Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Mahizər Əliyeva
[mənbə göstərin] Mahizər Nəcəf qızı Əliyeva (16 dekabr 1938) – kimyaçı alim Azərbaycan Milli Elmlər Akademiyasının akademiki Ə.Quliyev adına Aşqarlar Kimyası İnstitutunun baş elmi işçisi “Analitik kimya” ixtisası üzrə kimya elmlər doktoru, dosent. == Həyatı == Mahizər Əliyeva 1938-ci il dekabrın 16-da Zaqatala şəhərində anadan olub. Orta təhsilini Zaqatala şəhər 1 saylı məktəbdə aldıqdan sonra 1959-cu ildə Bakı Dövlət Universitetinə daxil olmuş və 1965-ci ildə oranı kimya ixtisası üzrə bitirmişdir. O, 1964-cü ildə AMEA-nın Neft-kimya prosesləri İnstitutunda 1965-ci ildən AMEA-nın Aşqarlar Kimyası İnstitutunda mühəndis vəzifəsində işlənmişdir. Mahizər Əliyeva 1970-ci ildə aspiranturanın əyani şöbəsinə daxil olmuş, 1975-ci ildə müdafiə etmiş və kimya elmləri namizədi alimlik dərəcəsi almışdır. O, AMEA Aşqarlar Kimyası İnstitutunun “Analitik” laboratoriyasında kiçik elmi işçi və baş elmi işçi vəzifəsinə seçilib. 2003-cü ildən “Aşqarların analizi və fiziki kimyəvi tədqiqatları” laboratoriyasının müdiri kimi laboratoriyada aparılan tədqiqatlara rəhbərlik edir. 2009-cu ildə o, “Neft – kimya sintezi məhsullarının analizi üçün buxar fazalı xromatoqrafiya üsullarının işlənib hazırlanması” mövzusunda doktorluq dissertasiyasını müdafiə etmiş və “Analitik kimya” ixtisası üzrə kimya elmlər doktoru elmi dərəcəsinə layiq görülmüşdür. == Elmi fəaliyyəti == M.N.Əliyeva işləyib hazırladığı buxar fazalı xromatoqrafiya üsulu ilə institutda sintez edilmiş yeni yüksək dərəcədə qaynayan, polyar üzvi birləşmələri, aşqarların başlanğıc, aralıq və son məhsullarını analiz etməklə yanaşı, bu üsulun tətbiq sahələrini genişləndirməklə məşğuldur. == Elmi əsərləri == M.N.Əliyeva tərəfindən aparılan elmi tədqiqat işləri 97 elmi əsərin, o cümlədən 55 məqalə 34 tezis, 6 müəlliflik, şəhadətnaməsi və 2 AzR Patentində öz əksini tapmışdır.
Yavuz Bülənd Bakilər
Yavuz Bülənd Bakilər (1936, Sivas)— Türk şair və yazıçı. Jurnalistika və vəkillik ilə məşğul olub. Əslən azərbaycanlı mühacir ailənin övladı olan Yavuz Bülənd Bakilər Sivasda anadan olub. İlk və orta təhsilini Sivas, Qaziantep və Malatyada alıb. 1960-cı ildə Ankara Universitetinin Hüquq fakültəsindən məzun olduqdan sonra qısa bir müddət Yeni İstanbul qəzetində çalışıb. TRT Ankara Radiosu Mərkəz Proqram Dairəsi başqanlığında reportyor çalışarkən müxtəlif mədəni proqramlar hazırlayıb və onlara aparıcılıq edib. 1969–1975-ci illər arasında Sivasda vəkilliklə məşğul olub. İl Başqanlığı vəzifəsində olduğu Ədalət Partiyasından bələdiyə başçısı və millətvəkili namizədi göstərildi. 1975–1976-cı illər arasında Başbakanlık Torpaq və Tarım Reformu Müsteşarlığında hüquq müşavirliyi ilə məşğul olan və 1976–1979-cu illər arasında Ankara Televiziyasında çalışdıqdan sonra 1979–1980-ci illər arasında Türkiyə respublikası Mədəniyyət və Turizm nazirliyində müstəşar yardımçısı olaraq işlədi. 12 sentyabr çevrilişinin ardından müşavir kadrlığına təyin olundu və 1992-ci ilə qədər bu nazirlikdəki xidmətini davam etdirdi.
Pfizer
Pfizer Inc. — Amerika transmilli əczaçılıq və biotexnologiya korporasiyası. Qərargahı Manhettendə (Nyu-York), 42-ci küçədə yerləşən Şirkət 1849-cu ildə Nyu-Yorkda iki alman mühaciri Çarlz Pfizer (1824-1906) və onun əmisi oğlu Çarlz F. Erhart (1821-1891) tərəfindən yaradılmışdır. Pfizer immunologiya, onkologiya, kardiologiya, endokrinologiya və nevrologiya üzrə dərmanlar və peyvəndlər hazırlayır və istehsal edir. Şirkətin hər biri illik 1 milyard ABŞ dollarından çox gəlir gətirən bir neçə blokbaster dərmanı və ya məhsulları var. 2020-ci ildə şirkətin gəlirlərinin 52%-i ABŞ-dən, 6%-i Çin və Yaponiyanın hər birindən, 36%-i isə digər ölkələrdən gəlib. Pfizer 2004-cü ildən 2020-ci ilin avqustuna qədər Dow Jones Industrial Average fond bazarı indeksinin tərkib hissəsi idi Şirkət Fortune 500 siyahısında 64-cü yerdə Forbes Global 2000 siyahısında 49-cu yerdədir.
Panzer IX/Panzer X
Panzerkampfwagen IX və Panzerkampfwagen X, Nasist Almaniyasının ordusu olan Wehrmacht üçün Panzerkampfwagen Zirehli sinfində müasir tanklar hazırlamağı hədəfləyən lakin yalnız nəzəri olaraq qalan, bir layihədir. 1946-1947-ci illərdə istismara verilməsi planlaşdırılan texnikalar müharibəyə çatdırıla bilinmədi. Texnikalar yalnız proyekt kimi qalmışdır. İki layihə ilə də əlaqədar olan heç bir layihə tapılmamışdır. PzKpfw X Maus tankından daha geniş, lakin daha balaca idi. Tankın əsas silahı kimi 88mm-lik və ya 128 mm-lik top nəzərdə tutulmuşdur. Hər iki dizaynda da çox böyük dəyişikliklər həyata keçirilmişdir. Bu dəyişikliklər bu gün belə istifadə olunur.
Polizer adaları
Polizer adaları (fr. îles Palliser) — Tuamotu arxipelaqına daxil olan adalar qrupu (Fransa Polineziyası). Adalar qrupuna 10 atoll daxildir. Adalar qrupu Ceyms Kukun səyahətini maliyyələşdirən ingilis admiralı Hyu Pelliser (ing. Sir Hugh Palliser) şərəfinə adlanmdırılmışdır. Apataki və Arutua 1722-ci ildə holland səyyahı Yacob Roqqeven tərəfindən kəşf edilir. Taou atolu isə 1820-ci ildə rus səyyahı Faddey Bellinshauzen tərəfindən kəşf edilir.
Panzer I
Panzerkampfwagen (qısaldılmış: Pz. Kpfw. I) və ya Panzer I — 1930-cu illərdə alman yüngül tankı. Birinci Dünya müharibəsi başa çatdıqdan sonra ilk alman seriyalı tankı olan Pz. Kpfw. I 1930–1934-cü illərdə Krupp və Daimler-Benz şirkətləri tərəfindən hazırlanmışdır. 1934-cü ildən 1937-ci ilədək ümumilikdə bu tip 1574 tank istehsal edilmişdir. 1930-cu illərin ikinci yarısında Pz. Kpfw. I yeni yaradılmış alman zirehli qüvvələrin əsasını təşkil etmiş və 1937-ci ilə qədər daha qabaqcıl tankların kütləvi istehsalı başlandıqda da bu rolda qalmışdır.
Panzer II
Panzerkampfwagen II (Zirehli döyüş tankı), alman istehsalı, II Dünya Müharibəsində istifadə olunan yüngül tank. 1934-cü ildə hazırlanmışdır. 1943-cü ilə qədər müxtəlif modifikasiyalarda istehsal edilmişdir. II Dünya Müharibəsinin əvvəllərində bu cür tanklar Vermaxt-ın tank donanmasının yüzdə 38-ni təşkil edirdi. 1934-cü ildə Panzer III və Panzer IV orta tanklarının dizaynında və istehsalında gecikmələr özünü göstərməyə başladı. Panzer I-nin zirehləri məğlub edəcək bir silahı yox idi və bu səbəbdən düşmən tanklarına qarşı uğur qazanma şansı yox idi. Dayanacaqlı bir tankın dizaynı Krupp, MAN, Henschel və Daimler-Benz-dən istənildi. Panzer II-də dizayn işləri 27 yanvar 1934-cü ildə başlad. İlk eksperimental model 1935-ci ilin fevralında hazır oldu. Son dizayn Panzer I-yə əsaslanırdı, lakin daha böyük və 20 mm-lik bir tank əleyhinə silahı quraşdıran bir qüllə ilə.
Panzer III
Panzerkampfwagen III, ümumiyyətlə Panzer III olaraq bilinir, 1930-cu illərdə Almaniya tərəfindən inkişaf etdirilən orta tank idi və II Dünya Müharibəsində geniş istifadə edilmişdir. Rəsmi Alman ordu təyinatı - Sd.Kfz141 idi. Digər zirehli döyüş maşınlarına qarşı döyüşmək, piyadalara dəstək və oxşar Panzer IV-lə yanaşı xidmət etmək üçün nəzərdə tutulmuşdu. Bununla birlikdə, Almanlar qorxunc T-34 ilə qarşılaşdıqları üçün daha güclü tank əleyhinə silahlara ehtiyac duyulurdu və Panzer IV daha böyük bir taret halqası ilə daha çox inkişaf potensialına sahib olduğundan, uzun lüləli 7,5 sm KwK 40 silahını quraşdırmaq üçün yenidən dizayn edilmişdi . Panzer III, 1942-ci ildən etibarən Panzer III-ün son versiyasında piyada dəstəyi üçün daha uyğun olan 7,5 sm KwK 37 L / 24'ü quraşdırdığından Panzer IV ilə təsirli bir şəkildə rol dəyişdirdi. Panzer III-in istehsalı 1943-cü ildə dayandırıldı. Buna baxmayaraq, Panzer III-ün bacarıqlı şassisi müharibənin sonuna qədər Sturmgeschütz III hücum silahı üçün gövdələr təmin etdi. Daimler-Benz, Krupp, MAN və Rheinmetall şirkətləri prototipləri istehsal etdilər. Bunların sınağı 1936 və 1937-ci illərdə baş verdi və nəticədə istehsal üçün Daimler-Benz dizaynı seçildi. Panzer III-in ilk modeli Ausführung A. (Ausf.
Panzer IV
Panzerkampfwagen IV, kimi tanınan tank, Nasist Almaniyası tərəfindən 1930-cu ilin sonlarında düzəldilməyə başlandı. İkinci dünya müharibəsində ən çox istifadə olunan tanklardan biridir. Əvvəllər Piyadaya dəstək məqsədilə istehsal olunan tank, sonralar Panzer III tankının şərq cəbhəsində T-34 tanklarına qarşı heç bir şansı olmamasından Panzer IV tankına daha böyük toplar taxılaraq, Şərq cəbhəsində tanklara qarşı istifadə olundu. Amma bu müvəqqəti olduğundan Almanlar Panther tankını istehsal etməyə başladılar. Panzer IV tankını 1936-cı ildə tanınmış alman general Heinz-Guderian dizayn etmişdir. Piyadalara dəstək məqsədilə dizayn olunan tank, digər tanklara qarşı çox effektiv idi. 1941-də qarşısına ilk dəfə çıxan T-34 tankına qarşı effektivliyi azaldı. MAN, Krupp və Rheinmetall-Borsig şirkətləri öz konstruksiyalarını iləri sürdü. Ancaq istehsalın daha effektiv olması üçün Krupp dizaynı seçildi. Nəticədə, Krupp şirkətinə istehsal üçün tapşırıq verildi.
Sesine-Parize
Sesine-Parize (fr. Seyssinet-Pariset) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Fonten-Seyssine kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38485. Kommunanın 2007-ci il üçün əhalisi 12582 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 209 ilə 1 565 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 480 km cənub-şərqdə, Liondan 95 km cənub-şərqdə, Qrenobldan 3 km şimal-qərbdə yerləşir.
Şəbnəm Paker
Şəbnəm Paker (türk. Şebnem Paker; 4 sentyabr 1977, İstanbul) — türk müğənni, gitaraçı və musiqi müəllimi. 1992–1996-cı illərdə İstanbul Universiteti Konservatoriyasının klassik gitara bölməsində təhsil alıb. Daha sonra Mərmərə Universitetinin musiqi fakültəsində vokal təhsili alıb. Paker 1996 və 1997-ci illərdə Türkiyəni Avroviziya Mahnı Müsabiqəsində təmsil etmiş və müvafiq olaraq 12-ci və 3-cü yerləri tutmuşdur. 1997-ci ilin avqust ayında "Dinle" adlı ilk və yeganə albomunu buraxıb. Hazırda Türkiyənin İstanbul şəhərində orta məktəb müəllimidir. O, həmçinin hazırda Türkiyənin incəsənət universitetlərində istifadə olunan dərsliyin həmmüəllifidir.
Lakier binası (Taqanroq)
Lakier binası— Rostov vilayəti Taqanroq şəhəri ərazisində yerləşən tarixi memarlıq binası. Bina Taqanroq şəhəri Turqenev xiyabanı ev 5 ünvanında yerləşir Bina XIX əsrin birinci yarısında inşa edilmişdir. Bina klassizm stilinə sahibdir. Fasadı yarımkolonnalar ilə işlənmişdir. == Tarixi == Taqanroq şəhəri Turqenev xiyabanı ev 5 ünvanında yerləşən bina XIX əsrin birinci yarısında inşa edilmişdir. Bina iki mərtəbədən ibarətdir. Bina ilk dəfə bir mərtəbəli kiçik bir binanın üzərində ucaldılmışdır. Bu kiçik bina Naxçıvan-na-Donudan olan L gildiya taciri Karp Markoviç Qayrabetova məxsus olmuşdur. 1839-cu ildə bina yunan taciri olan Manuilu Kumaniyə məxsus olmuşdur. 1860-cı illərdə binanın sahibi dəyişir.
Samirə Patzer İsmayılova
Samirə Patzer İsmayılova — Almaniya Azərbaycanlılarının Koordinasiya Mərkəzinin rəhbəri, Avropa Azərbaycanlıları Konqresinin prezidenti, Samirə Patzer-İsmailova 1963-cu il fevralın 26-da Bakı şəhərində dunyaya gəlib. O, 1970-ci ildə Bakı şəhərində Bulbul adına orta ixtisas musiqi məktəbinə qəbul olub Samirə Patzer-İsmailova 1981-ci ildə həmin məktəbi qızıl medalla bitirib. O, 1981-ci ildə Uzeyir Hacıbəyov adına Azərbaycan Dovlət Konservatoriyasına daxil olub, 1986-cı ildə isə konservatoriyanı fərqlənmə diplomu ilə bitirib. 1986-1990-cı illərdə Bakı Mədəniyyət Texnikumunda fortepiano ixtisası uzrə muəllim işləyib. 1989-1991-ci illərdə Samirə Patzer-İsmailova Muslum Maqomayev adına Azərbaycan Dovlət Filarmoniyasında musiqi redaktoru kimi calışıb, Azərbaycan Dovlət Televiziyasında klassik musiqi proqramlarının muəllifi və aparıcısı olub. O, 1990-1995-ci illərdə Uzeyir Hacıbəyov adına Azərbaycan Dovlət Konservatoriyasında muəllim vəzifəsində işləyib və mədəni- ictimai fəaliyyət gostərib. S.İsmailova 1995-ci ildə Almaniyanın Koln Universitetində musiqişunaslıq kursu keçib. 1998-2007-ci illərdə Koln şəhərində Koln Musiqi məktəbində fortepiano və musiqi uzrə muəllim işləyib və pedaqoji fəaliyyətindəki peşəkarlığa gorə Avropa Fortepiano Muəllimləri Cəmiyyətinin uzvu seçilib. 2008-ci ildən etibarən Samirə Patzer-İsmailova Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzinin icraçı direktorudur. O, 2009-cu ildə Avropa Azərbaycan Konqresinin vitse-prezidenti seçilib..2009- cu ildən bu gunə qədər isə Samirə Patzer-İsmailova “Xocalıya Ədalət” kampaniyasının Almaniya uzrə koordinatorudur.
Panzer VIII Maus
Panzerkampfwagen VIII "Maus" (Zirehli Döyüş Maşını VIII "Siçan") Porsche şirkəti tərəfindən istehsal olunan super ağır tankdır. Tankın istehsalına 1944-cü ildə başlanılmış və 141 ədəd istehsalı planlaşdırılırmışdır, lakin Kral Hərbi Hava Qüvvələrinin davamlı bombardmanı ilə bu plan yarımçıq qalmışdır. Nəticədə 8 ay ərzində Maus tankının istehsalı mümkün olmamışdır. Obyektlər bərpa edildikdən sonra isə sifarişlər də azaldılmış, 141 tank əvəzinə cəmi 2 tank və 1 qüllə istehsal edilmişdir. Kral Hərbi Hava Qüvvələri tərəfindən Alman hərbi obyektlərinin davamlı surətdə bombardmanı istehsalı dayanma səviyyəsində saxlamasaydı, çox sayda Maus tanklarının istehsalı və bu da öz növbəsində bu tankların İkinci Dünya Müharibəsində istifadə olunmasına yol aça bilərdi. Tankın hal-hazırda dünyada olan yeganə orijinal modeli Rusiyadakı Kubinka Tank Muzeyində sərgilənir. Tankın əsas silahı 12.8 sm-lik top olmuşdur. Maksimal sürəti isə 20 km/saat təşkil etmişdir.
Panzer VII Löwe
Panzerkampfwagen VII Löwe (Aslan) Bu tank, İkinci Dünya Müharibəsi zamanı Nasist Almaniyasının ordusu olan Wehrmacht üçün Krupp şirkəti tərəfindən hazırlanmış super ağır tank sinifli zirehli döyüş maşını idi. Bu layihə təkcə proyekt kimi qalmamışdır. 1942-ci ildə Panzer VIII Maus kimi istehsal edilmişdir. Löwe dizaynının iki modeli mövcud idi : Leichter Löwe — Onun 5 nəfərlik heyəti, 1000 at gücündə olan mühərriki və 76 ton çəkisi var idi. Ön tərəfdəki zirehinin qalınlığı 100 mm təşkil edib, arxaya quraşdırılmış olan qülləsinin üzərində isə, 105 mm-lik L/70 yüksək lülə sürətinə malik olan top və koaksial pulemyotla təchiz edilmişdir. Onun maksimal sürəti 27 km/s -dir. Schwerer Löwe – Onun 5 nəfərlik ekipajı, 1000 at gücündə olan mühərriki və 90 ton çəkisi var idi. Onun ön tərəfindəki zirehinin qalınlığı 120 mm təşkil edirdi. Onun qülləsi gövdəsinin mərkəzində yerləşirdi. Tank 105 mm-lik L/70 yüksək lülə sürətinə malik olan top və koaksial pulemyotla təchiz edilmişdir.
Panzer I Ausf. F
Panzerkampfwagen I Ausf. F, VK 18.01 kimi də tanınan, İkinci Dünya Müharibəsindən qalma Üçüncü Reyxin yüngül tankıdır. Panzer I yüngül tankının modifikasiyası kimi təyin edilməsinə baxmayaraq, VK.18.01 tamamilə yeni bir texnika idi və demək olar ki, onunla heç bir əlaqəsi yox idi. 1942-ci ildə Pz. Kpfw. I Ausf. F düşmənin möhkəmləndirilmiş müdafiə xətlərinə hücum etmək üçün nəzərdə tutulmuş yüngül tank kimi yaradılmışdır. Həmin ildə 30 ədəd istehsal edilmişdir (No 150301–150330). 1943-cü ildən Şərq Cəbhəsində və Yuqoslaviyada anti-partizan əməliyyatları üçün istifadə edilmişdir. 1942-ci ilin aprel və dekabr ayları arasında otuz Ausf F tankı istehsal edilmiş, onlardan səkkizi qiymətləndirilmək üçün Şərq Cəbhəsinə göndərilmişdir.
Pfizer–BioNTech COVID-19 vaksini
ComiRNAty brendi altında satılan Pfizer–BioNTech COVID-19 peyvəndi (INN: tozinaran), Almaniyanın BioNTech biotexnologiya şirkəti tərəfindən hazırlanmış və onun hazırlanmasında klinik sınaqlar, logistika və istehsal dəstəyi üçün Amerika şirkəti Pfizer ilə əməkdaşlıq edən mRNT əsaslı COVID-19 peyvəndidir. Peyvənd əzələdaxili inyeksiya yolu ilə verilir. O, lipid nanohissəcikləri ilə əhatə olunmuş SARS-CoV-2-nin tam uzunluqlu sünbül zülalının mutasiya edilmiş formasını kodlayan nukleozidlə dəyişdirilmiş mRNT-dən (modRNT) ibarətdir. İlkin tövsiyədə peyvəndin 21 gün ara ilə iki dozada verilməli olduğu bildirilmişdi, lakin sonradan bu interval ABŞ-da 42 günə, Kanadada isə dörd aya qədər uzadıldı.