışdır, milliyyətcə qot(ostqot) olmuşdur. Bəzi mənbələrdə onun alan tayfasından olduğu da deyilir(T. Mommzen hesab edir ki, İordan qot olmaqla yanaşı, alan da ola bilər). İordan məşhur sərkərdə Qunqis Bazanın notarisi (salnaməçisi, katibi)olmuşdur(İordanın babası Pariy də alanların başçısı Konlakın notarisi olmuşdur).
Nonan
Nonan (C9H20) — Alkanlar sinfindən doymuş karbohidrogen.
Acı yovşan
Acı yovşan (lat. Artemisia absinthium) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin yovşan cinsinə aid bitki növü. Alaq bitkisi hesab olunur. Yumşaq torpaqlarda, yaşayış yerlərində, yol kənarlarında, bostanlarda, çöllərdə və bağlarda yaşayır. == Botaniki xarakteristikası == Çoxillik ot bitkisi olub, hündürlüyü 2 m-ə qədərdir. Kökümsovları çoxşaxəli, qısa, şaquli və oduncaqlıdır. Bütün yerüstü hissələri sarımtıl-gümüşü rəngli olmaqla, sıx tükcüklərlə örtülmüşdür. Yovşanın özünəməxsus kəskin iyi vardır. Gövdəsi çoxsaylı, qabırğalı, yuxarı tərəfdən süpürgəvari-budaqlanan yarpaqlardan ibarətdir. Kökətrafı yarpaqları bitki çiçəkləyən zaman adətən ölüşkəyir.
Aleksandr Dovqan
Aleksandr Dovqan (9 fevral 1988) — Hücumçu kimi çıxış edən Qazaxıstanlı kişi futzalçıdır. Qazaxıstan milli futzal komandasının bir üzvüdür. O, UEFA Futzal Avro 2016-da iştirak etmişdir. 2016-cı ildən Qazaxıstanın Astana-Tulpar MFK futzal klubunda çıxış edir.
Aleksandr Movçan
Aktyor == Həyatı == Aleksandr Andreyeviç Movçan 24 mart 1932-ci ildə Ukraynada anadan olub. Kiyev Teatr İnstitutundan məzun olub (1961). A. Dovjenko adına kinostudiyada (1961–1966, 1971), Almaniyada Sovet Qoşunları Teatrında işləyib (1966–1971).
Ağ yovşan
Ağ yovşan (lat. Artemisia persica) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin yovşan cinsinə aid bitki növü. == Təbii yayılması == Orta Asiyada, Azərbaycanda yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 25-70 sm-ə çatan sıx tükcüklü, bozumtul yaşıl rəngli yarımkolcuqdur. Şırımlı olmayan gövdəsinin aşağı hissəsində yarpaqlar nisbətən xırdadır. Yarpaqları qısa saplaqlı 2-4,5 sm uzunluqda, 3-5 mm enindədir. Gövdənin aşağı yarpaqları üçər lələkvari parçalanmış, səbətləri sadə salxımlı, ensiz, süpürgələrdə yığılmışdır. Toxumu 1 mm uzunluğunda, uzunsov konus formalı, kənarı qeyri-bərabər haşiyələnmişdir. Avqust ayında çiçəkləyir, sentyabr ayında toxumları yetişir. == Ekologiyası == Qumlu təpəciklərdə rast gəlinir.
Hövran
Hövran (ərəb. حوران‎) — Suriyanın cənubində yerləşən yayla.
Hövsan
Hövsan – Bakı şəhərinin Suraxanı rayonunda şəhər tipli qəsəbə. Xəzər dənizi sahilindədir. Yerli əhalinin məlumatına görə, keçmışdə kəndin ərazisində iki hovuz olduğuna görə Hovuzan adlandırılmışdır. Mənbələrə görə, oykonim hovuz sözü və məkan bildirən -an şəkilçisindən ibarət olub, "hovuzlar" və ya "hovuz yeri" mənasındadır. Bəzi tədqiqatçılara görə, yaşayış məntəqəsinin adı ərəb dilindəki hisn (qala, istehkam) sözündəndir. Əslində, kənd dəniz sahilində, hövzədə yerləşdiyi üçün belə adlandırılmışdır. == Tarixi == Hövsan qəsəbəsi Abşeron yarımadasının cənubunda, dəniz sahilində yerləşir. Hövsan kəndi Bakı şəhərinin qədim yaşayış məskənlərindən biridir və 1793-cü ildə yaradılıb. 2 avqust 1966-cı ildə o qəsəbə statusu alaraq, Bakı şəhərinin inzibati ərazisinə daxil edilmişdir. == Coğrafiyası və iqlimi == Qışı çox da sərt olmayan mülayim təbiətə malikdir.
Lövşan
Lövşan — İranın Gilan ostanında yerləşən şəhər. Lövşan əhalisinin əksəriyyətini lurlar, azərbaycanlılar və ləklər təşkil edir.
Mövlan
KəndlərMövlan-i Süfla (Nir) — İranın Ərdəbil ostanının Nir şəhristanı ərazisinə daxil olan kənd. Mövlan-i Ülya (Nir) — İranın Ərdəbil ostanının Nir şəhristanı ərazisinə daxil olan kənd.ŞəxslərMövlan Əliyev — Azərbaycanlı mayor.
Sövran
Sövran (ərəb. صوران‎; türk. Savran) — Suriyanın Hələb mühafəzəsində şəhər, Əzaz məntəqəsində eyniadlı nahiyənin inzibati mərkəzidir. 2004–cü il siyahıyaalınmasına əsasən şəhərin əhalisi 6.988 nəfərdir. Əhalini türkmanlar təşkil edir.
Çövkan
Çövkən, bəzən çovqan — at ilə oynanılan idman komanda oyunu və müasir polo oyununun bir versiyasıdır. Oyunun mahiyyəti ondan ibarətdir ki, iştirakçılar iki dəstəyə ayrılır və iki tərəfdə qoyulan dirəklərdən ibarət rəqib qapılarından topu keçirmək tələb olunur. Oyunda iştirak edən hər komandanın tərkibi 7 nəfərdən ibarətdir. Atların sayı 6 olmalıdır. Oyun ikihissəli olmaqla 30 dəqiqə davam edir."Qarabağ atı ilə oynanılan çövkən oyunu" 2013-cü ildə UNESCO-nun Qeyri-maddi mədəni irsin Reprezentativ Siyahısına daxil edilmişdir. == Etimologiya == "Çövkən" sözü bəzi Azərbaycan mənbələrində "ağaccıq" kimi işlədilmişdir. Çövkən oyununun adı da oyunda işlədilən alətin adı ilə adlandırılmışdır. Bu da ağacdan hazırlanmış, çövkən adlandırılan alətdir. Çövkəni oyunçular at belində bu alətin köməyi ilə oynayırlar. Rəssam Elçin Muxtar Elxan "El-oba oyunu, xalq tamaşası" kitabında yazır: Professor Kamran İmanovun sözlərinə görə, müasir Azərbaycan dilində "çövkən" termini "çovqan" kimi də səslənir və "Azərbaycan dilinin izahlı lüğət"lərində bu sözün mənası "at üstündə ucu əyri çomaqla top-top oyunu" kimi təsvir edilir.