Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Pampa
== Pampa == Pampa (isp.bamba sözünün transformasiyası)-Cənubi Amerikada Amazon çayından cənubda yerləşən meşəsiz geniş çöllərə verilmiş addır. Çaydan şimalda yerləşən çöllərə isə lyanos (lianos) adlanır. Hal-hazırda pampa əkinçilikdə, maldarçılıqda geniş istifadə edildiyindən, təbii ot örtüyü demək olar ki, qalmamışdır.
Senecio pampae
Senecio pampae (lat. Senecio pampae) — mürəkkəbçiçəklilər fəsiləsinin xaçgülü cinsinə aid biki növü.
Lampas
Lampaslar - Şalvarın yan tərəflərinə tək və ya çüt şəkildə, enli və ya dar formada tikilən dekorativ parça zolağıdır. Lampaslardan ilk dəfə skiflər tərəfindən istifadə olunmuşdur.. Orta əsrlərdə lampaslar Fransada hərbi geyimlər üçün istifadə olunurduı. Müxtəlif hərbi hissələrin geyimləri və lampasları rəngləri, eni və tikiş tərzi ilə fərqlənirdi. Prussiya ordusunda 1832-ci ildən generalların lampasları qırmızı, ikiqat, Baş Qərargah zabitlərinin lampasları bənövşəyi rənglərdə idi. Rusiya ordusunun hərbi mundirlərində lampaslar ilk dəfə 1783-cü ildə general Qriqori Potyomkin tərəfindən keçirilən islahatın gedişində meydana çıxmış, lakin tezliklə Rusiya imperatoru I Pavel tərəfindən keçirilən növbəti hərbi islahat nəticəsində ləğv olunmuşdur. 1803-cü ildə rus ordusunda yenidən, əvvəlcə ulanlardan ibarət hərbi hissədə, sonralar isə digər hərbi hissələrdə tətbiq olunmuşdur. Rusiyada çar ordusunda lampaslar bu və ya digər formalarda 1917-ci ilədək mövcud olmuşdur. Rusiya imperiyasında lampaslar sülh dövründə də kazak hərbi hissələrinin hərbi mundirlərinin ayrılmaz tərkib hissəsi olmuşdur. Kazak hərbi hissələrinin fərqlənmə rənglərinə uyğun tək cərgəli geniş lampaslardan istifadə edirdilər.
PayPal
PayPal İnternet üzərindən çalışan online bir ödəmə sistemidir. Kredit kartı istifadə edərək və ya istifadə etməyərək, internet üzərindən etibarlı alver edilməsini ya da istənilən adama yalnız bir e-poçt ünvanı vasitəsilə pul göndərilməsini təmin edir. Paypal Belçika, Almaniya, Avstriya, Fransa, İsveçrə, İngiltərə, Amerika Birləşmiş Ştatlarında yerli veb saytları istifadəyə verərək, bu ölkələrdə problemsiz çalışır. Paypal ilə ABŞ dolları və Yen kimi birdən çox pul vahidini istifadə edərək ödəniş edilə bilər. Bu pul vahidləri arasındakı dəyişmələri Paypal öz valyuta kurslar ilə avtomatik olaraq edər. Paypalın Valyuta kurslarını paypal saytından öyrənə bilərlər. Ukrayna, Azərbaycan, Belarus, Qırğızıstan, Tacikistan, Türkiyə (2018-ci ildə qadağan olunub), Türkmənistan və Özbəkistan sakinlərinə PayPal-akkaunta vəsait qəbul etmələri qadağandır. == SMS-lə ödəmə == PayPal hesabı, cib telefonu xətti ilə əlaqələndirildiyində razılaşmalı firmalara SMS vasitəsilə ödəniş edilə bilər.
Şampan
Şampan şərabı — şərabın ikinci dəfə qıcqırıldılması nəticəsində alınan köpüklü şərab. Adı Fransanın Şampan vilayətinin adından götürülüb. 2011-ci ilin iyunuda Finlandiyanın Mariehamne şəhərindəki auksionda 170 il dəniz dibində qalmış iki şüşə şampan şərabının hərəsi 170 min avroya satışa çıxarılmışdı. == Ədəbiyyat == Л.Выскочков. Шампанское в культуре Петербурга в XIX — начале XX в. // Петербург в мировой культуре: СБ. статей. — СПб.: Изд-во С.-Петерб. ун-та, 2005, с. 147–155. == Mənbə == Vikianbarda Şampan şərabı ilə əlaqəli mediafayllar var.
Hampa
Hampa (Tikantəpə)
Lampa
thumb|Mis gövdəli neft lampası (19-cu əsr) thumb|İşıq diodlu elektrik lampası Lampa — süni işıq mənbəsi və gövdəsidir. Bu anlayış 13-cü əsrdə qədim yunan dilində λαμπάς (lampás, lampádos) məşəl, işıq sözlərinə əsaslanan fransız sözü lampedən alınmışdır. Lampa sözü dedikdə çib fənəri, tavan lampası, masaüstü lampa və gecə lampası başa düşülür. Xalq arasında lampa həm də işıq kimi başa düşülür. Azərbaycan dilində lampaya həm də çıraq deyilir. Lampa əslində işıq saçan qurğu və ya məşəl kimi işlənməlidir. Lampanın üzərindəki çətir çox vaxt ətraf mühiti güclü işıq şülarından və ya istidən qoruyur. Neft lampasını (XIII əsr), qaz lampasını (XIX əsr) və elekriklə işləyən közərmə lampasını ixtira edənə qədər lampa gildən, daşdan və ya metaldan hazırlanmış qabıq formalı olub içərisinə bitki və ya hevan yağı ila islanmış fitil yerləşdirilirdi. Bu tipli lampalar ən qədim zamanlarda mövcud olmuşdur. Lampalara başqa misal kimi işıq saçan materialdan hazırlanmış boruları, hologen lampalarını, metal buxarı lampalarını, günəş enerjisi ilə işləyən lampalar, qövs lampalarını və işıq diodlarını göstərmək olar.
Panax
Jenşen (lat. Panax) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin araliyakimilər fəsiləsinə aid bitki cinsi. Jenşen şəfalı bitki kimi yüz ildən çoxdur ki, istifadə edilməkdədir. Çin ölkələrində becərilsə də vətəni Çənubi Amerikanın qərb hissəsi hesab edilir. XIX əsrdən bu bitkinin kökləri və yarpaqları ABŞ-də ağdərililər tərəfından müalicə məqsədilə Çin və Hong-Konglu tacirlərə satılır. Nyu-York və Kanadanın Ontario bölgəsində yayılmışdır. Ancaq məşhurluğu və şəfalı bitki kimi tez-tez istifadə edilməsinə məruz qalması, çox toplanması səbəbindən məhvolma altındadır. Artıq ABŞ ilə Kanadanın bir çox sahələrində çətin rast gəlinən hala gəlmişdir. Yeni şəhərsalma, marallar tərəfindən istehlak edilmə də həyat sahələrinin daralmasına gətirib çıxarmışdır.
Papaq
Papaq — baş geyimi. Azərbaycanda XX əsrin əvvəllərinə qədər kişilər arasında populyar milli baş geyimi. Digər Qafqaz xalqları arasında da geniş yayılmışdır. Azərbaycanda papaq əsasən qoyun xəzi və ya qaragüldən hazırlanırdı. Onların müxtəlif formaları və yerli adları mövcüd idi. Araqçını kənddən kənarda papaqsız taxmaq ədəbsizlik hesab olunurdu, bu, yalnız uşaqlara icarə verilirdi. == Papağın növləri == Motal papaq — əsasən kənd əhalisinin yoxsul təbəqələri taxırdı. Uzuntüklü qoyun dərisindən hazırlayırdılar, konus formasında olurdu. Şələ papaq — forma etibarı ilə azca domba olub gen sağanağa malik idi. Ona "Yastı papaq", "Çoban papağı", "Yapba papaq", "Kopan papaq" da deyirdilər.
Papay
Tampa
Tampa — ABŞ-nin Florida ştatında yerləşən şəhər.
Caminton Kampaz
Caminton Kampaz (24 may 2000-ci ildə Limpioda anadan olub) — Kolumbiya Premyera A təmsilçilərindən olan Deportes Tolima klubunda hücumçu kimi çıxış edən peşəkar Kolumbiyalı futbolçudur. == Klub karyerası == === Tolima === Kampaz Tolima akademiyası vasitəsilə inkişaf etmişdir. Kampaz öz peşəkar karyerasında debütünü 2 aprel 2017-ci ildə Tiqres klubuna qarşı oyunda etmişdir. O, 63-cü dəqiqədə Cader Obrian ilə əvəz olunmuşdur. Kampaz görüşdə 63-cü dəqiqədə qolla yadda qalmışdır. Həmin görüşdə Tolima liqa görüşündə rəqibinə 3-0 hesabı ilə qalib gəlmişdir. == Karyera statistikası == === Klub === 30 May 2017 tarixində yenilənib1Libertadores Kuboku görüşləri daxildir. 2Kolumbiya Superkuboku görüşləri daxildir.
Kampan Qədimov
Kampan Qədimov (əsl adı: Əlibaxış Qədimov; ləqəbi: Məşədi Kampan; 1853–1928) — neft maqnatı, xeyriyyəçi, milyonçu. == Həyatı == Kampan Qədimov Balaxanıda doğulub. Ömrünün böyük hissəsini burada yaşamış, burada da vəfat etmiş və Balaxanı qəbirstanlığında dəfn edilmişdir. Neft milyonçusunun qəbir daşının üstündə ərəb və ingiliscə "Mer Qanpan Kadimof" yazılıb. Kampan Qədimovun evi kənddə hələ də qorunur. 21 otaqdan ibarət bu evdə milyonçu neftxudanın nəticəsi Kampan Qədimov yaşayır. Kampan Qədimov səxavətli, əliaçıq və təvazökar insan olub. Nəticəsi onun xeyriyyəçiliyindən bəhs edir: "Gəlib deyirlərmiş ki, Məşədi Kampan, bir dənə məktəb tikmək lazımdır. O da "nə qədər pul lazımdır" soruşanda əgər 100 min manat istəyirdilərsə, çıxarıb bir milyon verirmiş. Yəni gedin, lap on məktəb tikin.
Pampass pişiyi
Pampass pişiyi (lat. Leopardus pajeros) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin pişiklər fəsiləsinin pələng pişiyi cinsinə aid heyvan növü.
PayPal Mafiyası
PayPal Mafiyası (ing. PayPal Mafia) — müxtəlif texnologiya şirkətlərin təsisçiləri olan keçmiş PayPal işçi və qurucularına verilən ləqəb. Üzvlərin qurduğu şirkətlərə Tesla Motors, Linkedin, Palantir Technologies, SpaceX, Affirm, Slide, Kiva, YouTube, Yelp və Yammer misal göstərilə bilər. Qrupun üzvlərinin çoxu Stenford Universiteti və Urbana-Şampeyn İllinoys Universitetində təhsil alıblar. == Tarix == PayPal 1999-cu ildə X.com adıyla Confinity tərəfindən satın alındı. Daha sonra X.com-un adı PayPal olaraq dəyişdirildi və şirkət 2002-ci ildə eBay tərəfindən satın alındı. Şirkət eBay-a birləşəndən sonra 50 işçidən 12-si xaric digərləri işlərindən ayrıldı.[mənbə göstərin]Onlar birlikdə əlaqədə qaldılar və bir çox şirkətlərin qurulmasında birgə çalışdılar.[mənbə göstərin] Qrup o qədər məhsuldar oldu ki, "PayPal Mafiyası" ifadəsi yarandı. Bu ifadədən ilk dəfə 2007-ci ildə Fortune jurnalının məqaləsinin başlığında istifadə olundu. Məqalədə qrupun üzvlərinin qanqster formasında ümumi şəkili də yer alırdı. == Üzvlər == PayPal Mafiyası qrupuna aşağıdakılar şəxslər daxildir: Piter Til — PayPal-ın təsisçisi və keçmiş baş icraçı direktoru, bəzən qrupun "boss"u olaraq adlandırılır.
Qap-Kampan
Qap-Kampan (fr. Gap-Campagne) — Fransada kanton , region — Provans-Alp-Kot-d'Azur, departament — Yuxarı Alplar. Qap dairəsinə daxildir. Kantonun INSEE kodu — 0509. Qap-Kampan kantonuna cəmi 8 kommuna daxildir, onlardan ən əsası Qap kommunasıdır. == Kantonun kommunları == == Əhali == 2007-cı ildə əhalinin sayı 4 662 nəfər təşkil edirdi.
Tambax Muzeyi
Tambax Muzeyi — Keniyanın Tambax regionunda yerləşən muzeydir. Muzey keçmiş Rayon Komissarlığının iqamtgahına yerləşmişdir.
Çampan (Sayınqala)
Çampan (fars. چمپان‎‎) - İranın Qərbi Azərbaycan ostanının Sayınqala şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə yaşayış yoxdur.
Şampan-Arden
Şampan-Ardenn (fr. Champagne-Ardenne) — Fransanın şimal-şərqində bir bölgədir.
Şampan-Ardenn
Şampan-Ardenn (fr. Champagne-Ardenne) — Fransanın şimal-şərqində bir bölgədir.
Şampan-Ardenne
Şampan-Ardenn (fr. Champagne-Ardenne) — Fransanın şimal-şərqində bir bölgədir.
Şampan şərabı
Papa
Roma Papası — Roma Baş yepiskopu, Roma Katolik Kilsəsinin başçısı, Katolik xristianların dini lideridir. Katoliklərə görə Həvari Pyotrun xələfidir. İlk zamanlar bütün yepiskoplara verilən papa ünvanı, sonralar yalnız Roma Yepiskopu üçün istifadə edilməyə başlandı. Katolik kilsəsi, kilsə çərçivəsində Pyotr və xələflərinin təmsil etdiyi ən uca vəzifə olan papalığın ilahi bir qurum olduğunu iddia edir: İsa, papalıq vəzifəsini Pyotra təhvil vermiş və Pyotr da bu vəzifəni faktiki görmüşdür. Kilsədə yerləşmiş bir ənənəyə görə Pyotr, Romada din qurbanı olaraq ölmüşdür, bu səbəblə də ən təbii varisləri Romalı yepiskoplardır. == Tarix == Papalıq tarixi bir çox baxımdan kilsə tarixi ilə birləşir; bununla birlikdə bu tarixin bəzi dövrləri Papalıq qurumunun inkişafı baxımından ayrı bir xüsusiyyət daşıyır. İlk üç əsr ərzində papalar, daha çox Roma kilsəsinə əhəmiyyət vermişlər; amma qısa bir müddət sonra müxtəlif ölçülərdə başqa kilsələrə də qarışmağa başladılar: məsələn Papa I. Klementin Korintoslulara Məktubu (I əsrin sonu); Papa Viktorun Pasxa tarixi mövzusunda çıxan müzakirələrə müdaxiləsi (II əsrin sonu) və s. böyük kilsələrarası qurultay dövründə (IV və V əsr) papanın öndərlik təsiri daha da açıq şəkildə meydana çıxdı; 451'dəki Kadıköy məclisi, "Pyotrun Papa Leonun ağzında iradəsini bildirdiyini" irəli sürdü.
Ampar (Hurand)
Ampar (fars. امپار‎) — İranın Şərqi Azərbaycan ostanının Hurand şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 78 nəfər yaşayır (17 ailə).
Andreas Zampa
Andreas Zampa (13 avqust 1993 Kejmarok, Slovakiya) — Slovakiyalı dağ-xizək idmançısı. Andreas Zampa Slovakiyanı 2014-cü ildə Soçidə təşkil edilən XXII Qış Olimpiya Oyunlarında təmsil etdi. O, slalom və böyük slalom yarışları üzrə iştirak etmişdir. == Karyerası == Andreas Zampa birinci dəfə Olimpiya Oyunlarına 2014-cü ildə qatıldı. O, Soçidə baş tutan XXII Qış Olimpiya Oyunlarında kişilər böyük slalom yarışlarında iştirak etdi. Zampa 2:51.62 saniyəlik nəticəsi ilə 109 atlet arasında 32-ci yeri tutdu.