Pitrəç rayonu (tatar. Питрәч районы) — Rusiya Federasiyası, Tatarıstan Respublikasının ərazisinə daxil olan inzibati rayon. Rayon respublikanın şimal-qərbində yerləşir. Kazan şəhəri, Biektau, Arça, Teləçe, Balık Bişməse, Layiş rayonları ilə həmsərhəddir. Rayonun inzibati mərkəzi Pitrəç kəndidir.
Pitrəç rayonu | |||||
---|---|---|---|---|---|
|
|||||
55°45′ şm. e. 49°39′ ş. u.HGYO |
|||||
Ölkə | |||||
Tarixi və coğrafiyası | |||||
Yaradılıb | 10 avqust 1930 | ||||
Sahəsi |
|
||||
Saat qurşağı |
|
||||
Əhalisi | |||||
Əhalisi |
|
||||
Rəsmi sayt | |||||
Vikianbarda əlaqəli mediafayllar |
Rayonun ərazisi 1920-ci ilə qədər Layiş və Kazan qəzalarının, 1920-1927-ci illərdə Layiş və Arça kantonlarının, 1927-1930-cu illərdə - Arça kantonunun tərkibinə daxil idi.
Pitrəç rayonu 10 avqust 1930-cu ildə qurulmuşdur.
Rayon əhalisi tatarlar (57%) və ruslardan (40%) ibarətdir[2].
Pitrəç rayonu ərazisinə 21 kənd inzibati vahidliyi daxildir. Rayon ərazisinə ümumilikdə 74 yaşayış məntəqəsi daxildir.
Rayonda 29 ümumtəhsil məktəbi, 13 məktəbəqədər təhsil müəssisəsi, 1 internat məktəbi və Lenin-Kokuşkinski peşə məktəbi fəaliyyət göstərir.
Səhiyyə sahəsində poliklinika, xəstəxana və reanimasiya şöbəsi, 4 tibbi ambulatoriyası vardır.
Rayonda "Press" MMC kənd təsərrüfatı texnikası istehsal edən müəssisə fəaliyyət göstərir. Bölgənin digər iri müəssisələrinə Agrofirm AK Bars-Pestretsi, Pestretsstroy, Tamle MMC və digərləri daxildir.
Taxıl, paxlalı bitkilər, yazlıq buğda, qışıəq çovdar və kartof yetişdirilir. Ətıik və südlük heyvandarlıq, quşçuluq, atçılıq inkişaf etmişdir.
2012-ci ildə büdcə gəlirləri 544 355 rubl, xərcləri 539 837 rubl təşkil etmişdir[3]..
Rayonun əsas yolları: M-7 (Volqa) "Moskva - Kazan - Ufa", Şali - Soroçiye Qorı (R-239 M-7-dən Kama çayı üzərindəki körpüyə qədər olan hissədə), Kazan - Lenino-Kokuşkino - Tyulyaçi - Şemordan (Kukmara, Vyatskiye Polyanı), Köhnə Şiqaleevo - Pitrəç - Kulaevo (M-7).
Rayon ərazisində "Qərbi Avropa - Qərbi Çin" nəqliyyat dəhlizinin (Yoşkar-Ola - Şali hissəsi) inşa edilməsi planlaşdırılır. Rayon ərazisində dəmiryolu şəbəkəsi yoxdur.
İvan Yeqoroviç Avdeev - Priyutovo kəndində anadan olmuşdur (indi yoxdur) - SSRİ-nin əməkdar sınaq pilotu.
Pyotr Mixailoviç Qavrilov - Sovet İttifaqı Qəhrəmanı, Alvidino kəndində anadan olub.
Rayonda "Alqa" adlı rus və tatar dillərində qəzet buraxılır.