Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Hürrəm Sultan
Xürrəm Sultan (Osmanlı türkcəsi: خُرَّم خاصيكي سلطان; əsl adı Aleksandra Lisovska; təq. 1505, bilinmir – 15 aprel 1558, Konstantinopol) — Osmanlı imperiyasının 10. padşahı və 89. İslam xəlifəsi I Süleymanın nikahlı qadını və Sultan II. Səlimin anasıdır. Maraqlı həyatı, intriqaları, zəkası, cəsarəti və sevgisi ilə məşhurlaşan bir Xanım Sultandır. Siyasətdə və dövlət işlərində önəmli rol oynayaraq, Osmanlı tarixində "Qadınlar səltənəti" adlanan bir mərhələni başlatmışdır. Bununla yanaşı, Osmanlı tarixinin ən güclü və ən təsirli qadın sultanı olaraq qəbul edilir. Dövlət məsələlərindəki önəmli rolu və təsiri ilə ona qarşı olan paşaları, dövlət adamlarını və hətta hərəmxanadakı rəqiblərini aradan qaldırmışdır. == Əsli == Osmanlı sarayına qədərki həyatı haqqında müxtəlif fikirlər mövcuddur. Lehistan Krallığı ərazisinə daxil olan Rutenya (indiki Ukrayna) ərazisində 1504 tarixində provaslav bir ailədə dünyaya gəldiyi söylənilir.
Mirzə Xürrəm
Mirzə Xürrəm (?-1825) — XVIII əsr Azərbaycan şairi. == Həyatı == Mirzə Xürrəm Qaradağ vilayətinin Kürdəşt kəndində anadan olmuşdu. Mədrəsə təhsili almışdı. Bir çox ünlü alimlərdən tibb elmini öyrənmişdi. Məhəmmədkazım xan Qaradağlının özəl həkimi və qohumu idi. Kazım xanın düşmənlərindənn biri yataqda ağır xəstə yatırdı. Ustünə gələn təbiblər dərdinin dərmanını tapa bilmirdilər. Əli yerdən, göydən üzüləndən sonra Kazım xana ismarış göndərib xahiş edir ki bəs Mirzə Xürrəmə icazə ver, məni sağaltsın. Ayağa durub xəcalətindən çıxaram. Kazım xan xəstəyə ağu verib öldürmək şərtiylə Mirzə Xürrəmə getmək izni verir.
Pitrəç rayonu
Pitrəç rayonu (tatar. Питрәч районы) — Rusiya Federasiyası, Tatarıstan Respublikasının ərazisinə daxil olan inzibati rayon. Rayon respublikanın şimal-qərbində yerləşir. Kazan şəhəri, Biektau, Arça, Teləçe, Balık Bişməse, Layiş rayonları ilə həmsərhəddir. Rayonun inzibati mərkəzi Pitrəç kəndidir. == Tarixi == Rayonun ərazisi 1920-ci ilə qədər Layiş və Kazan qəzalarının, 1920-1927-ci illərdə Layiş və Arça kantonlarının, 1927-1930-cu illərdə - Arça kantonunun tərkibinə daxil idi. Pitrəç rayonu 10 avqust 1930-cu ildə qurulmuşdur. == Əhali == Milli tərkib Rayon əhalisi tatarlar (57%) və ruslardan (40%) ibarətdir. == Yerli özünü idarəetmə == Pitrəç rayonu ərazisinə 21 kənd inzibati vahidliyi daxildir. Rayon ərazisinə ümumilikdə 74 yaşayış məntəqəsi daxildir.
Xürrəm Qadınəfəndi
Xürrəm Qadın Əfəndi (d. 6 dekabr 1692 - ö. 25 iyun 1760) - 23. Osmanlı padşahı III Əhmədin hərəmi. == Həyatı == Xürrəm Qadın Əfəndi rus pravoslav əsilli tanınmış bir ailənin qızı idi. 6 dekabr 1692 tarixində Aleksandr Nazimov və Mariya Yefimovanın qızı olaraq Moskvada dünyaya gəldi. Əsl adı Diana Yekaterina Nazimovadır. Uşaqlıq illərində mükəmməl təhsil aldı. 1701-ci ildə tatar yürüşləri əsnasında 9 yaşlı qızcığaz əsir alınaraq İstanbula gətirilir. Elə həmin il Osmanlı hərəminə daxil olan Diana dövrün Validə sultanı Əmətullah Gülnuş Sultanın diqqətini cəlb etdi.
Xürrəm Sultan
Xürrəm Sultan (Osmanlı türkcəsi: خُرَّم خاصيكي سلطان; əsl adı Aleksandra Lisovska; təq. 1505, bilinmir – 15 aprel 1558, Konstantinopol) — Osmanlı imperiyasının 10. padşahı və 89. İslam xəlifəsi I Süleymanın nikahlı qadını və Sultan II. Səlimin anasıdır. Maraqlı həyatı, intriqaları, zəkası, cəsarəti və sevgisi ilə məşhurlaşan bir Xanım Sultandır. Siyasətdə və dövlət işlərində önəmli rol oynayaraq, Osmanlı tarixində "Qadınlar səltənəti" adlanan bir mərhələni başlatmışdır. Bununla yanaşı, Osmanlı tarixinin ən güclü və ən təsirli qadın sultanı olaraq qəbul edilir. Dövlət məsələlərindəki önəmli rolu və təsiri ilə ona qarşı olan paşaları, dövlət adamlarını və hətta hərəmxanadakı rəqiblərini aradan qaldırmışdır. == Əsli == Osmanlı sarayına qədərki həyatı haqqında müxtəlif fikirlər mövcuddur. Lehistan Krallığı ərazisinə daxil olan Rutenya (indiki Ukrayna) ərazisində 1504 tarixində provaslav bir ailədə dünyaya gəldiyi söylənilir.
Pürən yovşan
Pürən yovşan (lat. Artemisia scoparia) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin yovşan cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == 30-70 sm hündürlüyündə çox budaqlı dik qalxan quraqlığa davamlı çoxillik yanmkol bitkisidir. Kökü çox da yoğun olmayıb torpaqda aşağıya şaquli enən xüsusiyyətə malikdir. Cavan yarpaqlan boz rəngli olub yumşaq tüklüdür. Çiçək yanlığı kiçik səbətçiklidir və qısa saplaqda yerləşmiş, şaquli durumludurlar, süpürgələri piramida formasında olur. Duza və quraqlığa davamlı olub, qumlu-qumsal torpaqlarda yaxşı bitir. Əlverişli torpaq-iqlim şəraitində 1 nrr sahədə 5-10 ədəd çoxbudaqlı kol əmələ gətirə bilirlər. Avqust-sentyabr aylarında çiçəkləyir, oktyabr-noyabr aylarında meyvə verir. Abşeronun rekultivasiya olunmuş torpaqlarında yaxşı inkişaf edib cəngəllik əmələ gətirə bilir.
Pərəm (Heris)
Pərəm (fars. پارام‎) — İranın Şərqi Azərbaycan ostanının Heris şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 833 nəfər yaşayır (172 ailə).
Xalid Xürrəm Səbribəyzadə
Xalid Xürrəm Səbribəyzadə görkəmli alim, şair və jurnalist Bakıda nəşr olunan Şəlalə (jurnal)nın redaktoru
Xürrəm Qadın Əfəndi
Xürrəm Qadın Əfəndi (d. 6 dekabr 1692 - ö. 25 iyun 1760) - 23. Osmanlı padşahı III Əhmədin hərəmi. == Həyatı == Xürrəm Qadın Əfəndi rus pravoslav əsilli tanınmış bir ailənin qızı idi. 6 dekabr 1692 tarixində Aleksandr Nazimov və Mariya Yefimovanın qızı olaraq Moskvada dünyaya gəldi. Əsl adı Diana Yekaterina Nazimovadır. Uşaqlıq illərində mükəmməl təhsil aldı. 1701-ci ildə tatar yürüşləri əsnasında 9 yaşlı qızcığaz əsir alınaraq İstanbula gətirilir. Elə həmin il Osmanlı hərəminə daxil olan Diana dövrün Validə sultanı Əmətullah Gülnuş Sultanın diqqətini cəlb etdi.
Xürrəm Sultan türbəsi
Xürrəm Sultan türbəsi — İstanbulun Fateh rayonunda yerləşən XVI əsrdə inşa olunan Süleymaniyyə külliyəsinə aid türbə. == Haqqında == Türbə, Fateh rayonundakı Süleymaniyə külliyəsinin həyətində 1558-ci ildə Memar Sənan tərəfindən inşa edilmişdir. Xürrəm Sultan Sultan Süleyman Qanuninin xanımlarından, Sultan Səlimin isə anası idi. Türbə kəsmə daşdan inşa olunub. Türbədə aşağıdakı şəxslər dəfn edilmişdir: Sultan Süleymanın xanımı Xürrəm Sultan (d. 1504 — ö. 15 aprel 1558) Sultan Səlimin oğlu Şahzadə Mehmed (ö. 1572) Sultan Səlimin oğlu Şahzadə Abdullah (ö. 1568) Yavuz Sultan Səlimin qızı Xədicə Sultanın qızı Xanım Sultan (ö.
Muarem Muarem
Muarem Muarem (22 oktyabr 1988, Skopye) — makedoniyalı futbolçu. "Qarabağ" futbol klubunun oyunçusudur. == Milliyəti == Muarem Makedoniyada doğulsa da, əslən türkdür. == Karyerası == Muarem Muarem 3 dəfə 17 yaşlılar, 3 dəfə 19 yaşlılar, 3 dəfə isə 21 yaşlılardan ibarət milli komandanın heyətində çıxış edib. 21 yaşadək futbolçulardan ibarət komandanın heyətində 4 dəfə fərqlənib. O, əas milli komandada 7 oyun keçirib və qol vurmayıb.
Petrel
Petrer (isp. Petrer) — İspaniyada yerləşən bələdiyyə. Bələdiyyə Vinalopo-Mica ərazisinin 104,26 km² hissəsini əhatə edir. 2010-cu ildə hesablamalara görə əhali 34634 nəfərə çatmışdır. Əyalət paytaxt şəhərindən 39 km uzaqlıqda yerləşir.
Petrer
Petrer (isp. Petrer) — İspaniyada yerləşən bələdiyyə. Bələdiyyə Vinalopo-Mica ərazisinin 104,26 km² hissəsini əhatə edir. 2010-cu ildə hesablamalara görə əhali 34634 nəfərə çatmışdır. Əyalət paytaxt şəhərindən 39 km uzaqlıqda yerləşir.
Eutrema
Evtrema (lat. Eutrema) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin kələmkimilər fəsiləsinə aid bitki cinsi.
Sultan Süleyman və Xürrəm məscidi
Sultan Süleyman və Xürrəm məscidi (ukr. Мечеть султана Сулеймана та Роксолани) — Mariupolun Primorski rayonunda yerləşən eyniadlı məscid və İslam mədəniyyət mərkəzi. Məscid Osmanlı imperiyasının sultanı Sultan Süleyman Qanuni və onun həyat yoldaşı Xürrəm Sultanın şərəfinə adlandırılmışdır. Məscid İstanbuldakı proratipi olan Süleymaniyyə məscidinddən fərqli olaraq bir minarəyə sahibdir. == Tarixi == Məscid 2007-ci il oktyabrın 15-də Türkiyənin inşaat, memarlıq və mənzil-kommunal təsərrüftı naziri Faruk Nafiz Özak və Türkiyədən gələn digər qonaqların iştirakı ilə açılmışdır. Tikinti Mariupol mərkəzi bazarının direktoru Salih Cihan və şəhərin azərbaycanlı icmasının digər üzvləri tərəfindən maliyyələşdirilib. Məscidin memarlığının prototipi İstanbuldakı Süleymaniyyə məscidi olmuşdur. Məscid və minarə toy fotoşəkilləri üçün məşhur bir yerə çevrilmişdir. 12 aprel 2022-ci ildə Rusiya–Ukrayna müharibəsi zamanı ruslar aralarına türklərində olduğu 90 nəfərin gizləndiyi məscidi atəşə tutmuşlar. Ancaq Sultan Süleyman və Xürrəm məscidinin Dərnək başqanı İsmail Hacıoğlu bombanın 700 metrə aralıya düşdüyünü söyləyərək hücüm iddiasını yalanlamışdır.
Eduard Pütsep
Eduard Pütsep (est. Eduard Pütsep , 21 oktyabr 1898 – 22 avqust 1960) — Eston əsilli Yunan-Roma güləşçisi. Rusiya İmperiyasını təmsil edib. 1924-cü ildə Parisdə keçirilmiş yay Olimpiya oyunlarının çempionu olub. Dünya və Avropa çempionatlarının medalçısı olub. == Karyerası == === Güləşci kimi === Eduardın güləş karyerasına başlaması Birinci Dünya müharibəsi dövrünə təsadüf edir. Eduard Pütsep ilk uğurunu 1917-ci ilin fevralında Peterburqda keçirilən güləş və gir oynadanlar arasında 1-ci Rusiya çempionatında qazanır. Güləşçi bu turnirdə 3-cü yeri tutur. Antverpendə baş tutmuş 1920-ci ilin Yay Olimpiya Oyunlarında iştirak edən güləşçi, burada yüngul çəki dərəcəsində yarışır. Eduardın turnirdə ilk rəqibi Belçikalı Henri Dieri olur və Eduard ona qalib gəlir.
Robert Putnam
Robert David Putnam— Amerikalı siyasi alim. O, Harvard Universitetinin Con F. Kennedi adına Hökumət Şöbəsində İctimai Siyasət üzrə Piter və İzabel Malkin Professorudur. Putnam beynəlxalq müqavilələrin ölkə daxilində də faydalı olarsa, uğurlu olduğunu fərz edən iki səviyyəli oyun nəzəriyyəsini inkişaf etdirmişdir. Onun ən məşhur, eyni zamanda da mübahisə doğuran işlərindən biri olan Tək Boulinq əsərində müzakirə olunan əsas məsələ 1960-cı illərdən bəri ABŞ ciddi mənfi nəticələr yaradan mülki, sosial, birlik və siyasi həyatda (sosial kapital) bağlı görülməmiş tənəzzülə məruz qalmışdır. 2010-cu ildə o, birgə nəşr etdirdiyi məqaləsində, trendin başqa istiqamətə doğru dəyişdiyini vurğulamışdır; belə ki, sosial kapitala təkan verilməsini dəstəkləsə də, əvvəlki tezisinin ("Amerikalılar indi tək boulinq oynayır") artıq doğru olmadığını da hiss edirdi. O, 2015-ci ilin martında ABŞ-də imkanların bərabərsizliyi məsələlərindən bəhs edən Uşaqlarımız: Amerika xəyalları böhran içində adlı kitabını çap etdirmişdir. == Həyatı == Robert David Putnam 9 yanvar 1941-ci ildə Roçester, Nyu Yorkda anadan olmuş və bir gənc kimi boulinq yarışlarında iştirak etdiyi Ohayo, Port Klintonda böyümüşdür. Putnam 1963-cü ildə Suartmor Kollecindən məzun olmuşdur, burada o Fi Siqma Kappa qardaşlığının da üzvü olmuşdur. Görkəmli tələbə kimi o, Oksford Universitetinin Balliol Kollecində təhsil almaq üçün Fulbrayt təqaüdü qazanmış, daha sonralar isə 1970-ci ildə magistr və doktor dərəcəsi almaq üçün Yel Universitetinə yollanmışdır. 1979-cu ildə Harvard fakültəsinə qoşulana qədər Miçiqan Universitetində dərs demişdir.
Eutrema japonicum
Vasabi (lat. Eutrema japonicum) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin kələmkimilər fəsiləsinin evtrema cinsinə aid bitki növü. Çoxillik vasabi bitkisinin kökündən, yarpaqlarından alınan məşhur yapon ədviyyatı. Vasabinin iri ürək formalı yarpaqları olur və kələmkimilər fəsilsinə aiddir. Bitki ilk dəfə Yaponiyada X əsrdə becərmişlər. Vasabinin ilk dəfə Yaponiyanın dağ çaylarının kənarlarında yabanı halda bitdiyi ehtimal olunur. Onun dadının və qoxusunun xoş olduğunu görən yaponlar kütləvi surətdə vasabi yetişdirməyə başlamışlar. Onu bəzən yapon xreni də adlandırırlar. İndi Cənubi Koreyada, Çində, ABŞ-də, Yeni Zellandiyada vasabinin yetişdirilməsi ilə xüsusi məşğul olurlar. Vasabidən xüsusi ədviyyat hazırlanır.
İzrael Patnem
İzrael Patnem (ing. Israel Putnam; 7 yanvar 1718 – 29 may 1790) — ABŞ ordusu generalı, ABŞ İstiqlal müharibəsi (1775–1783) zamanı Bunker-Hill döyüşündə (1775) fərqlənmişdir. O, əvvəllər Fransa–hindi müharibəsi zamanı Rocers reyncerləri tərkibində mohok hindiləri tərəfindən əsir götürülmüş və ritual yandırmaqdan çətinliklə xilas olmuşdur. Patnem 1775-ci ildə Kontinental Ordunun ilk dörd böyük generalından biri olmuşdur. Patnemin şücaətinin hekayələri koloniyalarda geniş yayılmış və Amerika folklorunun bir hissəsi olmuşdur. == Mədəniyyətdə == Putnam "Assassin's Creed III"də görünür və personajlardan biridir. == İstinadlar == == Əlavə ədəbiyyat == Brooks, Victor. The Boston Campaign. Combined Publishing. 1999.
Püre
Püre (fr. purée) — bişirilmiş, əzilmiş, qarışdırıcıdan və ya süzgəcdən keçirilmiş, xəmir və ya qatılaşdırılmış halda olan, əsasən meyvə, tərəvəz və ya paxlalı bitkilərdən hazırlanan yemək. Müəyyən ərzaqların püresinin xüsusi adları olur; məsələn, alma püresi və ya humus. Termin fransız mənşəlidir, qədim fransız dilində (XIII əsr) təmizlənmiş və ya rafinadlaşdırılmış deməkdir. Püre digər yeməklərlə, məsələn, ağır şorbalar, kremlər və souslar ilə bənzər tərkibə malikdir, baxmayaraq ki, bu terminlər daha mürəkkəb reseptlər və bişirmə proseslərini ifadə edir. Kuli də ona oxşar olsa da, daha geniş termindir və daha çox meyvə püreleri üçün istifadə olunur. Püre termini ümumən un məhsullarından hazırlanan xəmir yeməklərinə (məsələn, lapa və müsli) və ya yağlı fındıq əzməsinə (məsələn, fıstıq əzməsi) münasibətdə istifadə edilmir. "Xəmir" termini çox zaman qida kimi qəbul edilməkdən çox inqrediyent kimi istifadə üçün nəzərdə tutulmuş pürelər üçün işlədilir. Pürelər qarışdırıcı və ya kartofəzən vasitəsilə, eləcə də yeməyi süzgəcdən keçirtməklə və ya sadəcə qazanda əzməklə hazırlana bilər. Püre, dadını və görünüşünü yaxşılaşdırmaq, toksik maddələrdən təmizləmək və/və ya tərkibindəki suyun miqdarını azaltmaq məqsədilə, əzilməzdən əvvəl və ya sonra bişirilməlidir.
Flora Purim
Flora Purim (6 mart 1942, Rio-de-Janeyro) — cazmen. == Həyatı == 1942-ci il martın 6-da Rio de Janeyroda musiqiçilər ailəsində anadan olmuşdur. Onun atası əslən Ukraynadan olub Rio de Janeyro Simfonik Orkestrinin aparıcı skripkaçısı, anası isə klassik pianoçu idi. Flora 8 yaşında ikən fortepiano dərsləri alır, sonra gitara çalmağa başlayır və daha sonra Hermeto Paskoalın rəhbərliyi ilə səsini cilalayaraq səs diapazonunu üç oktavadan altı oktavaya çatdırır. 1960-cı illərin ortalarında Paskoal və perkussiyaçı Airto Moreira Braziliyanın "Quarteto Novo" qrupuna rəhbərlik edirdi. Bu qrup cazla radikal "protest" mahnılarının qarışığından ibarət bir repertuar ifa edirdi. Flora Airto ilə tanış olandan az sonra (əvvəlcə onlar heç cür dil tapa bilmirdilər) hər ikisi başa düşdü ki, bir-birinə ideal yaraşırlar və buna görə də həm möhkəm ailə qurdular, həm də yaradıcılıq əməkdaşlığını möhkəmlətdilər. Beləliklə, dünyada ən yaxşı perkussiyaçılardan biri ilə dünyada ən yüksək səviyyəli caz müğənnisi — Moreira və Pürim öz yaradıcılıq potensiallarını birləşdirdilər: onlar 30 il ərzində müntəzəm olaraq birgə qastrol səfərlərinə çıxmış, birgə albomlar yazdırmışlar. 1967-ci ildə Braziliyada hərbi çevriliş baş verəndən sonra mahnıların mətnlərinə senzur tətbiq ediləndə bu ər-arvad köçüb Amerika Birləşmiş Ştatlarına gedir və orada yerli caz səhnəsinin ayrılmaz tərkib hissəsinə çevrilirlər, yetmişinci illərin elektron caz musiqisi tarixində ilk uğurlu kommersiya albomlarını buraxırlar. Stend Getz və Bill Evans kimi musiqiçilərlə əməkdaşlıq etməyə başlayan Flora onlarla birlikdə bütün Avropanı gəzib dolaşır, öz vokal repertuarını inkişaf etdirir və zənginləşdirir, sonra isə "Return to Forever" adlı albomda Çik Korea, Airto, Stenli Klark və Co Farell ilə birgə çıxışlar edir.
Muhammad Puteh
Muhammad Syafiq Puteh (20 oktyabr 1995, Perak) — Malayziyalı suya tullanan. Muhammad Puteh Malayziyanı 2019-cu ildə XVIII Su idman növləri üzrə Dünya Çempionatında təmsil etdi. == Karyerası == Muhammad Puteh birinci dəfə Dünya Çempionatına 2019-cu ildə qatıldı. O, Kvanjuda baş tutan XVIII Su idman növləri üzrə Dünya Çempionatında kişilər 1 m tramplin yarışlarında təsnifat mərhələsində iştirak etdi. 283.20 xal toplayaraq 33-cü yeri tutdu və finala vəsiqə qazana bilmədi.
Paulu Futre
Paulu Futre (d. 28 fevral 1966) — Portuqaliya futbolçusu. == Milli komanda karyerası == Portuqaliya milli komandasının heyətində 41 oyun keçirib, 6 qol vurub.
Pooriə Putək
Pooriə Putək (27 iyun 1991-ci il)— iranlı reper, bəstəkar, prodüser, YouTuber və etiket sahibidir. == Həyatı == Pooria Arab 27 iyul 1991-ci ildə Tehran, İranda anadan olub. Məktəbi bitirdikdən sonra Tehran Universitetinin Kompüter Texnologiyaları fakültəsinə daxil olub. Baxmayaraq ki, təhsilinin son ilində oranı tərk edərək hərbi xidmətə getməyə qərar verir. Pooria məktəbi bitirdikdən sonra Tehran Universitetinin Kompüter Texnologiyaları fakültəsinə daxil olub. Baxmayaraq ki, təhsilinin son ilində oranı tərk edərək hərbi xidmətə getməyə qərar verir. Tehran şəhərində iki aylıq hərbi təhsilini başa vurduqdan sonra Pooria Tehranın İnformasiya Mühafizəsi Mərkəzinə silah təchizatı şöbəsinə köçürüldü. beş ay sonra Pooria ordunu tərk edir və daha sonra, 2012-ci ildə sinir sistemi xəstəliyi səbəbindən hərbi xidmətə girə bilməməsinin rəsmi təsdiqini alır. Purianın atası oğlunu siyasi mövzular və İrandakı mövcud rejimin ümumi narazılığı ilə əlaqəli təhlükələrdən qorumaq üçün onu ali təhsil almaq üçün xaricə göndərmək qərarına gəlir. Həmin illərdə Putak İranın underground rep cəmiyyətinə Həmid Manfinin prodüseri olduğu "Nasakh" adlı ilk albomunu təqdim edir.
Puare zirinci
Puare zirinci (lat. Berberis poiretii) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin zirinckimilər fəsiləsinin zirinc cinsinə aid bitki növü.
Putra məscidi
Putra məscidi (malay Masjid Putra) — Malayziyanın yeni inzibati mərkəzi olan Putracayada yerləşən əsas məscid. Məscidin tikintisinə 1997-ci ildə başlanıldı və tamamlama işləri iki ildən sonra başa çatdı. Məscid Malayziyanın Baş Nazirinin iqamətgahı olan Perdana Putra və süni yarasdılmış Putracaya gölünün yaxınlığında yerləşir. Məscidin qarşısında Malayziya ştatlarının bayraqlarının dalğalandığı böyük meydan yerləşir. == Memarlığı == Məscidin xarici görünüşünün dizaynına Şeyx Ömər məscidi (Bağdad) və İkinci Həsən məscidinin (Kasablanka) dizaynı güclü təsir göstərib. Məscidin bünövrəsini təşkil edən divarlar İkinci Həsən məscidinin divarlarını xatırladır. Məscidin minarəsinin dizaynına isə Bağdadda yerləşən Şeyx Ömər məscidinin minarəsinin dizaynı təsir göstərib. Məscidin əsas materialı kimi çəhrayı qranitdən istifadə olunub. Məscid üç əsas funksional ərazidən ibarətdir: ibadət zalı, həyət və müxtəlif öyrənmə zalları və otaqlar. İbadət zalı və baş günbəz 12 sütunun köməyi ilə saxlanır.
Vard Petre
Vard Petre (30 yanvar 1997) — Belçikalı şort-trekçi. Vard Petre Belçikanı 2018-ci ildə Cənubi Koreyada təşkil edilən XXIII Qış Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Vard Petre birinci dəfə Olimpiya Oyunlarına 2018-ci ildə qatıldı. O, Cənubi Koreyada baş tutan XXIII Qış Olimpiya Oyunlarında kişilər 1500 m məsafəyə şort-trek yarışlarında iştirak etdi. Petre 2:17.362 saniyəlik nəticəsi ilə öz cığırında 5-ci yeri tutdu və yarımfinala vəsiqə qazana bilmədi.