Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Nenens dili
Nenes dili - nenlərin dili olub, samodi dillərinə aiddir. 22 min nəfərə qədər daşıyıcısı var. Kola yarımadasından Yenisey çayına qədər ərazidə yayılıb. Ənənəvi olaraq tundra və meşə dialektlərinə böğlünür. Son dövrlərdə onlar iki müstəqil dil: nenes və neşan dili kimi tanınırlar. Yazılı formada daha çox danışanı olan tundra dialekti əsas götürülür.
Nenes dili
Nenes dili - nenlərin dili olub, samodi dillərinə aiddir. 22 min nəfərə qədər daşıyıcısı var. Kola yarımadasından Yenisey çayına qədər ərazidə yayılıb. Ənənəvi olaraq tundra və meşə dialektlərinə böğlünür. Son dövrlərdə onlar iki müstəqil dil: nenes və neşan dili kimi tanınırlar. Yazılı formada daha çox danışanı olan tundra dialekti əsas götürülür.
Nenes yarımadası
Nenes yarımadası — Murmansk vilayəti ərazisində yerləşən yarımada. Yarımada materiklə ensiz bərzəxlə birləşir. Bərzəxin eni 230 metrdir. Onun uzunluğu 1,7 km-dir. Eni 700 metrdir. Yarımadada Rıstiniem və Kyaskyuniem burunlar vardır. Yarımadanın mərkəzi bataqlıqlaşmışdır.Relyefi əsasən qayalıqdır. Maksimal hündürlük 42,8 metrdir. Sahilə yaxın ərazilərdə su altı daşlar vardır. Bitki örtüyü zəyifdir və tundradır.
Nenets Muxtar Dairəsi
Nenets Muxtar Dairəsi — Rusiya Federasiyasının subyektlərindən biri.
Heyke Kamerlinq Onnes
Heike Kamerlingh Onnes (nid. Heike Kamerlingh Onnes; 21 sentyabr 1853, Qroningen — 21 fevral 1926, Leyden) — Niderland fiziki və kimyaçısı.
Xeyke Kamerlinq-Onnes
Heike Kamerlingh Onnes (nid. Heike Kamerlingh Onnes; 21 sentyabr 1853, Qroningen — 21 fevral 1926, Leyden) — Niderland fiziki və kimyaçısı.
Yamalo-Nenets Muxtar Dairəsi
Yamalo-Nenets Muxtar Dairəsi — Rusiya Federasiyasının subyektlərindən biri.
Taymır Dolqan-Nenes rayonu
Taymır Dolqan-Nenes rayonu — Rusiya Federasiyasının Krasnoyrsk diyarının şimalında bələdiyyə rayonu və xüsusi statuslu inzibatı-ərazi vahidi. Ərazisinə görə Rusiyanın ən böyük bələdiyyə rayonu. Ərazisi - 879900 kv.km, əhalisi - 33 861 nəfərdir. İnzibati mərkəzi — Dudinka şəhəri.
Çay Nənəsi
Çay nənəsi — türk və Azərbaycan mifologiyasında su ilə bağlı mifik varlıq. == Xarici görünüşü == Çay nənəsi gözəl yaşlı qadın cildindədir. Onun yerə çatacaq qədər uzun qara və ya sarı saçları var, döşləri böyükdür, qaşı yoxdur. Onun gözləri qara və böyük, dərisi qırmızımtıldır. Darağı qızıl və ya gümüş rəngdədir. == Fəaliyyəti == Çay nənəsi azərbaycanlıların ənənəvi demonoloji (şeytani ruhlarla bağlı) inanclarında su mərasimi ilə bağlı olan mifik varlıqdır. Onunla bağlı inanclar Hal ruhu ilə əlaqədardır. Həmçinin Hal anasının Çay nənəsi adlandırılmasına da rast gəlinir. Digər bir fikrə görə isə Çay nənəsi türk mifologiyasındakı Su Ananın regional adlarından biridir.Azərbaycan türklərinin inanclarına görə Çay nənəsi çayda (və ya su kənarlarında) yaşayır. Əgər suyun üstündəki körpüdən keçərkən insan suya çox baxarsa, o, əsəbləşir və insanı boğmaq üçün başını döndürür.
Türklərdə dövlətçilik ənənəsi
Türklərdə dövlətçilik ənənəsi — Türklərdə dövlətçilik ənənəsi və ya türklərdə dövlət qurma ənənəsi müxtəlif tarixi mərhələlərdə türklərin müxtəlif coğrafiyalarda, müxtəlif zamanlarda və müxtəlif xüsusiyyətlərdə dövlət qurma ənənəsi kimi başa düşülür. Dünya tarixində 6000-ə qədər etnik birliyin olduğu və onların 200-ə yaxın olan dövlətlərin sərhədləri daxilində tarix səhnəsinə çıxmaları düşünülür. Bu birliklərdən çox azı dövlət qurmağa müvəffəq olmuşdur. Türk tarixinə ümümi olaraq yanaşdıqda türk birliklərinin etnik kökləri baxımından eyni olan dövlətlər ilə mövcudluqlarını davam etdirdikləri nəzərə çarpır. Bu davamlılıq bunu bir ənənə olaraq görməyə gətirib çıxarmış və ən ümumi anlamda türklərdəki azadlıq qavramına əsaslanmışdır. == Tarixi proses == Türk dövlətlərinin tarixi quruluşu və dövlətə qarşı düşüncələri Oğuz xan əfsanəsi ilə ilk təəssüratlarını ortaya qoymuşdur. Bu əfsanələrdə aydın şəkildə Dünya hakimliyi və Dünya dövləti qurma utopiyası yer almışdır. II Göytürklərdən qalan Orxon Yazıları da bu kontekstdə çox önəmli yer alır. Bu yazılara görə dövlət tanrının türk kağanlarına bir hədiyyəsidir və ümumi davamlılığın olması dövlətlə bağlıdır. Həmin yazılarda azadlıq şüuru vurğulanmış, türk kağanlarına nəsihətlər verilmiş, dövlətin paytaxtının Ötükən olmasının vacibliyi vurğulanmış və Çinin intriqalarından uzaq dayanmaq lazım olduğuna işarə edilmişdir.
Türk-Fars ənənəsi
Türk-İran ənənəsi (fars. فرهنگ ایرانی-ترکی‎ ) və ya Türk-Fars ənənəsi — IX–X əsrlərdə Xorasan və Mavəraünnəhrdə (indiki Əfqanıstan, İran, Özbəkistan, Türkmənistan, Tacikistan, Qırğızıstan və Qazaxıstanın kiçik hissələri) yaranmış özünəməxsus mədəniyyət.Sonrakı əsrlərdə Türk-İran mədəniyyətinə mənsub xalqlar qonşu vilayətləri zəbt etməklə daha da davam etdirilmiş, nəticədə Cənubi Asiya, Orta Asiya və Tarım hövzəsi, həmçinin Qərbi Asiyanın böyük hissələrinin hakim və elit təbəqələrinin üstünlük təşkil edən mədəniyyətinə çevrilmişdir. == Mənşəyi == Türk-İran ənənəsi islam mədəniyyətinin bir variantı idi. İslamın fəzilət, daimilik və mükəmməllik anlayışları ictimai məsələlər, eləcə də başçı elita olan müsəlmanların dini işləri haqqında diskussiyaya səbəb olmuşdur.Müsəlmanların İranı fəth etməsindən sonra Sasanilərin dili olan Pəhləvi fars dili xilafətin şərq torpaqlarında idarəetmə vasitəsi kimi VIII əsrə qədər geniş şəkildə istifadə edilməyə davam etmişdir.Siyasi baxımdan Abbasilər tezliklə buraya nəzarəti itirməyə başlamış və bu, iki böyük uzunmüddətli nəticəyə səbəb olmuşdur. Birincisi, Abbasi xəlifəsi Mötəsim xilafətdə türk muzdlularının və məmlük qullarının varlığını xeyli artırmışdır. Nəticədə onlar ərəbləri və farsları ordudan, dolayısıyla siyasi hegemonluqdan sıxışdırıb çıxararaq Türk–İran simbiozu erasını başlatmışdılar.İkincisi, Xorasandakı Tahirilər faktiki olaraq müstəqil idilər, lakin sonra Sistandan olan Səfərilər şərq torpaqlarını azad etmiş, çox keçməmiş onların yerinə müstəqil Samanilər gəlmişdir. Hər halda, onlar xəlifəyə tam ehtiram göstərmişdilər.
Türk-İran ənənəsi
Türk-İran ənənəsi (fars. فرهنگ ایرانی-ترکی‎ ) və ya Türk-Fars ənənəsi — IX–X əsrlərdə Xorasan və Mavəraünnəhrdə (indiki Əfqanıstan, İran, Özbəkistan, Türkmənistan, Tacikistan, Qırğızıstan və Qazaxıstanın kiçik hissələri) yaranmış özünəməxsus mədəniyyət.Sonrakı əsrlərdə Türk-İran mədəniyyətinə mənsub xalqlar qonşu vilayətləri zəbt etməklə daha da davam etdirilmiş, nəticədə Cənubi Asiya, Orta Asiya və Tarım hövzəsi, həmçinin Qərbi Asiyanın böyük hissələrinin hakim və elit təbəqələrinin üstünlük təşkil edən mədəniyyətinə çevrilmişdir. == Mənşəyi == Türk-İran ənənəsi islam mədəniyyətinin bir variantı idi. İslamın fəzilət, daimilik və mükəmməllik anlayışları ictimai məsələlər, eləcə də başçı elita olan müsəlmanların dini işləri haqqında diskussiyaya səbəb olmuşdur.Müsəlmanların İranı fəth etməsindən sonra Sasanilərin dili olan Pəhləvi fars dili xilafətin şərq torpaqlarında idarəetmə vasitəsi kimi VIII əsrə qədər geniş şəkildə istifadə edilməyə davam etmişdir.Siyasi baxımdan Abbasilər tezliklə buraya nəzarəti itirməyə başlamış və bu, iki böyük uzunmüddətli nəticəyə səbəb olmuşdur. Birincisi, Abbasi xəlifəsi Mötəsim xilafətdə türk muzdlularının və məmlük qullarının varlığını xeyli artırmışdır. Nəticədə onlar ərəbləri və farsları ordudan, dolayısıyla siyasi hegemonluqdan sıxışdırıb çıxararaq Türk–İran simbiozu erasını başlatmışdılar.İkincisi, Xorasandakı Tahirilər faktiki olaraq müstəqil idilər, lakin sonra Sistandan olan Səfərilər şərq torpaqlarını azad etmiş, çox keçməmiş onların yerinə müstəqil Samanilər gəlmişdir. Hər halda, onlar xəlifəyə tam ehtiram göstərmişdilər.
Türk-monqol ənənəsi
Türk-monqol ənənəsi — XIV əsrdə Asiyada Qızıl Orda və Çağatay xanlığının hakim elitaları arasında yaranmış etnomədəni sintez. Bu xanlıqların hakim monqol elitaları nəhayət fəth etdikləri və hökm sürdükləri türk əhalisinə assimilyasiya olundular və beləliklə də türk-monqollar kimi tanındılar. Bu elitalar monqolların siyasi və hüquqi institutlarını saxlamaqla tədricən islamı (tenqrizm kimi əvvəlki dinlərdən), eləcə də türk dillərini qəbul etdilər.Türk-Monqollar Monqol xanlıqlarının süqutundan sonra bir çox islamçı varis dövlətlər qurdular, məsələn, Qızıl Ordadan sonra Qazax və Tatar xanlıqları (məs, Krım xanlığı, Həştərxan xanlığı, Kazan xanlığı) və Orta Asiyada Cığatay xanlığını davamçısı olan Teymurilər imperiyası. Türk-Monqol şahzadəsi və Teymurun böyük nəvəsi olan Babur (1483–1530) Hindistan yarımadasının demək olar ki, hamısını idarə edən Böyük Moğol İmperiyasını qurdu. Türklər və tatarlar da Məmlük sultanlığı dövründə siyasi və hərbi hakimiyyəti həyata keçirərək Misirin bir hissəsini idarə edirdilər.Bu türk-monqol elitaları o dövrdə Orta Asiya müsəlmanları arasında üstünlük təşkil edən türk-fars ənənəsinin himayədarı oldular. Sonrakı əsrlərdə türk-monqol mədəniyyəti qonşu bölgələrə daşınaraq Cənubi Asiyanın (Hindistan yarımadası), xüsusən Şimali Hindistanın (Moğol İmperiyası ), Orta Asiya, Tarım hövzəsi (Şimal-Qərbi Çin) və Qərbi Asiyanın (Orta Şərq) böyük hissəsinin hakim və elit təbəqələrinin üstünlük təşkil edən mədəniyyətinə çevrildi. == Öncəlik == Çingiz xanın dövründən əvvəl türk xalqları və monqollar bir-biri ilə söz mübadiləsi aparırdılar, türk dilləri monqol dilindən daha fəal idi.
Dünya romantizm ənənəsı və Hüseyn Cavid (kitab)
"Dünya romantizm ənənələri və Hüseyn Cavid" - Filologiya elmləri doktoru, professor,cavidşunas alim Əjdər Tağıoğlu tərəfindən yazılmış elmi əsər. == Məzmun == Əjdər İsmayılov monoqrafiyasında, romantik dünya poeziyasının tarixi inkişaf qanunauyğunluqlarını aydınlaşdırmaqda, Şərqdə onun özünəməxsus cəhətlərini ümumiləşdirmək baxımından Hüseyn Cavid yaradıcılığının geniş imkan yaratdığını, bu dahi Azərbaycan şairinin poeziysı öz gərgin mənəvi axtarışlarına, ülvi amalına görə Şekspir, Bayron, Şiller, Höte və başqa dünya şöhrətli romantik şairlərin poeziyasına yaxınlığını göstərir. Dünya romantik şairlərinin əksəriyyəti öz yaradıcılığına Şərqdən, onun zəngin mifologiyasından, bədii- poetik irsindən daha çox qidalanmış, Şərq ruhunun güclü təsirini duymuşlar. Sözgəlişi Bayronun Şərq dünyasına sönməz marağının onun romantik şair kimi yetişməsində, yaradıcılığının geniş dünya şöhrəti qazanmasında çox böyük, səmərəli əhəmiyyəti olmuşdur. (Bayronun poeziyyasında Şərq nəfəsi sonralar Puşkinə təsir göstərmiş, onun şerlərində öz əksini tapmışdır.) Hötenin “Şərq ruhunu dərindən duyması” (Hegel) sayəsində yaratdığı ” Qərb - Şərq divanı”onun romantik- poetik axtarışlarının üfüqlərini genişləndirmiş, poeziyasını zənginləşdirmiş, şöhrətini artırmışdır. Bayronun, Hötenin və başqa romantiklərin timsalında Qərblə-Şərq ruhunu sintezinə, qovuşmasına çalışmaq meyili göstərir ki, bu da poeziyasının bəşəri meyillərindən sayılmalıdır. Belə meyil bəşəri mədəniyyətinin mahiyyətlə vəhdətini, bütövlükdə insanlığın mənafeyinə xidmət etdiyini təstiqləyir. Hüseyn Cavid romantizmi öz bədii-estetik mənşəyinə görə Azərbaycan mədə-niyyətinin dərin tarixi qatlarına bağlı olmuş, Şərq bədii düşüncəsindən, fəlsəfəsindən, o cümlədən, panteist görüşlərdən qidalanmış, Avropa, rus ədəbiyyatlarının ənənələrindən milli zəmində bəhrəlanmışdir.Onun istifadə etdiyi mənbələr nə qədər geniş, rəngarəng olsa belə, onları özünün milli poetik düşüncə tərzinə, poeziyasının ahənginə, min bir çalarlı musiqisinə uyğunlaşdırmış, öz orjinal yaradıcılıq fərdiliyinə, şair “mən”inə sadiq qalmış şəxsiyyətinin bütövlüyünü təstiqləmişdir. Hüseyn Cavid istər ətraf mühitə, istər yaratdığı bədii gerçəkliyə, oxuduğu, öyrəndiyi sənətkarların dünyasının demonik-yaradıcı gücü ucalığından baxmağı bacarırdı. Filosov – şairin istedadının bu demonik-yaradıcı gücü romantizminin bənzərsiz zənginliyində təcəssüm tapmışdır.
Hüseyn Cavid yaradıcılığı və dünya ədəbiyyatında demonizm ənənəsi (kitab)
"Hüseyn Cavid yaradıcılığı və dünya ədəbiyyatında demonizm ənənəsi" - Filologiya elmləri doktoru, professor,cavidşunas alim Əjdər Tağıoğlu tərəfindən yazılmış elmi əsər == Məzmun == Əjdər İsmayılovun (Əjdər Tağıoğlunun) bu monoqrafiyasında dünya ədəbiyyatında demonizm ənənələrinin Hüseyn Cavidin bədii-estetik irsində davamı və inkişafı məsələləri araşdırılır, öyrənilir. Müəllif bu istiqamətdə H.Cavid estetikasının ideya-fəlsəfı, bədii-mifoloji qaynaqları üzərində dayanır, şairin bədii dünyagörüşünə xas olan milli və beynəlmiləl cəhətləri də tədqiqata cəlb edir. Əjdər Tağıoğlu nun rəsmi oponenti olmuş Moskvalı professor A.L.Şteynin kitaba yazdığı “Müəllif haqqında söz”də deyir: ”Bu monoqrafiya romantizm tarixinin ümumi konsepsiyası ilə əlaqədar olan biliyimizi genişləndirir və dərinləşdirir. Aydın olur ki,romantizm öz klassik forması ilə, Qərbi Avropada olduğu kumi, ancaq XIX əsrin I yarısı ilə məhdudlaşmır. Əksinə, bu klassik məktəb mütəfəkkir romantik şair Hüseyn Cavidin poetik şəxsində öz hüdudlarını genişləndirir və dünya mədəniyyətinin inkişafında yeni mərhələyə - XX əsrin inqilablar epoxasına qədəm qoyur.” Monoqrafiada Cavidlə paralel təhlilə çəkilən Esxil, Milton, Şekspir, Kalderon, Bayron, Şelli, Göte, Şiller, Puşkin, lermontov və bu sıradan olan dünya ədəbiyyatının başqa korifeylərinə həsr edilmiş səhifələrlə Azərbaycan, Rus və Qərbi Avropa romantizminin poetik və fəlsəfi məziyyətlərini milli-tarixi aspektdən açılan araşdırmalarda biz kitabın müəllifinin simasında geniş profilli filoloq-alimlə üz-üzə dayanmış oluruq. Monoqrafiyada zəngin elmi, tarixi, bədii və mifoloji materiallar əsasında vahid Azərbaycan ölkəsində Atarpatendə (Odlar ölkəsi) Azərbaycan türklərinin və onların bir xalq olaraq təşəkkülündə və formalaşmasında iştirak etmiş Ön asiyanın başqa qohum türk tayfalarının mənəvi və mədəni inkişafında Zərduşti dünyagörüşün müstəsna rol oynamasını elmi-nəzəri ümumiləşdirmələrlə verilir. Bu baxımdan "Azərbaycan", "Atar/Ata" sözünün açımı, "Demon","Satana","İblis" mifik adlarının yaranmasında tarixi əhəmiyyət kəsb edən Azərbaycan türklərinin ilk təfəkkür işığı "Div" ("Çan") kəlməsinin araşdırılması, habelə bu sözlərin etomoloji təhlili kitabın elmi-nəzəri sanbalını dəyərləndirən,onun monumentallığını ölçən cəhətlərdəndir.