Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Oberton
Oberton (alman dilində ober – yuxarı+ton) — mürəkkəb rəqsin əsas tona nisbətən daha yüksək tezliyə malik sadə tonları. Əsas ton kimi şərti olaraq birinci oberton götürülür. Rəqs tezliklərinin nisbətən tam ədədlərin nisbətən (1:2:3:4 və s.) kimi olan obertonlar harmonik overton adlanır. Musiqi səsi tondan və harmonik obertondan ibarətdir. Səslənən simin, hava sütununun tezliklərinin nisbəti həm tam ədəd, həm də 1/2:1/3:1/4 və s. kimi də göstərilir. Oberton əsas tondan çox zəif olduğundan və ona qarışaraq səsləndiyindən onu bilavasitə atırmaq olmur. Obertonun xarakteri eyni zamanda səsin xüsusiyyətini və ya tembrini müəyyən edir.
Overen
Overn (/oʊˈvɛərnjə, oʊˈvɜːrn/ , fransız: [ovɛʁɲ] ( dinlə); oks. Auvèrnhe və ya Auvèrnha) - Fransanın cənub-mərkəz hissəsində yerləşən keçmiş inzibati regionu. 1 yanvar 2016-cı il tarixindən region yeni Overn - Rona - Alplar regionunun bir hissəsinə çevrilib. == İstinadlar == == Xarici keçidlər == "Информационный сайт Регионального совета Оверни" (fransız). Conseil régional Auvergne. 2012-08-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-08-20. "Добро пожаловать в Овернь" (rus). Официальный сайт туризма Франции. 2012-08-20 tarixində arxivləşdirilib.
Aleksandr Qertsen
Aleksandr İvanoviç Herzen (rus. Алекса́ндр Ива́нович Ге́рцен; 25 mart (6 aprel) 1812, Moskva – 9 (21) yanvar 1870[…], Paris, Fransa) — rus ədibi, filosof və inqilabçı-demokrat. == Aforizm və hikmətli sözləri == Bərabərlik olmadan əsl nikah ola bilməz, ərini maraqlandırmayan, onun fikirlərini bölüşməyən arvad onun üçün kənizdir, xidmətçidir, dayədir. Elm-həqiqətin inkişaf etdiyi canlı orqanizmdir. Kitab bir nəslin o biri nəslə qoyub getdiyi mənəvi vəsiyyətdir. Kitab vasitəsi ilə biz həqiqətlər və rəzalərlər mülkünə daxil oluruq. Kitaba hörmət etmək, bu təfəkkür məbədinə daxil olmaq lazımdır. Tələsik evlənənin əzabı uzun sürər. Yalnız illərin sınağından çıxmış hisslər müqəddəsdir.
Oqüsten Jerar
Oqüsten Jerar (fr. Augustin Gérard; 2 noyabr 1857, Dünkerk – 2 noyabr 1926) — Fransa baş diviziyasının generalı. == Həyatı == İlk vacib təyinatı Madaqaskarda general Jozef Qallieni baş qərargahının rəhbəri olmaq idi. 1912-ci ilin may ayında 41-ci piyada diviziyasının komandiri oldu və Birinci Dünya müharibəsinin başlamasından sonra II hərbi korpusa rəhbərlik etdi. Bu korpusa rəhbərlik etdiyi müddətdə Arden əməliyyatında və Marna döyüşündə iştirak etdi. 24 iyul 1915-ci ildə daha sonsralar Səkkizinci ordu adlandırılan Lotaringiya ordusunun komandiri oldu. 31 mart və 31 dekabr 1916-cı il tarixləri arasında Birinci ordunun vəzifəsini icra edirdi, sonra isə müharibənin sonuna qədər Səkkizinci orduya rəhbərlik etdi. 21 oktyabr 1919-cu ildə təqaüdə çıxmasına qədər Reynlandın müttəfiq qüvvələr tərəfindən işğalının ilk dövründə Səkkizinci orduya komandirlik etdi. Bu dövrdə separatçı hərəkatını dəstəklədi və müstəqil Pfalç respublikasının meydana gəlməsini müdafiə etdi.1926-cı ildə vəfat etdi və Parisdə Əlillər Evi məzarlığında dəfn edildi.
Oqüsten Koşi
Koşi (fr. Augustin Louis Cauchy; 21 avqust 1789[…], Paris – 23 may 1857[…], So[d]) — fransız riyaziyyatçısı. == Həyatı == Məşhur fransız riyaziyyatçısı olan Auqusto Luis Koşi Bastiliyanın işğalından sonra Parisdə 21 avqust 1789-cu ildə anadan oldu. Koşi hürriyətə olan borcunu aclıq və səfalət içində yaşayaraq ödədi. Yarı aclıq içində ancaq atasının hesabına yaşadı. Atası parlamentin vəkili idi. == Fəaliyyəti == Limit anlayışının sistematik tətbiqinə əsaslanan riyazi analizin klassik kursunun müəllifidir. Analitik funksiyalar nəzəriyyəsinin əsasını qoyanlardan biridir.
Overton pəncərəsi
Overton pəncərəsi (ing. Overton window) və ya diskurs pəncərəsi (ing. discourse window) - siyasətçi və fəalların ictimai çıxışlarında yolverilən fikir diapazonu çərçivəsinin cari ictimai diskursa əsaslanaraq mövcud olduğunu iddia edən sosioloji konsepsiyadır. Konsepsiya bütün dünyada politoloqlar, siyasi analitiklər, tarixçilər, kulturoloqlar və s. mütəxəssislər tərəfindən istifadə olunur. Konsepsiya - onun müəllifi olan, amerikalı hüquqşünas və ictimai xadim Cozef Overtonun şərəfinə adlandırılıb. == Yaranma tarixi == Diskurs pəncərəsi konsepsiyası Cozef Overton tərəfindən 1990-cı illərin ortalarında, onun Makinak İctimai Siyasət Mərkəzində işlədiyi müddətdə irəli sürülmüşdür. Bu konsepsiya vaxtilə mühakimələrin açıq siyasi müzakirələr zamanı səsləndirilməyə uyğun olub-olmama dərəcəsinin qiymətləndirilməsi üçün əlverişli model kimi təklif edilmişdir. Konsepsiya mərkəzin daxili seminarlarında aktiv şəkildə istifadə edilsə də, geniş ictimaiyyət üçün ilk dəfə 2006-cı ildə, Overtonun ölümündən üç il sonra nəşr edilmişdir. Beləliklə, diskurs pəncərəsi ideyası nüfuz qazanır, Makinak Mərkəzinin əməkdaşları isə Overton pəncərəsinə həsr olunmuş bir sıra materiallar hazırlayaraq ideyanı populyarlaşdırmaq və inkişaf etdirmək üçün davamlı çalışırdılar.2006-cı ildə diskurs pəncərəsi konsepsiyasının davamı olaraq neokonservativ publisist və siyasətçi Coşua Trevino ideyaların açıq müzakirədə səsləndirilməyə uyğunluğunu təsnifatlaşdırmaq üçün altıpilləli qiymətləndirmə şkalası təklif edir və bu şkalada diskurs pəncərəsinin sərhədlərini qeyd edir.
Gərtək (Sərdəşt)
Gərtək (fars. گرتك‎‎) - İranın Qərbi Azərbaycan ostanının Sərdəşt şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 25 nəfər yaşayır (7 ailə).
Antuan Ogüsten Kurno
Antuan Ogüsten Kurno (fr. Antoine Augustin Cournot; 28 avqust 1801[…], Qre[d] – 31 mart 1877[…], Paris) — Fransa filosofu və riyaziyyatçısı. İqtisadi nəzəriyyənin inkişafında böyük töhfələri olmuşdur. == Həyatı == Antuan Ogüsten Kurno Yuxarı Sonada dünyaya gəlmişdir. 1821-ci ildə dövrünün nüfuzlu təhsil müəssisələrindən biri olan Paris Ali Normal Məktəbinə qəbul olur. Sanmoya görə, Sonralar Kurno riyaziyyat üzrə professor kimi uzun müddət fəaliyyət göstərir və Dijon Akademiyasının rektoru təyin edilir. 1877-ci ildə vəfat etmişdir. Ömrünün son illərində Kurno, demək olar ki, kor idi. == Fəaliyyəti == === İqtisadiyyat === Kurnonun əsas təhsili riyaziyyat üzrə olsa da, iqtisadi nəzəriyyəyə də öz töhfəsini vermişdir. Onun monopoliyalar və duopoliyalar haqqında nəzəriyyələri hələ də öz aktuallığını qoruyub saxlayır.
Oqüsten Lui Koşi
Koşi (fr. Augustin Louis Cauchy; 21 avqust 1789[…], Paris – 23 may 1857[…], So[d]) — fransız riyaziyyatçısı. == Həyatı == Məşhur fransız riyaziyyatçısı olan Auqusto Luis Koşi Bastiliyanın işğalından sonra Parisdə 21 avqust 1789-cu ildə anadan oldu. Koşi hürriyətə olan borcunu aclıq və səfalət içində yaşayaraq ödədi. Yarı aclıq içində ancaq atasının hesabına yaşadı. Atası parlamentin vəkili idi. == Fəaliyyəti == Limit anlayışının sistematik tətbiqinə əsaslanan riyazi analizin klassik kursunun müəllifidir. Analitik funksiyalar nəzəriyyəsinin əsasını qoyanlardan biridir.
Oqüsten Piram Dekandol
Oqüsten Piram Dekandol (fr. Augustín Pyrámus (Pyráme) de Candólle) (4 fevral 1778, Cenevrə, — 9 sentyabr 1841, Cenevrə) — İsveçrə və Fransa botaniki. == Dekandolun şərəfinə adlandırılmış taksonlar == Candolleaceae F.Muell. fəsiləsi, sinonimi: Stylidiaceae R.Br. Candollea Baumg. cinsi, sinonimi: Menziesia Sm. Candollea Labill. cinsi, sinonimi: Stylidium Sw. ex Willd. Candollea Mirb.
Oqüsten Sent-İler
Oqüsten Sent-İler (fr. Augustin François César Prouvençal de Saint-Hilaire; 1779–1853) -Fransız botaniki və səyyahı. == Nəşr olunmuş əsas əsərləri == Flora Brasiliae Meridionalis (3 cilddə, 1825–1832), Adrien Anri Loran de Jüsse və Jak Kambessede ilə birlikdə. Histoire des plantes les plus remarquables du Brésil et de Paraguay (1824) Plantes usuelles des Brésiliens (1827–1828), Adrien Anri Loran de Jüsse və Jak Kambessede ilə birlikdə.
Qeren (kommuna)
Qeren (fr. Guéreins) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Tuasse kantonuna daxildir. Kommunanın dairəsi — Burk-an-Bres. INSEE kodu — 01183. == Əhalisi == 2010-ci ildə əhalinin sayı 1308 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2010-cu ildə 838 əmək qabiliyyətli insan (15-64 yaş) arasında 665 nəfər iqtisadi cəhətdən fəal, 173 nəfər hərəkətsizdir (fəaliyyət göstərici 79.4%, 1999-cu ildə 73.0%). Fəaliyyət göstərən 665 sakindən 618 nəfər (337 kişi və 281 qadın), 47 nəfəri işsizdir (22 kişi və 25 qadın). 173 hərəkətsiz olan 59 nəfər arasında şagird və ya tələbə, 74 nəfər təqaüdçü, 40 nəfər digər səbəblərə görə hərəkətsiz idi.
Rober Geren
Rober Geren (fr. Robert Guérin; 28 iyun 1876, Fransa – 19 mart 1952) — 1904–1906-cı illərdə FİFA prezidenti. == Həyatı == Dünya futbol qurumunun birinci rəhbəri Rober Qeren əvvəllər "Le Martin" jurnalında işləyib. Futbol cəmiyyətlərinin birləşdirilməsi ideyası ilə birinci dəfə o çıxış edib. O, bu ideyaları haqqında işlədiyi jurnalda məlumat verirdi. Qeren hətta bir müddət Fransa yığmasının baş məşqçisi də olub. 1904-cü ildə onun rəhbərliyi altında fransızlar Belçika ilə qarşılaşıb. Bir ildən sonra FİFA-nın yaradılması yolunda bəzi addımlar atılıb. Rober ilk dəfə klublar arasında dünya çempionatını təşkil etmək fikrinə düşür. 15 ölkəni təmsil edən klub həmin turnirdə iştirak etməli idi.
Rober Qeren
Rober Geren (fr. Robert Guérin; 28 iyun 1876, Fransa – 19 mart 1952) — 1904–1906-cı illərdə FİFA prezidenti. == Həyatı == Dünya futbol qurumunun birinci rəhbəri Rober Qeren əvvəllər "Le Martin" jurnalında işləyib. Futbol cəmiyyətlərinin birləşdirilməsi ideyası ilə birinci dəfə o çıxış edib. O, bu ideyaları haqqında işlədiyi jurnalda məlumat verirdi. Qeren hətta bir müddət Fransa yığmasının baş məşqçisi də olub. 1904-cü ildə onun rəhbərliyi altında fransızlar Belçika ilə qarşılaşıb. Bir ildən sonra FİFA-nın yaradılması yolunda bəzi addımlar atılıb. Rober ilk dəfə klublar arasında dünya çempionatını təşkil etmək fikrinə düşür. 15 ölkəni təmsil edən klub həmin turnirdə iştirak etməli idi.
Zəki Ögtən
Zəki Ögtən (4 avqust 1941[…], İstanbul – 19 dekabr 2009[…], İstanbul) — məşhur Türk mənşəli teatr və kino rejissoru, ssenarist, 3 dəfə Qızıl Portağal, 2 dəfə OCİC, Qızıl Leopard, Şərəf ordeni, BFİ mükafatları laureatları. == Həyatı == Heydərpaşa liseyinin məzunudur. Gənc yaşlarından teatra böyük həvəsi var idi. Tələbə vaxtlarından teatrda çalışmağa başlayır. Yaşılcam kinostudiyasına daxil olar və Nişan Xəncərin rejissor olduğu "Acı zeytun" filmində rejissor asistenti kimi çalışmağa başlayar. Ömər Lütfi Axad, Xalid Rəfiq, Ətif Yılmaz, Məmduh Ün kimi rejissorların asistenti kimi çalışmışdır. 1963-cü ildə Zəki, "Ölüm bazarı" filminin rejissoru olmuşdur. Yaşadığı ömürdə bir çox mükafatlar qazanıb. 19 dekabr, 2009-cu il, 18:15 radələrində Ögtən, traxikardiya xəstəliyindən vəfat etmişdir.
Erten-Kort dağı
Erten-Kort (çeç. Эртинан Корта) — Çeçenistanın Vedeno rayonunda dağ zirvəsi. Dəniz səviyyəsindən yüksəklik 1162 metrdir. Ən yaxın yaşayış məntəqələri Xaji-Yurt, Quni və Benoy kəndləridir. Dağ müqəddəs yer sayılır. Burada iki zirvə var: Lakxa Ertinan Korta və Laxa Ertinan Korta. Bu bölgədə əsasən çeçen etnik cəmiyyətinin üzvləri — taypalar Qunoy(Quno) yaşayır. == Etimologiyası == Toponimikada və vaynaxların dilində dağın adına yaxın bir neçə söz mövcuddur: эртина, йортой. Ola bilsin ki, göstərilən sözlər çay adıdır. Hansı ki, Vəftizçi İohannın İordan çayı sahilində İsa peygımbəri vəftiz etmişdir.