Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Numea
Numea (ing. Nouméa) — Fransanın dəniz ərazisi olan Yeni Kaledoniya adasının paytaxtı. Əhalisi 2004-cü il siyahıya alınmaya görə 91 386 nəfərdir, şəhərətrafı da daxil olmaqla — 146 245 nəfər. == Coğrafiyası == Numea düz xətlə Parisdən 16 758 kilometr məsafədədir. Şəhər Yeni Kaledoniyanın cənub-şərqindəki təpəli yarımadasında yerləşir. Nikel əritmə müəssələri vardır. Nikel, dəmir filizi, mis ixrac edilir. == Nəqliyyat == Şəhərin 52 kilometrliyində, şimal-qərbində La-Tontuta aeroportu yerləşir. Şəhər daxilində yerli reyslər edən Numea Macenta aeroprtu vardır.
Funeral (albom)
Funeral (azərb. Dəfn‎) - Kanada rok qrupu Arcade Fire-nin 2004-cü ilin sentyabr ayında işıq üzü görən studiya albomu.
Nemoral lekanora
Nemoral lekanora (Elmi adı - Lecanora nemoralis) — IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar"kateqoriyasına aiddir – VU D2. Nadir növdür. == Qısa morfoloji təsviri == Tallomun diametri 10 sm, nazik, hamar, dənəvər və azacıq çatvaridir. Apotesilər iridir, diametri 2 mm-ə çatır. Tallom üzərində səpələnmiş komacıq formasındadır. Apotesi diski sarımtıl qəhvəyidən qəhvəyiyə kimi, cavan apotesilər çökük yaşlılar isə qabarıqdır. Tallomun qıraqları qalındır, əyri dişvaridir, talloma nisbətən açıq rənglidir. Tallom KOH təsirindən saralır. == Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri == Mezofit növdür, apotesilər vasitəsi ilə çoxalır. == Yayılması == Quba rayonu, şəhər mərkəzi parkında (cükədə); Qusar rayonu caqar kəndi ətrafında, meyvə bağında (almada); Qəbələ rayonu Muxas kəndi ətrafında meşədə (ağcaqayın), 660–1250 m hündürlükdə rast gəlinir.
Qumral Sadıqzadə
Qumral Sadıqzadə (tam adı: Sadıqzadə Qumral Seyid Hüseyn qızı) (1929-2010) — Seyid Hüseyn Sadiqin qızı. 1929-cu il dekabrın 7-də Bakıda, İçərişəhərdə ziyalı ailəsində anadanolub. 1947-ci ildə Bakı Energetika Texnikumunu, 1953-cü ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakultəsini bitirib. 1960-cı ildən etibarən dövri mətbuatda rus dilindən tərcümələri ilə çıxış edib. == Yaradıcılığı == Yazıçını ədəbi mühitə tanıtdıran ilk əsəri dövrünün görkəmli publisisti, tənqıdçisi, nasiri olan atası Seyid Hüseyndən, Azərbaycanın ilk ziyalı xanımlarından olan anası şairə Ümmügülsümdən, ümumiyyətlə nəslinin tarixindən bəhs olunan iki hissədən ibarət "Son mənzili Xəzər oldu” adlı tarixi-sənədli romandır. Müəllifin 2002-ci ildə çap etdirdiyi "Mənim nakam qardaşım” romanı bu nəslin tarixinin davamıdır. Əsər Seyid Hüseyn – Ümmügülsüm ailəsinin 37-ci il repressiyasından sonrakı dövrünü əhatə edir. 2000-2009-cu illər Qumral Sadıqzadənin həyatında bədii yaradıcılıq baxımından ən məhsuldar dövrdür. Bu illər ərzində dövri mətbuatda ədibin bir-birindən maraqlı povest və hekayələri ("Analar tək qalmasın”,"Uzunçu”, "Deyingən”,"Təranə” və s.) çap olunub. Yazıçının qələmi bu gün də öz itiliyini saxlayır və fəaliyyətini davam etdirir.
Qumral palıd
== Ümumi yayılması: == Qafqazda və Rusiyada (Krım) təbii arealı vardır. == Azərbaycanda yayılması: == Şərqi Böyük Qafqazda – Quba, Qusar, Dəvəçi, İsmayıllı, Qəbələ, Goranboy, Xankəndi, Lənkəran, Lerik rayonlarının meşələrində dəniz səviyyəsindən 500–1000 m yüksəklikdə yayılmışdır. == Statusu: == Azərbaycanın nadir bitkisidir.DD. == Bitdiyi yer: == Orta dağ qurşağında meşələrdə rast gəlinir. == Təbii ehtiyatı: == Təbii arealı çox geniş deyildir. == Bioloji xüsusiyyətləri: == Təbiətdə hündürlüyü 30 m, diametri 60 sm-ə çatan uzunömürlü ağacdır. Qumral palıdı gürcü palıdından fərqləndirən əsas əlamətlərdən başlıcası onun yarpaqlarının alt tərəfində damarların ol-masıdır. Gürcü palıdının yarpaqları isə çılpaq olur. Qumral palıdın yar-paqlarında yan damarlar 5-7 ədəd, gürcü palıdında isə yan damarları bir qədər artıq olur. Qumral palıdın yarpaqları nazik, uzunsov və ensiz, tərs ovalvarı olduğu halda, gürcü palıdının yarpaqları isə tərs oval və ya uzunsov oval, üstdən parıldayan tünd-yaşıl rəngli olmaqla möhkəm dərivarıdır. Bitkinin zoğları boz sıx keçə tüklüdür və sonralar tədricən çıl¬paq-laşır.
Qumral əvəlik
Qumral əvəlik (lat. Rumex crispus) — qırxbuğumkimilər fəsiləsinin əvəlik cinsinə aid bitki növü. Çəmənliklərdə və sahələrin kənarında, çay kənarlarında, su arxları və yolların kənarında alaq otu kimi bitir. == Botaniki təsviri == Hündürlüyü 50-100 sm olan çoxillik ot bikisidir. Gövdəsi bərk, çılpaq və azacıq şırımlıdır. Qalın və lansetvari cod yarpaqları saplaqlı, uzunsov- lansetvari və ya uzunsov-xəttvaridir. Saplaq tərəfi yumru və ya ürəkvari şəkildə daralmış, ucları iti, qıraqları burulmuş-dalğavaridir. Çoxçiçəkli dəstə kimi birləşən çiçəkləri dar uzun süpürgəvarı çiçəkqrupu əmələ gətirir. Meyvələri 2 mm uzunluğunda tünd mixəyi rəngli, parıltılı, iti üçkünc qozcuqlardır. May-iyul aylarında çiçəkləyir və meyvə verir.
Şmeral Boqumir
Şmeral Boqumir — (25.10.1880, Trşebiç-8.05.1941, Moskva) Çexoslovakiya və beynəlxalq fəhlə və komunist hərəkatı xadimi. Hüquq doktoru (1904). 1897 ildən Çexoslovakiya S.-D. Fəhlə Partiyasının (ÇSDFP) üzvü; 1914-1917 illərdə ÇSDFP-nin sədri olmuşdur. Çex torpaqlarında Oktyabr ümumi siyasi tətilinin (1918) təşkilatçılarından biri idi. 1920 ildə Sovet Rusiyasında olmuş, V.İ.Leninlə görüşmüşdür. “Sovet Rusiyası haqqında həqiqət” kitabında (1920, Praqa) Böyük Oktyabr sosialist inqilabının beynəlxalq əhəmiyyətini göstərmişdir. Ş. Çexoslovakiya Kommunist Partiyasının (ÇKP;1921) bani və rəhbərlərindəndir. 1920-1929 illərdə Milli məclisin deputatı, 1935-1938 illərdə senator olmuşdur. 1922-1935 illərdə Kominternin İçraiyyə Komitəsinin və onun Rəyasət Heyətinin, 1935 ildən isə Kominternin Beynəlmiləl Nəzarət Komissiyasının üzvü idi. 1938 ildə ÇKP MK-nın qərarı ilə ÇKP-nin rəhbər mərkəzində işləmişdir.
Meral Akşener
Meral Akşenər (8 iyul 1956, İzmit) — türk elm xadimi və siyasətçi, sabiq Daxili işlər naziri (1996–1997), İYİ Partiyanın qurucu sədri. O, 2018-ci il keçirilən Türkiyə Respublikası Prezident seçkilərində namizədliyini irəli sürmüşdür. 1995 və 1999 Türkiyə seçkilərində Doğru Yol Partiyasından millətvəkili kimi TBMM-ə girən Akşenər, 1996 və 1997-ci illər arasında Nəcməddin Erbakan tərəfindən qurulan koalisyon hökumətdə daxili işlər naziri olmuşdur. 2007, 2011 və 2015 Türkiyə seçkilərində Milliyətçi Hərəkat Partiyası millətvəkili olaraq TBMM-ə girməyi bacarmışdır. 2015-ci il noyabr seçkilərində partiyasından millətvəkili namizədi göstərilməmişdir. 25 oktyabr 2017-ci ildən etibarən özünün liderliyində qurulan İYİ partiyanın rəhbəridir. 2018-ci il Türkiyə prezidentliyi seçkilərində partiyasının prezidentliyə namizədi olmuşdur. == Həyatının erkən dövrü və karyerası == Selanikdən Kocaeliyə köçən Balkan türkü ailənin qızı olan Meral Akşenər, 18 iyul 1956-cı il tarixində Tahir Ömər bəy və Sıdıka xanımın uşağı olaraq Kocaelinin İzmit bölgəsinə bağlı Gündoğdu kəndində anadan olmuşdur. 1974-cü ildə Bursa Qız Liseyini bitirdikdən sonra 1979-cu ildə İstanbul Universiteti Ədəbiyyat Fakültəsinin Tarix bölümündən məzun olmuşdur. 1979–1982-ci illərdə müəllim olaraq çalışan Meral Akşenər, 1982-ci ildə Ulduz Texnik Universitetində araşdırmaçı kimi çalışmağa başlamışdır.
Meral Akşenər

Meral Akşənər

Meral Konrat
Meral Konrat (11 mart 1963, Karaman) — türkiyəli aktrisa, müğənni və aparıcı. == Həyatı == Krım tatarları ailəsində dünyaya gəlmişdi. Marmara Universitetində təhsil aldığı ilk illərdə reklam çarxlarına çəkilirdi, daha sonra isə kinolara keçdi. Aktyorluqdan savayı o, həmçinin model, aparıcı kimi də fəaliyyət göstərirdi və hətta İtiraf Ediyorum adlı albom çıxartmışdır. 2004-cü ilə qədər 10 il Türkiyənin TGRT kanalında aparıcı idi. Sonuncu iş yeri Karadeniz TV kanalı idi. Azərbaycan tamaşaçısına daha çox "Təhminə" kinosundakı Təhminə roluna görə tanışdır. 30 ildən sonra "Elçilik" adlı filmdə yenidən Azərbaycan tamaşaçısının qarşısına çıxacaq.
Meral Menderes
Meral Menderes (1933, İstanbul – 27 dekabr 2011) — soprano kimi türk opera müğənnisi idi. == Erkən Həyatı == Meral Menderes 1933-cü ildə Türkiyənin qərbində, Aydın vilayətinin Quşadasında anadan olub. İlk müğənnilik dərslərini İstanbul Bələdiyyə Konservatoriyasında Münir Ceyhandan alıb. O, daha sonra yeni yaradılmış Opera Studiyasında təhsil alıb. Ona xarici və türk səs məşqçiləri tərəfindən mentorluq edilib. == Karyera == Menderes 19 mart 1960-cı ildə 1959-cu ildə qurulan İstanbul Şəhər Operasında səhnəyə qoyulan Cakomo Puççininin "Toska" operasında çıxış edərək səhnəyə çıxdı. Onun növbəti çıxışı Puççininin "Madama Butterfly" operasında oldu. Onun sonrakı rolları Pietro Mascagni tərəfindən Cavalleria rusticana və Puccini tərəfindən La Bohème filmində Santuzza rolu idi. Puççininin Ankarada səhnəyə qoyulan "Turandot"unda o, həm şahzadə Turandot, həm də kəniz Liu obrazlarını canlandırıb. O, Cüzeppe Verdinin Makbet, Jak Offenbaxın Hoffman nağıllarında Antoniya, Verdinin maskerada Un ballo, Bedrix Smetana tərəfindən Barter edilmiş gəlin və Verdinin Il trovatore kimi operalarında çıxış edib.O, ən yüksək səs diapazonunda təbii və gur səsli soprano kimi tanınırdı.
The Funeral On The Bridge
Numéro
Numéro — aylıq beynəlxalq qadınlar üçün moda jurnalı. Birinci nömrəsi 1998-ci ildə Fransada təsis edilmişdi. Groupe Alain Ayache nəşriyyat evində buraxılır. == Numéro Homme == Numéro Homme kişilər üçün moda jurnalıdır. Numéro ailəsinə daxildir. == Tarix == Numéro 1998-ci ildə Elisabeth Djian tərəfindən təsis edilib. O indi jurnalın şef-redaktor vəzifəsində işləyir. Onun özünün dediyinə görə, "Mən əsl ağıllı qadınlar üçün moda junalı yaratmağı arzulayırdım. Ağıllı qadın, hansı ki, üz qırışlarını aparan kremlərdən yox, musiqi, dizayn və mədəniyyət haqda oxuyur."2010-cu ilin sentyabr ayında Numéro Çin jurnalı çap edilmişdi, bu isə bu ölkədə olan böyük tələbatla izah etmək olar.
Əmir əl-üməra
Əmir əl-üməra — yəni, "əmirlər əmiri". Marşal hərbi rütbəsinə bərabər idi. İlk Səfəvilər dövründə nizami ordu yox idi və qoşunlar müharibə baş verdiyi təqdirdə qızılbaş tayfaları əmirlərinin qeyri-nizami hərbi qüvvələrindən təşkil edilirdi. Əmir əl-üməra mahiyyətcə Səfəvi ordusunun baş komandanı idi. Hərbi iş bütünlüklə Azərbaycan feodallarının əlində olduğuna görə, əmir əl-üməra vəzifəsi təbii olaraq qızılbaş tayfa əyanlarının inhisarında olan imtiyaz sayılırdı. Bu vəzifəni tutanlar arasında, eyni vaxtda həm də vəkil olmuş Hüseyn bəy Şamlını, 1509-1523-cü illərdə əmir əl-üməra olmuş Məhəmməd bəy Süfrəçi Ustaclını (Çayan Sultanı), onun oğlu Bəyazid sultanı göstərmək olar. Div sultan Rumlu, Çuxa sultan Təkəli və Hüseyn xan Şamlı bir-birinin ardınca vəkil olmuş, eyni zamanda əmir əlüməra vəzifəsini ona uyğunlaşdırıb icra etmişdilər. Sonuncu halda vəkil və əmir əl-üməra vəzifələri arasında hədd qoymaq çox çətindir. Çünki mənbələr bu vəzifələri tez-tez eyni şəxslərə aid edirlər. Mənbələrdən aydın olur ki, hicri 937 (1532-1533)-ci ildə I Şah Təhmasib əmir əlüməra vəzifəsini Hüseyn xan Şamlıya və Abdulla xan Ustaclıya etibar etdi və onlar həmin vəzifəni birgə yerinə yetirdilər.