Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Oroklar
Oroklar (özlərini: ульта́, уйльта, на̄́ни) — Tunqus-mancur dillərinə mənsub dildə danışan xalqdır. Rusiya Federasiyasının az saylı xalqıdır == Sayı və yayılması == Rusiyada orokların böyük əksəriyyəti Saxalin vilayəti ərazisində yaşayır. Belə ki, 346 nəfərdən 298 nəfəri burada yaşayır. Vilayətin əsas üç yaşayış məntəqəsində yayılmışlar: Poronaysk şəhəri, Noqliki qəsəbəsi və Val kəndi. Hazırda Valda 144 orok yaşarır. Rusiya Federasiyasında 2002-ci il məlumatına əsasən 346 nəfər Orok yaşayır Onlar həmçinin Qastello və Varşurev (Poronay rayonu), Viaxtu kəndində (Aleksandrovsk-Saxalin rayonu), Smirmıy qəsəbəsində (Smirmıy rayonu) və Oxinski rayonu kimi ərazilərdə onlara rast gəlinir Oroklar Rusiya ərazisindən başqa Yaponiyanın Hokkoyda 1989-cu il məlumatına görə 220 orok yaşayır. Hazırda isə onlar haqqında dəqiq məlumat yoxdur 2001-ci ildə Ukraynada aparılan siyahıya alınma nəticəsində ölkədə 959 orokun yaşaması müəyyənləşir. Bu insanlardan cəmi 12-si Orok dilini doğma dili (1%), 179 nəfər ukrayn dilini (19 %), 710 nəfər (74 %) isə rus dilini doğma dili hesab edir Bununla belə SSRİ ərazisində 1989-cu il məlumatına əsasən cəmi 2 orok yaşadığı bildirilir. 2002-ci ilə olan məlumata görə orokların yayılma arealı və sayları : Saxalin vilayəti: Poronaysk şəhəri — 119 nəf Val kəndi — 105 nəf == Dil və Mədəniyyət == Orok dili Tunqus-mancur dillərinə aiddir. Hazırda Saxalin vilayəti ərazisində cəmi 64 nəfər danışır.
Oroçlar
Oroçlar — Rusiyanın Xabarovsk vilayətində yaşayan xalq. == Ümumi məlumat == Özlərini Nani adlandırırlar. 1,2 min nəfərdirlər. (1979). Oroçlarların etnogenezisində tunquslar iştirak etmişlər. Dilləri Tunqus-mancur dillərinin cənub qrupuna daxildir. Oroçların mədəniyyəti udegelərə yaxındır.
Adronlar
Hadron (yun. ἁδρός, adrós, "qalın, güclü, ağır") kvant fizikasında mürəkkəb hissəcik. Hadronlar iki və ya daha çox kvarkdan ibarət olurlar. Üç kvarkdan ibarət hadron barion, iki kvarkdan ibarət hadron mezon adlanır. Ətrafda gördüyümüz hər şey, özümüz də daxil olmaqla maddə daşıyıcıları olan barionlardan ibarətdir. Elementlərin nüvəsini təşkil edən protonlar və neytronlar barion qrupundan olan hadronlardır. Hadronun ölçüsü təqribən 1 fm (femtometr-dir (1 fm 10−15 metrə bərabərdir). == Xüsusiyyətləri == Standart Model nəzəriyyəsinə görə kvark zərrəciklərinin 6 növü var. Bu kvark növləri şərti olaraq up (yuxarı), down (aşağı), strange (qəribə), charm (ovsun, tilsim), top (üst), bottom (alt) adlandırılmışlar. Həmin adlara uyğun olaraq kvark növləri u-kvark, d-kvark, s-kvark, c-kvark, t-kvark, b-kvark kimi işarə edilirlər.
Doqonlar
Doqonlar — Mali Respublikasının ərazisində, Niger çayının sahilində yaşayan xalq. Ana dilləri doqon dilidir. Saylarının 400 mindən 800 minə qədər olduğu təxmin edilir. == Tədqiqi == Doqonlar haqqında ən çox araşdırma aparmış və doqon mədəniyyətini dünyaya tanıtmış ilk şəxs fransalı etnoqraf, professor Marsel Qrioldur. O, ilk dəfə 1931-ci ildə doqon qəbiləsinin qonağı olmuşdur. Həmin vaxt onların sayı 100 min nəfər idi. Yazı mədəniyyətindən xəbəri olmayan bu qədim tayfa əkinçiliklə məşğul olur və sivilizasiya səviyyəsinə görə qonşu tayfalardan heç nə ilə fərqlənmirdi. Amma maraqlı bir fakt professorun diqqətini cəlb edir: doqon qəbiləsində nəsildən-nəsilə şifahi formada ötürülən bir əfsanə vardı. Bu əfsanədə Dünyanın yaranmasından və doqon xalqının kosmosla əlaqələrindən söhbət açılırdı. Bu tarixdən etibarən professor Marsel Qriol öz həmkarları ilə birlikdə Doqon tayfasını mütəmadi ziyarət etməyə başladı.
Drontlar
Drontlar (lat. Raphinae) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin göyərçinkimilər dəstəsinin göyərçinlər fəsiləsinə aid heyvan yarımfəsiləsi.
Freonlar
Freonlar — soyuducular — flüorlu doymuş karbohidrogenlərdir. == Freon == Tərkibində xlor və bəzən də brom olur. Ən geniş yayılanları diflüordixlormetan CF2 CI2, flüortrixlormetan CF CI3 və diflüorxlormetan CHF2 Cl. Alışmayan, partlayıcı, rəngsiz, iysiz qaz və mayelərdir. Suda pis, üzvi həlledicilərdə yaxşı həll olur, turşu və oksidləşdiricilərə qarşı davamlıdır. Freonlardan sənayenin bir çox sahələrində istifadə olunur. Soyuducularda, kondisionerlərdə, lakların, rəng- boyaların, müxtəlif insektisidlərin və s. aerozol qablamalannda məhz Freonlardan istifadə edilir. Freonlar yuyucu olduqlarından kosmetikada, ərzaq məhsuları, dərman maddələri, boya və alovsöndürən qarışıqların hazırlanmasında istifadə edilir. Freon az zəhərli maddələrdir, inert (təsirsiz) biri aid olduğuna görə flora-fauna üçün sayılır və insan orqanizminə ziyan Lakin xarici mühitin yer səthinə yaxın sahəsində kənar təsirlərə qarşı davamlı və uzunömürlü olduqları üçün gec-tez hava cərəyanı ilə atmosferdə toplanır.
Huronlar
Huronlar — Şimali Amerikada yaşayan yerli hindu tayfası. Saylarının təqribən 30 min nəfərdir. Huronlar bugünkü Ontario sərhədində balıqçılıq, ovçuluq və xüsusilə ticarətlə məşğul olaraq yaşamlarını keçirirdilər. XVII əsrdə müstəmləkə inkişaf etdikcə samur kürklərinə olan tələbin artması, bu kürklərin ticarətini aparan Huronlar ilə İroquoilar arasında qanlı bir savaş çıxmasına yol açdı. Kürk ehtiyatı tükəndikcə savaş şiddətləndi. Bu savaşdan sağ qurtula bilən Huronlar Kvebekə çəkildilər.
Kodonlar
Kodonlar hüceyrədə sintez edilən zülalların birincili quruluşu onun nüvəsindəki DNT-nin müəyyən hissələrində olan mononukleotidlərin yerləşmə ardıcıllığı ilə əlaqədardır. Zülalın quruluşu haqda informasiya DNT-dən ribosomlara m-RNT vasitəsilə verilir. Məlumdur ki, zülalların molekulunda 20-ə qədər aminturşu qalıqları olduğu halda nuklein turşusunun tərkibinə yalnız dörd nukleotid daxildir. Deməli, nuklein turşuları olan monomerlərin hər biri zülal molekulundakı bir aminturşu qalığının adını ifadə edə bilməz. F.Krik və onun əməkdaşları göstərmişdir ki, aminturşuların ardıcıllığı nuklein turşusu zəncirindəki nukleotid tripletləri (üçlük) ilə ifadə edilir. Yəni zülal molekulundakı aminturşuların hər birinin adı nuklein turşusu zəncirində asan üç nukleotid vasitəsilə şifrlənir. Bir aminturşu qalığına müvafiq gələn nukleotid üçlüyü kodon adlanır. Nuklein turşularında olan dörd növ nukleotidlərin əmələ gətirdiyi müxtəlif tripletlərin sayı =64 bərabərdir. Beləliklə, ehtimal olunan kodonların sayı (64) aminturşuların sayından xeyli artıqdır. Buradan belə nəticə çıxarmaq olar ki, hər bir aminturşunun bir deyil, bir neçə kodonu vardır.
Kolonlar
Kolonlar (лат. colonus, coloni) — tərcüməsi "əkinçi" deməkdir, Roma imperiyasında torpaq icarədarları. == Kolonat sisteminin yaranma səbəbləri. == Roma İmperiyasında eramızın II əsrində əmək məhsuldarlığının səmərəsizliyi nəticəsində qul əməyi öz əhəmiyyətini itirmişdi. İri malikanə sahibkarları torpaqlarını xırda sahələrə bölüb azad kəndlilərə icarəyə verməyə başladılar. Bu icarədarlar "kolon* adlandırılırdı. Kolonlar ilə torpaq sahibi arasındakı münasibətlər quldarla qul arasındakı münasibətlərdən fərqli idi. Kolonatın bir sistem kimi genişlənməsi, şübhəsiz ki, quldarlıq quruluşunun böhranını göstərən əsəs əlamətlərdən biri kimi sayılırdı. == Kolonlar və müqavilə şərtləri == Kolonlar iki kateqoriyaya bölünürdü. Bəziləri müqavilə əsasında iri torpaq sahələrini icarəyə götürüb onu qulların və ya kiçik icarədarların əməyi ilə becərirdilər.
Mormonlar
Mormonlar (ing. Mormons, tək halda mormon — Mormon) — Mormonizmə inanan etnodini qrup. == Tarixi == XIX əsrin ilk yarısında Şimali Amerikada qurulmuş olan çox dəyişik, geniş ölçüdə tepkilər yaratmış bir xristian məzhəbinə "mormon", bu məzhəbdən kimsələrə də "mormonlar" adı verilir. Məzhəbin əsl adı "Son Gün Əzizləri Kilsəsi"dir. "Son Gün Əzizləri Kilsəsi", rəsmi qeydlərə görə 1830-cu ilin 6 aprel günü Nyu-Yorkda, La Fayettede Cozef Smit (1805–1844) adında biri tərəfindən qurulmuşdur. Öz iddiasına görə 14 yaşındaykən vəhy gəlib "Mormon kitabı" üçün təsirlənən Cozef Smit bu kilsəni ilk qurduğunda sadəcə 6 üzvü vardı. Bunlar eyni zamanda qurucu üzvülərdilər. Quruluşu izləyən dönəmdə böyük çətinliklərlə qarşılaşan, gördükləri etiraz səbəbiylə yerlərini-yurdlarını buraxmaq məcburiyyətində qalan Cozef Smit və onun ardından gedənlər Smitin "Vəd edilmiş torpaqlar" saplantısına uyaraq Qərb yoluna düşdüler. Bunlardan bəziləri Ohayo, bəziləri də Missuriyə getdilər. İçlərindən böyük bir qismi Nauvooda, ilk yerləşik Mormon toplumunu qurduqları İllinoysda yerləşdilər.
Nornlar
Nornlar (q.skan. norn; cəmdə: nornir) — skandinav mifologiyasında tanrılar və insanların talelərini idarə edən qadın varlıqlar. Onlar Avropa mifologiyalarında digər insan taleyini idarə edən varlıqlarla demək olar ki, eynidilər. Snorri Sturlusonun "Völvanın kəhanəti" şeirində yazılanlara görə, ən önəmli üç norn olan Urd, Verdandi və Skuld Urd bulağında yerləşən bir zaldan gəliblər. Onlar bulaqdan su götürürlər və onun ətrafında qumu əllərinə alırlar. Onlar bu qumu İqqdrasil ağacının üzərinə səpirlər ki, onun budaqları çürüməsin. Bu üç norn güclü qız divlər (yötunlar) kimi təsvir ediliblər. Onların Yötunheymdən gəlməsi tanrıların qızıl dövrünü sona çatdırmışdır. Onlar "Vaftrudnismal" şeirində təsvir olunan Möqtrasir qızları ilə eyni ola bilərlər. Bu üç tanınmış norna əlavə olaraq, başqa nornlar da var.
Oromolar
Oromolar (amhar dilindən tərcümədə "Oromo" – "torpaq axtaran avaralar") — Efiopiya və Keniyada yaşayan xalq. Sayı təxminən 25 milyon nəfərdir. == Ədəbiyyat == Гемечу К. М. Традиционная культура Оромо: генезис и эволюция. Монография / Гемечу Кедир Мохаммед; Моск. гос. ун-т культуры и искусств М.: Моск. гос. ун-т культуры и искусства, 2000. — 198 с. Кобищанов Ю. М. Оромо // Народы и религии мира / Гл.
Orqanlar
Orqan (q.yun. ὄργανον — «alət») — oxşar funksiyaları olan toxuma qruplarıdır. Bitki və heyvan həyatı orqan sistemlərində mövcud olan bir çox orqandan asılıdır. Bir orqan, müəyyən bir orqanizmin digər funksional vahidlərindən təcrid olunmuş bir orqanizm daxilindəki funksional vahiddir. Bir orqanizmin orqanları öz funksiyalarında bir-biri ilə bir-birinə bağlıdırlar ki, orqan tez-tez müxtəlif orqan sistemlərinə birləşən orqanlar toplusudur. Bir orqan yalnız bədən daxilində sabit bir mövqe tutan və inkişafı ontogenez (orqanogenez) çərçivəsində izlənən toxuma və hüceyrələrin birləşməsinə deyilir. Hüceyrələrin və toxumaların orqan təşkili həm heyvanlar, həm də daha yüksək bitkilər üçün xarakterikdir. Yosunlar və digər çoxhüceyrəli və müstəmləkəçi protistlər, həmçinin göbələklər, bu terminin ciddi mənasında heç bir orqan yoxdur, çünki toxumaları yoxdur.
Osovlar
Osovlar (rus. осовы, ing. snowslumps, slumps) dərələrin və qobuların dik yamaclarında, sirkəbənzər dayaz batıq çövəklik; qrunt və səth suları ilə, xüsusi ilə kölgəli yamaclarda qarın tədricən ərimə zamanı güclü rütubətlənmiş gillicə çöküntü qatının üst hissəsinin yer dəyişməsi nəticəsində əmələ gəlir; ağırlıq qüvvəsinin təsiri ilə qar kütləsinin yamac aşağı nisbətən yavaş yerdəyişməsi (qar sürüşməsi).
Oyunlar
Oyun — boş vaxtları qiymətləndirmək üçün edilən əyləndirici və bəzən də maarifləndirici fəaliyyət. Oyun sözü ilə bunlardan biri nəzərdə tutulmuş ola bilər: Uşaq oyunları İdman müsabiqələri Olimpiya oyunları Azartlı oyunlar Rəqs və ya xalq rəqsləri Teatr tamaşaları Kompüter və ya konsollar vasitəsilə oynanan videooyunlar Şahmat, dama kimi masaüstü oyunlar Zəka oyunları Kino "Oyun" — Maykl Duqlas və Şon Pennin baş rollarını oynadıqları film. Musiqi "Oyun" — 2005-ci ildə yaradılan musiqi qrupu. "Oyun" — "Təmas" musiqi qrupunun 2009-cu ilin noyabrında çıxardığı "Həyata toxun" adlı albomundai 9-cu mahnı. == Xarici keçidlər == Quliyev B. Mütəhərrik və əyləncəli oyunlar. (8 Azərbaycan milli uşaq oyunları).
Ozanlar
Ozan Ozanlar (Zəngibasar) — İrəvan xanlığının Zəngibasar mahalında kənd adı Ozanlar (Axta) — Yeni Bayazid qəzasında, indiki Axta (Razdan) rayonunda kənd.
Prionlar
Prionlar (ing. proteinaceous infectious particle — yoluxucu zülalvari hissəcik) – İnsan və heyvanların ali nümayəndələrində mərkəzi sinir sistemində ağır xəstəliklərə səbəb olan, tərkibində nuklein turşuları olmayan zülalların xüsusi sinfi. Prionlar sahibin normal zülalının dəyişmiş formasıdır. 1982-ci ildə amerikalı molekulyar bioloq, Stenli Prussner tibbin və biologiyanın inkşafının yeni mərhələsini qoydu. O, yeni tip infeksiyon agent, prionları kəşf etdi. Bu təkcə molekulyar biologiyanın nailiyyəti deyildi, həm də tibbin inkişafında yeni bir era idi. Prinsipial olaraq digər infeksiyon xəstəliklərdən baş verməsinə və səbəbinə görə fərqlənən yeni tip xəstəlik aşkar olunmuşdu. == Həkimlər üçün == Həkim praktikasında prion xəstəlikləri haqqında məlumatlı olmaq və onlari digər somatik sinir və əzələ sistemi xəstəliklərindən ayırmaq üçün differensial-diaqnostikanı bilmək cox vacibdir. Bunun üçün prion xəstəliklərini makroskopik və mikroskopik səviyyədə öyrənmək, xəstəliyin inkşafını, səbəbini, orqanizm üçün ağırlaşmalarını bilmək lazımdır: Morfoloji cəhətdən prion xəstəliklərini virus xəstəliklərindən ayırmaq Transmissiv Süngərvari Ensefalopatiyanin morfogenezini Transmissiv Süngərvari Miopatiyanın morfogenezini İnsanda ağırlaşmanı və ölümün səbəbini Prionlar submikroskopik infeksion hissəcik olub heç bir genetik materialı yoxdur (DNT və RNT). Prionları bütün mikroorqanizmlərdən: viruslar, bakteriyalar, göbələklərdən fərqləndirən əsas cəhət də budur.
Toroslar
Toroslar (türk. Toroslar) — Mersin ilinin ilçəsi.
Xotonlar
Xotonlar—Monqolustanda yaşayan türk etnik qrupu. == Tarixi == Bugün Monqolustanda, Qərbi Çindən köçürülmüş Qırğız soyundan gələn xotonlar yaşayırlar. Dili Türkcə olub gün keçdikcə Monqollaşan bir qrupdur. 2009-cu ildə aparılan əhali sayımına görə xotonların sayı 10 000-dən artıqdır. Əlbəttə, bu etnosu Şərqi Türkistandakı Xotan ilə Xotanlı uyğurlarla qarışdırmamaq lazım gəlir. “Uyğur” rəsmi etnonimi şəkillənmədən öncə Şərqi Türkistandakı uyğurların böyük qismi (Sinzyan-Uygur muxtar bölgəsinin əsas əhalisi) özlərini “Xotanlıyıq” deyərək bir etnik qruba aidiyətlərini bildirmiş olmalarıdır. İlk başda “xoton” etnik adın anlamını bildirmək lazım gəlir. Bu etnonimin bənzərləri bugünkü qırğızların Çəkir Sayak və Sayak boylarının içində “Koton” şəklində özünü göstərir. “Xoton” Monqol dillərində bu anlamlara gəlir: 1. Qırğ.
Kornlar
Kornlar, korntslar və ya kornuollular (korn Kernowyon, anqlosaks. Cornƿīelisċ, ing. Cornish)— Kornuollda tarixən məskunlaşmış xalq, Birləşmiş Krallıqda tanınmış milli azlıq. Kornuoll sakinləri özlərini ingilislərdən ayırırlar, lakin Birləşmiş Krallığın digər kelt bölgələrinin sakinləri, ilk növbədə Uels, eləcə də Avropanın kelt xalqları ilə çox oxşar cəhətlərə malikdirlər. Bəzi mütəxəssislərə görə, kornlar Böyük Britaniyanın ayrı etnik qrupudur, Roma işğalından əvvəl adanın cənub və mərkəzi bölgələrində məskunlaşmış qədim britlərdəndir.
Hormonlar
Hormonlar (q.yun. ὁρμάω - hərəkət edirəm, hərəkətə gəlirəm) — daxili sekresiya vəzilərinin (endokrin vəzilər) xüsusi hüceyrələrində istehsal olunan, qana daxil olan, hədəf hüceyrələrin reseptorları ilə bağlanan və maddələr mübadiləsinə və fizioloji funksiyalara tənzimləyici təsir göstərən üzvi təbiətli bioloji aktiv maddələr. Hormonlar müxtəlif orqanlarda müəyyən proseslərin humoral (qanla ötürülən) tənzimləyicisi kimi xidmət edir. "Hormon" anlayışının şərhinin daha geniş olduğu başqa təriflər də var: "bədənin hüceyrələri tərəfindən istehsal olunan və bədənin digər hissələrindəki hüceyrələrə təsir edən kimyəvi maddələrin siqnalı." Bu tərif daha məqsədəuyğun görünür, çünki o, ənənəvi olaraq hormonlar kimi təsnif edilən bir çox maddələri əhatə etmir: qan dövranı sistemi olmayan heyvanların hormonları (məsələn, dəyirmi qurdların ekdizonu və s.), endokrin vəzilərdə istehsal olunmayan onurğalıların hormonları (prostaqlandinlər, eritropoetin və s.), bitki hormonları, lakin oxşar tərifə, məsələn, eikosanoidlər, steroidlər və s. kimi maddələrin sinifləri də daxildir. Hormonlar distant təsir göstərir: qan dövranı ilə bədənin müxtəlif orqan və sistemlərinə daxil olaraq, onları sintez edən vəzidən uzaqda yerləşən orqanın fəaliyyətini tənzimləyir, halbuki hormonların çox az miqdarı belə, hormonlar orqanların fəaliyyətində əhəmiyyətli dəyişikliklərə səbəb ola bilər. == Tarixi == Daxili sekresiya vəzilərinin və hormonlarının aktiv öyrənilməsinə 1855-ci ildə ingilis həkimi T. Addison başlamışdır. İlk dəfə Addison bürünc xəstəliyini təsvir etdi, onun simptomu dərinin spesifik rənglənməsi idi və səbəb böyrəküstü vəzilərin disfunksiyası idi. Endokrinologiyanın digər banisi isə daxili ifrazat proseslərini və qana müəyyən maddələr ifraz edən orqanizm - orqanların müvafiq vəzilərini tədqiq edən fransız həkimi C. Bernardır. Daha sonra digər fransız həkim Ş.Broun-Sekar bəzi xəstəliklərin inkişafını daxili sekresiya vəzilərinin funksiyasının çatışmazlığı ilə əlaqələndirən və müvafiq vəzilərin ekstraktlarının bu xəstəliklərin müalicəsində uğurla istifadə edilə biləcəyini göstərdi.
Maronlar
Maronlar (fr. les Marrons, "vəhşilik, vəhşi vəziyyətə qayıtmaq") — Qərb yarımkürəsində baş tutmuş Avropa müstəmləkəçiliyi mərkəzlərindən uzaqda yerləşən ucqar dağlıq regionlarda əsrlər boyu yarımköçəri və praktiki olaraq müstəqil həyat tərzi sürən qaçaq qaradərili qulların və onların qarışıq mənşəli törəmələrinin (mulatlar, sambolar) xüsusi icmalarının nümayəndələri. Onlar tez-tez yerli xalqlarla qarışaraq, nəticədə ayrı-ayrı kreol mədəniyyətlərinə çevrilirdilər. Maron fenomeni ən çox XVI–XVII əsrlərdə Karib dənizində (Vest-Hind, Antil adaları) geniş yayılmışdır, sonra XVIII–XIX əsrlərdə digər ərazilər inkişaf etdikcə maronlar Missipi bataqlığı, Florida, And dağları, Braziliya sertanı, Qviana və Surinam kimi daha əlçatmaz kontinental ərazilərə köçmüşdür. Burada maron yaşayış məntəqələri hələ də davam edir. Maronlar adətən dəniz quldurları ilə əməkdaşlıq edir, yemək ələ keçirmək üçün avropalıların nəzarətində olan yaşayış məntəqələrinə basqınlar həyata keçirirdi, lakin eyni zamanda özləri də qaçaqları geri qaytarmaq istəyən Avropa hakimiyyət orqanları, ordu və polis tərəfindən davamlı nəzarət obyektinə çevrilmişdilər. == İstinadlar == == Əlavə ədəbiyyat == History of the Maroons Russell Banks (1980), The Book of Jamaica. Campbell, Mavis Christine (1988), The Maroons of Jamaica, 1655–1796: a history of resistance, collaboration & betrayal, Granby, Mass.: Bergin & Garvey. ISBN 0-89789-148-1 Corzo, Gabino La Rosa (2003), Runaway Slave Settlements in Cuba: Resistance and Repression (translated by Mary Todd), Chapel Hill: University of North Carolina Press. ISBN 0-8078-2803-3 Dallas, R. C. The History of the Maroons, from Their Origin to the Establishment of Their Chief Tribe at Sierra Leone.
Monlar
Monlar (talayn, မွန်လူမျိုး; mùn lùmjóʊ) — Myanmanın cənubunda, əsasən Mon ştatı və ona qonşu vilayətlərdə, eləcə də Tailandın cənub-qərbində yaşayan xalq. Avstroasiya dil ailəsinin mon-kxmer qoluna daxil olan mon dilində danışırlar. VI əsrdə yaranmış əlifbaları var. Buddizmə sitayiş edirlər.[mənbə göstərin] Eramızın I minilliyində monların erkən dövlətlər olmuşdur (Dvaravati və s.). I minilliyin sonlarında başlayaraq Mon ölkəsinə şimaldan birmanlılar soxulmağa başlamış və XVIII əsrin ortalarında mon dövləti Dvaravatini süquta uğratmışar. Monların birmanlılara böyük mədəni təsiri olmuşdur.
Oralar
"Oralar" — Azərbaycan televiziya verilişi. 2017-ci il aprelin 8-də ATV kanalında yayımlanıb. == Veriliş haqqında == Verilişdə aparıcı Turanə Hüseynli qlamur həyat, dəbli butiklər, gənclərin əyləncə məkanlarına, Azər Qəribov şəhərlərin lüks həyatını, məşhur abidələrini, muzeyləri və turistik məkanlarını, Rüstəm Əfsərli isə büdcəli səyyah həyatı sürərək sadə insanların yaşayışını tamaşaçılara göstərir. == Mükafatlar == 2018-ci ildə veriliş "Oralar" verilişi Xorvatiyanın paytaxtı Zaqreb şəhərində keçirilən Beynəlxalq Turizm Filmləri Festivalında "Televiziya verilişləri" nominasiyasında birinci yerə layiq görülüb. == Buraxılışlar == == İstinadlar == == Xarici keçidlər == Oralar — Internet Movie Database saytında.
Orlar
Orlar, Horlar (yun. Ὥραι, fəsil) qədim yunan mifologiyasında, il fəsili ilahələri, Zevs və Temisin qızları (Helios və Selenanın qızları).