Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Tək olanda qorxma...
"Tək olanda qorxma..." — Azərbaycan teleserialı. == Məzmun == Film valideynləri avtomobil qəzasında həlak olan iki qardaş haqqındadır. Tale onların birini küçələrə, o birini isə uşaq evinə salır. == Film haqqında == Bu teleserial "Azərbaycan Respublikasında milli televiziya filmlərinin istehsalına maliyyə yardımının göstərilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 9 sentyabr 2011-ci il tarixli Sərəncamına əsasən ayrılan maliyyə yardımı əsasında istehsal edilmişdir. == Filmin heyəti == === Film üzərində işləyənlər === Ssenari müəllifləri : Əyyub Qiyas, Vüsal Nuru Quruluşçu rejissor : Nadir Diridağlı Quruluşçu operator : Elçin Əliyev Quruluşçu rəssam : Rəfael Əsədov Bəstəkar : Nazim Əzimov Rejissor : Asif Rəhimov Operator : Faiq Əliyev Səs rejissoru : Fərhad Əkbərov(1-2 seriya) Emin Euro Geyim üzrə rəssam : Səbinə Abbasova Montaj rejissoru : Lətif Cavadlı Montaj : Nicat Qayıbov Rejissor assistentləri : Kənan Həsənov, Emin Seyfulla, Fuad Kərimli Operator assistenti : İsmayıl Səfərli Qrim rəssamı : Vüsalə Bağırova Fon səsləri : Zilli Namazov, Atəş Davudov, Vidadi Samanduyev İşıqçılar : Elxan Şahalıyev, Samir Məmmədli Rekvizit : Yəhya Məmmədov Dekorçu : Namiq Səfərli İnzibatçı : Arif Kərimov İcraçı prodüser : Arzu Qulamov Baş prodüser : Kamil Şahverdiyev Bədii rəhbər : Vaqif Mustafayev === Rollarda === Qeyd: Obrazların adları titrlərdə göstərilməyib.
Tək olanda qorxma... (teleserial, 2013)
"Tək olanda qorxma..." — Azərbaycan teleserialı. Film valideynləri avtomobil qəzasında həlak olan iki qardaş haqqındadır. Tale onların birini küçələrə, o birini isə uşaq evinə salır. Bu teleserial "Azərbaycan Respublikasında milli televiziya filmlərinin istehsalına maliyyə yardımının göstərilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 9 sentyabr 2011-ci il tarixli Sərəncamına əsasən ayrılan maliyyə yardımı əsasında istehsal edilmişdir. Ssenari müəllifləri : Əyyub Qiyas, Vüsal Nuru Quruluşçu rejissor : Nadir Diridağlı Quruluşçu operator : Elçin Əliyev Quruluşçu rəssam : Rəfael Əsədov Bəstəkar : Nazim Əzimov Rejissor : Asif Rəhimov Operator : Faiq Əliyev Səs rejissoru : Fərhad Əkbərov(1-2 seriya) Emin Euro Geyim üzrə rəssam : Səbinə Abbasova Montaj rejissoru : Lətif Cavadlı Montaj : Nicat Qayıbov Rejissor assistentləri : Kənan Həsənov, Emin Seyfulla, Fuad Kərimli Operator assistenti : İsmayıl Səfərli Qrim rəssamı : Vüsalə Bağırova Fon səsləri : Zilli Namazov, Atəş Davudov, Vidadi Samanduyev İşıqçılar : Elxan Şahalıyev, Samir Məmmədli Rekvizit : Yəhya Məmmədov Dekorçu : Namiq Səfərli İnzibatçı : Arif Kərimov İcraçı prodüser : Arzu Qulamov Baş prodüser : Kamil Şahverdiyev Bədii rəhbər : Vaqif Mustafayev Qeyd: Obrazların adları titrlərdə göstərilməyib.
Stadionlar səssiz olanda (film, 2023)
Stadionlar səssiz olanda — kinorejissor Əli-səttar Quliyevin çəkdiyi bioqrafik, idman filmi. Noyabrın 27-də Nizami Kino Mərkəzində futbol veteranı və məşqçi Qurban Qurbanova həsr edilmiş “Stadionlar səssiz olanda” idman dramının təqdimat mərasimi keçirilib. Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə istehsal edilən filmdə Qurban Qurbanovun XX əsrin 80-ci illərindən başlayaraq həyatı, futbolçu karyerası və Çempionlar Liqasının qrup mərhələsinə yüksəlməsinə qədər məşqçilik fəaliyyəti göstərilib. Filmin təqdimatından sonra təcrübəli məşqçi karyerasında böyük rolu olan qardaşı barədə danışıb. O, filmdə də haqqında çox bəhs edilən qardaşı Musa Qurbanovdan danışarkən göz yaşlarını saxlaya bilməyib. “Stadionlar səssiz olanda” filmi noyabrın 30-dan etibarən kinoteatrlarda nümayiş olunmağa başlayıb.
Clanga clanga
Böyük xallı qartal (lat. Clanga clanga) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinin xallı qartal cinsinə aid heyvan növü. == Statusu == Nadirdir. == Kateqoriyası == (VU). Mənfi təsirlərə həssasdır. == Genefond əhəmiyyəti == Cinsin 5 növündən biridir. == Qısa təsviri == Bozqır (çöl) qartalından az kiçikdir. Səsi bərk çıxır– "kiyak-kiyak". Rəngi qara-qonurdur. == Yayılması == Avropa və Asiyada yayılıb.
Alanya
Alanya (1935-ci ilə kimi Əlaiyyə, osman. علائیه, türk. Alâiye) — Antalya ilinin ilçəsi. Antalyanın mərkəzindən 135 km. aralıda yerləşir. == Coğrafya == === Əhalisi === Əhali sayı: 94.022 (2008).
Albanca
Alban dili (gjuha shqipe) — Hind-Avropa dilləri ailəsinə aiddir. Balkan yarımadasında, Kosovo, İtaliya və Yunanıstan ərazisində yayılmışdır. Alban dili iki əsas dialektə bölünür: cənub (tosk) və şimal (qek). Alban dilinin fonoloji sistemi 7 sait və 29 samit fonemdən ibarətdir. Qrammatik quruluşuna görə sintetik-flektiv dillərə aiddir. Sintaktik baxımdan sərbəst söz sırası üstünlük təşkil edir.
Almanca
Alman dili (alm. , tələffüs olunur: [ˈdɔʏtʃ]; deutsche Sprache) — almanların, avstriyalıların, lixtenşteynlilərin, eləcə də isveçrəlilərin çoxunun dili, Almaniyanın, Avstriyanın, Lixtenşteynin rəsmi dili, İsveçrənin, Lüksemburqun və Belçikanın rəsmi dillərindən biri. Çin, ərəb, hindi, ingilis, ispan, benqal, portuqal, rus və yapon dillərindən sonra dünyada ən çox yayılmış dildir. Bu dil Avropa Birliyinin rəsmi və işçi dillərindən biridir. Alman dili hind-avropa dilləri ailəsinin german dilləri qrupuna daxildir. Latın əlifbası əsasında yaranan yazısına umlautlu üç sait (ä, ö, ü) və esset (ß) liqaturası əlavə edilib.
Clanga
Xallı qartal (lat. Clanga) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinə aid heyvan cinsi. Etimoloji cəhətdən, cinsin adı qədim yunan sözü olan "klangos"dan gəlir və qartal mənasını ifadə edir. Əvvəllər bu quşlar qartal cinsində təsnif olunmuşdur. Azərbaycan ərazisində bu cinsə mənsub iki qartal növü qeydə alınmışdır: Böyük xallı qartal və kiçik xallı qartal.
Franca
Frankeniya (lat. Frankenia) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin frankeniyakimilər fəsiləsinə aid bitki cinsi.
Lancia
Lancia , Vincenzo Lancia tərəfindən 1906-cı ildə qurulan İtalyan avtomobil istehsalçısı, 1969-dan bəri Fiat qrupunun bir parçasıdır.
Planea
Planea (lat. Planea) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi.
Plancia
Külbaba (lat. Leontodon) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. Dens-leonis Ség.
Alana
Alana — nazlı, armud və s.-dən hazırlanan çərəz. Əsasən, Azərbaycanın Naxçıvan bölgəsinin Ordubad rayonu ərazisində geniş yayılmışdır. == Hazırlanması == Onu, adətən, şaftalının nazlı növündən və armudun əndiryani və şəkəri növündən hazırlayırlar. Alananı hazırlamaq üçün ilk əvvəl lazım olan meyvələr dərilir. Meyvənin qabığı soyulub 5-6 gün günəş şüası altında qurudulduqdan sonra saplaq tərəfdən dairəvi kəsilir və içərisi oyulur. Yenidən gün düşən yerə bir gün saxladıqdan sonra hazırlanmış içlik meyvənin içərisinə doldurulur. İçliyi hazırlamaq üçün cəviz ləpəsini iri gözlü ət maşınında çəkərək 1:1 nisbətində şəkər tozu əlavə edilir. Alananın tamı daha yaxşı olsun deyə ona 1-2 çimdik vanil əlavə edirlər. Elə ki, içlik qurudulmuş meyvənin içərisinə dolduruldu, onda əvvəlcədən hazırlanmış xırda meyvə qapaqlarını alananın yuxarı hissəsinə qoyaraq sap keçirilmiş təbənə ilə deşərək sapa düzülür. Təxminən 20-30 alana bir sapa düzülərək düyünlənir və üzərinə tənzif keçirilərək münasib bir yerdən asılır.
Lazca
Laz dili, Çan dili — Lazların ana dili, Kartvel dil ailəsinə daxildir. Türkiyənin şimal-şərqində Qara dəniz sahilində və Gürcüstanın Sarpi kəndində yayılmışdır. Üç dialektə bölünür: atin, arxav və xop. Leksik tərkibində türk dillərindən keçmə sözlər üstünlük təşkil edir. Yazısız dildir. == Say == Laz dili Megrel dili ilə birlikdə Kolx və ya Zan dili adlandırılan dilin iki böyük dialektini əmələ gətirir . Laz dilində danışanlar Türkiyədə əsasən Rizə ilinin Pazar, Ardeşen, Çamlıhemşin və Fındıqlı ilçələrində, Artvin ilinin Arxavi, Hopa və Borçka ilçələrində yaşayırlar . 2012-ci ilədək Türkiyə Cümhuriyyətində 14 dəfə (1927, 1935, 1940, 1945, 1950, 1955, 1960, 1965, 1970, 1975, 1980, 1985, 1990, 2000 illərdə) əhalinin siyahıya alınması həyata keçirilmiş və 1927-1985-ci illər arasında aparılmış siyahıya almalarda əhaliyə bildikləri dillərə ("ana dili" və "bildiyim ikinci dil") dair suallar verilmişdir . Nəticələri elan olunmuş ən son siyahıya almaya (1965-ci il) əsasən Türkiyədə ana dili və ikinci dil olaraq gürcücə danışanların sayı 79.264 (ana dili olaraq 34.330 nəfər , ikinci dil olaraq 44.934 nəfər) nəfər , lazca danışanların sayı isə 81.165(ana dili olaraq 26.007 nəfər , ikinci dil olaraq 55.158 nəfər) nəfər olmuşdur (1965-ci ildə Türkiyənin ümumi əhalisi 31,391,421 nəfər idi) . 1945-ci ilin siyahıya alma yekunları ilə (Türkiyənin ümumi əhalisi 18.790.174 nəfər, ana dili olaraq lazca danışanlar 46.987 nəfər, ikinci dil olaraq lazca danışanlar 4.956 nəfər) 1965-ci ilin siyahıya alma yekunları müqayisə edilərkən (1945-ci ildə ana dili və ikinci dil olaraq lazca bilənlər 51.943 nəfər idi və bu ölkə əhalisinin 0.2764%-inə bərabər idisə, 1965-ci ildə iki göstəriciyə görə lazca bilənlər 81.165 nəfər və ya ölkə əhalisinin 0.2585%-i qədər idi) laz dilli əhalinin asimilyasiya olduğunu görülür .
Alaca
Alaca (Qars) — Türkiyənin Qars vilayətinin Mərkəz rayonunda kənd. Alaca (cins) — Pulcuqluqanadlılar dəstəsinə aid Kəpənək fəsiləsi.
Artemisia glauca var. glauca
Tərxun (lat. Artemisia dracunculus) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin yovşan cinsinə aid bitki növü. == Arealı == Avrasiya və Şimali Amerikada vəhşi təbiətdə geniş yayılmışdır və kulinariya və tibbi məqsədlər üçün becərilir. == Botaniki təsviri == Çoxillik ədviyyəli bitkilərdəndir. Yerüstü hissəsi kolşəkillidir. Bütün bitki çılpaq, hamar, yaşıldır. Gövdələri düz dayanan, tək və ya bir neçə ədəddir, hündürlüyü 20–150 sm, buğumlu, az budaqlıdır. Yarpaqları bütöv, xətvari-neştərvari və ya xətvaridir, uzunluğu 1,5–8 sm, eni 1–10 mm-ə çatıb, aşağı gövdə yarpaqları 3 hissəlidir. Səbətləri çoxsaylı, şarşəkilli, sallaq, eni 2,5–4 mm, gövdənin və budaqların ucunda salxımlarla yığılmış və süpürgəvari hamaşçiçək əmələ gətirir. Təzə tərxunda 0,1–0,5%, qurudulmuşunda isə 0,2–0,8% efir yağı vardır.
Elayca Vud
Elayca Cordan Vud (ing. Elijah Jordan Wood; 28 yanvar 1981, Sidar-Rapids[d], Ayova) — ABŞ aktyoru. "Üzüklərin hökmdarı kinotrilogiyasında Frodo Beggins rolunu canlandırmağında dünya şöhrəti qazanmışdır. == Həyatı == Elayca Vud 1981-ci il yanvarın 28-i ABŞ-nin Ayova ştatında anadan olmuşdur. Ailənin üç uşağından ikincisidir. Bacısı Hannah Blessinq Vud da aktrisa kimi tanınır. Uşaq yaşlarında piano dərsləri almışdır.
Eugenia glauca
Eugenia glauca (lat. Eugenia glauca) — mərsinkimilər fəsiləsinin evgeniya cinsinə aid bitki növü.
Euphorbia glauca
Euphorbia glauca (lat. Euphorbia glauca) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin südləyənkimilər fəsiləsinin südləyən cinsinə aid bitki növü.
Fritillaria glauca
Fritillaria glauca (lat. Fritillaria glauca) — bitkilər aləminin zanbaqçiçəklilər dəstəsinin zanbaqkimilər fəsiləsinin zanbaqca cinsinə aid bitki növü.
Inula glauca
Inula glauca (lat. Inula glauca) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin andız cinsinə aid bitki növü.
Jolanda Kodra
Jolanda Kodra (alb. Jolanda Kodra; 1910 — 1963) — Alban yazıçısı və tərcüməçisi. Alban dilində ilk yazan qadınlardan biri idi (Selfice Çiu, Musine Kokalari). Jolanda Kobra bir çox tanınmış alban yazıçılarının əsərlərini italyan dilinə tərcümə etmişdir. == Bioqrafiyası == Jolanda 1910-cu ildə, Roma şəhərində, italyan ailəsində anadan olub. O, ssenarist və rejissor Enrico Guazzoninin qardaşı idi. Jolanda liseydə oxuduğu zamanı idman müəllimi Malo Kodra ilə tanış oldu. Malo Kodra Girokastrodan (Albaniya) olan tələbə idi. Malo Kodra Jolandanı tezliklə Albaniyaya aparır. O qısa zamanda alban dilini öyrəndi və eyni zamanda məşhur alban jurnallarında (Hylli i Dritës, Përpjekja shqiptare, Fryma və s.) şeir və məqalələrini yazmağa başladı.
Jurinea blanda
Jurinea blanda (lat. Jurinea blanda) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin jurinea cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Serratula blanda M.Bieb. Tulakenia blanda (M.Bieb.) Raf. === Heterotipik sinonimləri === Jurinea exuberans Sosn.
Lancia Dilambda
Lancia Dilambda — Lancianın 1928–1935-ci illər arasında istehsal etdiyi minik avtomobili. Avtomobil rəsmi olaraq 1929-cu ildə "Paris Motor Show"da təqdim edilib. Avtomobil 24 dərəcə V bucaqlı 4 litrlik V8 mühərrikə malikdir. == Versiyaları == 1928—1931-ci illər arasında istehsal edilmiş ilk seriya 1.104 ədəd istehsal edilmişdir. 1931—1933-cü illər arasında istehsal edilmiş ikinci seriya 300 istehsal edilmişdir. Dəyişdirilən sürət qutusu və əyləcə malik idi. 1933—1935-ci illər arasında istehsal edilmiş üçüncü seriya 281 ədəd istehsal edilmişdir.
Ligularia glauca
Ligularia glauca (lat. Ligularia glauca) — mürəkkəbçiçəklilər fəsiləsinin liqulariya cinsinə aid bitki növü.
Lingua franca
Linqva franka (it. lingua franca - frank dili) — ortaq dil mənasına gələn latınca ifadə. Bundan başqa bəzən vasitəçi dil, körpü dil, müəyyən sahədə və ya ərazidə etnoslararası münasibət üçün istifadə edilən, bütün tərəflərin başa düşdüyü ortaq dil. == Terminin yaranması == Tarixən Aralıq dənizi regionunda yaşayan xalqların dillərini adlandırmaq üçün istifadə edilmişdir. Bu ad ərəb dilinin italyan dilinə tərcüməsidir lisan al-ifrang. Ərəb dilində isə bu ad xaç yürüşləri zamanı ərəblərin avropalıları franklar adlandırmasından yaranıb. == Tarixi == İlk dəfə xalqlararası dil kimi Makedoniyalı İsgəndərin ordusunda koyne dili işlənmişdir. == Nümunələr == Azərbaycan türkcəsi orta əsrlərdə (XX əsrin əvvəllərinədək) Şimali Qafqazda (qumuq dili ilə birgə), Zaqafqaziyada, İran, İraq, Küveyt, Suriya və Şərqi Anadoluda Linqva-franka dili olmuşdur. XX əsrdə rus dili Postsovet məkanında və Şərqi Avropada Linqva-Franko dili olmuşdur. == Ədəbiyyat == Вайнрайх У. Языковые контакты: Состояние и проблемы исследования.
Mikania glauca
Mikania glauca (lat. Mikania glauca) — mürəkkəbçiçəklilər fəsiləsinin mikaniya cinsinə aid bitki növü.
Elisa Blançi
Elisa Blançi (13 oktyabr 1987, Velletri, Latsio) — İtaliyanı təmsil edən bədii gimnast. Elisa Blançi İtaliyanı 2004 Afina, 2008 Pekin və 2012 London Olimpiadalarında təmsil etdi. == Karyerası == Elisa Blançi 2004-cü ildə İtaliyanın bayrağı altında Yunanıstanın Afina şəhərində XXVIII Yay Olimpiya Oyunlarına qatıldı. O, qrup yarışlarında komanda yoldaşları Fabriza D'Ottavio, Marinella Falca, Daniela Masseroni, Elisa Santoni və Laura Vernizzi ilə birgə finalda 49.450 xal topladı və 3-cü yeri tutdu. Elisa Blançi növbəti Olimpiya Oyunlarında 2008-ci ildə Çinin Pekin şəhərində baş tutan XXIX Yay Olimpiya Oyunlarına qatıldı. O, qrup yarışlarında komanda yoldaşları Fabriza D'Ottavio, Marinella Falca, Daniela Masseroni, Elisa Santoni və Anjelika Savrayuk ilə birgə finalda 34.425 xal topladı və fəxri 4-cü yeri tutdu. Dörd il sonra Böyük Britaniyanın London şəhərində baş tutan Olimpiya Oyunlarında Elisa Blançi qrup yarışlarında komanda yoldaşları Romina Laurito, Marta Pacnini, Elisa Santoni, Anjelika Savrayuk və Andreyea Stefanesku ilə birgə gümüş medal qazandı.