Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Əlirza Nabdil Oxtay
== Həyatı == Əlirza Əli oğlu Nabdil 1943-cü ildə Təbrizdə anadan olub. Orta təhsilini Təbrizdə aldıqdan sonra Tehran Universitetinin hüquq fakültəsinə daxil olub. Daha sonra isə Xoy şəhərinə köçüb və burada müəllimlik edib. Dostları ilə birlikdə Təbrizdə İran "Xalq Fədai Çerikləri" təşkilatını yaradıb. == Yaradıcılığı == Xoyda müəllim işlədiyi illərdə o, Cənubi Azərbaycanın mütərəqqi fikirli, tərəqqipərvər ziyalılarından olan yazıçı-müəllim Səməd Behrəngi (1940–1969) ilə tanış olur. S. Behrəngi Ə. Nabdilin duyğu, düşüncə və məramına bələd olduqdan sonra onu milli ruhlu ziyalılardan olan Əmir Pərviz Puyanla tanış edir. Çox keçmir ki, Ə. Nabdil şahlıq rejiminə qraşı müxalif olan gənc qüvvələrin dərin rəğbətini qazanır. Az sonra o, əqidə dostalarından olan Bəhruz Dehqani və Manaf İmani ilə birgə "İran Xalq Fədai Partizanları" təşkilatının Təbriz qanadının mərkəzi özəyini yaratmağa müvəffəq olur. Bu təşkilatın əsas məqsədi İran ərazisində yaşayan xalqları, o cümlədən hamıdan artıq ayrı-seçkiliyə, təqib və məhrumiyyətlərə məruz qalan Azərbaycan türklərini şahlıq rejiminə qarşı mübarizəyə hazırlamaqdan və gəlcəkdə İranda yaşayan xalqların milli, mənəvi və hüquqi bərabərliyini təmin etməkdən ibarət idi. Bu təşkilatın əməli fəaliyyəti nəticəsində 1970-ci ildə şahlıq rejiminə qarşı "Siyahkəl silahlı üsyanı" adı ilə məşhur olan xalq hərəkatı baş vermişdi.
Molqay
Molqay (ing. Milngavie; şot.kelt Muileann-Gaidh) — Şotlandiyada şəhər.
Naqay
Naqay adası (ing. Nagai) — ABŞ-nin Alyaska ştatı ərazisində yerləşən ada. Alyaska yarımadasıının cənub-qərb ucunda yerləşən Şumaqin adalarına daxildir. == Coğrafiya == Alyaska yarımadasının cənubunda, Alyaska körfəzində yerləşir. Adanın uzunluğu 50 km-dir. Sahəsi 310 km²-dir. == Tarix == Məhz burada 1741-ci il avqustun 31-də "Müqəddəs Pyotr" (İkinci Kamçatka Ekspedisiyası) komandasının dənizçisi Nikita Şumaqin sinqa xəstəliyindən ölür və adalara onun adı verilir. İlk dəfə 1836-cı ildə rus admiralı Fyodor Litke tərəfindən xəritəyə salınmışdır. == Mənbə == Donald J. Orth. Dictionary of Alaska Place Names.
Oqtay
Oqtay — ad. Oqtay Rəcəbov — Azərbaycan bəstəkarı. Oqtay Mirqasımov — Azərbaycan kinorejissoru, ssenarist Oqtay Səfərov — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri. Oqtay Eldəgəz — müəllim, yazıçı, Milli Azadlıq Qərargahının sədri.
Orqan
Orqan — [yun. organon – alət] 1)mətbəədə kütləvi informasiya vasitələri, dövri nəşrlər (qəzetlər, jurnallar); 2)ictimai həyatın bu və ya digər sahəsində müəyyən vəzifələri yerinə yetirən idarə; 3)özünün idarəetmə səlahiyyətlərinə malik olan hüquqi şəxsin struktur bölməsi. Orqan (insan) Orqan (heyvan) Orqan (bitki) Orqan (biologiya) Orqan (musiqi aləti) == Ədəbiyyat == R.Əliquliyev, S.Şükürlü, S.Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Baki, İnformasiya Texnologiyaları, 2009, 201 s.
Oxayy
Oxayy — eyniadlı Azərbaycan nağılında cadugər qəhrəman. Qazaxın Köçəsgər kəndindən toplanmış versiyasında cadugər Axvay, erməni versiyasında Oxik (erm. Օխիկ), abxaz versiyasında Xaytın adlanır. == Nağılın Azərbaycan versiyasında Oxayy == === Xüsusiyyətləri === Oxayy nağılda saçı ağarmış, bığları çiyninə, saqqalı dizinə çatmış vəziyyətdə təsvir edilir. O, yanına götürdüyü şagirdlərə bir il cadu-sehr öyrətdikdən sonra onları öldürür. Heç bir şey öyrənə bilməyənləri qovur. Çünki onlar Oxayyın sirlərini başqalarına verə bilməzlər. Nağılın Qazax versiyasında Axvay sehrbazlığı öyrədib qurtarana qədər şagirdlərini evində işlədirdi, onları öldürdükdən sonra isə meyidlərini damda saxlayırdı.Oxayy su altında yaşayır və o biri dünyanın təmsilçisidir. Yaşadığı qəsrin dörd bir tərəfi insan qanından dənizlərlə əhatə edilmişdir. Qəsrinin həyəti heyvan cildində insanlarla doludur.
Oxdar
Oxtar (erm. Օխտար) və yaxud Oxdar — Ermənistan Respublikasının cənubunda, Sünik mərzinin şərqində Qafan şəhərindən 15 km məsafədə yerləşən kənd. Kənd Oxtar çayının sol sahilində dağlıq-meşəlik ərazidə yerləşir. == Tarixi == Qafqazın 5 verstlik xəritəsində Zəngəzurda Oxtar adlı iki kəndin olduğu göstərilir: Yuxarı Oxtar, Aşağı Oxtar. Görünür, sonralar bu iki kənd birləşdirilməsindən Oxtar kəndi yaradılıb. == Etimologiyası == Toponim qədim türk dilində «boy, qəbilə» mənasını verən ox (> ok) sözünə dialekt və şivələrimizdə cəm şəkilçisi kimi işlənən -tar / -dar (Azərbaycan ədəbi dilində -lar, -lər) şəkilçisinin artırılması əsasında əmələ gəlmişdir. «Tayfa», «tayfa ittifaqı» mənasını verir. Etnotoponimdir. Quruluşca sadə toponimdir. == Kəndin toponimləri == Yel piri Şərəfverdi Yalzəmi Midəm düzü Tumuyeri Sarıbayır Çömçəbulaq Zoğallar bulağı Çanqıllı Oğlannıca yaylağı və s.
Oxtar
Oxtar (erm. Օխտար) və yaxud Oxdar — Ermənistan Respublikasının cənubunda, Sünik mərzinin şərqində Qafan şəhərindən 15 km məsafədə yerləşən kənd. Kənd Oxtar çayının sol sahilində dağlıq-meşəlik ərazidə yerləşir. == Tarixi == Qafqazın 5 verstlik xəritəsində Zəngəzurda Oxtar adlı iki kəndin olduğu göstərilir: Yuxarı Oxtar, Aşağı Oxtar. Görünür, sonralar bu iki kənd birləşdirilməsindən Oxtar kəndi yaradılıb. == Etimologiyası == Toponim qədim türk dilində «boy, qəbilə» mənasını verən ox (> ok) sözünə dialekt və şivələrimizdə cəm şəkilçisi kimi işlənən -tar / -dar (Azərbaycan ədəbi dilində -lar, -lər) şəkilçisinin artırılması əsasında əmələ gəlmişdir. «Tayfa», «tayfa ittifaqı» mənasını verir. Etnotoponimdir. Quruluşca sadə toponimdir. == Kəndin toponimləri == Yel piri Şərəfverdi Yalzəmi Midəm düzü Tumuyeri Sarıbayır Çömçəbulaq Zoğallar bulağı Çanqıllı Oğlannıca yaylağı və s.
Okay
Okay xan — türk və altay mifologiyasında sehrbaz ilahı. Su altında yaşayır. Su altında yaşayan, kənar dünya ilə əlaqəli bir cadugərdir. İnsan qanından meydana gələn dənizlər ilə əhatə olunmuş bir evi olduğu düşünülər. Yaşadığı qalanın ətrafındakı dənizlər insan qanından və qırmızıdır. Qalanın həyəti heyvan kılığındaki insanlarla doludur. Onları bu qılığa Okay soxmuşdur. Bazası dənizdə tavanı səmada olan bu qala tamamilə insan çənəsindən hörülmüşdür. Bəzən su içənləri saqqallarından tutaraq suya çəkər. == Etimologiya == (Oğ/Og/Ok) kökündən törəmişdir.
Olay
Hadisə, olay, insident ya da əhvalat — təbiətdə baş verən bütün dəyişikliklərə deyilir. Fəsillərin əmələ gəlməsi, Günəşin çıxması və batması, Şimşək, Günəş və Ay tutulmaları, suyun donması və buxarlanması, buzun əriməsi, suyun daşması, bitkinin böyüməsi çiçəklənməsi, heyvanların çoxalması, yazda həşəratların və quşların görünməsi təbiət hadisələridir.
Olqa
Olqa — ad. Olqa (knyaqinya) — Böyük Knyaqinya. Olqa Kotovska — Ukraynalı marafonçu. Olqa Budina — rusiyalı teatr və kino aktrisası. Olqa Korbut — Belaruslu gimnast. Olqa Buzova — Rusiya müğənnisi.
Abdulla Tuqay
Məhəmmədarif oğlu Abdulla Tuqay ili (tatar Габдулла Тукай, Ğabdulla Tuqay, عبدالله توقاي‎; 14 (26) aprel 1886, Quşlauç[d], Kazan qəzası[d], Kazan quberniyası, Rusiya imperiyası – 2 (15) aprel 1913, Klyaçinsk ambulatoriyası[d], Kazan, Kazan qəzası[d], Kazan quberniyası, Rusiya imperiyası) – Tatarıstan Xalq şairi, publisist, ədəbi tənqidçi, ictimai xadim və tərcüməçi. Tatar ədəbiyyatında tənqidi realizmin banisi. == Həyatı == Abdulla Tuqay 26 aprel 1886-cı ildə Kazan quberniyasının Quşlauç kəndində doğulmuşdur. Kiçik yaşlarından yetim qalmışdır. İbtidai təhsilini Kırlay kənd mədrəsəsində almışdır. 1895-ci ildən sonra Uralsk şəhərində bibisinin yanında yaşamışdır. Burada Mutiullah mədrəsəsində oxumuşdur. Eyni zamanda mədrəsənin yanındakı rus sinfində də oxumuşdur. Orada tatar xalq ədəbiyyatı ilə yanaşı, ərəb, fars, türk, rus və digər xalqların ədəbiyyatları, Şərq və Qərb mədəniyyətləri ilə tanış olmuşdur. == Yaradıcılığı == Abdulla Tuqay mədrəsədə oxuyarkən şeirlər yazmağa başlamışdır.
Boz oxlar
Fuad Oqtay
Fuad Oqtay (1964) – Türkiyə siyasətçisi, 2016-cı il iyunun 19-dan vitse-prezident təyin olunana qədər Türkiyənin Baş nazirinin müavini, 2018-2023-cü illərdə Türkiyənın vitse-prezidenti olub. TBMM 28-ci çağırış deputatıdır.
Fukuuçi Kiqay
Hiraqa Qennay (平賀 源内, 1728[…], Şido[d] – 24 yanvar 1780, Tenma-ço həbsxanası[d], Tokio) – Edo dövründə yaşamış Yaponiya polimatı. O, təbiətşünas, farmakoloq, ranqaku alimi, həkim, ixtiraçı, yazıçı, dulusçu və rəssam kimi tanınmışdır. Samuray ailəsində doğulsa da, özünü elmə və incəsənətə həsr etməyə qərar vermiş, ronin olmuşdur. == Təxəllüsləri == Qennay həyatı boyunca müxtəlif təxəllüslərlə tanınmışdır. Təbiətşünaslıq və rəssamlıqla məşğul olarkən Kyukey ("Göyərçin dərəsi"), yazıçılıqla məşğul olarkən isə Furay Sancin ("Külək sürən") və Tenciku Ronin ("Xaricdən gələn ronin") təxəllüslərindən istifadə etmişdir. Coruri əsərlərini isə Fukuuçi Kiqay təxəllüsü ilə imzalamışdır. İstifadə etdiyi digər təxəllüslərə Kuvazu Hinraku ("Heç nə yemədən yoxsulluğun dadını çıxarmaq") və Hinka Zeninay ("Kasıb ev, pul yoxdur") aiddir.Qennayın istifadə etdiyi təxəllüslər özünə tərif, istehza, hikkə, qayğısızlıq kimi xüsusiyyətlər daşıyır. == Həyatı == === 1728–1763 === Hiraqa Qennay 1728-ci ildə Sanuki əyalətinin Takamatsu hanında doğulmuşdur. Atası Şirayşi Mozaemon aşağı rütbəli samuray idi. Ailəsinin başçısı olduqdan sonra soyadını Hiraqa olaraq dəyişmişdir.
Hiroşi Oçiay
Hiroşi Oçiay (d. 28 fevral 1946) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 63 oyun keçirib, 9 qol vurub.
Kazım Orbay
Mehmet Kazım Orbay (11 mart 1886, İzmir, Aydın vilayəti – 3 iyun 1964, Ankara) türk hərbçi və siyasətçi. Türkiyə Silahlı Qüvvələrinin 3-cü Baş Qərargah rəisidir. == Hərbi həyatı == 1904-cü ildə Hərb Məktəbini bitirdikdən sonra leytenant rütbəsi almış və hərbi karyerasına başlamışdır. 1922-ci ilə qədər müxtəlif birlik və birləşmələrdə fəaliyyət göstərmişdir. Hərəkat Ordusu ilə 31 martda baş verən üsyanın yatırılmasında, Balkan müharibələrində, Birinci dünya müharibəsində, İstiqlaliyyət müharibəsində iştirak etmişdir. 31 avqust 1922-ci ildə Mirliva rütbəsinə yükslmişdir. Mirliva rütbəsi ilə Qafqaz İslam Ordusu komandanı və Baş Qərargah rəisinin müavini vəzifələrini yerinə yetirmişdir. 30 avqust 1926-cı ildə Ferîk-i əvvəl rütbəsinə yüksəlmişdir. Bu rütbədə olarkən Əfqanıstan Hərbi Heyət komandanı və 4-cü Ordu korpusu komandanı vəzifələrində xidmət etmişdir. 30 iyun 1930-cu ildə Jandarma qüvvələri komandanı, 24 avqust 1935-ci ildə isə 3-cü Ordu müfəttişliyi vəzifəsində xidmət etmişdir.
Kensuke Naqay
Kensuke Naqay (d. 5 mart 1989) — Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 6 oyun keçirib.
Kök (orqan)
Kök — hər hansı mühitdə yarpaq və müəyyən qayda üzrə düzülmüş tumurcuqlardan məhrum olan bitki orqanı. Bəzi bitkilərin kökləri olmur . Kök sistemi iki cür olur: mil kök və saçaqlı kök sistemi. == Sistem və tipləri == Kökün ucunda əksərən kök üsküyü və mikoriza olur. Kök həmişə morfoloji ucdan böyüyür və endogen budaqlanma (daxilində törəmə), xüsusiyyətinə malikdir. Otlar, kollar və ağaclar kök sisteminə malikdir. Kök, bitkinin əsas orqanlarından biridir. Kökün əsas vəzifələrindən (funksiyalarından) biri, bitkini torpağa bərkitmək və torpaqdakı suyu, eləcə də mineral maddələri sormaqdır. Çox vaxt kök, ehtiyat qida maddəsi toplanan orqana da çevrilir. Üzvi maddələrin yaradılmasında və vegetativ çoxalma prosesində də kök iştirak edir.
Metin Oktay
== Futbol karyerası == Metin Oktay futbol karyerasına 1952-ci ildə doğulduğu İzmirin həvəskar komandalarından Damlacıksporun aşağı yaş qruplarında başladı. Futbolçu Sait Altınorduya olan heyranliğindan burada 8 nömrəli formanı geyinirdi. Çeşmenin Alaçatı bələdiyyəsində oynanan və 4-1 qazanılan hazırlıq görüşündə 2 qol vuran Oktaya baş məşqçi Arif Hantal tərəfindən verilən 2,5 lirə, onun futboldan qazandığı ilk pul idi. İzmirspor formasıyla İzmir Profesional Ligasının 1954-55 mövsümündə 18 oyunda 17 qol ataraq ilk bombardirliyini yaşadı. Komandası isə liganı çempionluqla tamamlamışdır. 7 May 1955 də Beşiktaş ilə oynanan və 1-0 məğlub olunan Atatürk Kubokunda ilk dəfə sınaq məqsədi ilə Galatasaray forması geyindi. İyul 1955 də isə, Gündüz Kılıçın baş məşkçiliyini elədiyi Galatasaray ilə 5 ilik müqavilə imzaladı. Oktayın imzaladığı müqavilə qarşılığında taksi nömrəli Chevrolet markalı maşın verildi. 1962-63 sezonuna Galatasaray, hazırlıq turniri olan Türkiyə Spor Yazarlar Dərnəyi Kubokunu qazanaraq başladı. == Milli komanda kariyeri == 11 Aprel 1954 də, Qərbi Almaniyanın Leverkusen şəhərində Türkiyə 18 yaş milli komandasının Belçikayı 4-0 uduğu və özünün 2 qol atdığı 1954 Dünya Gənclər Çempionatı oyununda ilk dəfə milli forma geyindi.
Oktay Aymələk
Oktay Aymələk (27 sentyabr 1968, Məngən, Bolu vilayəti) — kulinar, Türkiyənin Samanyolu Televiziyasında "Yaşıl Alma" proqramının aparıcısı. Əslən Menqen, Bolulu olan Aymələk 1998-ci ildə Londonda aşbazlıq yarışmasında bürünc medal və Klasman birinciliyi qazandı.2000-ci ildə Londonda 1 qızıl medal qazandı. 1998-ci ildən bu günə qədər Samanyolu Televiziyasında çalışır.
Oktay Ağabəyov
Oktay Baxşəli oğlu Ağabəyov (22 noyabr 1987; Nizami rayonu, Azərbaycan SSR — 15 oktyabr 2020; Ağdərə, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Oktay Ağabəyov 1987-ci il noyabrın 22-də Nizami rayonunda anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Oktay Ağabəyov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Ağdərə istiqamətində gedən döyüşlərdə savaşıb. Oktay Ağabəyov noyabrın 2-də Ağdərə istiqamətində şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Oktay Ağabəyov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Oktay Ağabəyov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Oktay Babayev
== Həyatı == Babayev Oktay Kərəm oğlu 1934-cü ildə yanvar ayının 12-də Gədəbəy rayonunun Arıxdam kəndində anadan olmuşdur. Atası İkinci Dünya müharibəsi cəbhələrində həlak olduğundan əmisi Həmid Hacıyevin himayəsində böyümüşdür. Oktay Babayev 1954-cü ildə Gədəbəy orta məktəbini, 1959-cu ildə isə Gəncədə, Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun (indiki Kənd Təsərrüfatı Akademiyasının) aqronomluq fakültəsini bitirmişdir. 1965-ci ildə Azərbaycan EA Genetika və Seleksiya İnstitununun aspiranturasını bitirən Oktay Babayev 1967-ci ildə müvəffəqiyyətlə dissertasiya müdafiə edərək biologiya elmləri namizədi alimlik dərəcəsi adını almışdır. 1959-cu ildə Azərbaycan Elmi-Tədqiqat Heyvandarlıq İnstitutunun Sabirabad Təcrübə Stansiyasında, Professor R.Rzazadənin şöbəsində elmi işçi kimi fəaliyyətə başlayır. Professorla birlikdə Muğan zonasını qarış-qarış gəzərək onun bitki örtüyünü dərindən öyrənmiş və heyvandarlığın yem bazasının artırılması üçün 1961-ci ildə ilk dəfə olaraq, «Muğan zonasında topinanburun (yerarmudunun) aqrotexnikasına dair» və «Muğandan qızıl sarmaşığın növləri və onlarla mübarizə tədbirləri» adlı elmi məqalələr dərc etdirmişdir. 1960-1962-ci illərdə Azərbaycan EA-nın Torpaq ekspedisiyasında torpaqşünas-mühəndis, baş mühəndis, daha sonra isə Genetika və Seleksiya İnstitutunda Akademik Ə.Quliyevin rəhbərliyi altında kiçik və baş elmi işçi işləmiş, 1972-ci ildən akademik İmam Mustafayevin göstərişi ilə Qarabağ Elmi-Tədqiqat bazasına direktor vəzifəsinə göndərilmişdir. 1976-1983-cü illərdə Kənd Təsərrüfatı Nazirliyinin Dövlət Toxum Müfəttişliyinin rəisi işləmiş, 1983-1996-cı illər Nazirliyin Əkinçilik və İpəkçilik idarəsində ixtisasına uyğun işlərdə fəaliyyətini davam etdirmiş, 1996-cı ildən Dövlət Toxum Müfəttişliyində baş aqranom kimi fəaliyyətini davam etdirmişdir. 1999-cu ildən isə yenidən həmin müfəttişliyin rəisidir. Bu sahədə çox sayılı elmi məqalələrin, tövsiyələrin, bir ixtiranın və standartların müəllifidir.
Oktay Kaynarca
Oqtay Qaynarca (türk. Oktay Kaynarca; 27 yanvar 1965, İstanbul) — türk aktyor. == Həyatı == Oktay Kaynarca İstanbul Universiteti Dövlət Konservatoriyası Teatr Anasənət Budağı magistratura fakültəsinin məzunudur. Oktay Kaynarca 27 yanvar 1965-ci ildə Üsküdarda anadan olub. Uşaqlığının bir dövrü Berlində keçib. Konservatoriyaya girməzdən əvvəl Egey Dənizi teatrında Turqut Özakmanın Divarların Xaricində adlı oynunda oynayıb. Sonra bir neçə uşaq oyunlarında yer alıb. 2003-cü ildə başlayan Qurdlar Vadisi serialında Süleyman Çakır rolu ilə görkəminə görkəm qatdı. 2008-ci ildə Adanalı serialında Adanalı Yavuz rolu ilə tamaşaçı tərəfindən çox sevilib.
Oktay Kazımi
Oqtay Məmməd oğlu Kazımov (Kazımi) (27 dekabr 1932, Astara – 9 avqust 2010, Bakı) — Azərbaycan bəstəkarı, Azərbaycan Respublikasının Xalq artisti (2006), Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi (1992), Azərbaycanda ilk rok operettanın müəllifi. == Həyatı == Oqtay Kazımov 27 dekabr 1932-ci ildə Astara şəhərində anadan olmuşdur. Orta məktəbi Astarada bitirən O. Kazımi Asəf Zeynallı adına orta ixtisas musiqi məktəbinin xor-dirijorluq fakültəsinə daxil olmuş və Hacı Xanməmmədovun sinfində təhsil almışdır. Musiqi məktəbində oxuyarkən, "Bəxtəvər uşaqlar" adlı ilk mahnısını bəstələmişdir. O. Kazımi 1957-ci ildə Üzeyir Hacıbəyov adına Konservatoriyanın bəstəkarlıq fakültəsinə daxil olmuş və Cövdət Hacıyevin sinfində təhsil almışdır. 1966–1967-ci illərdə Sumqayıt musiqi texnikumunda müəllim, sonra isə dərs hissə müdiri kimi fəaliyyət göstərmişdir. Sumqayıtda çalışdığı illərdə O. Kazımi "Eksperiment" estrada orkestrini yaratmışdır. Sonralar bəstəkar filormoniyada musiqi redaktoru vəzifəsində çalışmış və Asəf Zeynallı adına orta ixtisas musiqi məktəbində xalq-çalğı alətləri fakültəsində dərs demişdir. O. Kazıminin mahnıları uzun illər "Dan ulduzu" ansamblının repertuarında xüsusi yer almışdır. Görkəmli bəstəkarın mahnılarını Rəşid Behbudov, Zeynəb Xanlarova, Şövkət Ələkbərova, Eldar Axundov, Flora Kərimova, Yalçın Rzazadə, İlhamə Quliyeva, Oqtay Ağayev, Məmmədbağır Bağırzadə, Zümrüd Məmmədova və digər korifey müğənnilər ifa etmişlər.
Tuğay
Tuğay — Azərbaycan Respublikasının Siyəzən rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalisinin sayı 439 nəfərdir (2009-cu il).
Atilla Olgaç
Attila Olgaç (28 iyul 1944, Ankara) — Türkiyə teatr və serial aktyoru.
Attila Olgaç
Attila Olgaç (28 iyul 1944, Ankara) — Türkiyə teatr və serial aktyoru.
Bayan-Ölgiy
Bayan-Ölqiy vilayəti (monqolca: Баян-Оглий аймаг; Qazaqça: Бай-Өлке; Azərbaycan Türkcəsi: Bay-Ölkə; "Zəngin Ölkə") — Monqolustanın 21 vilayətindən (aymaqından) biri. Özündə 13 rayonu (sumu) birləşdirən Bayan-Ölqiy vilayətinin ərazisi 45 704 Km2-dır. == Ərazisi == 1939-cu ildə yaradılan Bayan-Ölqiy vilayətinin ərazisi 45 704 Km2-dır. Bayan-Ölqiy vilayətinə 13 rayon (sum) daxilidir. Vilayətini paytaxtı Tsaqaannuur şəhəridir. == Əhalisi == 2017-ci ildə olan məlumatlara əsasən Bayan-Ölqiy vilayətinin əhalisinin 88,7% i Qazaqlardan ibarət olup cəmi 101 592 nəfərdir.
Eremurus olgae
Olqa çirişi (lat. Eremurus olgae) - çiriş cinsinə aid bitki növü.
Jurinea olgae
Jurinea olgae (lat. Jurinea olgae) — mürəkkəbçiçəklilər fəsiləsinin jurinea cinsinə aid biki növü.