Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Peribsen
Peribsen ya Set Peribsen (e.ə. 2775 – təq. e.ə. 2650) — Erkən padşahlıq dövrü, II sülalə zamanında təqribən e.ə. XXVIII və ya XXVII əsrin əvvəllərində 17 il müddətinə hıkmranlıq etmiş Qədim Misir fironu. Peribsenin digər fironlardan fərqləndirən cəhət ondadır ki, o, öz hökmdar titulu Hor adını Horun düşməni olan Setin şərəfinə Set adı ilə əvəz etmişdir. Bunun hansı məqsəd güddüyü hələ də məlum deyildir. Fərziyyələrin birinə əsasən hökmdar siyahılarına əsasən Peribsenin sələfi Sexemib-Perenmaatdır, lakin ola bilsin ki, Peribsen və Sexemib eyni şəxslər olmuşlar. Bu baxımdan Hor adı titulu daşıyan Sexemib hansısa səbəb üzündən ondan imtina edərək Set adı titulunu götürmüşdür. Peribsenin Abidos siyahısında dəfn stelinin üzərində öz Hor Sexemib adını silldirərək onu Set Peribsen adı ilə əvəz etdirməsi, güman edilir ki, o zamanki dini reform ilə əlaqəlidir.
Verişen
Verişen — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Gorus rayonunda kənd.
Dəyişən
Dəyişən bu mənaları ifadə edə bilər:
Pərixan
Pərixan — qadın adı. Pərixan xanım — Səfəvi Sultanı, Səfəvilər dövlətinin hökmdarı atası I Təhmasib, anası Şamxal sultanın bacısı Sultan Ağa xanım idi. Pərixan Savaş — Türk kino aktrisası. Pərixan sultan — Səfəvi Sultanı, Şirvan Məleykəsi, Şah I İsmayıl ilə Şah (Taclı) Sultanın qızı olmuşdur. Pərixan (Meşkinşəhr) — İranın Ərdəbil ostanının Meşkinşəhr şəhristanı ərazisinə daxil olan kənd.
Başladılmamış dəyişən
Başladılmamış dəyişən –( eng.uninitialized variable ) proqramlaşdırmada: elan olunmuş, ancaq istifadə edilənədək heç bir qiymət mənimsədilməmiş dəyişən. Doğrudur, belə dəyişən istifadə anında müəyyən qiymətə malik olacaq, ancaq həmin qiyməti öncədən bilmək olmur. Proqram təminatında xətaya səbəb olan belə hallar proqramlaşdırmada geniş yayılıb. Aşağıdakı proqram nümunəsində k dəyişəninə başlanğıc qiymət mənimsədilmədiyindən onun dövrdən sonra hansı qiyməti alacağını bilmək mümkün deyil. void count( void ) { int k, i; for(i = 0; i < 10; i++) k = k + 1; printf("%d", k); } İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Dəyişən (proqramlaşdırma)
Dəyişən (variable) – proqramlaşdırmada: proqramın yerinə yetirilməsi zamanı dəyişən, müəyyən tip verilənləri özündə saxlayan adlı yaddaş sahəsi. Məsələn, “check” adlanan dəyişən 12 ədədini özündə saxlaya bilər, ancaq proqram istənilən anda həmin qiyməti dəyişə bilər. Proqramlaşdırma dillərinin əksəriyyəti dəyişən konsepsiyasını dəstəkləyir. Proqramda dəyişəndən istifadə etmək üçün onu aşkar, yaxud qeyri-aşkar elan etmək – identifikator mənimsətmək və tipini göstərmək lazımdır. Dəyişənin tipi onun hansı mümkün qiymətləri ala biləcəyini və onun üzərində hansı əməliyyaların aparıla biləcəyini müəyyən edir. Fəaliyyət sahələrinə görə dəyişənləri iki növə ayırırlar: lokal dəyişənlər və qlobal dəyişənlər. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Dəyişən (riyaziyyat)
Dəyişən — öz qiymətini dəyişən fiziki və abstrakt sistemlərə xas olan əlamətdir. Məsələn, ağacın boyu, insanın yaşı, yerin məkanı və s. Riyaziyyatda dəyişəni adətən hərflərlə işarə edirlər. Məsələn, f ( x ) = x + 5 {\displaystyle f(x)=x+5} o deməkdir ki, f {\displaystyle f} funksiyası x {\displaystyle x} dəyişənindən asılıdır.
Dəyişən cərəyan
Dəyişən cərəyan – zamandan asılı olaraq naqildəki cərəyanın həm qiyməti, həm də istiqaməti periodik dəyişən cərəyan. Praktikada daha geniş istifadə olunan dəyişən cərəyanın alınması 1831-ci ildə ingilis alimi Maykl Faradeyin kəşf etdiyi elektromaqnit induksiya qanununa əsaslanır. Sabit cərəyan A.Mehrabov. Fizika kursu. Bakı, Maarif, 1982. X.Şirinov. Fizika, Azərtədrisnəşr, 1964. M.Murquzov. Fizika. IX sinif üçün dərslik.
Dəyişən kəmiyyət
Dəyişən kəmiyyət müxtəlif qiymətlər alan kəmiyyətdir. Məsələn, ideal qaz sıxılanda, onun həcmi və təzyiqi dəyişir. XVII əsrdə dəyişən kəmiyyətin riyaziyyata daxil edilməsi ümumiyyətlə, elmdə inqilabi sıçrayış idi. O təbiət hadisələrinin, onlar arasında əlaqənin və hərəkətin öyrənilməsində yeni mərhələ idi. Dekart, Nyuton və Leybnisin işlərinə əsaslanan diferensial və inteqral hesabı kimi güclü riyazi üsullar ciddi dəyişikliyə uğradı. Onlar XIX əsrdə ciddi riyazi əsaslandırıldı. Bu zaman limitlər nəzəriyyəsi və kəsilməz funksiyalar nəzəriyyəsi yarandı. Müasir riyaziyyat üçün dəyişən kəmiyyətin yuxarıdakı tərifi qənaətbəxş deyil. Müasir riyaziyyatın əsaslarına çoxluqlar nəzəriyyəsinin, topologiyanın ideyaları nüfuz etmişdir. Xüsusi halda, kəmiyyətin qiymətləri təkcə ədədlər yox, müəyyən çoxluğun ixtiyarı təbiətli elementləri ola bilər.
Dəyişən ulduz
Dəyişən ulduzlar Elə ulduzlar vardır ki, onların parlaqlıqları zamandan asılı olaraq dəyişir. Bu ulduzlara dəyişən ulduzlar deyilir. Dəyişən ulduzlar iki əsas Qrupa bölünürlər. 1) optik dəyişənlər; 2) fiziki dəyişənlər. Optik dəyişənlərin parlaqlığının dəyişməsinin səbəbi tutulmalardır. Fiziki dəyişən ulduzların parlaqlıqlarının və başqa parametrlərinin dəyişməsi isə onların daxilində gedən fiziki proseslərlə əlaqədardır. Dəyişən ulduzları 2 əsas qrupa bölürlər. Döyünən dəyişən ulduzlar və erruptiv - partlayış xarakterli dəyişən ulduzlar. Bu ulduzların parlaqlığının dəyişməsi onların radius və effektiv temperaturlarının müəyyən amplitud və periodla dəyişməsi ilə əlaqədardır. Bu ulduzların parlaqlıqlarının dəyişməsi partlayış xarakterli enerji ayrılması ilə əlaqədardır.
Dəyişən xərclər
Dəyişən xərclər — istehsal olunan məhsulun miqdarına uyğun olaraq artan xərclər.
Fəridən şəhristanı
Fəridən şəhristanı— İranın İsfahan ostanının şəhristanlarından biridir. Şəhristanın inzibati mərkəzi Daran şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 81,622 nəfər və 20,215 ailədən ibarət idi.
Pərican (Hurand)
Pərican (fars. پريجان‎) — İranın Şərqi Azərbaycan ostanının Hurand şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 137 nəfər yaşayır (29 ailə).
Pərixan (Meşkinşəhr)
Pərixan (fars. پريخان‎) — İranın Ərdəbil ostanının Meşkinşəhr şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 3,527 nəfər yaşayır (803 ailə).
Pərixan Savaş
Pərixan Savaş (14 iyun 1955, Fateh, İstanbul ili) — Türk kino aktrisası.
Pərixan Sofiyeva
Pərixanım Sofiyeva və ya Pəri Sofiyeva (1884, Qaracalar, Borçalı qəzası, Tiflis quberniyası, Rusiya imperiyası – 1953, Qaracalar, Qardabani rayonu, Gürcüstan SSR, SSRİ) — Gürcüstanda və müsəlman aləmində demokratik yolla seçilmiş ilk müsəlman qadın millət vəkili. Gürcüstanın azərbaycanlılar yaşayan hissəsində yerləşən Qaraçala (və ya Qaracalar) kəndində dünyaya gəlmişdir. Ailədə 9 uşaq olan Pərixanım, yeganə qız övlad idi. Çarlıq dövründə qardaşlarının rəhbəri olan Pərixanım, çox məşhurluq qazanmışdır. Banklardan xərac alaraq, kənddə yetimlər evi açmışdır. Gürcüstan Demokratik Respublikası barədə araşdırma aparan tarixçi İrakli Xvadagiani, Tiflis quberniyasından seçilən deputatların siyahısına baxarkən içlərində müsəlman qadının da olduğunu görmüşdür. İlk vaxtlar buna inanmayan tarixçi, sonradan eyni ada Gürcüstan Sosialist Federalistlərin rəsmi qəzetində də rast gələrək, araşdırmışdır. Beləcə müsəlman dünyasında ilk seçilən qadın deputat olan Pərixanım Sofiyeva müasir tarix elminə məlum olmuşdur. 1917-ci il fevral inqilabından sonra müvəqqəti hökumət şəraitində Qafqazda yerli idarəetmə sisteminin islahatına və seçkilərə hazırlığa başlandı ki, bu da ağır siyasi kataklizmlər fonunda davam etdi və müvəqqəti hökumətdən Gürcüstanın müstəqilliyinin elan olunmasına qədər real olaraq yerindən tərpənmədi. 1918-ci il mayın 28-dən sonra ilin sonunadək Gürcüstan ərazisinin əsas qəzalarında erobalıq (yerli özünüidarəetmə orqanı) seçkiləri keçirildi və özünüidarəetmə orqanları fəaliyyət göstərməyə başladı.
Pərixan Sultan
Pərixan Sultan (tam titulu: Dürri-dürət Padşahi Şahhiran Sultan Cahan və Cahaniyan Fatimə üz-Zamani Pərixan Sultan; 3 avqust 1548 — 12 fevral 1578) — Səfəvi Sultanı, Səfəvilər dövlətinin hökmdarı atası I Təhmasib, anası Şamxal sultanın bacısı Sultan Ağa xanım idi. Pərixan Sultan 3 avqust 1548-ci ildə Əhərdə doğulmuşdur. Hələ 1558-ci ildə əmisioğlu Sultan Bədiüzzaman Mirzə ilə nişanlandırılmışıdır. Atasının ən sevdiyi qızı olub, ən yaxın məsləhətçilərindən idi. Bibisi Məhinbanu Sultandan xüsusi təlim, tərbiyə almış onun 'Naibə'lik varisi olmuşdur. Bu sayədə də çoxlu nüfuz əldə etmişdir.İsgəndər bəy Münşi, onun haqqında deyir: Atasının ölüm ayağında qardaşlarından İsmayılın tərəfini tuturdu. Rumlu, Əfşar və Qacar tayfaları da onun tərəfində idi: Təhmasibin ölümündən sonra İsmayıl hələ də Qəhqəhə qalasında olduğu üçün 14 may 1576-cı ildə Heydər mirzə hakimiyyəti ələ keçirdi. Təhlükəli vəziyyəti görən Pərixan xanım Heydərlə mülayim davranmağa səy göstərsə də, əslində ona plan hazırlamışdı… Heydər mirzə ona inandığı üçün qardaşı Süleyman mirzə və Pərixan Sultanın dayısı-Şamxal Sultana saraydan getməyə icazə verdi. Lakin Pərixan bilirdi ki, Heydər Mirzə və fəsad anası-Gürcü qızı Tinatin onu və qardaş, bacılarını sarayda sağ qoymayacaq. Bu səbəbdən fürsətdən istifadə edən Pərixan xanım dayısına sarayın əsas qapısının açarını verdi.
Pərixan xanım
Pərixan Sultan (tam titulu: Dürri-dürət Padşahi Şahhiran Sultan Cahan və Cahaniyan Fatimə üz-Zamani Pərixan Sultan; 3 avqust 1548 — 12 fevral 1578) — Səfəvi Sultanı, Səfəvilər dövlətinin hökmdarı atası I Təhmasib, anası Şamxal sultanın bacısı Sultan Ağa xanım idi. Pərixan Sultan 3 avqust 1548-ci ildə Əhərdə doğulmuşdur. Hələ 1558-ci ildə əmisioğlu Sultan Bədiüzzaman Mirzə ilə nişanlandırılmışıdır. Atasının ən sevdiyi qızı olub, ən yaxın məsləhətçilərindən idi. Bibisi Məhinbanu Sultandan xüsusi təlim, tərbiyə almış onun 'Naibə'lik varisi olmuşdur. Bu sayədə də çoxlu nüfuz əldə etmişdir.İsgəndər bəy Münşi, onun haqqında deyir: Atasının ölüm ayağında qardaşlarından İsmayılın tərəfini tuturdu. Rumlu, Əfşar və Qacar tayfaları da onun tərəfində idi: Təhmasibin ölümündən sonra İsmayıl hələ də Qəhqəhə qalasında olduğu üçün 14 may 1576-cı ildə Heydər mirzə hakimiyyəti ələ keçirdi. Təhlükəli vəziyyəti görən Pərixan xanım Heydərlə mülayim davranmağa səy göstərsə də, əslində ona plan hazırlamışdı… Heydər mirzə ona inandığı üçün qardaşı Süleyman mirzə və Pərixan Sultanın dayısı-Şamxal Sultana saraydan getməyə icazə verdi. Lakin Pərixan bilirdi ki, Heydər Mirzə və fəsad anası-Gürcü qızı Tinatin onu və qardaş, bacılarını sarayda sağ qoymayacaq. Bu səbəbdən fürsətdən istifadə edən Pərixan xanım dayısına sarayın əsas qapısının açarını verdi.
Qlobal dəyişən
Qlobal dəyişən (ing. global variable, rus. глобальнaя переменная) - fəaliyyət sahəsi proqramın bütün blokları və ya modulları olan dəyişən. Global dəyişən, adətən, proqramın əsas (yuxarı səviyyəli) blokunda elan olunur. Onun qiyməti proqramın istənilən deyimi (STATEMENT) tərəfindən istifadə edilə və dəyişdirilə bilir. Bu hal proqramın sazlanmasını və dəyişdirilməsini çətinləşdirdiyindən, qlobal dəyişənlərin sayını mümkün qədər məhdudlaşdırmaq lazımdır. İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
Sərilən acıçiçək
Sərilən acıçiçək (lat. Gentiana decumbens) — bitkilər aləminin acıçiçəklilər dəstəsinin acıçiçəkkimilər fəsiləsinin acıçiçək cinsinə aid bitki növü.
Sərilən naz
Sərilən əzgən
Sərilən əzgən Avropa,Aralıq dənizi,Kiçik Asiya,İran,Monqolustan və Rusiyada yayılmışdır.Şimali Amerikadan təsvir edilmişdir. Hündürlüyü 30-75 sm olan qıvrım tüklü yarımkoldur.Yarpaqları xətvari,yastı,tüklü,növbəli düzülüşlüdür.Çiçəkyanlığı tüklü,meyvələrdəki çiçəkyanlıqları isə uzunsov qanadcıqlar üzərində çıxıntılıdır.Çiçəklərin 3-4-ü bir yerdə yerləşməklə,sünbülvari və ya süpürgəvari çiçək qrupu əmələ gətirir.May ayında çiçəkləyir.Oktyabr ayında meyvə verir.Meyvəsi yumrudur.Toxumları hamar,dəyirmi olub,diametri 2 mm-dir. Yarımsəhra və səhra zonalarında,düzənliklərdə yuxarı dağ zonalarında (dəniz səviyyəsindən 3800 m hündürlükdə),qumluqlarda bitir.Quraqlığa və duzluluğa davamlı,torpağa az tələbkar,işıqsevən və küləklə tozlanan bitkidir. Samur-Dəvəçi,Xəzər,Kür-Araz ovalıqlarında,Naxçıvanda,Lənkəran və Abşeronda yayılmışdır. Zülallarla zəngin yem bitkisidir.Yüksək qida xüsusiyyətləri,məhsuldarlığı ilə fərqlənir.Ekstremal şəraitində mədəni otlaqların yaradılmasında çoxillik komponent kimi istifadə edilə bilər. Tofiq Məmmədov, "Azərbaycan dendroflorası II cild", Bakı:-"Səda"-2015.
Dəyişən ulduzların tərifləri
Dəyişən ulduzlar — ulduzun yalan olduğu bürcün adı olan latın hərfi ilə birlikdə (aşağıda göstərildiyi kimi) müəyyən bir etiketin Bayer təyin olunmuş formatında bir dəyişikliklə təyin olunur. Bürclər siyahısı və onların adlarının həssas formaları üçün bürclər siyahısına baxın. Cari adlandırma sistemi: Bayerin mövcud Yunanıstandakı məktubları olan ulduzlara yeni təyinatlar verilmir. Əks halda, hərfi R ilə başlayın və Z.-dən keçin. RZ ilə davam edin … RZ, SS istifadə edin … ZZ qədər SZ, TT … TZ və s. QZ-ə çatana qədər AA, BB … BZ, CC … CZ və s. İstifadə edin, həm birinci, həm də ikinci mövqelərdə J-ni atın. 334 kombinasiya məktubundan sonra Latin yazılarını tərk edin və V335, V336 və s. İlə ulduzları adlandırmağa başlayın. İkinci məktub alfabenin başlanğıcından heç bir zaman asla yaxınlaşmır, məsələn, heç bir ulduz BA, CA, CB, DA və s.
Java (dəyişən tipləri)
Java proqramlaşdırma dilində, dəyişənlərin tipləri iki yerə bölünür. 1. Primitiv tipli dəyişənlər. 2. Referans tipli dəyişənlər. Primitiv tipli dəyişənlər: Javada səkkiz ədəd primitiv dəyişənlər mövcuddur. Bunlar byte, short, int, long, float, double, boolean və char tipləridir. Bunlardan byte, short, int və long tiplərinin dəyərinə tam ədəd (yalnızca tam rəqəm) vermək olur. float və double tiplərinin qiymətinə kəsrli ədəd (məsələn: 1,3) vermək olur. boolean tipi bir az fərqli olaraq sadecə true (doğru) və false (yanlış) qiymətlərini alır.
Yerini dəyişən göl
Yerini dəyişən göl (rus. блуждающeе озерo, ing. wandering lakes, divagation lake) — ildən-ilə öz yerini dəyişən göl. Materik daxili arid vilayətlər üçün səciyyəvi hadisə olub, əsasən illik axımın il ərzində qeyri-bərabər paylanması və böyük dəyişkənliyi, çöküntülərin (gətirmələrinin) bolluğu və insanın təsərrüfat fəaliyyəti ilə əlaqədar baş verir mis: Lobnor gölünü qidalandıran, Qönçədərə və Tarım çaylarının aşağı hissəsinin daimi olmaması həmin gölün məsafədə yer dəyişməsinə səbəb olur.
Yerini dəyişən moren
Yerini dəyişən moren (rus. морена перемещаемая, ing. moving moraine) — buzlaq vasitəsilə yerini dəyişən, müxtəlif ölçülü qırıntı materialları. Yerini dəyişən moren dəyişən moren buzlağın səthində səth, onun içərisində /daxili/ və aşağı hissəsində dib yerləşir. Çökdürülmüş morenlərə, daha doğrusu tam formalaşmış morenlərə qarşı qoyulur.
Əriyən ada (film)
Əriyən ada — Azərbaycan rejissoru Fariz Əhmədovun Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə "Azanfilm" studiyasında çəkdiyi sənədli film. Ekran əsərində hadisələr Neftçala rayonunun Kürdili kəndində cərəyan edir. Burada yaşayanlar müasir, rahat həyatdan bixəbər deyillər, istədikləri vaxt yaşam tərzlərini dəyişmək üçün buranı tərk edib gedə bilərlər, lakin onlar buranı sevirlər. Onların gəncliyi, xatirələri bu yerlə bağlıdır və ona görə də həyatlarını əriyən ada ilə birgə əritməyə qərarlıdırlar. Film "Azanfilm" studiyasında çəkilib. Sənədli filmin ssenari müəllifi Esmira Əyyub, rejissoru Fariz Əhmədov, operatoru Rüfət Kərimov, bəstəkarı isə Rauf Əliyevdir. “Əriyən ada” filmi 2013-cü il sentyabrın 15-dən 22-dək Gürcüstanın Batumi şəhərində keçiriləcək “Batumi İnternational Art House Film Festival” (BIAFF-2013) kinofestivalında da iştirak edəcək. 2013-cü ildə "Əriyən ada" sənədli filmi IX Kazan Beynəlxalq Müsəlman Kinosu Festivalının "Ən yaxşı qısametrajlı sənədli film" nominasiyasının qalibi olub. Filmi izlə Treyler Sevda İsmayıllı. "Azərbaycanda belə yer də varmış...
Persea persea
Amerika perseyası (lat. Persea americana) — bitkilər aləminin dəfnəçiçəklilər dəstəsinin dəfnəkimilər fəsiləsinin perseya cinsinə aid bitki növü. Vətəni Mərkəzi Amerika və Meksikanın yüksəkdağlı rayonlarıdır. Botaniki cəhətdən avakado giləmeyvədir. Lakin əmtəəşünaslıq təsnifatına görə çəyirdəkli meyvələr qrupuna aid edilir. Meyvəsi yumru, oval formada, bəzən armudaoxşardır. Qabığı sıx, dərivari hamar və ya çopuq, qara, bənövşəyi və ya yaşıl rəngdədir. Yetişmiş meyvələrin ətliyi qabığından asan aralanır. Meyvənin daxilində iri çəyirdəyi var. Meyvənin ümumi kütləsinin 25%-ni təşkil edir.
Belişen
Belişen - XVIII əsrin ortalarına aid ermənicə mənbədə Göycə mahalında kənd adı. [150, 360].
Kətişen
Çaykənd (əvvəlki adı: Kətişen) — Azərbaycan Respublikasının Daşkəsən rayonunun Çovdar kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Daşkəsən rayonunun Kətişen kəndi Çaykənd kəndi adlandırılmışdır. Yerli əhalinin məlumatına görə, yaşayış məntəqəsini vaxtilə Qarabağdan və Gürcüstandan köçmə erməni ailələri salmışlar. Oykonim qet (erm. çay) və şen (erm. kənd) sözlərinin birləşməsindən əmələ gəlib, "çay sahilindəki kənd" mənasındadır. 1992-ci ildən kəndin adı Çaykənd kimi rəsmiləşdirilmişdir. Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. Kənd dağətəyi ərazidə yerləşir. Əhalinin əsas məşğuliyyətini əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Perigey
Perigey — Ay orbitinin yerdən ən yaxın nöqtəsinə qədər olan məsafədir. Perigeydə Yerdən Aya qədər olan məsafə 356400 km.dir. Yerlə Ay arasındakı orta məsafə isə 384400 km.dir.
Periton
Periton (lat. peritoneum) — ən böyük seroz qişa, qarın və çanaq boşluğu divarlarını daxildən və burada olan üzvləri xaricdən örtür. Qarın boşluğu - lat. cavum abdominis yuxarıdan tərəfdən - diafraqma ilə, on və yan tərəflərdən qarın əzələləri ilə, arxa tərəfdən - bel əzələləri və bel fəqərələlərinin cisimləri ilə əhatə olunmuşdur. Aşağı tərəfdən bu boşluq böyük və sonra kiçik çanaq boşluğuna keçir.
Pressen
Pressen (fr. Pressins) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Şartryoz-Qye kantonuna daxildir. Kommunanın dairəsi — La-Tur-dyu-Pen. INSEE kodu — 38323. Kommunanın 1999-cu il üçün əhalisi 832 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 262 ilə 532 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 450 km cənub-şərqdə, Liondan 70 km cənub-şərqdə, Qrenobldan 39 km şimal-qərbdə yerləşir.
Pərəsər
Pərəsər — İranın Gilan ostanında yerləşən şəhər. Pərəsər əhalisinin çoxluğunu Azərbaycanlılar və Talışlar təşkil edir. Burada yaşayan etnik Talışlar əsasən islamın sünni-şafei qoluna etiqad edirlər; Azərbaycanlılar isə əsasən şiə-cəfəri inanclıdır.
Pərisuz
Pərisuz və ya Parisos — orta əsr Azərbaycanında çarlıq, şəhər, qala və monastır adı. Onun mərkəzi Şəmkirçayın yuxarı hövzəsində, indiki Azərbaycanın Qalakənd kəndi yaxınlığında yerləşirdi. Pərisuz çarlığı X əsrdə Ermənistan yaylasının şərqində ən mühüm knyazlığa çevrilmişdir. Pərisuzun xarabalıqları tarixən Pərisuz adlanan, Şəmkirçayın qolu olan çayın sol sahilindəki qayanın üzərində yerləşir. Pərisuz həmçinin, Şəmkirçay hövzəsini əhatə edən ətraf mahalın və paytaxtı burada olan bir çarlığın adı idi. Pərisuz qala-şəhərinin IX əsrdə qurulduğu ehtimal olunur. Şəmkirçayın daha aşağı axınında, yaxınlıqdakı Girdman qalasını Şəmkirçay hövzəsinin mərkəzi kimi əvəz etmişdir. Pərisuz Girdmandan daha çətin coğrafi mövqeyə malik idi. Mahal əsasən əvvəlki Girdman ilə üst-üstə düşürdü. Yaxınlıqda Pərisuz adlı bir monastır da mövcud idi.
Verilən
Verilənlər (ing. Data) – texniki vəsaitlərlə saxlanması, emal edilməsi və ötürülməsi üçün formal şəkildə təsvir olunan (kodlaşdırılan) məlumatdır. Verilənlər faktları, mətn, qrafik, müxtəlif şəkilləri, səsləri, analoq və ya rəqəm video-seqmentləri təsvir edirlər. Verilənlər sistemin informasiya istifadəçiləri tərəfindən istifadə olunan işlənməmiş materiallarıdır. Verilənlər termini latınca "datum" fakt sözündən yaranmışdır. Verilənlər ümumi halda ad, qiymət, tip və s. kimi struktur xarakteristikaları ilə təyin olunurlar. Verilənlər – mətn, rəqəm, zaman, pul, memo, OLE, məntiqi və s. tiplərə malik olurlar. “Verilənlər” anlayışı “informasiya” anlayışı ilə sıx bağlıdır.
Persea
Perseya (lat. Persea) — bitkilər aləminin dəfnəçiçəklilər dəstəsinin dəfnəkimilər fəsiləsinə aid bitki cinsi. Perseya həmişəyaşıl meyvə bitkiləri cinsidir. Tropik meyvədir. Hünd. 10–20 m-dir. Çiçəkləri ikicinsiyyətli və ağımtıldır. Armud formalı meyvələri tündyaşıl, yaxud qara və birtoxumlu olur. Əkiləndən 4-5 il sonra məhsul verməyə başlayır; hər ağacı 150-200 kq meyvə verir. Meyvələri 250-600 qr gəlir, yeyilir, qoz dadı verir.
Persey
Persey (yun. Περσεύς) — yunan mifologiyasında qəhrəman, Zevs və Danayanın oğlu. Aqos çarı – Akrisiy peyğəmbərə onun oğlunun olub olmayacağını öyrənmək üçün müraciət edir. Ona bildirilir ki, onun öz oğlan övladı olmayacaq, lakin qızı Danayanın dünyaya gətirmiş olacağı oğlan onu öldürəcəkdir. Bundan ehtiyat edən Akrisiy Danayaya heç bir kişi xeylağı yaxın düşə bilməməsi üçün onu zülmət zirzəmiyə salır. Danayanın gözəlliyinə vurulmuş Zevs özünü qızıl yağışa çevirərək, zirzəmiyə sirayət edir və qıza qovuşur, beləliklə Danaya Zevsdən uşağa qalmış olur. Oğlu Perseyi dünyaya gətirdikdən sonra atasından gizlin saxlamağa çalışsa da uçağın ağlaması onu aşkarlamış olur. Danaya əhvəlatı olduğu kimi Akrisiyə nəql edir lakin atası ona inanmasa da hər ikisini bağlı qutuya salaraq dənizə buraxdırır. Dalğalar qutunu Kiklad adalarına – Serifos sahilinə ataraq, Diktisin balıq toruna salır. Diktisin yanında sığınacaq tapsalar da onun qardaşı çar Polidekt yersiz evlənmə təklifi ilə Danayanı rahat buraxmır.
Porşen
Porşen — istilik maşınlarında tətbiq olunan maşın hissəsidir. O, qazın genişlənməsi nəticəsində yaranan təzyiqi qəbul edərək onu mexaniki enerjiyə çevirir. Porşenlər adətən çarxqollu-sürgüqollu mexanizminə qoşulur. Həmçinin silindrin təmizlənməsi və doldurulmasında da iştirak edir. Kompressorlarda isə onun funksiyası əksinədir. Çarxqolu-sürgüqolundan alınan hərəkət nəticəsində porşen qazı sıxır. Porşen üç hissədən ibarətdir: Dib hissəsi, burada yanma prosesi baş verir. Kipləşdirici hissə, bunun köməyi ilə porşen və silindrin divarları arasında tam kiplik yaradılır ki, sıxma prosesi baş verə bilsin. Yönəldici hissə porşenin silindr boyunca hərəkətini nizamlayır. Porşenlər çuqun və alüminium legirlərindən hazırlanırlar.
Denis Çerışev
Denis Dimitriyeviç Çerişev (d. 26 dekabr 1990, Nijni Novqorod, RSFSR, SSRİ) - Rusiya və İspaniyalı futbolçu, İspaniyada Valensiya klubunun və Rusiya komandasının hücuma meylli yarımmüdafiəçisi və hüçumçusu. Rusiyanın əməkdar idman ustası (2018). Avropanın iki böyük turnirinin - "Real Madrid" in tərkibində Çempionlar Liqasının 2015/16 və "Sevilya" ilə Avropa Liqasının 2013/14-cü mövsümünün çempionu olan Dmitri Aleniçevdən sonra ikinci rusilyalı.
Erik Persson
Erik Persson (12 yanvar 1994) — İsveçi təmsil edən üzgüçü. Erik Persson İsveçi 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. Erik Persson birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında kişilər 100 m qurbağalama stildə, təsnifat mərhələsində iştirak etdi. 1:01.20 saniyəlik nəticəsi ilə 32-ci yeri tutdu və yarımfinala vəsiqə qazana bilmədi.