Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Lazar Parapetsi
Lazar Parapetsi (erm. Ղազար Փարպեցի; 442, Pərpi, Böyük Ermənistan – 510, Pərpi, Sasanilər İmperiyası) — V əsr erməni tarixçisi. Knyaz Vardan Mamikonyanın xahişi ilə Favstos Buzandın tarixini davam etdirən keşiş. == Ermənistan tarixi == Lazar Parpetsi tərəfindən V əsrin sonu-VI əsrin əvvəllərində yazılmış Ermənistan tarixi əsərində Cənubi Qafqaz xalqlarının istiqlaliyyət uğrunda mübarizəsindən bəhs edilir. Parpetsi 387-ci ildə Ermənistanın parçalandığı vaxtdan V əsrin sonlarınadək olan bir dövrdə baş verən hadisələri əhatə edir. Sənədlərə və müasirlərinin dediklərinə əsaslanan müəllif 450-451-ci illərdə Sasanilər əleyhinə hərəkat haqqında Yelişenin məlumatlarını zənginləşdirir və 481-484-cü illərdə Cənubi Qafqaz xalqlarının Sasanilərə qarşı üsyanını təsvir edir. Parpetsinin əsəri bir də ona görə qiymətlidir ki, bütün erməni müəlliflərindən fərqli olaraq o, bütün Qafqaz xalqları arasındakı yekdillik və bərabərliyi tez-tez xatırladır. == Ədəbiyyat == Muradyan, Gohar. ŁAZAR PʿARPECʿI // Encyclopaedia Iranica. 2018.
Sparapet
Sparapet (erm. սպարապետ) — qədim dövrdə və orta əsrlərdə Ermənistanda silahlı qüvvələrin ali baş komandanı üçün istifadə edilən irsi titul. == Tarixi == Eramızdan əvvəl II əsrdə kral I Artaşesin hakimiyyəti dövründə meydana gəlmiş, Ermənistan krallığı və Kilikiya çarlığında istifadə edilmişdir. Sparapet Parfiyadakı spahbedin titulunundan götürülmüşdür və onun Ermənistandakı ekvivalenti idi. Sparapet titulu ənənəvi olaraq Ermənistanın Artaşes hakimiyyətinin başlanğıcından bəri Mamikonyan sülaləsinin nümayəndələri tərəfindən sahiblənilirdi. Tarixdə daha sonra bu titul Pakraduni və Artsrunilər sülalələri tərəfindən sahiblənmişdir. === Müasir dövrdə === XVIII əsrdə yaşamış erməni sərkərdəsi Mxitar Sparapet Zəngəzur bölgəsində ermənilərin istiqlal səylərinə rəhbərlik etmişdir.1920–1921-ci illərdə Dağlıq Ermənistan Respublikasının ali baş komandanı olan Qaregin Njde "Sünik sparapeti" tituluna layiq görülmüşdür. 1991–1992 və 1995–1999-cu illərdə illərdə Ermənistanın Müdafiə naziri olan Vazgen Sarkisyan Birinci Qarabağ müharibəsi dövründəki fəaliyyətinə görə qeyri-rəsmi olaraq sparapet adlandırılır. == İstinadlar == == Xarici keçidlər == Chaumont, M. L. ARMENIA AND IRAN ii. The pre-Islamic period // Encyclopaedia Iranica, Vol.
Katolikos Karapet
Katolikos Karapet - Albanların LXII katolikosu. == Katolikosluğu == 1402-ci ildə kürsüyə çıxmışdır. Gəncəsər monastırında katolikos siyahısında göstərilir.
Karapet Çernovun binası
Karapet Çernov binası - Rostov-na-Donu şəhərinin ərazisində, Bolşoy Sadovnaya küçəsi, ev 4 ünvanında yerləşən bina. Bina 1911-1913-cu illərdə modern stilində inşa edilmişdir. Bina XIX əsrin sonları inşa edilmiş, bir müddət sonra isə rekonstruksiya edilmişdir. Karapet Çernovun binası regional əhəmiyyətli mədəni irs obyekti siyahısına daxil edilmişdir. == Tarixi == Üç mərtəbədən ibarət olan bina 1890-cu illərdə Karapet Çernovun vəsaiti hesabına inşa edilmişdir. Bina sonradan beş mərtəbəyə qədər artırılır. Xalq arasında belə bir əfsanə vardır ki, Karapet Çernov ilə Qavril Melkanov-Ezekov arasında mərc olur. Onlar kimin daha varlı olmasına aydınlıq gətirməli idilər. Hər iki tacir Bolşoy Sadovnaya küçəsində bina inşa etməli idilər. Yarışmanı daha geniş ev inşa edəcək tacir udacaqdı.
Kasapet
Qasapet — Azərbaycan Respublikasının Tərtər rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 13 oktyabr 1992-ci il tarixli, 327 saylı Qərarı ilə ləğv edilmiş Ağdərə rayonunun Qasapet kəndi Tərtər rayonunun inzibati tərkibinə verilmişdir. == Tarixi == 1593-cü ildə Osmanlı İmperiyasının Gəncə-Qarabağ əyalətinin Xaçın sancağının Çiləbörd nahiyəsinin kəndi. Kəndin adı Qəssаblаr olaraq keçir. 1727-ci ildə Osmanlı İmperiyasının Gəncə-Qarabağ əyalətinin Qarabağ livasının Çiləbörd nahiyəsinin kəndi. Kəndin adı Qıssааbаd olaraq keçir. Kənd Ağdərə rayonunun tərkibində olub. 1992-ci ildə Ağdərə rayonu ləğv edilib ərazisi qonşu rayonlar arasında bölüşdürüldükdən sonra Tərtər rayonunun ərazisinə düşüb. Kənd 1993-cü ildən Ermənistan Respublikası Silahlı Qüvvələrinin işğalı altında olub. 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi antiterror əməliyyatı nəticəsində Qasapet kəndi Azərbaycanın nəzarətinə qayıtmışdır.
Paralel
Pаralel — elmdə və ədəbiyyatda işlədilən uyğunluq və oxşarlıq termini. Paralel (coğrafiya) — Yer kürəsində simvolik olaraq ekvatora paralel keçən müstəvilər sistemi.
Parametr
Parametr — (q.yun. παραμετρέω «ölçürəm») — bir çox eyni tip elementlərin oxşarlığını müqayisə etmək üçün qəbul edilən ölçüdür.
Paraşüt
Paraşüt (fr. parachute; yun. para — əks və fr. chute — düşmək) — bir obyektin atmosferə açıq bir mühitdə havanın qaldırma qüvvəsindən istifadə edərək yavaşca enməsini təmin edən vəsaitdir. 810–887-ci illər arasında yaşayan ərəb ixtiraçı Abbas Qasım İbn Firnasın İspaniya-Kordovada paraşütə bənzər bir alət istifadə tarixi qeydlərdə mövcuddur. Çində də paraşütün ilk nümunələri istifadə edilmişdir.Leonardo Da Vinçinin paraşütlə əlaqədar şəkilləri mövcuddur.
Qasapet
Qasapet — Azərbaycan Respublikasının Tərtər rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 13 oktyabr 1992-ci il tarixli, 327 saylı Qərarı ilə ləğv edilmiş Ağdərə rayonunun Qasapet kəndi Tərtər rayonunun inzibati tərkibinə verilmişdir. Kənd 1993-cü ildən Ermənistan Respublikası Silahlı Qüvvələrinin işğalı altındadır. == Tarixi == 1593-cü ildə Osmanlı İmperiyasının Gəncə-Qarabağ əyalətinin Xaçın sancağının Çiləbörd nahiyəsinin kəndi. Kəndin adı Qəssаblаr olaraq keçir. 1727-ci ildə Osmanlı İmperiyasının Gəncə-Qarabağ əyalətinin Qarabağ livasının Çiləbörd nahiyəsinin kəndi. Kəndin adı Qıssааbаd olaraq keçir. Kənd Ağdərə rayonunun tərkibində olub. 1992-ci ildə Ağdərə rayonu ləğv edilib ərazisi qonşu rayonlar arasında bölüşdürüldükdən sonra Tərtər rayonunun ərazisinə düşüb.
"Parasat" ordeni
"Parasat" ordeni" (qaz. Парасат ордені) — 1 aprel 1993-cü il tarixli "Qazaxıstan Respublikasının Dövlət Mükafatları haqqında" 2069-XII saylı Qanunla təsis edilmiş Qazaxıstan Respublikasının Sərəncamı. Qazaxıstan hökumətinin əmridir. 1993-cü ildə qurulmuşdur. Sərəncam görkəmli elm, mədəniyyət, ədəbiyyat və incəsənət xadimlərinə, habelə dövlət və ictimai xadimlərə, insan haqları müdafiəçilərinə və Qazaxıstanın mənəvi və ya intellektual potensialında əməyi olan digər şəxslərə verilir. "Parasat" ordeni elm və mədəniyyət işçiləri, ədəbiyyat və incəsənət işçiləri, dövlət və ictimai xadimlər, habelə Cümhuriyyətin mənəvi və intellektual potensialının inkişafında və çoxalmasında böyük şəxsi xidmətləri olan vətəndaşlara və ya insan hüquqlarını və sosial maraqlarını qorumaq üçün fəal iş üçün verilir. Ordenin dərəcəsi yoxdur. == Haqqında == Orden nişanı tək parça basaraq qızıldan hazırlanmış gümüşdən hazırlanır. İşarəsi səkkiz guşəli bir ulduzdur, uçları üç dihedral şüa ilə meydana gəlir, ortası xarici olanlardan bir az daha böyükdür; ulduzun ucları arasında kiçik bir işıq. Həndəsi bir naxış şəklində mərkəzi medalyon: mərkəzdə iki dihedral şüanın uzandığı düzbucaqlı bir romb var; rombun guşələrindən üçbucaqlı dihedral fiqurlar.
Haya Hararet
Haya Hararet (ing. Haya Harareet, ivr. חיה הררית; 20 sentyabr 1931, Hayfa – 3 fevral 2021, Marlou[d], Cənub-Şərqi İngiltərə[d]) — İsrail aktrisası. == Həyatı == Haya Hararet 20 sentyabr 1931-ci ildə Hayfada anadan olmuşdur. Haya Hararetin aktrisalıq fəaliyyəti 1955-ci ildə İsraildə başlamışdır. Lakin Hararet bir neçə il sonra tanınmağa başladı. Bu, Çarlton Hestonla birlikdə çəkildiyi "Ben-Hur" filmində Esfir rolunu ifa edəndən sonra olmuşdu. 1961-ci ildə o, "Səhranın altına səyahət" filmində baş rola çəkilir. Onun bir aktrisa kimi fəaliyyəti o qədər də uzun çəkmir və daha bir neçə filmdə çəkiləndən sonra – 1964-cü ildə Hararet artıq heç bir filmə razılıq vermir. Haya həm də 1967-ci ildə çəkilmiş "Bizim ata yurdumuz" filminin ssenari müəlliflərindən biri idi.
Nahapet Kuçak
Nahapet Kuçak (erm. Նահապետ Քուչակ; bilinmir – təq. 1592) — erməni şairi. Həyatı haqqında məlumat yoxdur. Ehtimallara görə, Van gölü yaxınlıqlarında, Xaraqonis kəndində (indiki Qaragündüz) anadan olmuşdur. Rübai janrında (hayren) yazmışdır. Ədəbi irsində əsas yer tutan aşiqanə şeirlərində real, azad məhəbbət tərənnüm olunur. Şeirlərinə orta əsr ehkamlarına, sosial ədalətsizlik əleyhinə çıxmış, xalqın iztirablarını ("qəriblik" hayrenləri) ürək ağrısı ilə təsvir etmişdir.
Paralel (həndəsə)
Həndəsədə paralel xəttlər — bir-biri ilə heç vaxt kəsişməyən düz xəttlərə deyilir.
Paralel hesablama
Paralel hesablama — bir neçə hesablamanın eyni zamanda edilməsidir. Elə böyük məsələlər olur ki, onlar kiçik hissələrə bölünə bilirlər və bu kiçik hissələr paralel olaraq hesablana bilir.
Paralel köçürmə
Paralel köçürmə Müstəvinin (eləcə də fəzanın) bütün nöqtələrini eyni istiqamətdə və məsafədə saxlamaqla özü-özünə inikas etdirən çevirmədir.
Paralel port
LPT – sətir-sətir çap qurğusunun məntiqi adı; MS-DOS əməliyyat sistemində printerin paralel portları üçün ayrılmış şərti ad, məsələn: LPT1, LPT2 və LPT3. Birinci paralel port (LPT1), adətən, MS-DOS’da həm də möhkəm kopiyanın ilkin çıxış qurğusudur (PRN) mode lpt1:=com1: DOS komandası lpt1-i yenidən təyin edərək com1-ə (birinci ardıcıl porta) bərabər edir. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
Parasat ordeni
"Parasat" ordeni" (qaz. Парасат ордені) — 1 aprel 1993-cü il tarixli "Qazaxıstan Respublikasının Dövlət Mükafatları haqqında" 2069-XII saylı Qanunla təsis edilmiş Qazaxıstan Respublikasının Sərəncamı. Qazaxıstan hökumətinin əmridir. 1993-cü ildə qurulmuşdur. Sərəncam görkəmli elm, mədəniyyət, ədəbiyyat və incəsənət xadimlərinə, habelə dövlət və ictimai xadimlərə, insan haqları müdafiəçilərinə və Qazaxıstanın mənəvi və ya intellektual potensialında əməyi olan digər şəxslərə verilir. "Parasat" ordeni elm və mədəniyyət işçiləri, ədəbiyyat və incəsənət işçiləri, dövlət və ictimai xadimlər, habelə Cümhuriyyətin mənəvi və intellektual potensialının inkişafında və çoxalmasında böyük şəxsi xidmətləri olan vətəndaşlara və ya insan hüquqlarını və sosial maraqlarını qorumaq üçün fəal iş üçün verilir. Ordenin dərəcəsi yoxdur. == Haqqında == Orden nişanı tək parça basaraq qızıldan hazırlanmış gümüşdən hazırlanır. İşarəsi səkkiz guşəli bir ulduzdur, uçları üç dihedral şüa ilə meydana gəlir, ortası xarici olanlardan bir az daha böyükdür; ulduzun ucları arasında kiçik bir işıq. Həndəsi bir naxış şəklində mərkəzi medalyon: mərkəzdə iki dihedral şüanın uzandığı düzbucaqlı bir romb var; rombun guşələrindən üçbucaqlı dihedral fiqurlar.
Parazit göbələkləri
Parazit göbələklər — bitki xəsəliklərini törədən göbələklərdir. == Parazit göbələyinin törətdiyi xəstəliklər == Parazit göbələyinin törətdiyi xəstəliklər aşağıdakılardı: Sürmə - Çiçəkli orqanlarda müşahidə olunur; sünbülləşmə zamanı qaralmış yaxud formasını itirmiş sünbül xaricə çıxır. Çovdar mamırı - Çovdar çiçəkləyən zaman göbələyin sporları yumurtalığı zədələyir. Nəticədə dən yerinə tünd qəhvəyi rəngdə buynuzcuq əmələ gəlir. Məhsuldarlığı kəskin azaldır. Pas göbələkləri - Zədələnmiş bitkilər narıncı və ya pas rəngdə ləkələrlə örtülür. Kartof çürüməsi - Bitkilərin yarpaqlarını zədələyir, onların üzərində tünd ləkələr əmələ gəlir. Rütubətli havada qaralır və çürüyür, güclü zədə onları məhv edir. Kartof yumurtalarını və pomidorun meyvələrini zədələyir. Mildium - Üzüm meyvəsinin (tənək) təhlükəli parazitidir, ilk növbədə budaq, meyvə və xüsusilə yarpaqları zədələyir.
Parazit qamçılılar
Parazit qamçılılar— sarkomostiqoforlar tipinin (sarcomastigophora) qamçılılar (mastigophora) sinifinə daxildir. == Trypanasoma gambiense == Trypanasoma gambiense insanda parazitlik etməklə Mərkəzi Afrikada yayılmış yuxu xəstəliyi adlanan təhlükəli xəstəliyi törədirlər. Parazit ilk mərhələdə qanın plazmasında yaşayır və sonra onurğa beyninə daxil olur. Qidalanması osmotik yolladır. Qidalanmanın tullantı məhsulları qana ifraz olunur. İfrazat məsulları qana ifraz olunur. İfrazat məhsulları (toksin) zəhərlidir və bu da ertrositlərin parçalanmasına səbəb olunur. === Quruluşu === İyşəkilli formada olub, hər iki tərəfdən sivridir və xlorofilləri olmadığına görə rəngsizdir. Bədənləri 15–30 mikron ölçüdə olmaqla kiçik orqanizimlərdir. Qamçısı bədənin dal tərəfinə yaxın hissədə bazal dənəciyilə əlaqəli sahədən başlanır.
Parazit sürüklənmə
Parazit sürüklənmə — bir maye içində nisbi hərəkət edən cismə özünün mövcudluğu səbəbindən təsir edən sürütlənmə qüvvəsidir. Parazit sürüklənmə; maye element və cisim arasındakı sürtünməyə görə olur. Obyekt sürtünmə cərəyanı ilə cərəyan qarşısında bir səd yaradır. Cərəyan; bu səddi aşmaq üçün obyektin ətrafından dolanır. Bu dolanma ətrafında səthdə sürüşən maye ilə cisim arasındakı sürtünmə qüvvəsi cismi cərəyan istiqamətində sürükləməyə çalışır. Bundan əlavə, mayenin ətaləti də cismə axın istiqamətində təsir göstərir. Bu qüvvələrin nəticəsində cism axın istiqamətində hərəkət etməyə məcbur olur. == Aerodinamikada == Parazit sürüklənmə; Səthi sürtünməyə (skin friction), sürüklənənin formasına (form drag) və təyyarə hissələrinin birləşmə nöqtələrinə (interference drag) əsaslanır. “Səthin sürtünmə sürüklənməsi” və “forma sürüklənməsi” bəzən birlikdə “profil sürüklənməsi” adlandırılır. Səthi sürtünmə sürüşməsi nəqliyyat vasitəsinin səthi və onun üzərindən axan hava arasındakı sürtünmə nəticəsində yaranır və aşağıdakı amillərdən asılıdır: təyyarənin səthi sahəsi, səthi pürüzlülük (buzlanma və s.), sərhəd qatındakı hava axınının müntəzəm və ya turbulent olması, hava sürəti, aerofoilin qalınlığı, hücum bucağı Şəkil sürüklənməsi hava axınına müqavimət göstərən səthlərin arxasındakı türbülansa əsaslanır.
Parazit sürütlənmə
Parazit sürüklənmə — bir maye içində nisbi hərəkət edən cismə özünün mövcudluğu səbəbindən təsir edən sürütlənmə qüvvəsidir. Parazit sürüklənmə; maye element və cisim arasındakı sürtünməyə görə olur. Obyekt sürtünmə cərəyanı ilə cərəyan qarşısında bir səd yaradır. Cərəyan; bu səddi aşmaq üçün obyektin ətrafından dolanır. Bu dolanma ətrafında səthdə sürüşən maye ilə cisim arasındakı sürtünmə qüvvəsi cismi cərəyan istiqamətində sürükləməyə çalışır. Bundan əlavə, mayenin ətaləti də cismə axın istiqamətində təsir göstərir. Bu qüvvələrin nəticəsində cism axın istiqamətində hərəkət etməyə məcbur olur. == Aerodinamikada == Parazit sürüklənmə; Səthi sürtünməyə (skin friction), sürüklənənin formasına (form drag) və təyyarə hissələrinin birləşmə nöqtələrinə (interference drag) əsaslanır. “Səthin sürtünmə sürüklənməsi” və “forma sürüklənməsi” bəzən birlikdə “profil sürüklənməsi” adlandırılır. Səthi sürtünmə sürüşməsi nəqliyyat vasitəsinin səthi və onun üzərindən axan hava arasındakı sürtünmə nəticəsində yaranır və aşağıdakı amillərdən asılıdır: təyyarənin səthi sahəsi, səthi pürüzlülük (buzlanma və s.), sərhəd qatındakı hava axınının müntəzəm və ya turbulent olması, hava sürəti, aerofoilin qalınlığı, hücum bucağı Şəkil sürüklənməsi hava axınına müqavimət göstərən səthlərin arxasındakı türbülansa əsaslanır.
Parazit vulkan
Parazit vulkan — iri mərkəzi vulkanın yamacında çox zaman radial çatlar boyu yan püskürmə nəticəsində əmələ gəlir. Özünün baş kanaldan ayrılan ayrıca kanalı olur. Çatların daha yüksək nöqtəsində (subterminal püskürmə) şlak konusu əmələ gəlir, aşağı hissələrində isə (lateral püskürmə) lava axını baş verir. Parazit vulkan həmçinin eksentrik püskürmə nəticəsində də əmələ gələ bilər. Sinonim: Əlavə vulkan, Yan vulkan. == Həmçinin bax == Mərkəzi vulkan Yan püskürmə Şlak konusu == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti. — Bakı: Nafta-Press, 2006. — Səhifələrin sayı: 679.
Death Parade
Death Parade (yaponca: デス・パレード, Hepbörn: Desu Parēdo) — Yuzuru Taçikava tərəfindən yaradılan, Madhouse istehsalı, 2015-ci ildə çıxan anime serialı. O, əvvəldən Madhouse tərəfindən Cavan Cizgiçilər Öyrənmə Layihəsi üçün çəkilən və 2013-cü ilin martın 2-də çıxan Death Billiards (デス・ビリヤード, Desu Biriyādo) adlı qısametrjı animesinin əsasında yaradılıb. == Məzmun == Yer üzündə iki nəfər eyni zamanda ölən zaman, onlar hakim olan barmenlərin sirli barlarına göndərilir. Onlar orada həyatlarının aslı olduğu "Ölüm Oyunları"nda iştirak etməlidir. Oyunların nəticələri onların vəziyyətinin sirrini və onların taleyinin gələcəyini açığlayır. Hakimlər onları mühakimə etdikdən sonra, insanlar ya reinkarnasiya, ya da boşluqa sürgün olunur.
Sarpet xardalı
Sarpet xardalı (lat. Brassica juncea) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin kələmkimilər fəsiləsinin kələm cinsinə aid bitki növü. == Sinonimləri == Brassica argyi H.Lév. Brassica arvensis var. juncea (L.) Kuntze Brassica besseriana Andrz. ex Trautv. Brassica cernua (Thunb.) Matsum. Brassica cernua (Thunb.) F.B. Forbes & Hemsl. Brassica cernua var. chirimenna Makino Brassica chenopodiifolia Sennen & Pau [Invalid] Brassica integrifolia (H.West) Rupr.
Parazit (film, 2019)
Parazit (寄生蟲, Parasite) 2019-cu il 30 may böyük ekranda göstərilən Koreya qara komediya və saspens filmidir. Rejissor BongJoon-honun yeddinci uzunmetrajlı filmidir. Filmin ssenarisini Han Cin-vin ilə birlikdə yazmışdır. Filmdə (Song Kang-ho) Son Kanqho, Lee Sun-gyun, (Jo Yeo-jung) Li Yucun, (Hyejin Jang) Hyecin Canq, (Lee Jung-eun) Li Cun-un, (Choi Woo-sik)Çoi Vuşik, Pak So-dam və Pak Myon-hun və s. aktyor və aktrisalar yer alır . Koreya Respublikasında 20 milyondan çox tamaşaçıya nümayiş olunmuş və 72-ci Cannes kinofestivalına rəsmi müsabiqə kateqoriyasına dəvət almışdır. 21 Mayda Cannes şəhərində yerləşən Lumier Teatrında rəsmi nümayiş olunmuş və Qızıl Palma Budağına layiq görülən 2013-cü il istehsalı olan "Adelin həyatı" filmindən sonra yekdilliklə mükafat alan qazandığı ilk Koreya filmi olmuşdur. 30 may 2019-cu ildə CJ Entertainment distribütorluğu ilə Koreyada nümayiş etdirilmişdir. Film tənqidçilər tərəfindən bpyük rəğbət qazanmış və 2019-cu ilin ən yaxşı filmlərindən biri olaraq seçilmişdir. Bu günə qədər kassa mənfəətindən 244.64 milyon dollar qazanc əldə edərək ən gəlirli filmlərdən biri, Koreyada üçüncü ən çox qazanc gətirən film olmuşdur.