Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Pərpərən
Pərpərən (lat. Portulaca) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin pərpərənkimilər fəsiləsinə aid bitki cinsi. Bitki qədimdən bu cür adlandırılmışdır, onun yaranma tarixi haqqında dəqiq məlumat yoxdur. Bu cinsə təxminən 100-ə yaxın növ daxildir. Onlardan biri, bostan pərpərəni (P.oleracea) qidada istifadə olunan bostan bitkisidir. Dekorativ gülçülükdə isə iriçiçəkli pərpərən (P.grandiflora) istifadə olunur. Bu sərilən gövdəli və xırda yarpaqları olan bitkidir. Vətəni Braziliya və Argentinadır. 1827-ci ildən yaşıllaşdırmada istifadə olunur. Diametri 5 sm olan gülləri sadə,çoxləçəkli ya da azləçəklidir.Güllərin rəngi müxtəlifdir: qırmızı, çəhrayı, narıncı, sarı, ağ.
İriçiçək pərpərən
İriçiçək pərpərən (lat. Portulaca grandiflora) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin pərpərənkimilər fəsiləsinin pərpərən cinsinə aid bitki növü.
Dirrik pərpərəni
Dirrik pərpərəni (lat. Portulaca oleracea) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin pərpərənkimilər fəsiləsinin pərpərən cinsinə aid bitki növü. == Kulinariyada == Azərbaycan mətbəxində dirrik pərpərəni geniş istifadə olunur. Kükü və adi qayğanaqla və marinad halında yeyilir. Hələ SSRİ çağında marinadlaşdırılmış halda başqa respublikalara, ayrı-ayrı ölkələrə ixrac olunurdu.
Pərpərənkimilər
Pərpərənkimilər (lat. Portulacaceae) — i̇kiləpəlilər sinfinin qərənfilçiçəklilər sırasına aid bitki fəsiləsi.
Monteneqro perperi
Monteneqro perperi (serb. Црногорски перпер) — Monteneqro knyazlığı və sonradan krallığın dövlət valyutası. Adı Serbiya perperindən gəlir, hansı ki Serbiya çarlığının pul vahidi idi, Monteneqro dövlət olaraq özünü bu çarlığın varisi hesab edirdi. Perper 100 paradan ibarət idi. == Tarixi == Perperin tətbiqindən əvvəl, Monteneqroda avstriya-macar kronu, türk lirəsi, fransız frankı və digər valyutalar dövriyyədə idilər. 1851-ci ildə perun adlı öz valyutanın tətbiqi təklif edildi, lakin II Pyotrun ölümü səbəbiylə istək yerinə yetirilmədi. 1906-cı ildə 1, 2, 10 və 20 para dəyərində sikkələr buraxıldı. 1 və 2 para sikkələri tunc, 10 və 20 para isə nikeldən hazırlanırdı. 4 may 1909-cu ildə şahzadə I Nikolanın fərmanı ilə perper adlı milli pulun tətbiq olunduğu elan edildi. Elə həmin ildə 1 və 5 perper sikkələri zərb olundu.
Pəncərə
Pəncərə (ing. Window) - Tikililərdə aydınlatma və havalandırma məqsədi ilə açılan oyuqlar. Pəncərələrin üzərin çərçivələrlə bərkidilmiş şüşələrlə örtülür. Daxilə və ya xaricə açılan pəncərələr qanad olaraq adlandırılır. Pəncərələrin qapalı saxlanılması xaricdən gələcək küləyin və səsin qarşısını almaq üçün nəzərdə tutulmuşdur. İki bərabər hissədən ibarət olan və yaxud tək hissədən ibarət olan pəncərələr vardır. İki bərabər hissədən ibarət pəncərələr əsasən şəhərdə və ya kənd ərazilərində istifadə edilməkdədir. Pəncərələr bir çox mədəniyyətdə mühüm yer tutur. Müxtəlif dinlərdə də pəncərələrin önəminə müraciət edilmişdir. Xüsusi ilə Xristianlıq dinində pəncərə və qapılara önəm verilmişdir.
Pərvərdə
Pərvərdə - karameləoxşar Azərbaycan şirniyyatı Mənbələrə əsasən pərvərdənin ilk reseptlərinin qədim İranda, xüsusilə ölkənin şimal hissəsində yaranmış, fars kulinariya mədəniyyətinin Azərbaycan kulinariya mədəniyyətinə təsiri nəticəsində bu şirniyyat Azərbaycan mətbəxində də geniş yayılmışdır. Tərkibinə düyü unu, şəkər tozu, limon turşusu, vanil daxildir. == Mənbə == Əhmədov Ə. 1002 şirniyyat. Bakı, «Gənclik», 2010.
Şəbpərə
Şəbpərə (lat. Myotis) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yarasalar dəstəsinin hamarburunlar fəsiləsinə aid heyvan cinsi. == Təsviri == Ölçüləri xırdadan iriyə qədərdir. Qanadları enli və kütdür. Mahmızın əsasında epiblema adətən olmur və ya zəif ikişaf etmişdir. Quyruğun ucu omaarası pərdədən 1–3 mm kənara çıxır. Qulaqları zərif dərili, zirvəyə doğru daralmış, hündürlüyü enindən xeyli çoxdur. Düz və ensiz traqus aşağı 1/3 hissəsində daha enlidir. Sıx və hündür xəzin rəngi çox vaxt tutqun olub qonur, qəhvəyi və boz çalarlar üstünlük təşkil edir. Dişlərinin sayı dəstədə maksimal olub 38 –dir.
Bığlı şəbpərə
Bığlı şəbpərə (lat. Myotis mystacinus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yarasalar dəstəsinin hamarburunlar fəsiləsinin şəbpərə cinsinə aid heyvan növü. == Xarici görünüşü == Bədənin uzunluğu 38-48 mm, quyruğun uzunluğu isə 32-46 mm-dir. Qulaqları nisbətən uzundur (13-17 mm). Qulağın arxa kənarının yuxarı hissəsində yaxşı hiss olunan kəsik vardır. Qulağın dəri çıxıntısının uzunluğu (6,5-9,0 mm) qulağın uzunluğunun təqribə yarısına bərabərdir. Xəzin rəngi adətən açıqdır. Yaşlı fərdlərin rəngi adətən parlaq olub, bədənin üst tərəfi parlaq sarıdansəməni və ya bozumtul açıq-sarı rəng arasında dəyişir. Bədənin alt tərəfinin rəngi ağla bozumtul-ağ arasında dəyişir. Bütün tüklərin əsası yaşıl-boz və ya tünd-boz rəngdədir.
Cırtdan şəbpərə
Gərgərə (Çaldıran)
Gərgərə (fars. گرگره‎‎) - İranın Qərbi Azərbaycan ostanının Çaldıran şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 72 nəfər yaşayır (11 ailə).
Kərkərə (Sayınqala)
Kərkərə (fars. ‎كركره‎) - İranın Qərbi Azərbaycan ostanının Sayınqala şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 177 nəfər yaşayır (30 ailə).
Lacivərd pəncərə
Lacivərd pəncərə, Mavi pəncərə və ya Dveyra pəncərəsi ― Maltanın Qozo adasında yerləşən, 28 metr uzunluğunda əhəng daşından ibarət təbii körpü. Dveyra buxtasında daxili dənizə yaxın bir ərazidə yerləşir və Maltanın əsas turistik destinasiyalarından biridir. Ərazidəki digər təbii coğrafi xüsusiyyətlər ilə birlikdə bu kəmər bir sıra beynəlxalq səviyyəli filmlərdə və KİV-in proqramlarında yer almışdır. İki dəniz mağarasının dağılması nəticəsində yaranan kəmərin quruluşu dənizdən yüksələn qaya sütunundan ibarətdir və üfiqi lövhə ilə uçuruma birləşib. Keçidin bəzi hissələrinin dənizə düşməsinə səbəb olan onilliklər ərzində davam edən təbii eroziyadan sonra, 2017-ci il martın 8-də fırtınalı havada lövhə və sütun tamamilə çöküb. == Tarixi == Lacivərd pəncərə təxminən 500 il ərzində uçurumun üzünün dəniz və yağış eroziyasına məruz qalması nəticəsində formalaşmışdır. Kəmər Maltanın ən çox turist qəbul edən məkanlarından və məşhur fotoşəkillərin arxa fonlarından biridir. Bu ərazi xüsusi mühafizə sahəsinə və 1998-ci ildə Dveyra buxtasının digər hissələri ilə birlikdə YUNESKO Ümumdünya irsinin Malta abidələri siyahısına daxil edilib.1980 və 2000-ci illər ərzində kəmərin üst təbəqələrinin bəzi qisimləri çökərək böyük ölçüdə genişlənir. Boşluğun xarici kənarında olan geniş bir qaya parçası 2012-ci ilin aprel ayında çökür və pəncərənin ölçüsünün daha da artmasına səbəb olur. 2013-cü ilin mart ayında kəmərin başqa bir hissəsi dənizə çökür.
Mərmərə Universiteti
Mərmərə Universiteti (türk. Marmara Üniversitesi) — İstanbulda yerləşən köklü və qədim dövlət universiteti. Türkiyənin aparıcı ali təhsil müəssisələrindən biridir. Universitetin tərkibində 16 fakültə, 11 institut, 5 kollec və 4 peşə məktəbi var. Akademik proqramlarında türk, ingilis, fransız, alman və ərəb dilləri daxil olmaqla beş dildə təhsil verilir. 16 yanvar 1887-ci ildə Həmidiyyə Ticarət Məktəb-i Alisi adı altında fəaliyyətə başlamış, ilk məzunlarını 1887-ci ildə vermişdir. 21 sentyabr 1889-cu ildə Təhsil Nazirliyinə bağlı olan məktəb, təmir və bərpa işləri üçün 1893-cü ildə fəaliyyətini dayandırmışdır. 15 oktyabr 1897-ci ildə Təhsil Nazirliyinin tabeliyində yenidən açılmış və o vaxtdan bəri təhsil fəaliyyətini fasiləsiz davam etdirmişdir. 1959-cu ildə İstanbul İqtisadi və Ticarət Elmləri Akademiyası adını almış, 1982-ci ildə isə yeni çıxan qanunlarla birlikdə müasir adı olan Marmara Universitetini almışdır. Marmara Universiteti İstanbulun Asiya və Avropa hissələrində yerləşən 7 şəhərcikdə fəaliyyət göstərir.
Mərmərə adası
marmara Mərmərə (türk. Marmara), əvvəllər Prokonnessos (yun. Προκόννησος) — Mərmərə dənizinin qərbində Türkiyəyə məxsus ada. == Coğrafiyası == Mərmərə dənizinin ən böyük adasının sahəsi 117 km², hündürlüyü isə 699 m-ə qədər (Kap dağı). Sahilləri dik, kiçik körfəzləri, relyefi isə dağlıqdır. Ada Balıkəsir ilinin Mərmərə dairəsinin mərkəzidir. Həm Aralıq dənizi həm də Qara dəniz iqliminin təsirləri adada göründüyü üçün bitki örtüyü ilə çox zəngindir. Adanın cənub hissəsi zeytun ağacları və maquislərlə örtülü olduğu halda, şimal sahili meşəlikdir. Ada dünyanın ən qədim və Türkiyənin ən böyük mərmər mədənlərinə malikdir. Prokonnesos mərməri qədim dövrlərdə ən çox istifadə edilən mərmərdir.
Mərmərə dənizi
Mərmərə dənizi (türk. Marmara Denizi) — Qara dəniz və Egey dənizini birləşdirən daxili dəniz. Qara dənizə Bosfor boğazı, Egey dənizinə isə Dardanel boğazı vasitəsi ilə bağlanır. Səthinin sahəsi 11,350 km², ən dərin nöqtəsi 1355 m-dir.
Mərmərə regionu
Mərmərə regionu — Türkiyənin 7 coğrafi regionundan biridir. Avropa və Asiyanı bir-birinə bağlayan körpü rolu oynayır. Təxminən 67.000 kvadrat kilometrlik bir sahəyə malik olub Türkiyənin 8.5%-ni əhatə edir. Mərmərə Dənizi, təxminən 11.000 km²-lıq ərazisilə bu bölgənin daxilində yerləşir və bölgənin tam ortasını tutur. Mərmərə Bölgəsinin ümumi əhalisi TÜİK 2009-cu ilin əhali siyahıyaalınmasına görə 23 milyondan çoxdur. Mərmərə Bölgəsində sənaye, ticarət, turizm və kənd təsərrüfatı inkişaf etmişdir. Regionda ən inkişaf etmiş sənayesi, İstanbul-Bursa-Kocaəli illərində yerləşən sənaye fabrikalarının olmasıdır. Əsas sənaye məhsulları kimi; Avtomobil parçaları, müxtəlif metal məhsullar, qida məhsulları, toxuculuq, hazır geyim, sement, kimya, kağız, neft-kimya məhsulları sayıla bilər. Şumlanmış sahələrin təxminən yarısı buğda və çuğundurdur. Bölgə, Türkiyənin günəbaxan istehsalının təxminən 73%-ni, qarğıdalı istehsalının isə təxminən 30%-ni həyata keçirir.
Portuqaliyanın Pərləri
Portuqaliyanın Pərləri (port. Rotores de Portugal) Portuqaliya Hərbi Hava Qüvvələrinə məxsus aerobatika komandasıdır. 1976-cı ildə əsası qoyulmuşdur. Komandada 5 pilot var və uçuşlar üçün 3 ədəd Aérospatiale Alouette III helikopteri istifadə olunur.
Pəncərə təmizləyən
Pəncərə təmizləyən — pəncərə, güzgü və digər şüşə səthlərini təmizləyən insan.
Pəncərə yuyulması
Pəncərə təmizləyən — pəncərə, güzgü və digər şüşə səthlərini təmizləyən insan.
Sərdərə (Kəleybər)
Sərdərə (fars. سردرق‎) - İranın Şərqi Azərbaycan ostanının Kəleybər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə yaşayışı yoxdur.
Sərdərə (Üşnəviyyə)
Sərdərə (fars. سردره‎) - İranın Qərbi Azərbaycan ostanının Üşnəviyyə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 302 nəfər yaşayır (40 ailə).
İtiqulaq şəbpərə
İtiqulaq şəbpərə (lat. Myotis blythii) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yarasalar dəstəsinin hamarburunlar fəsiləsinin şəbpərə cinsinə aid heyvan növü. == Xariçi görünüş == Onların çəkisi 15–30 q, bədəninin uzunluğu 58–77 mm, quyruğu isə 45–60 mm, qanadlar arasında məsafə 38–40 sm təşkil edir. Qulaqları orta ölçüyə malik olurlar. Qanadları böyük və enlidir. Bel nahiyəsində boz və açıq boz rəngdə olur. == Yayıldığı ərazilər == Avropanın Aralıq dənizi hövzəsi, qərbi Ukrayna, Moldova, Krım, Qafqaz, Şimali Afrika, Ön, Kiçik və Mərkəzi Asiya, İran, Əfqanıstan, Mərkəzi Çinə qədər şimal-qərbi Altay və Himalay dağlarına qədər olan ərazilərdə yayılmışdır. Azərbaycanda isə bu növ daha geniş şəkildə Kiçik Qafqaz dağları bölgəsində yayılmışdır. == Yaşayış yeri və həyat tərzi == İtiqulaq gecə şəbpərəsi aran zonasında, həm də 2350 metrə qədər hündürlükdə yerləşən dağlarda (Dağlıq Qarabağın İstisu ətrafında) (alp çəmənlərindən başqa) qeydə alınmışdır. Müxtəlif landşaftlarda məskunlaşa bilsələrdə, dağ meşələrində və dağətəyi çöllərdə sayı daha çoxdur.
Pəncərə (İnformatika)
Qeyri-aktiv pəncərə(en. inactive window ~ ru. неактивное окно ~ tr. etkin olmayan pencere)– qrafik interfeysli proqram mühitində: verilmiş anda istifadə olunmayan hər hansı pəncərə. Qeyri-aktiv pəncərəni ya tamamilə, ya da qismən aktiv pəncərə örtə bilər. O, istifadəçi tərəfindən fəallaşdırılana qədər passiv durumda qalır. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Pəncərə (film, 1991)
Pəncərə — 1991-ci ildə çəkilmiş Azərbaycan dram filmi. == Məzmun == Film qanunsuzluq, zorakılıq, ikiüzlülük, qəddarlıq hökm sürən, əslində yetim evi olub internat adlanan məktəbdə "tərbiyəçi"-müəllimlərlə "tərbiyə olunan"- şagirdlər arasındakı ziddiyyətləri açıb göstərir. Belə bir ziddiyyətli şəraitdə yaşamağa məcbur olan, lakin bu şəraitə uyğunlaşa bilməyən, doğma evlərinin xiffətini çəkən balaca Əhsən (İlham Babayev) yeganə çıxış yolunu tapır – özünü pəncərədən ataraq məhv olur. "Pəncərə" filmi xəbərdarlıq kimi səslənir, uşaqların taleyini şikəst edən tərbiyə sisteminin kökündən dəyişilməsinə çağırır. == Film haqqında == Film Məhəmməd peyğəmbərin aşağıdakı kəlamları ilə başlayır: "Məni haqq olaraq göndərən Allaha and içirəm ki, yetimlə mərhəmətlə davranana, ona gülər üz göstərib, şirin sözlə nəsihət verənə, onun yetimliyinə və zəifliyinə acıyana...Allah-Təala qiyamət günü əzab verməz". Köçəri tutulan zaman Nərminə həqiqətən göz yaşı tökür. Filmin ideyası 1987-ci ildə yaranmışdır. == Filmin heyəti == === Film üzərində işləyənlər === Ssenari müəllifi: İsi Məlikzadə Quruluşçu rejissor: Həsən Əbluc, Ənvər Əbluc Quruluşçu operator: Elxan Əliyev Quruluşçu rəssam: Rafiq Nəsirov Bəstəkar: Mobil Babayev Operator: Etibar Şirinov Səs operatoru: Akif Nuriyev Quraşdırılmış səhnələrin operatoru: Həmzə Əhmədoğlu Quraşdırılmış səhnələrin rəssamı: Rauf Dadaşov Rejissor: Mayak Kərimov === Rollarda === İlham Babayev — Əhsən Valeh Kərimov — Əhsənin atası Yaşar Nuri — Nəsib Ənvər Əbluc — direktor Ruslan Nəsirov — Köçəri Simuzər Ağakişiyeva — Nərminə Elxan Bayramov — Savalan Abbasqulu Əbluc — Vasif Zemfira Əliyeva — Sultannisə Təvəkkül İsmayılov — Burxan Xəlil İsmayılov — Ceyhun Məmmədbağır Həsənov — Qənimət Ramin Məlikov — Rövşən Həsən Əbluc — Rövşənin atası Fərid Hacıyev — Zəki Nazir Əliyev — Zəkinin atası Emil Bayramov — Qurban Vüsalə Nəbiyeva — Qumral Rövşən Cahangirov — Səməd Əbdül Mikayılov — Əhməd Elxan Quliyev — milis kapitanı Fikrət Məmmədov — milis leytenantı Laləzar Mustafayeva — ana A.Seyidova Ülvi Səfərov Ş.Məmmədova Mayak Kərimov Dadaş Kazımov — qarovulçu Vəliəhd Vəliyev — restoran sahibi Şəmsi Şəmsizadə — ata S.Tağıyev İdris Rüstəmov Zilli Namazov — restorandakı müştəri Vüqar Muradov == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə.
Pərilərə İnanmayın (1979)
== Məzmun == Burada komik tərzdə qəhrəmanın yuxusunda başına gələn əyləncəli hadisədən danışılır. == Film haqqında == Film yazıçı Natiq Rəsulzadənin eyniadlı fantastik hekayəsinin motivləri əsasında çəkilmişdir.
Qeyri-aktiv pəncərə
Qeyri-aktiv pəncərə(en. inactive window ~ ru. неактивное окно ~ tr. etkin olmayan pencere)– qrafik interfeysli proqram mühitində: verilmiş anda istifadə olunmayan hər hansı pəncərə. Qeyri-aktiv pəncərəni ya tamamilə, ya da qismən aktiv pəncərə örtə bilər. O, istifadəçi tərəfindən fəallaşdırılana qədər passiv durumda qalır. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Pepee
Pepee — Türkiyədə istehsal olunan cizgi filmi serialı. == Obrazlar == Pepee — ağıllı, şirin bir uşaq. Şuşu — serialda görünməyən, hadisələri izah edən və xarakterlərlə danışan adam. Şila — Pepeenin ən yaxın yoldaşı və xalası qızı. Zulu — Pepeenin ən yaxın yoldaşı. Pepee və Şila onunla bir çox şey öyrənir və yerli rəqsləri oynayır. Maymuş — Pepeenin meymun yoldaşı. Bebe — Pepeenin kiçik bacısı. Annee — Pepee və Bebenin anası. Babaa — Pepee və Bebenin babası.
Seymur Peypert
Seymur Peypert (ing. Seymour Aubrey Papert; 29 fevral 1928, Pretoriya – 31 iyul 2016[…]) — dünyada riyaziyyat, süni intellekt və təhsil üzrə kompüterdən istifadə sahəsində işlərinə görə görkəmli alim. == Həyatı == Seymur Peypert 29 fevral 1928-ci ildə Cənubi Afrika Birliyinin Pretoriya şəhərində anadan olmuşdur. Hələ məktəb illərində ikən, o zaman mövcud olmuş ayrı-seçkilik rejiminə qarşı çıxışlarda iştirak edərək coşqun siyasi hadisələrə qatılır. Bir müddət CAR Kommunist Partiyasına qoşulur, ancaq tezliklə siyasi proseslərdə iştirakdan imtina edir. O, siyasətdən əlavə, riyaziyyat və fəlsəfə ilə maraqlanırdı. Peypert Kembric Universitetində riyaziyyat ixtisası üzrə təhsil alır. Sonra isə Parisə köçərək bir müddət orada yaşayır. 1958-ci ildən 1963-cü ilə qədər Seymur Peypert Cenevrə Universitetində Jan Piaje ilə işləyir. Sonradan bu haqda Peypert belə deyir: "Bu 50-ci illərin sonu idi.