OXAY

nida. Məmnunluq, sevinc, bir şeydən xoşlanmanı, bir şeyin cana yayıldığını bildirir.
[Təlxək Əcinnəyə:] Oxay! Canıma yayıldı… Ə.Haqverdiyev.
[Nəcəfalı Şahmara:] Oxay, ay varım-dövlətim, əlin nə yaxşı sərindir. B.Bayramov.

OXATAN₂
OXDAN
OBASTAN VİKİ
Oxayy
Oxayy — eyniadlı Azərbaycan nağılında cadugər qəhrəman. Qazaxın Köçəsgər kəndindən toplanmış versiyasında cadugər Axvay, erməni versiyasında Oxik (erm. Օխիկ), abxaz versiyasında Xaytın adlanır. Oxayy nağılda saçı ağarmış, bığları çiyninə, saqqalı dizinə çatmış vəziyyətdə təsvir edilir. O, yanına götürdüyü şagirdlərə bir il cadu-sehr öyrətdikdən sonra onları öldürür. Heç bir şey öyrənə bilməyənləri qovur. Çünki onlar Oxayyın sirlərini başqalarına verə bilməzlər. Nağılın Qazax versiyasında Axvay sehrbazlığı öyrədib qurtarana qədər şagirdlərini evində işlədirdi, onları öldürdükdən sonra isə meyidlərini damda saxlayırdı. Oxayy su altında yaşayır və o biri dünyanın təmsilçisidir. Yaşadığı qəsrin dörd bir tərəfi insan qanından dənizlərlə əhatə edilmişdir.

Digər lüğətlərdə