Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Papaqçılar
Papaqçılar — Azərbaycan Respublikasının Tovuz rayonunun Çeşməli kənd inzibati ərazi dairəsində kənd. Kəndin adı mərzili tayfasının papaqçılar tirəsinin adı ilə bağlıdır. Kəndin ərazisi əvvəllər mərzililərin qışlaq yurdu olmuşdur. Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. Kənd Şahdağ silsiləsinin ətəyində yerləşir. Kənddə mədəniyyət müəssisəsi mövcud deyil. Kənddə C.Hüseynov adına Papaqçılar kənd tam orta məktəbi fəaliyyət göstərir. Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır. Kənddə səhiyyə müəssisəsi mövcud deyil.