Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Kitab oğrusu
Kitab Oğrusu, Avstraliyalı yazar Markus Zusak tərəfindən qələmə alınmış romandır. Kitab Nazı Almaniyası haqqında son dərəcə sıx bir şəkildə bu tarixdən alınan qeydlər ilə birlikdə ölümü izah etməkdədir. II. Dünya Müharibəsinin yaxınlaşdığı bu günlərdə, bir ögey ana və ata ilə birlikdə yaşayan gənc qız, evlərində gizlətdikləri gənc ilə aralarındakı münasibəti onlara izah edir. İlk olaraq 2005-ci ildə nəşr olunan kitab bir çox mükafat qazanmış və 230 həftə ərzində New York Times Ən Çox Satanlar siyahısında yer almışdır. == Məzmun == Lizel qatarda qardaşı öldüyü əsnada, onları övladlığa götürən ögey ana və atasının yanına gedir. Qardaşının dəfnində bir kitab tapan Lizel, onu 'oğurlayır'. Qalacağı evə gələndə, ögey atası Hans Huberman ona oxumağı öyrədir. Nasistlərin kitab yandırma mərasimində, yanmaqda olan kitablar vasitəçiliyi ilə bir zabit Lizelin "əxlaqsız" və "əlverişsiz" düşüncələr ilə beynini doldurur və Alman cəmiyyətinin təmiz qala bilməsi haqqında bir mətn danışır. Kitab yandırma mərasimindən dərhal sonra Lizel alovun altında qalan bir kitabı götürüb saxlayır və onu evinə aparır. Bu əsnada onu, ögey anası Roza Hubermanın bir müştərisi və bələdiyyə başçısının arvadı olan İlza Herman görür.
Bakı oğrusu
Bakı oğrusu — tammetrajlı bədii filmi rejissor Anar Nağılbaz tərəfindən 1997-ci ildə ekranlaşdırılmışdır. "Virtuoz" TRK v' "Canlı Klip" şou t.-nin istehsalıdır. Filmdə həbsxanadan yeni çıxan Anar (Anar Nağılbaz) dostu Əhməd (Əhməd Salahov) tərəfindən xəyanətə uğrayır və başa düşür ki, həbsxana azadlıqdan daha ədalətliymiş. Belə vəziyyət filmin qəhrəmanının özünün məhvinə gətirib çıxarır. Əsas rolları Anar Nağılbaz, Əhməd Salahov və Validə ifa edirlər. == Məzmun == Filmdə həbsxanadan yeni çıxan Anar (Anar Nağılbaz) dostu Əhməd (Əhməd Salahov) tərəfindən xəyanətə uğrayır və başa düşür ki, həbsxana azadlıqdan daha ədalətliymiş. Belə vəziyyət filmin qəhrəmanının özünün məhvinə gətirib çıxarır. Həmçinin, filmdə narkotik vərdişlər tənqid olunur. == Film haqqında == Filmdəki hadisələrin çoxu həqiqətdə baş vermişdir.
Fraxinus ornus
Ağ göyrüş (lat. Fraxinus ornus) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin zeytunkimilər fəsiləsinin göyrüş cinsinə aid bitki növü. == Təbii yayılması == Vətəni Aralıq dənizyanı ölkələridir. Rusiyada yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 12 m-ə çatan, düz, yumru, möhkəm çətirli ağacdır. Yarpaqları açıq yaşıl, 7 ədəd uzunsov-yumurtaşəkilli, uzunluğu 9 sm-ə çatan, alt hissəsi tüklü, kənarları dişli olan xırda yarpaqcıqlardan ibarətdir. Zoğların uclarında uzunluğu 5-15 sm olan, sıx süpürgələrə yığılmış ağ, uzun, ensiz ləçəkli, ətirli çiçəkləri ilə digər göyrüşlərdən fərqlənir. Meyvələri ensiz, uzunsov, ucu yumru, uzunluğu 2,5 sm-ə qədərdir. Yavaş böyüyür, 20 yaşında 6–7 m hündürlüyə çatır. Toxumla çoxaldılır.
Hans Onrud
Hans Onrud (norv. Hans Aanrud; 3 sentyabr 1863 – 11 yanvar 1953, Oslo) — Norveç nasiri, dramaturqu, teatrşünas və ədəbiyyatşünası. == Həyatı == Hans Onrud 3 sentyabr 1863-cü ildə Norveçdə, kəndli ailəsində anadan olmuşdur. O, məktəbi bitirdikdən sonra hüquq fakültəsini oxumağa qərar vermiş, lakin universitetdə filologiya ilə maraqlanmışdır. Onrud 1890-cı ildən bir neçə qəzetdə ədəbiyyat və teatr tənqidçisi kimi işləmişdir. O, müəllim kimi də çalışmışdır. Onrud 1899–1900-cü illərdə Bergendə yerləşən "Den Nationale Scene"nin direktoru olmuşdur. Bergendə gələcək həyat yoldaşı Vilhelmina Skoldager ilə tanış olan Onrudun iki qızı olmuşdur. Onlar 1929-cu ilə qədər "Byrud" fermasında yaşayıblar. Onrud 1953-cü ildə, 89 yaşında vəfat etmişdir.
Odeya Rush
Odeya Raş (ivr. ‏אודיה רש‏‎, ing. Odeya Rush; 12 may 1997, Hayfa, İsrail) — İsrailli-Amerikalı aktrisa, model və rejissor. The Giver (2014), Goosebumps (2015) və Dumplin (2018) filmlərində baş rolları ilə tanınır Odeya Raşinek İsrailin Hayfa şəhərində Ashkenazi yəhudi ailəsində anadan olub. Atası Shlomo Raşinek İsraildə anadan olmuşdur və onun polyak-yəhudi anası (Greenfeld nee) Maia halbuki Rusiyada anadan olmuşdur, İsrailə köçmüşdür.. Adı "Odeya", ibrani dilində "Allaha şükür" deməkdir. Hayfada səkkiz yaşında bir əsər yazdı və ifa etdi. Atası Alabamada təhlükəsizlik üzrə məsləhətçi vəzifəsində çalışmağa getdiyi üçün doqquz yaşında ikən ailəsi ABŞ-a köçdü. Ora gələndə Ruş yalnız İvrit dilində danışa bilirdi. Yaşadığı Alabama, Birminghamdakı NE Miles Yəhudi Günü Məktəbində iştirak etdi.
Bakı oğrusu (film, 1997)
Bağdad oğrusu (film, 1924)
Bağdad oğrusu — 1924-cü ildə istehsal olunmuş ABŞ filmi. "Bağdad oğrusu" filmi 1996-cı ildə Konqres Kitabxanası tərəfindən "mədəni, tarixi və estetik olaraq mühüm film" kateqoriyasına aid edilərək, ABŞ Milli Film Arxivində mühafizə edilməsinə qərar verilmişdir. == Mənbə == "Azərbaycan Sovet Ensiklopediyası". IX cild. Bakı, 1986, səh. 524.
Bağdad oğrusu (film, 1940)
Bağdad oğrusu (ing. The Thief of Bagdad) — 1940-cı ildə istehsal edilmiş Böyük Britaniya filmidir. Film Min bir gecə əsərinin əsasında hazırlanmışdır. 1941-ci ildə "Bağdad oğrusu" filmi Oskar mükafatının müxtəlif kateqoriyası üzrə 3 mükafat və 1 nominasiyaya layiq görülmüşdür. Bu film 1924-cü ildə çəkilmiş eyniadlı Bağdad oğrusu filminin remeyk variantı olsa da, filmdə şahzadə və oğru kimi personajlar ayrı-ayrılıqda göstərilmişdir. == Məzmun == Bağdad şəhəri yaraşıqlı və cavan olan Əhməd adlı kralın hakimiyyətindədir. Əhməd babası olan xəlifə Harun ər-Rəşiddən qalan sarayda firavan həyat yaşayır. Onun 365 arvadının olmasına baxmayaraq, heç birinə ürəkdən sevgi bəsləmirdi. Əhməd və əhalisi arasında ciddi ziddiyyət yaşanmırdır. Çünki bu işi vəziri Cəfərə tapşırmışdır.
Big Time Rush
Big Time Rush (ing. Big Time Rush) — Scott Fellovs tərəfindən yaradılmış və ilk olaraq 28 noyabr 2009-cu ildən 25 iyul 2013-cü ilə qədər Nickelodeon-da yayımlanan Amerika musiqili sitkom televiziya serialıdır. == İstehsal == Serial əvvəllər Ned's Classified School Survival Guide-nin yaradıcısı, icraçı prodüseri və şounun rəhbəri olan Scott Fellovs tərəfindən hazırlanmış və yaradılmışdır. Fellovs deyir ki, onun şou üçün ilhamı musiqili komediya şousu olan «The Monkees» - rok qrupu yaradan və komediya sərgüzəştləri keçirərkən mahnı ifa edən dörd gəncdən ibarət qrup haqqında idi. Həmin qrup 1960-cı illərdə məşhur və mədəni əhəmiyyətli Amerika televiziya serialı olub. Big time rush serialı 2007-ci ildə bir konsepsiyası olsa da, 2009-cu ilin avqustuna qədər serialın əsl adı yox idi. == Kasting == Ümummi kastinq 2007-ci ildə başladı. Dörd əsas rol üçün 1500-dən çox yeniyetmə və gənc iştirak edib. Serialın heyətinə ilk qoşulanlar Ceyms Maslow və Logan Henderson olub. Ən son qoşulan Kendall Şmidt olub.
The Slow Rush
The Slow Rush — Avstraliya musiqiçisi Tame Impala-nın dördüncü studiya albomu. 14 fevral 2020-ci ildə işıq üzü görüb. Bütün mahnılar Kevin Parker tərəfindən yazılmış və bəstələnmişdir.
Big Time Rush (teleserial, 2009)
Big Time Rush (ing. Big Time Rush) — Scott Fellovs tərəfindən yaradılmış və ilk olaraq 28 noyabr 2009-cu ildən 25 iyul 2013-cü ilə qədər Nickelodeon-da yayımlanan Amerika musiqili sitkom televiziya serialıdır. == İstehsal == Serial əvvəllər Ned's Classified School Survival Guide-nin yaradıcısı, icraçı prodüseri və şounun rəhbəri olan Scott Fellovs tərəfindən hazırlanmış və yaradılmışdır. Fellovs deyir ki, onun şou üçün ilhamı musiqili komediya şousu olan «The Monkees» - rok qrupu yaradan və komediya sərgüzəştləri keçirərkən mahnı ifa edən dörd gəncdən ibarət qrup haqqında idi. Həmin qrup 1960-cı illərdə məşhur və mədəni əhəmiyyətli Amerika televiziya serialı olub. Big time rush serialı 2007-ci ildə bir konsepsiyası olsa da, 2009-cu ilin avqustuna qədər serialın əsl adı yox idi. == Kasting == Ümummi kastinq 2007-ci ildə başladı. Dörd əsas rol üçün 1500-dən çox yeniyetmə və gənc iştirak edib. Serialın heyətinə ilk qoşulanlar Ceyms Maslow və Logan Henderson olub. Ən son qoşulan Kendall Şmidt olub.