Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Nyuton
Ser İsaak Nyuton (ing. Sir Isaac Newton; 25 dekabr 1642 (4 yanvar 1643)[…], Vulstorp malikanəsi, İngiltərə krallığı – 20 (31) mart 1727[…], Kensinqton, Böyük Britaniya krallığı) — ingilis fiziki, riyaziyyatçısı, astronomu, filosofu və kimyaçı alimdir. Tarixdəki ən böyük riyaziyatçı və alimlərdən biridir. Elmi inqilabın baş verməsində və heliosentrizmin inkişafinda böyük rolu olmuşdur. İlk dəfə olaraq elmə Yerin cazibə qüvvəsi anlayışını daxil etmişdir. İsaak Nyutonun məşhur əsərlərindən biri də Natural fəlsəfənin riyazi başlanğıcı əsəridir. Nyutonun doğum tarixi İngiltərədə 1752-ci ilə kimi istifadə edilmiş Yuli təqviminə görə 25 dekabr 1642 – 20 mart 1727, qriqorian təqviminə görə 4 yanvar 1643 – 31 mart 1727-ci il tarixidir. Adı Tarixdə 100 ən nüfuzlu şəxs siyahısına daxil edilib. == Həyatı == === Gənclik illəri === İsaak Nyuton Yuli təqviminə görə 25 dekabr 1642-ci il tarixində Likolnşir qraflığında, Qrentem şəhəri yaxınlığında yerləşən Vulstrop (ing. Woolshrope) adlı kiçik bir kənddə xırda fermer ailəsində doğulmuşdur.
Ketrin Nyuton
Ketrin Nyuton (ing. Kathryn Newton; 8 fevral 1997) — Amerikalı aktrisa. Cəmiyyət adlı Netflix seriyasındakı Elli Presman roluna, Subay Qari adlı CBC seriyasındakı Luis Bruks roluna və Paranormal fəaliyyət filmindəki Aleks Nelson roluna görə tanınır. 2013-cü ildə Ən yaxşı aparıcı gənc aktrisa üzrə Cavan Aktyor Mükafatını qazanmışdır. "Fövqəltəbii" teleserialındakı Kleyr Novakın köhnə versiyasını və "Dayan və atəşi yaxala" teleserialındakı Coani Klerkin köhnə versiyasını canlandırdığı üçün tanınır. == Həyatı və karyerası == Ketrin Nyuton, Orlando şəhərində doğulmuşdur. Robin və David Nyutonun qızıdır. O karyerasına 4 yaşında sabun operası Bütün uşaqlarım-da Kolbi Çendlr rolunu oynayaraq başlamışdır.
Mika Nyuton
Mika Nyuton (ukr. Міка Ньютон; əsl adı- Oksana Stefanivna Hrytsay ukr. Окса́на Стефанівна Грицай) — Ukraynalı müğənni və aktrisa.
Nyuton adası
Nyuton adası — Frans-İosif Torpağına daxil olan ada. İnzibati cəhətdən Arxangelsk vilayətinin Primorski rayonu ərazisinə daxildir. Nyuton adası britaniysalı səyyah tərəfindən zooloq və bioloq olan Alfred Nyutonun şərəfinə adlandırılmışdır. == Yerləşməsi == Arxipelaqın mərkəzində, Quker adasının cənub nöqtəsi olan Sesil-Harmsout burnundan 12 km cənubda yerləşir. == Təsviri == Ada uzunsov formaya malikdir. Uzunluğu 2.5 km-dir. Mərkəzi hissədə hündürlüyü 21 m olan kiçik zirvə vardır. Şimalında isə kiçik gölə sahibdir. Yayda buzdan azad olur.
Nyuton beşiyi
Nyutonun beşiyi — müxtəlif növ enerjilərin bir-birinə çevrilməsini nümayiş etdirmək üçün İsaak Nyuton tərəfindən düşünülmüş mexaniki sistem. == Tarixi == İlk dəfə 1967-ci ildə aktyor Saymon Prebbl tərəfindən hazırlanan bu oyuncağı günümüzdə bir çox ofislərdə və kabinetlərdə stolüstü əşya kimi görmək olar. Dünyada ən böyük Nyuton beşiyinə Miçiqan ştatının Kalamazoo şəhərində rast gəlmək olar. O,hər biri 6,8 kq olan 16 ədəd boulinq şarından ibarətdir.
Nyuton dağı
Nyuton dağı (norv. Newtontoppen) — Şpitsbergen arxipelaqında (Norveç) hündürlüyünə görə ən böyük zirvə. Zirvə Qərbi Şpitsbergen adasında yerləşir. Zirvənin hündürlüyü 1713 metrə çatır. Nyu-Frisland yarımadasının cənubunda yerləşir. Zirvəni ilk dəfə 1900-cü ildə rus və norveçli geoloq, minereloq və Şpitsbergenə təşkil olunmuş rus-isveç ekspedisiyasının iştirakçısı Helqe Qyotrik Baklund fəth etmişdir. Zirvə ingilis alim İsaak Nyutonun şərəfinə adlandırılmışdır.
Nyuton halqaları
Nyuton halqaları — bərabərenli interferensiya zolaqları. Nyuton halqaları işığın sferik səth ilə müstəvi səth arasındakı dəyişənqalınlıqlı mühitdən qayıtması, yaxud keçməsi nəticəsində yaranır. Bu hadisəni ilk dəfə 1675-ci ildə İ.Nyuton təsvir etmişdir. Müşahidə monoxromatik işıqla aparıldıqda ardıcıl növbələşən qaranlıq və işıqlı halqalar sistemi alınır. Ağ işıqla müşahidə zamanı Nyuton halqaları rəngli olur.
Nyuton qanunları
Nyuton qanunları — klassiki mexanikanın qanunları olub, verilən mexaniki sistemin hərəkət tənliyini yazmağa imkan verir. 1687-ci ildə İsaak Nyutonun məşhur əsəri "Natural fəlsəfənin riyazi başlanğıcı" çap olunur. Burada Nyuton mexanikanın üç qanununu təsvir edir. Bu qanunlar "Nyuton aksiomu" və ya "Nyuton qanunları" kimi məşhurdur. == Nyutonun birinci qanunu == Birinci qanun ətalət prinsipinə aiddir. Bu yalnız ətalətli sistemlərdə mövcuddur və ilk dəfə olaraq 1638-ci ildə Qalileo Qaliley tərəfindən tərtib edilmişdir: Əgər cismə heç bir qüvvə təsir etmirsə, ya sükut vəziyyətində qalır, ya da öz sürətini saxlayır. Nyutonun birinci qanunu belə ifadə olunur: Elə hesablama sistemləri var ki, cismə digər cisimlər təsir etmədikdə və ya ona edilən təsirlər bir-birini tarazılaşdırdıqda o, sükunətdədirsə sükunət halını, düzxətli bərabərsürətli hərəkətdədirsə düzxətli bərabərsürətli hərəkət halını saxlayar. Belə hesablama sistemləri ətalət hesablama sistemləri adlanır. Yəni cismin sabit sürətlə hərəkət etməsi üçün onun kənar qüvvəyə ehtiyacı yoxdur. Cismə təsir edən qüvvələrin əvəzləyicisi sıfırdan fərqli olarsa o, sürətini dəyişər, yəni təcil alar.
Nyuton üsulu
Nyuton üsulu (həmçinin Nyuton-Rafson üsulu) — riyazi analizdə İsaak Nyuton və Cozef Rafsonun adına adlandırılmış, real dəyərə malik funksiyaların köklərinin ardıcıl olaraq daha yaxşı həllini tapmaq üsulu. Bu, kökün tapılması alqoritmlərindən biridir. Nyuton üsulunun bir dəyişənlə tətbiqi aşağıdakı kimidir: Bu üsul x dəyişəni olan f funksiyası, həmin funksiyanın f ′ törəməsi və f funksiyasının kökü kimi ilkin x0 fərziyyəsi ilə başlayır. Əgər bu funksiya formulanın törəməsindəki fərziyyələri qane edirsə və ilkin fərz edilən həll yaxındırsa, o zaman x1 daha yaxşı təxmini həll tapmaq üçün x 1 = x 0 − f ( x 0 ) f ′ ( x 0 ) . {\displaystyle x_{1}=x_{0}-{\frac {f(x_{0})}{f'(x_{0})}}\,.} istifadə edilir. Həndəsi olaraq, (x1, 0), (x0, f (x0))-də f funksiyasının x oxu ilə kəsişməsidir Bu proses daha dəqiq həll tapılana kimi aşağıdakı kimi davam etdirilir: x n + 1 = x n − f ( x n ) f ′ ( x n ) {\displaystyle x_{n+1}=x_{n}-{\frac {f(x_{n})}{f'(x_{n})}}\,} == Təsviri == İkinci tərtib törəmənin köməyi ilə minimumun axtarılması üsullarına iki tərtibli üsullar deyilir. Bu üsullarda funksiyanın Teylor sırasına ayrılışında kvadratik hissədən istifadə edilir. Nyuton üsulu da məhz ikinci tərtib üsullara, yəni minimallaşdırılan funksiyanın ikinci tərtib törəmələrindən istifadə edilən üsullara aiddir. Bu üsulda da məqsəd funksiyanın Teylor ayrılışının kvadratik hissəsindən istifadə etməkdir. Teylor ayrılışının kvadratik hissəsi funksiyanı bu ayrılışın xətti hissəsinə nisbətən daha dəqiq approksimasiya etdiyindən gözləmək olar ki, ikinci tərtib üsullar birinci tərtib üsullara nisbətən daha sürətlə yığılır.
İsaak Nyuton
Ser İsaak Nyuton (ing. Sir Isaac Newton; 25 dekabr 1642 (4 yanvar 1643)[…], Vulstorp malikanəsi, İngiltərə krallığı – 20 (31) mart 1727[…], Kensinqton, Böyük Britaniya krallığı) — ingilis fiziki, riyaziyyatçısı, astronomu, filosofu və kimyaçı alimdir. Tarixdəki ən böyük riyaziyatçı və alimlərdən biridir. Elmi inqilabın baş verməsində və heliosentrizmin inkişafinda böyük rolu olmuşdur. İlk dəfə olaraq elmə Yerin cazibə qüvvəsi anlayışını daxil etmişdir. İsaak Nyutonun məşhur əsərlərindən biri də Natural fəlsəfənin riyazi başlanğıcı əsəridir. Nyutonun doğum tarixi İngiltərədə 1752-ci ilə kimi istifadə edilmiş Yuli təqviminə görə 25 dekabr 1642 – 20 mart 1727, qriqorian təqviminə görə 4 yanvar 1643 – 31 mart 1727-ci il tarixidir. Adı Tarixdə 100 ən nüfuzlu şəxs siyahısına daxil edilib. == Həyatı == === Gənclik illəri === İsaak Nyuton Yuli təqviminə görə 25 dekabr 1642-ci il tarixində Likolnşir qraflığında, Qrentem şəhəri yaxınlığında yerləşən Vulstrop (ing. Woolshrope) adlı kiçik bir kənddə xırda fermer ailəsində doğulmuşdur.
Nyuton (ölçü vahidi)
Nyuton — BS-də qüvvənin vahididir N {\displaystyle N} kimi işarə olunur. Qüvvəni İsaak Nyuton kəşf etdiyinə görə, onun şərəfinə belə adlandırılmışdır.
Rixman — Nyuton qanunu
Rixman — Nyuton qanunu — istilik başlığı ilə müxtəlif cisimlər arasındakı istilik axını ifadə edən empirik nizamlılıq. İstilik mübadiləsi — istilik daşıyıcısı və bərk arasında istilik mübadiləsi prosesidir. İstilik ötürülməsi, istiliyin onları bir-birindən ayıran bir divar vasitəsilə bir mühitdən digərinə ötürülməsi prosesidir. Qanunda deyilir Cisimlərin sərhədindəki istilik axınının sıxlığı (Vt/m² ilə ifadə olunur) onların temperatur fərqinə (bir söznən temperatur rəhbəri) mütənasibdir: q = α Δ T . {\displaystyle q=\alpha \Delta T.} == İstilik ötürmə əmsalı == Uyğunluq əmsalı α {\displaystyle \alpha } — istilik ötürmə əmsalı — Vt/m² ilə ölçülən 1 K istilik fərqində istilik axını sıxlığı. Əslində, həmişə sabit deyildir və hətta temperatur fərqindən də asılı ola bilər, qanunu təqribən düzəldir. İstilik axını bir vektor hesab etsək, o, axdığı yer səthinə perpendikulyar yönəldilmişdir. α {\displaystyle \alpha } — vahid temperatur başında vahid vaxtına 1 m² səthdən verilən istilik miqdarı. Bu asılıdır: soyuducu növündən və onun temperaturundan; təzyiqin istiliyindən, konveksiya növündən və axın rejimindən; səthin vəziyyətindən və axın istiqamətindən; bədən həndəsəsindən.Buna görə α {\displaystyle \alpha } istilik ötürmə prosesinin bir funksiyasıdır; Cədvəl yox, təxmini dəyər; eksperimental olaraq təyin olundu. Ekvivalentin yazılışı: d d t ∂ ∂ S Q = α Δ T .
Nyuton Aleksandr Makkalli
Nyuton Aleksandr Makkalli (ing. Newton Alexander McCully; 19 iyun 1867, Anderson[d], Cənubi Karolina – 1951[…] və ya 14 iyun 1951) – ABŞ Hərbi Donanmasının zabiti. Rus-yapon müharibəsində müşahidəçi qismində iştirak etmişdir. == Həyatı == Nyuton Aleksandr Makkalli 1867-ci ildə Cənubi Karolina ştatında doğulmuşdur. 1887-ci ildə ABŞ-ın Hərbi Dəniz Akademiyasından məzun olmuşdur. Rus-yapon müharibəsinin başlamasından bir neçə gün sonra leytenant-komandir rütbəsi ilə Rusiyaya göndərilmişdir. Transsibir dəmiryolu vasitəsilə səyahət etdikdən sonra Mancuriyaya çatmış və müharibəni Rusiyanın tərəfindən müşahidə etmişdir. Müharibə başa çatdıqdan sonra ABŞ-yə qayıtmış və müharibə haqqında yazdırığı raportu 1906-cı ildə donanma katibliyinə təqdim etmişdir. Bu raport Makkalli raportu kimi tanınmağa başlamışdır.Makkalli daha sonra USS California krayserinin icraçı məmuru, 1910-cu ildə Donanma Müharibə Kollecinin müəllimi olmuşdur. 1914-cü ildə donanma ateşesi kimi Sankt-Peterburqa göndərilmişdir.
Nyutonun ikinci qanunu
Nyutonun ikinci qanunu – hərəkətin differensial qanunu maddi nöqtəyə qoyulan qüvvə və onun təcili arasındakı əlaqəni göstərir. Bu qanuna əsasən ətalətli sistemdə maddi nöqtənin aldığı təcil verilən qüvvə ilə düz, onun kütləsi ilə isə tərs mütənasibdir. == Düstur == Nyutonun ikinci qanunu belə ifadə olunur: a → = F → m {\displaystyle {\vec {a}}={\frac {\vec {F}}{m}}} burada, a → {\displaystyle {\vec {a}}} — cismin təcili, F → {\displaystyle {\vec {F}}} — cismə təsir edən qüvvə, m {\displaystyle m} — cismin kütləsidir. Və ya daha məlum formada: F → {\displaystyle {\vec {F}}} = m a → {\displaystyle m{\vec {a}}} və ya F → ⋅ t = Δ p → {\displaystyle {\vec {F}}\cdot t=\Delta {\vec {p}}} , p — cismin impulsudur.Əgər cismə bir neçı qüvvə təsir edirsə, onda Nyutonun ikinci qanunu belə yazılır: ∑ i = 1 n F i → = m a → {\displaystyle \sum _{i=1}^{n}{\vec {F_{i}}}=m{\vec {a}}} və ya t ⋅ ∑ i = 1 n F i → = Δ p → {\displaystyle t\cdot \sum _{i=1}^{n}{\vec {F_{i}}}=\Delta {\vec {p}}} , p — cismin impulsudur.Cismin kütləsi zamandan asılı olaraq dəyişərsə, onda Nyutonun ikinci qanununu aşağıdakı kimi ifadə etmək olar: cismin impulsunun dəyişməsi ona təsir edən qüvvəyə bərabərdir. d ( m v → ) d t = F → {\displaystyle {\frac {d(m{\vec {v}})}{dt}}={\vec {F}}} burada, m v → {\displaystyle m{\vec {v}}} — cismin impulsu, t — zaman, d d t {\displaystyle {\frac {d}{dt}}} — isə zamanın törəməsidir. Nyutonun ikinci qanunu yalnız işıq sürətindən kiçik sürətlər və ətalətli sistemlər üçün düzgündür. == Ədəbiyyat == Исаак Ньютон. Математические начала натуральной философии. — М.: Наука, 1989. — С. 40.
Hyuston
Hyuston (ing. Houston) — ABŞ-nin Texas ştatında şəhər. Əhalisi 2,144,491 nəfər. == Tarixi == Hyuston ölkənin cənubunda yerləşən Texas ştatının ən böyük şəhəri, əhalisinin sayına görə isə ölkənin dördüncü ən böyük şəhəridir. 1836-cı ilin avqust ayında Baffalo Beyu (Buffalo Bayou) çayının sahilində yerləşən torpaq sahələrini satın alan nyu-yorklu Allen qardaşları burada şəhər saldılar və onu cəmisi on il mövcud olan Texas Respublikasının prezidenti Sem Hyustonun şərəfinə Hyuston adlandırdılar. Texas ştatının qəhrəmanı və dövlət xadimi olan Sem Hyuston San Xasinto (Hyuston şəhərinin şərqində yerləşir) döyüşündə Meksika ordusunu məğlub edərək Texas Respublikasını təsis etmişdir. Texas Respublikası 1846-cı ildə tamamilə konfederasiyanın tərkibinə daxil oldu. Ölkə üzrə salınan yeni dəmir yolları və ərazilər körfəzə çıxışı olduğundan Hyustona doğru irəliləyirdi. Bu isə öz növbəsində burada çoxlu sayda limanların tikilməsinə və əhalinin artmasına təkan verdi. == İqtisadiyyatı == 1901-ci ildə Hyuston və onun ətrafında neft yataqlarının aşkar edilməsi iş adamları və sıravi işçilərin Hyustona köçməsinə stimul verdi.
Pluton
Pluton (134340 Pluto; simvolı: , və ya ) — Günəş ətrafında dövr edən ən kiçik cırtdan planetlərdən biri. Kəşf edildiyi 1930-cu ildən 2006-cı ilədək planet kimi qəbul edilən Pluton, hal-hazırda Koyper qurşağında Eridadan sonra ikinci böyük obyekt hesab edilir. 1930-cu ildən 2006-cı ilədək Pluton Günəş sistemində doqquzuncu planet kimi qəbul edilirdi. Ancaq XX əsrin sonları və XXI əsrin əvvəllərində Günəş sistemində plutonsayağı xeyli səma cismi kəşf edildi. Onlardan Erida kütlə baxımından Plutondan 27% böyükdür. 24 avqust 2006-cı ildə Beynəlxalq Astronomiya İttifaqı özünün XXVI assambleyasında ilk dəfə olaraq "planet" anlayışına tərif verdi. Pluton bu tərifdə deyilən əsaslara uymadığından o planet kateqoriyasından kənarda qaldı. NASA 19 yanvar 2006-cı ildə Plutonun kəşfi üçün "New Horizons" adlı qurğunu kosmosa göndərdi. Həmin qurğu 9 il sonra yəni, 14 iyul 2015-ci ildə Plutona 12000 km yaxınlaşaraq planetin fotosunu çəkib. Xatırladaq ki, Plutonun fotosu dünyadan 5 milyard km uzaqda çəkilib.
Tyutor
Tyutor — (ing. tutor) tarixən qəbul edilmiş pedaqoji vəzifə. Tyutor şagird və tələbə üçün fərdi təhsil proqramının təşkilinə və aparılmasına rəhbərlik edir və məktəb, ali məktəb, əlavə təhsil və davamlı təhsildə təhsil alanın müşayiət edir. İnternat təhsilin Britaniya modelidir.
Buton
Buton — Sulavesi yarımadasından cənub-şərqdə yerləşir. İndoneziyanın ərazisinə daxildir. Ərazisi 4408 km²-dir. Ərazisinə görə dünyada 119-cu, İndoneziyada isə 19-cu yerdə gedir. == Tarixi == Koloniyalaşma dönəminə qədər Butunq adı ilə tanınırdı. Ada Ternate adasının əhatə dairəsinə daxil idi. XVI əsrdə Ternat dövlətinin mühüm mərkəzlərindən biri olmuşdur. Əsas ticarət mərkəzlərindən biri olmuşdur. == Coğrafiya == Adanın böyük hissəsi tropik meşə ilə örtülüdür. Buton dünyada iki yerdən biridir ki, burada cırtdan camış olan anoa yayılmışdır.
Luton
Luton (ing. Luton [ˈluːtən]) — Böyük Britaniyada, İngiltərədə şəhər.
Myuon
Myuon (ingilscə - muon, rusca - мюон) subatomik hissəcikdir. İşarəsi – μ-. O, elektronla eyni qrupa – leptonlar qrupuna daxildir. Myuon (elektron kimi) mənfi yükə və ½ spin-ə malikdir. Lakin (elektrondan fərqli olaraq) çox ağırdır və stabil deyil, yəni parçalanmaya məruz qalır. Myuon qısa ömürlü hissəcikdir və zəif qüvvənin təsiri ilə parçalanaraq elektrona və iki müxtəlif tipli neytrinoya çevrilir. Antihissəciyi μ+ – antimyuondur. == Tarixi == === Leptonlar və mezonlar === Leptonlar subatomik hissəciklərdir. Altı lepton məlumdur. Bu qrupun ən tanınmış üzvü elektrondur.
Yukon
Yukon — Kanadada ərazi. Mərkəzi Vaythors şəhəridir.
Ayrton Henri
Henri Ayrton (ing.
Ayrton Senna
Ayrton Senna (21 mart 1960[…] – 1 may 1994) — Braziliya yarışçısı və üç qat Formula-1 dünya çempionu olub. (1988, 1990 və 1991-ci).Əksər avtoidman mütəxəssislərinə və azarkeşlərə görə bu zamana qədər gəlmiş keçmiş ən böyük Formula 1 pilotu olaraq qəbul edilməktədir. Formula 1 çempionatında cari və keçmiş iştirakçılar arasında Böyük Britaniyanın həftəlik jurnal Autosport tərəfindən aparılan unikal sorğunun nəticələrinə görə, Senna Formula 1 tarixində ən yaxşı sürücü idi. O, həyatın yalnız on ili ərzində, 40-dan çox yarış qazandı və pole vəzifələrin sayı rekord müəyyən etmişdir. Senna 1994-cü ildə San Marinoda Qran-Pri yarışları zamanı qəza nəticəsində həlak olmuşdur. == Yağış adamı == Baxmayaraq ki, yağışlı havada yarışın keçirilmə şərtləri ağırlaşırdı, bu Ayrton Sennaya əksinə olaraq uğurlu gəlirdi və əksər hallarda daha yaxşı nəticə göstərərək reqiblərini geridə qoyurdu. Elə buna görə də bir çox hallarda ona jurnalistlər və sevenləri tərəfindən "Yağış adamı" ləqəbi verilmişdi. == Sennanın ölümü == 1994-cü ildə Senna "Williams-Renault" komandasından "McLaren"ə keçdi. Mövsümün ilk iki yarışında uğur qazanmasına baxmayaraq yarışda Mihael Şumaxer "Benetton-Ford" komandası birincilik qazandı. San Marinoda keçirilən Qran-Pridə — 1 may 1994 tarıxındə Ayrton onun yeni komandası üçün üçüncü iştirak etmişdir.
Barnett Nyuman
Barnett Nyuman (ing. Barnett Newman) (29 yanvar, 1905 - 4 iyul, 1970) - Məşhur amerikan rəssam, abstrakt ekspressionizm cərəyanı və Rəngli Sahə rəssamlığının nümayəndəsi.
Ceyms Nyumen
Ceyms Nyumen (ing. James Richard Newman; 19 oktyabr 1985) — Böyük Britaniyalı musiqiçi, söz müəllifidir. Pop ulduz Con Nyumenin qardaşıdır. Ceyms Nyumen həm də,səsyazmalar edir, yəni, ulduz müğənnilərə albom çıxartmaqla da məşğuldur. O, 2020 Avroviziya Mahnı Müsabiqəsində Böyük Britaniyanı "My Last Breath" (Mənim son nəfəsim) mahnısı ilə təmsil edəcək və birbaşa finala vəsiqə qazanacaq.
Con Nyumen
Con Nyumen 16 iyun 1990) ingilis müğənni. Böyük Britaniya musiqi siyahılarında birinci sıraya qədər yüksələn Love Me Again adlı mahnısı ilə tanınır.