Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Owen Teague
Owen William Teague (8 dekabr 1998, Tampa, Florida) — amerikalı aktyor. == Həyatı == 8 dekabr 1998-ci ildə Florida ştatının Tampa şəhərində anadan olub. Valideynlərinin hər ikisi musiqiçi idi və 15 yaşına qədər skripka çalırdı. == Filmoqrafiya == === Film === 2013 : Contest 2014 : La Belle: the Ship That Changed History 2015 : Echoes of War 2015 : Walt Before Mickey 2015 : Wild in Blue 2016 : Cell 2017 : It 2018 : Every Day 2019 : I See You 2019 : Inherit the Viper 2019 : It Chapter Two 2019 : Mary 2020 : The Empty Man 2021 : Montana Story 2022 : Gone in the Night 2022 : To Leslie 2023 : Eileen 2023 : You Hurt My Feelings 2023 : Reptile 2024 : Kingdom of the Planet of the Apes === Televiziya === 2012 : Malibu Country 2013 : CollegeHumor Originals 2013 : NCIS: Los Angeles 2014 : Reckless 2015 : Bones 2015–2017 : Bloodline 2016 : Mercy Street 2017 : Black Mirror 2019 : Mrs.
Archaeopteryx oweni
Arxeopteriks (lat. Archaeopteryx) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin arxeopterikskimilər dəstəsinin arxeopterikslər fəsiləsinə aid heyvan cinsi. Paleontoloqlar Peruda pelagornithidae fəsiləsinə aid quşun qalıqlarını aşkar ediblər. Mütəxəssislər onun yaşinin 10 milyon il olduğunu müəyyənləşdiriblər. Qeyd edək ki, alimlərin arxeopteriks adlandırdığı ilk quş 150 mln il əvvələ aid edilir. Peru Təbiət Tarixi Muzeyinin əməkdaşı Mario Urbinin dediyinə görə, bu quşun qanadlarının açıq vəziyyətdə ölçüsü 6 metrə çatırmış. Əsasən okean balıqlarıyla qıdalanan bu canlı növü Yerdə 50 mln il əvvəl peyda olub və təqribən, 2,5 mln il əvvəl nəsli kəsilib. Onların məhvinə iqlim dəyişiklikləri səbəb olub: rütubətli və isti iqlimdə yaşamağa vərdiş etdikləri üçün quru və soyuq iqlimin gəlişi onların axırına çıxıb. Alimlər quşun anatomik quruluşunda bir neçə xüsusi əlamətin olduğunu deyirlər. Onun dimdiyinin uc hissəsində ovu yaxşı tutmağa kömək edən iti dişləri olub.
Owen (yüngül pulemyot)
Owen, Avstraliya istehsalı olan yüngül pulemyotdur. Silah 1939-cu ildə Evelyn Owen tərəfindən yaradılıb və İkinci dünya müharibəsi zamanı Avstraliya ordusunun əsas yüngül pulemyotu olmuşdur. Silahı 1943-cü ildən 1960-cı illərin ortalarına qədər istifadə etmişlər.
Walter Owen Bentley
[mənbə göstərin] Volter Ouen Bentli (ing. Walter Owen Bentley) — ingilis konstruktoru və Bentley Motor şirkətinin təsisçisi. == Həyatı == Volter Bentli 16 sentyabr 1888-ci ildə Londonda anadan olub. Ailədə ondan başqa daha 8 nəfər olub. Bentli ilk əmək fəaliyyətinə dəmir yolunda başlayıb.Əvvəlcə Şimali Britaniya dəmir yolunun deposunda usta şagirdi, daha sonra "Atlantik" parovozunda ocaqçı işləyib. Amma tezliklə motosiklet yürüşlərinə həvəs göstərməyə başlayıb, sonra Londonda fransız avtomobillərinin satışı ilə məşğul olub. Klifton kollecini bitirdikdən sonra Volter mühəndis dərəcəsi alıb və aviasiya mühərriklərinin layihələşdirilməsində iştirak edib. Amma onun həvəsi avtomobil sahəsinə, daha dəqiq desək, avtomobil yürüşlərinə idi. O hətta bir neçə avtomobil yürüşlərində iştirak etmişdi. Məhz həmin dövrdə yaxşı hərəkət keyfiyyətlərinə malik avtomobil yaratmaq ideyası onun ağlına gəlib, elə bir avtomobil ki, bahalı avtomobillərə xas olan etibarlılıq və uzunömürlülük keyfiyyətini özündə birləşdirsin.
Oze
Oze (fr. Auzet, oks. Auset) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Provans Alpları. Seyn kantonuna daxildir. Kommunanın dairəsi — Din-le-Ben. INSEE kodu — 04017. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 81 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə 60 yaşdan yuxarı (15-64 yaş arasında) 44 nəfər iqtisadi fəal, 16 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 73,3%, 1999-cu ildə 67.3%). Fəal olan 44 nəfərdən 37 nəfər (19 kişi və 18 qadın), 7 nəfər işsiz (2 kişi və 5 qadın) idi.
Ninety One
Ninety One və ya 91 (qaz. Тоқсан бір; Toqsan bir; azərb. Doxsan bir‎) — 2015-cü ildə JUZ Entertainment tərəfindən qurulmuş Q-pop qrupu. Qrupun prodüsseri ORDA qrupun üzvü, Yerbolat Bedelxandır.Ninety one qrupu 5 üzvdən ibarətdir:ACE,ALEM,ZAQ,A.Z,BALA == Tarixi == Qrupun adı Qazaxıstanın müstəqilliyini qazanması ilə əlaqəlidir( Qazaxıstan öz müstəqilliyini 1991-ci ildə qazanmışdır).Qrup 2014-cü ildə K-Top Idols layihəsi əsasında yaradılmışdır. ZAQ ilə A.Z. bu layihənin qalibləri idi, ALEM ilə BALA isə onlara kastinq nəticəsində qoşulmuşdur. Cənubi Koreyanın S.M. Entertainment agentliyində oxuyandan sonra, ACE də qrupa qoşulub. Əvvəl qrupun adları KTI-boys və W idi. Amma, 2015-ci ilin sentyabrın 1-də Aýıptama (kiril Айыптама qaz. Qınama) adlı ilk sinqlı və onun musiqi videosunu buraxıb, qrupun adını indikinə dəyişiblər. Həmin musiqi videosu 20 həftə ərzində Qazaxıstan kanalların musiqi çartlarında baş yerləri tutmuşdur.
Ole Römer
Ole Römer (dan. Ole Christensen Rømer; 25 sentyabr 1644 – 19 sentyabr 1710) — 1676-cı ildə ilk dəfə işıq sürəti üçün uğurlu təxminlər etmiş danimarkalı astronom. Elmi ədəbiyyatda adı "Roemer", "Römer" və ya "Romer" olaraq da yazılır.
Ole Rømer
Ole Römer (dan. Ole Christensen Rømer; 25 sentyabr 1644 – 19 sentyabr 1710) — 1676-cı ildə ilk dəfə işıq sürəti üçün uğurlu təxminlər etmiş danimarkalı astronom. Elmi ədəbiyyatda adı "Roemer", "Römer" və ya "Romer" olaraq da yazılır.
One (manqaka)
One — məşhur "One-Punch Man" veb-komiksinin (remeyki Yusuke Murata tərəfindən) müəllifi kimi tanınan manqakanın istifadə etdiyi pseydonim. "Weekly Shōnen Sunday" jurnalının onlayn versiyasında "Mob Psycho 100" adlı başqa veb-komiksini yayımlayır.2015-ci ilin dekabrında saytına gündə edilən girişlər 100 mini keçmişdir və ümumi ziyarətlərin sayı 70 milyonu ötmüşdür.O, Niiqata prefekturasında doğulmuş, lakin Saytama prefekturasının Konosu şəhərində böyümüşdür.
One Direction
One Direction — 2010-cu ildə Londonda, yaradılmış İngilis-İrland oğlan pop qrupu. Qrup üzvləri Nayl Horan, Liam Peyn, Harri Stayls, Lui Tomlinson və 2015-ci ilin martında tərk edən Zeyn Malik idi. 2010-ci ildə Britaniya televiziya şousu The X Factor mahnı müsabiqəsində üçüncü yer olduqdan sonra Saymon Kouellin leybl şirkəti Syco ilə müqavilə imzaladılar. == Haqqında == One Direction dörd üzvdən ibarət olan Britanyalı musiqi qrupudur. Üzvlər Niall Horan, Liam Payne, Harry Styles və Louis Tomlinson-dur. İngiltərədə yayımlanan yarışma programı X-Factorun 7. sezonunu üçüncülüklə bitirmişdirlər. Daha sonra qrup Syco musiclə müqavilə imzalamışdır.One Directionun ilk klipi "What Makes You Beautiful", 11 sentyabr 2011 tarixində yayımlanmış və İngiltərə musiqi listlərində birinci sıraya yüksəlmişdir. İkinci klipləri "Gotta Be You" 13 noyabr 2011 də yayımlanmış və ardından "Up All Night" albomları 18 noyabrda satışa buraxılmışdır. "Take Me Home" albomları noyabr 2012 də satışa buraxılmışdır.
One Madison
One Madison (Uan Medison kimi tələffüz olunur) — Nyu-York şəhəri Manhetten borosunun Fletayron rayonundaki Medison skver ilə üzbəüz, Medison prospektinin ətəyində, Brodvey və Park prospekti arasında 23-cü küçədə yerləşən qüllə tipli təntənəli yaşayış kondominiumu. Binanın rəsmi ünvanı və vestibülun əsas girişi binanın adından gözlənildiyi kimi 1 Madison prospektində deyil, 23 East 22nd Street-də yerləşir. 23-cü küçədə ümumi giriş yoxdur. Binanın 60 mərtəbəsində 53 yaşayış mənzilləri yerləşirlər. İnşaat 2006-cı ildə başlamış və 2010-cu ildə başa çatmış, lakin maddi çətinliklər üzündən üç il daha yarımçıq qalmışdır. 189.3 m hündürlükdə olan One Madison, hündürlüyü ilə eni 12:1-ə olan nisbəti ilə Nyu-Yorkun ən incə binalarından biridir. 2013-cü ildə bina üzərində mülkiyyəti hüququ kreditorlar konsorsiumunun (The Related Companies, CIM Group və HFZ Capital Group adlı şirkətlər) əlinə keçdi, hansı ki inşaatı tamamlamış və həmin il satışları bərpa etmişdir. 2014-cü ilin fevral ayına qədər binanın yüzdə yetmiş beşi satılmışdır.
One Piece
One Piece (ワンピース, Wan Pīsu, azərb. Van-Pis‎) — Eyiçiro Odanın manqası və onun əsasında yaradılmış eyni adlı anime. Manqa Weekly Shonen Jump jurnalında 1997-ci ilin iyulun 19-dan seriallaşır. Fəsilləri 105 tankobon cildə yığılmışdır. Eyiçiro Odanın saytında elan olub ki, bu manqa Ginnesin Rekordlar Kitabına "bir müəllifin yaratdığı ən çox nüsxə satan bir komiks seriayası" kimi düşdü. 2014-cü ilin dekabr ayına kimi dünyanın 30-dan çox ölkəsində onun 320 milyon 866 min nüsxəsi çap olunub, bu onu tarixdə ən yaxşı satılan manqa edir. == Dünya == One Piece dünyasının əhalisi insanlar, balıq insanları, miklər (humanoid heyvanlar) və s. ağillı varlıqlardan ibarətdir. Onun əsas hissəsi Red Layn (赤い土の大陸(レッドライン), Reddo Rain) adlı bu dünyanın tək qütbü olan nəhəng dağ sistemi ilə ayrılan iki okeandan ibarətdir. Red Layna perpendikulyar axan Qrand Layn (偉大なる航路(グランドライン), Gurando Rain) dənizibu okeanları daha bir dəfə dörd dənizə bölür: Nors Blu (北の海(ノースブルー), Nōsu Burū), İst Blu (東の海(イーストブルー), Īsuto Burū), Vest Blu (西の海(ウェストブルー), Uesuto Burū) və Saus Blu (南の海(サウスブルー), Sausu Burū).
Ore dağları
Ore dağları və ya Ore silsiləsi — XII-XX əsrlərdə, təxminən 800 il ərzində Mərkəzi Avropada Saksoniya və Bohemiya arasında təbii bir sərhəd meydana gətirmişdir. Bu gün Almaniya ilə Çexiya Respublikası arasındakı sərhəd dağın əsas hissəsinin şimalından keçir. Ən yüksək zirvələri dəniz səviyyəsindən 1244 metr (4,081 ft) hündürlükdə yerləşən Klinoveç (Alman dilində-Keilberg) və 1215 metr hündürlükdə yerləşən Fichtelberq zirvələridir. Bu ərazi Tunc dövründə filizin yaranmasına, mədənçilik və metallurgiya sənayesindən dövrün erkən mərhələlərinin böyük sənaye sənayesinə keçməsinə və sonrakı Sənaye İnqilabının baş verməsində mühüm rol oynamışdır.
Owl City
== Həyatı == Adam Young 5 iyul 1986-cı ildə ABŞ-də anadan olub. Musiqiçidir. İlk albomu "Ocean Eyes" (Okeanın gözləri) adlanır (2009). Digər albomları: "Maybe I'm Dreaming", "Sky Sailing", "The Midsummer Station", "All Things Bright and Beautiful", "Of June" Əsl adı:Adam Young Ləqəbi:Owl city == Mahnıları == Fireflies Good Time (Carly Rae Jepsen ilə) Vanilla Twilight Hello Seattle Shooting Star When Can I See You Again?
Owl Pharaoh
Owl Pharaoh — amerikalı repçi Trevis Skottun buraxdığı ilk miksteyp. 21 May 2013-cü ildə Grand Hustle Records və Epic Records tərəfindən pulsuz olaraq yayımlanmışdır. Miksteypdə 2 Chainz, T.I., Wale, Toro y Moi, A$AP Ferg, Theophilus London, Paul Wall, James Fauntleroy və Meek Mill-in ifaları yer alıb. == Fon == 2011-ci ildə Trevis "Owl Pharaoh"-u 11 əsas, 2 əlavə mahnı ilə təqdim etdi. Bu versiyaya "Lights (Love Sick)", "Analogue" və "That B!tch Crazy" kimi mahnıları daxil etmək lazım idi. Ancaq bu, Skott-un çox məşhur reperlər və səs prodüserləri olan T.I. və Kanye Vest tərəfindən kəşf edilməsindən əvvəl idi. İkisi ilə birlikdə işlədikdən və layihəni yenidən qurduqdan sonra Skott "Owl Pharaoh"-un GOOD Music-in Cruel Summer (2012) mahnısı ilə eyni ay yayımlanacağını açıqladı. Ancaq o mahnı yayımlanmadı. Skott daha sonra yenidən layihə üzərində işlədi və 22 fevral 2013-cü ili yeni bir tarix kimi təyin etmişdir. Lakin layihə yenə də yayımlanmadı.
Ra.One
WWE 2K
WWE 2K hazırda Vizual Concepts tərəfindən hazırlanmış peşəkar güləş videooyun seriyası və Yuke və 2K Sports tərəfindən nəşr olunmuşdur.
Wanna One
Wanna One (kor. 워너원) — Cənubi Koreyanın CJ E&M Music agentliyi tərəfindən yaradılmış və 11 üzvdən ibarət olan K-pop qrupudur.
X-ONE
"X-ONE" (əvvəllər "X360") — Birləşmiş Krallıqda "Imagine Publishing" tərəfindən nəşr olunan, "Xbox 360" və "Xbox One" üçün nəzərdə tutulmuş videooyun jurnalı. Jurnalda xəbərlər, önizləmələr, resenziyalar öz əksini tapırdı. == Tarixi == "X360" adı ilə təsis edilən jurnal ilk növbədə, "Highbury Entertainment"in ləğv olunmuş "XBM" nəşrinə əlavə olaraq daxil edilmişdi, lakin "Xbox 360"ın satışa çıxarılmasından əvvəl, 2005-ci ilin oktyabrında aylıq jurnala çevrilmişdir. Bu, "Highbury Entertainment"in ən böyük buraxılışı idi və aşağı səviyyəli marketinq üçün 200 min funt sterlinqdən çox məbləğ xərclənmişdir. 2013-cü ilin oktyabrında "X360" jurnalının adı 104-cü nömrəsində "X-ONE" olaraq dəyişdirilmişdir.Jurnal 2015-ci ilin noyabr ayından nəşrini dayandırmışdır.
Xbox One
Xbox One — 21 may 2013-cü ildə Microsoftun tanıtdığı 8-ci nəsil oyun konsoludur. Kod adı "Durango" olan oyun konsolu əvvəlkilərdən fərqli olaraq internet səhifələrinə baxmağa imkan verəcək həmçinin bu konsol DVR cihazı olaraq da istifadə edilə biləcək. Üstəlik minecraft öz youtube səhifəsində bununla əlaqədar video paylaşmışdır. Videoda bir adam almaz qazarkən qarşıda bunun heykəli çıxır. Adam da tullanır. Qorxunc minecraft səsləri də gəlir düşərkən adam.
Yumi Obe
Yumi Obe (d. 15 fevral 1975) — keçmiş Yaponiya qadın futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 85 oyun keçirib, 6 qol vurub.
İzabel Oje
İzabel Oje (d. 26 avqust 1969) — Kanadanı təmsil edən su poloçusu. == Karyerası == İzabel Oje, Kanada yığmasının heyətində 2000-ci ildə Avstraliyanın Sidney şəhərinin ev sahibliyində baş tutan XXVII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Qrup mərhələsində beş görüşün sadəcə birində qalib gələn Kanada yığması, Sidney Olimpiadasını beşinci pillədə başa vurdu.
Ole Hekkerup
Ole Hekkerup (27 yanvar 1971) — Danimarkalı siyasətçidir. Parlamentdə Sosial Demokratları təmsil etmişdir. O, ilk dəfə 1998–2001-ci illərdə Ryvang seçki dairəsindən (Şərq Böyük Seçki Dairəsi) və 2007-ci ildən 2015-ci ilə qədərki dövrdə isə Rinqsted seçki dairəsindən(Selend Böyük Seçki Dairəsi) seçkilərə qatılıb və parlamentə seçilib. O, eyni zamanda 2006-cı ildən 2007-ci ilin noyabrına qədər Paytaxt Regionunda regional şuranın üzvü olub. O, İrene və Klaus Hekkerupun oğludur. Bundan əlavə keçmişin nazir Per Hekkerupun nəvəsi və Hillerod Bələdiyyəsinin keçmiş meri və hazırkı MF və Sosial Demokratlar Partiyasının sədr müavini Nik Hekkerupun qardaşıdır. Ole Hekkerup Kopenhagen Universitetində siyasi elmlər üzrə bakalavr dərəcəsində təhsil almışdır və Karen Hekkerup ilə evlidir.Ole Hekkerup eyni zamanda Danimarka Parlamentinin Biznes Komitəsinin, Danimarka İmmiqrasiya və İnteqrasiya Siyasəti Komitəsinin, Danimarka Elm və Texnologiya Komitəsinin üzvü olmuşdur. Ole Hekkerup daha öncələr sosial-demokratik blokda bir sıra nüfuzlu vəzifələrində çalışıb. O, Hillerodda və Şimali Zelandiyada Danimarka Sosial Demokrat Gənclər Təşkilatının sədri, Kopenhagendəki Frit Forumunun və Ryvangkredsendəki Sosial Demokrat Partiyasının nümayəndəliyinin sədri kimi vəzifələri icra etmişdir. O, hələ məktəbdə təhsil aldığı dönəm 1986-cı ildə Danimarka Tələbə Təşkilatının sədr müavini idi.
Ole Hækkerup
Ole Hekkerup (27 yanvar 1971) — Danimarkalı siyasətçidir. Parlamentdə Sosial Demokratları təmsil etmişdir. O, ilk dəfə 1998–2001-ci illərdə Ryvang seçki dairəsindən (Şərq Böyük Seçki Dairəsi) və 2007-ci ildən 2015-ci ilə qədərki dövrdə isə Rinqsted seçki dairəsindən(Selend Böyük Seçki Dairəsi) seçkilərə qatılıb və parlamentə seçilib. O, eyni zamanda 2006-cı ildən 2007-ci ilin noyabrına qədər Paytaxt Regionunda regional şuranın üzvü olub. O, İrene və Klaus Hekkerupun oğludur. Bundan əlavə keçmişin nazir Per Hekkerupun nəvəsi və Hillerod Bələdiyyəsinin keçmiş meri və hazırkı MF və Sosial Demokratlar Partiyasının sədr müavini Nik Hekkerupun qardaşıdır. Ole Hekkerup Kopenhagen Universitetində siyasi elmlər üzrə bakalavr dərəcəsində təhsil almışdır və Karen Hekkerup ilə evlidir.Ole Hekkerup eyni zamanda Danimarka Parlamentinin Biznes Komitəsinin, Danimarka İmmiqrasiya və İnteqrasiya Siyasəti Komitəsinin, Danimarka Elm və Texnologiya Komitəsinin üzvü olmuşdur. Ole Hekkerup daha öncələr sosial-demokratik blokda bir sıra nüfuzlu vəzifələrində çalışıb. O, Hillerodda və Şimali Zelandiyada Danimarka Sosial Demokrat Gənclər Təşkilatının sədri, Kopenhagendəki Frit Forumunun və Ryvangkredsendəki Sosial Demokrat Partiyasının nümayəndəliyinin sədri kimi vəzifələri icra etmişdir. O, hələ məktəbdə təhsil aldığı dönəm 1986-cı ildə Danimarka Tələbə Təşkilatının sədr müavini idi.
HTC One X
HTC One X — HTC tərəfindən istehsal olunan mobil telefon. == Xarakteristikası == Smartfon üçüncü nəsil nVidia Tegra platforması əsasında hazırlanıb. Tegra 3 (Kal-El) platformasının əsasını 4 əsas Cortex-A9 (1,5 QHz takt tezliyinə qədər) hesablayıcı nüvəsi ilə olan ARM prosessoru və fon rejimində adi məsələlərin icrası üçün nəzərdə tutulmuş köməkçi zəif nüvə təşkil edir. Bundan əlavə, çip tərkibinə 12 nüvəli GeForce qrafik kontrolleri daxildir. Smartfon 1 Qb əməli yaddaş, 32 QB tutuma malik fləş daşıyıcı, Wi-Fi (802.11b/g/n) və Bluetooth 4.0 simsiz əlaqə adapterləri, HD video dəstəkli 8 meqapikselli əsas kamera, ön kamera və Beats Audio audiosistemi ilə təchiz ediləcək. Sensor ekranın diaqonalı 4,7 düym və onun kəskinliyi 720×1280 nöqtə təşkil edəcək.
Kinetics & One Love
Ceremi "Kinetics" Dussolliet və Tim "One Love" Sommers — Nyu-Yorkdan olan hip-hop qrupu və mahnı-müəllifləri. Onlar 2010-cu ildə mahnı müəllifi kimi debütünü BoB-un "Airplanes" sinqlına nəqərat yazmaqla etdilər. R. A. the Rugged Man, Wu-Tang Killa Bees-dən Remedi üçün, Termanology and the Unknown Prophets, Neon Hitch, Melani Martines və Vinter Qordon ilə əməkdaşlıq etdilər.
Mars One layihəsi
Mars One – Marsda yerləşəcək insan koloniyası qurmaq üçün hollandiyalı təşəbbüskar, Bas Lansdorp başçılığında inkişaf etdirilməkdə olan layihədir. 2012-ci il iyun ayında elanı verilən plan bir neçə mərhələdən ibarətdir. 2016-ci ilə qədər bir əlaqə peyki ilə kəşfiyyatçı aparatı və daha sonra 2023-ci ildə daimi yaşayış üçün 4 astronavt göndərmək planlaşdırılır. Daha sonra da hər 2 ildə bir, 4 adamdan ibarət olan qrupların Marsa göndərilməsi layihənin planlarına daxil edilir. Layihə Nobel mükafatı laureatı fizik Gerard't Hooft tərəfindən dəstəklənir. Mars One layihəsi, 2012-ci ilin oktyabr ayında mənfəət məqsədi güdməyən bir vəqf kimi qurulmuşdur. Mars One layihəsi, ilk baxışda nağıl və ya xəyali ssenari, hətta utopik gələ biləcək bir fikir zənn edilə bilər. Bu fikri reallaşdırmağın, insanoğlunun qaçınılmaz bir məcburiyyəti olduğuna inanan hollandiyalı alimlər necə bir addım atmaları lazım olduğunu düşünüb, həm insanları razı edəcək, həm də həyatlarını bu işə həsr edəcək könüllü namizədlər tapa biləcəkləri bir layihənin təməlini qoydular. == Mars haqqında == "Qırmızı planet Mars", Günəş sistemində Günəşə ən yaxın olan dördüncü planetdir, Roma mifologiyasındakı müharibə tanrısı olan Marsa həsr edilərək belə adlandırılmışdır. Yüzdə 95-i karbon qazı olan, incə atmosferə sahib olan Marsa, səthindəki dəmir oksid səbəbindən qızılı görünüşə sahib olduğu üçün Qırmızı Planet də deyilir.
Minus One (qrup)
Minus One — 2009-cu ildə yaranmış Kipr rok musiqi qrupu. Onlar "Alter Ego" mahnısı ilə Kipri 2016 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdirlər. == Yaranma tarixçəsi == Minus One qrupu 2009-cu ildə Kiprdə yaranmışdır. Qrup ilkin olaraq beynəlxalq ifaçıların mahnıları ilə səhnə almışdır. Qrup 2015-ci ildə "Shine" mahnısı ilə Kiprin 2015 Avroviziya Mahnı Müsabiqəsi üçün təşkil etdiyi milli seçim turunda iştirak etmiş və nəticədə üçüncü yerdə qərarlaşmışdır. Kiprin CyBC telekanalının qərarı ilə Minus One qrupu ada ölkəsini İsveçin paytaxtı Stokholmda keçirilən 2016 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir. Qrupun müsabiqədə ifa etdiyi mahnı olan "Alter Ego" 2012 Avroviziya Mahnı Müsabiqəsində İsveçə qələbə qazandıran "Euphoria" mahnısının bəstəkarı Tomas Cison tərəfindən yazılmışdır. Minus One həmin mahnı ilə müsabiqənin 10 may tarixində baş tutan birinci yarımfinal mərhələsində 11-ci səhnə almışdır. Nəticədə isə 164 xalla 8-ci yerdə qərarlaşaraq, müsabiqənin final mərhələsinə vəsiqə qazanmışdırlar. Finalda bir daha öz mahnısını ifa edən qrup üzvləri 26 ölkə təmsilçisinin mübarizə apardığı şouda 96 xal toplayaraq, 21-ci yerdə qərarlaşmışdır.
You are the Only One
You are the Only One (azərb. Sən yeganəsən‎) — Rusiyanın 2016 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı.Sergey Lazarev "You are the Only One" mahnısı ilə Rusiyanı İsveçin Stokholm şəhərində keçirilən Avroviziya 2016-da təmsil etmişdir. Mahnının sözləri Filipp Kirkorov və Dimitris Kantopulos, musiqisi isə Con Ballard və Ralf Çarli tərəfindən yazılmışdır. Mahnının eyni zamanda rus dilində səslənən versiyası ("Pust ves mir podozhdyot") da mövcüddür.
We Are the Champions
We Are the Champions — Britaniyalı Queen rok qrupunun ən tanınmış mahnılarından biri. "News of the world" albomundan olan bu mahnı dünya üzrə sport azarkeşlərinin himninə çevrilmişdir. 1977-ci ilin ikinci yarısından etibarən Queen qrupunun bütün konsertlərinin axırında ifa edilirdi. == Mahnı == Mahnıda əsasən Con Dikonun müşayiəti ilə Merkurinin royalı və Rocer Teylorun baraban zərbələri eşidilir. Brayan Meyın gitarası başqa kompozisiyalara nisbətən daha az səslənir. Qrupun bir çox canlı çıxışlarında bek-vokal partiyalarını tək Rocer Teylor ifa edib. Onun səsi bütün qrup üzvlərinin xorunu əvəz edib.