Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Paşan
Paşan — Azərbaycan Respublikasının Zaqatala rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalinin əsas məşğuliyyəti taxılçılıq, tütünçülük, fındıqçılıq, tərəvəzçilik, bağçılıq və maldarlıqdır. == İnfrastruktur == 2015-ci ilin iyun ayının 17-də kəndə ilk dəfə olaraq təbii qaz verilmişdir.
Bağban
Bağban — "bağ salan", "bağçılıqla məşğul olan" deməkdir. Bağban (Ucar) — Ucar rayonunun inzibati ərazi vahidində kənd. Bağban (Kürdəmir) — Kürdəmir rayonunun Böyük Kəngərli inzibati ərazi vahidində kənd. Keçmış adı Barlıdır.
Dastan
Dastan – Mərkəzi Asiya, İran, Türkiyə və Azərbaycan şifahi xalq ədəbiyyatının növlərindən biri. Başqa janrlardan fərqli olaraq, dastanda həm nəsr, həm də nəzm hissələri olur. Dastandakı hər hansı bir əhvalat, hadisə nəsrlə söylənilir və yeri gəldikcə mövzu ilə bağlı şeir parçaları da verilir. Bu xüsusiyyətinə görə dastan bəzən epik-lirik adlanan xüsusi bir ədəbi növə aid edilir. Dastanın nəzm hissəsi, adətən, qoşma və gəraylılardan ibarət olur və saz havası üstündə oxunur. Dastanlar mövzu və məzmunlarına görə iki növə bölünür: qəhrəmanlıq dastanları, məhəbbət dastanları. == Azərbaycan dastanları == Azərbaycan şifahi xalq ədəbiyyatının özünəməxsus xüsusiyyətləri ilə seçilən və geniş yayılmış janrlarından biri olan dastanlar xalqımızın qəhrəmanlıq mübarizəsini, vətənə, torpağa bağlılığını, azadlıq arzusunu, saf məhəbbət uğrunda dönməzliyini, ülvi duyğularını əks etdirir. Folklorşünas Məmmədhüseyn Təhmasibin verdiyi məlumata görə, 150-yə yaxın əsərə malik bu janrın çoxəsrlik inkişaf tarixi vardır. X-XI əsr hadisələri ilə səsləşən qədim nümunələrin elmə məlum olması əslində bu janrın tarixinin qədimliyindən xəbər verir. Dastan termini bolşevik inqilabından sonra bu janra verilmiş addır.
Pascal
Paskal dili – 1971-ci ildə professor Niklaus Virt (Niclaus Wirth) tərəfindən yaradılmışdır. Dil fransız riyaziyyatçısı və filosofu Blez Paskalın (Blaise Paskal) şərəfinə adlandırılmışdır və qısa zaman içində universitetlərdə istifadə edilən proqramlaşdırma dili halına gəlmişdir. Paskal dilinin bir sıra xüsusiyyətləri onun biznes və sənaye sahələrində geniş tətbiqinə gətirib çıxarmışdır. Modula və Modula-2 dilləri Paskal dili əsas götürülərək inkişaf etdirilmişdir. Lazarus – Free Pascal kompilyatoruna proqram təminatı hazırlamaq üçün ödənişsiz yayılan proqramlaşdırma mühiti. Qrafik interfeysli Delphi-proqramlarını Linux, FreeBSD, Mac OS X, Microsoft Windows əməliyyat sistemlərinə asanca keçirməyə imkan verir. == Dilin xüsusiyyətləri == Paskal dili yeni başlayan şəxslər üçün daha böyük əhəmiyyət kəsb edir.Proqramlaşdırmaya yeni başlayan şəxslərin bu dildən başlamaları məsləhət görülür. Paskal dilinin sintaksisi çox sadə və asan başadüşüləndir. Sistem və qurğu tələbləri çox azdır. Həm kompilyator, həm də onda yazılan proqramlar üçün.
Passat
Koriolis qüvvəsinin təsiri altında daimi küləklər Şimal yarımkürəsində sağa, Cənub yarımkürəsində sola doğru istiqamətlənir.Passat küləyi yelkənli gəmilərin istiqamətində də dəyişiklik edə bilər. Odur ki, passatlar Şimal yarımkürəsində şimal-şərqdən cənub-qərbə, Cənub yarımkürəsində cənub-şərqdən şimal-qərbə doğru əsir. Bu proseslər 30º şimal enliyi ilə 30 cənub enliyi arasında baş verir və bu coğrafi enliklər passat zolağı adlandırılır. Okean üzərindən əsən passatlar rütubətli, materik üzərindən əsən passatlar isə quru olur. Passatların təsirinə daha çox məruz qalan materiklər Afrika, Cənubi Amerika və Avstraliyadır Öz daimiliyinə və gücünə görə, yelkənli gəmilər dövründə bu küləklər Qərb küləkləri ilə birlikdə gəmilərin Avropa və Amerika arasındakı hərəkət marşrutlarının qurulmasında əsas rol oynayırdılar. Qurşaqda atmosferin aşağı qatları Günəş şüalarının təsiri ilə istidən genişlənərək yuxarı qalxır və qütblərə doğru istiqamətlənir, eyni zamanda şimaldan və cənubdan daha soyuq hava axınları gəlir.
Püsyan
Püsyan (Şərur)
Qaslan
Qaslan (Qürvə) — İranın Kürdüstan ostanı Qürvə şəhristanının ərazisinə daxil olan kənd. Aminabad-i Qaslan (Qürvə) — İranın Kürdüstan ostanı Qürvə şəhristanının ərazisinə daxil olan kənd.
Salban
Solban — Azərbaycan Respublikasının Balakən rayonunun inzibati ərazi vahidində kənd.
ASEAN
Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyası, ASEAN (Association of Southeast Asian Nations) - 8 avqust 1967-ci ildə Vyetnam müharibəsindən qaynaqlanan kommunist genişləməyə qarşı olaraq Filippin, Malayziya, Tayland, İndoneziya və Sinqapur arasında qurulan beynəlxalq təşkilat. O vaxtdan bəri,8 Yanvar 1984-cü ildə Bruney Darussalam , 28 iyul 1995-ci ildə Vyetnam, 23 iyul 1997-ci ildə Laos və Myanma və 30 aprel 1999-cu ilda Kamboca. və Şərqi Timor 11 noyabr 2022-ci il təşkilata daxil olmuşdur. 2005-ci ildə təşkilatın ümumi daxili nəticəsinin cəmi təxminən 884 milyard dollar idi. İldə 4%lшk bir böyümə nisbəti tutulmuşdur. 2006da GSYH 1,066 trilyona yüksəlmişdir. 2010-cu ildə, onun kombinə nominal ÜDM-ini 1,8 trilyon ABŞ dollarına çatıb. 4,46 milyon kvadrat kilometrə yayılan ASEAN bölgəsinin ümumi əhalisi tqəribən 600 milyon nəfərdir. ASEAN təşkilatının prioritet hədəfləri arasında bölgə ölkələrinin iqtisadi böyüməsinə təkan qazandırılması, ictimai və mədəni inkişaf, bölgədə sülh və sabitliyin təmin edilməsi yerləşir. 2003-ci ildə ASEAN liderlərinin ASEAN'ın 3 hissəni əhatə etməsinin lazım olduğu qərarı ilə ASEAN Təhlükəsizlik Birliyi, ASEAN İqtisadi Birliyi və ASEAN Cəmiyyət və Mədəniyyət Birliyi yaradıldı.
Alban
Albanlar (alb. Shqiptarët) və ya Arnaudlar ― Albaniyanın əsas əhalisi, həmçinin Adriatik dənizi sahillərində, Balkan yarımadasında yaşayan Avropanın ən qədim xalqlarından biri. Ümumi sayları 9 milyon nəfərdir. Təxminən 70%-i müsəlmanlardır. Müsəlmanların əksəriyyəti sünni, azı isə bəktaşidir. Qalan hissəsi katolik və paroslav xristianlarıdır. Ənvər Xocanın dövründə Albaniyada ateizm təbliğ edilirdi. Kommunist hökmranlığın mirası olaraq, müsəlman və ya xristian olan albanların əksəriyyəti dindar deyil və əhəmiyyətli bir qismi dinsizdir. == Tarixi == Albanların əcdadları Avropanın ən qədim avtoxton xalqı olan illiriya tayfaları, xüsusən dardanlar hesab edilir. Albanlar haqqında ilk tarixi qeydlər XI əsrə aiddir.
Aslan
Şir (lat. Panthera leo) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin pişiklər fəsiləsinin panter cinsinə aid heyvan növü. Bədəninin uzunluğu təqribən 210 sm-ə, quyruğu 110 sm-ə, kütləsi 280 kq-a yaxın olur. Pəncəsi iri caynaqlı, tükü qısa, sarımtıl-qonurdur. Quyruğunun ucu qotaz kimidir. Başqa pişikkimilərdən fərqli olaraq, cinsiyyət dimorfizmi yaxşı nəzərə çarpır. Erkəyinin boynunda, başının bir hissəsində, sinəsində və gövdəsinin ön tərəfində açıq-sarı, qara yalı olur. Dişi və cavan şirlərin isə yalı olmur. Çox güclü və cəlddir. Antilop, zebr, zürafə, maral, sürünənlər və s.
Asuan
Əsvan bəndi — Misir ərazisində Nil çayı üzərində tikilən bənddir. Tikilməsinə 1960-cı ildə başlanmış və 10 dekabr 1970-ci ildə başa vurulmuşdur.
Emi Paskal
Emi Bet Paskal (ing. Amy Beth Pascal) — amerikalı biznesmen və film istehsalçısı. 2006-cı ildən 2015-ci ilə qədər Sony şirkətində işləmişdir. Paskal 2016-cı ildə Pascal Pictures şirkətini qurmuşdur. == Şəxsi həyatı == Paskal keçmiş müxbir Bernard Ueinraub ilə 1997-ci ildə evlənmişdir. Oğulları ilə birlikdə Los-Anceles şəhərinin Brentvud ərazisində yaşayırlar.
Eten Paskal
Etyenn Paskal (ing. Étienne Pascal, 1588 – 1651) — Fransa riyaziyyatçısı Blez Paskalın atasıdır, sonralar onun adı ilə Paskal ilbizi adlanan 4-cü tərtib gözəl bir əyrini tapmışdır.
Etyenn Paskal
Etyenn Paskal (ing. Étienne Pascal, 1588 – 1651) — Fransa riyaziyyatçısı Blez Paskalın atasıdır, sonralar onun adı ilə Paskal ilbizi adlanan 4-cü tərtib gözəl bir əyrini tapmışdır.
Felisiti Passon
Hassan Niknafs
Hassan Niknafs — Xəzər Universitetinin əvvəlki rektorudur.
Hesban (Xudafərin)
Hesban (fars. حسبان‎) - İranın Şərqi Azərbaycan ostanının Xudafərin şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 67 nəfər yaşayır (12 ailə).
II Parsman
II Cəsur Farsman (gürc. ფარსმან II ქველი) — İberiyanın Farnavazianlar sülaləsindən olan hökmdarı, Roma imperatoru Adrianın müasiridir. Professor Kiril Tumanovun axtarışlarına görə Parsman 117-138-ci illər arasındakı dövrdə hökmranlıq etmişdir.
I Parsman
I Böyük Farsman (gürc. ფარსმან I დიდი) — II Farnavazın qız nəvəsi idi. II Arşak erməni-gürcü ordusu ilə məğlub edib hökmdar olmuşdu. 35-ci ildə isə Ermənistanın özünü işğal etdi. Qardaşı Mihrdatı Ermənistana vali qoyaraq özü İberiyada çarlıq taxtına oturan Parazman Roma ilə yaxınlaşdı. IV Tiqranın qızı ilə evlənən Parazmanın 3 övladı var idi. İkinci oğlu Radamist 51-ci ildə əmisi Mihrdatı devirərək Ermənistan çarı olmuşdu. I Trdat tərəfindən devriləndən sonra atasının yanına qayıtsa da buna görə edam edildi. Parazman 58-ci ildə oğlu I Mitridat ilə əvəz olundu.
Jassan-Riotye
Korvesya (fr. Monthieux) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Şampan-an-Valrome kantonuna daxildir. Kommunanın dairəsi — Belle. INSEE kodu — 01097. == Coğrafiyası == Kommuna Paris şəhərinin 420 km cənub-şərqində, Lion şəhərindən 70 km şərqdə yerləşir və Burk-an-Bres şəhərindən 55 km cənub-şərqdə yerləşir. == Əhalisi == 2010-ci ildə əhalinin sayı 199 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2010-cu ildə əmək qabiliyyətli 131 nəfər (15-64 yaş arasında) 93 nəfər iqtisadi cəhətdən, 38 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi 71.0%, 1999-cu ildə 68.8%). Fəaliyyət göstərən 93 sakindən 90 nəfəri (40 kişi və 50 qadın), 3 nəfər işsiz (3 kişi və 0 qadın) idi.
Kasyan-Arıta
Kasyan-Arıta — Olenyok körfəzində yerləşən ada. İnzinati cəhətdən Yakutiya ərazisinə daxildir. Ada körfəzin mərkəzində, Olenok çayının deltasında yerləşir. Şərqində Kyorsyase-Tyebyoleqe şimalında isə Kuqun-Tyebyoleqe qolları onun sahillərini yuyur. Cənubunda Kuqun-Arıta, cənub-şərqində isə Oinniqes-Arı adası yerləşir. Ada uzunsov formaya malikdir. Şimal-şərqdən cənub-qərbə uzanmışdır. Ada bataqlıqlaşmış ərazilərdən ibarətdir. Elədə böyük olmayan göllərə sahibdir. Mərkəzindən iki axar axaraq adanı iki hissəyə bölür.
Kasyan-Bettimete
Kasyan-Bettimete — Olenok körfəzində yerləşən ada. İnzibati cəhətdən Yakutiya ərazisinə daxildir. Ada körfəzin mərkəzində, Olenok çayının deltasında yerləşir. Qərbində Xobuox-Arıta adası yerləşir. Ada uzunsov formaya malikdir. Şimal-qərbdən cənub-şərqə uzanmışdır. Üzəri qumla örtülüdür. Kiçik göllərə sahibdir.
Katban (Salmas)
Katban (fars. كتبان‎) — İranın Qərbi Azərbaycan ostanının Salmas şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə‎ 232 nəfər yaşayır (41 ailə).
Paqan
Paqan müasir Myanmanın ərazisində yerləşən qədim paytaxt şəhərdir. Şəhər İrivadi çayının qərb sahili boyunca 145 km cənubi-qərbdə Mandalaya, Maquey dairəsində Çauk şəhəri yaxınlığında yerləşir. Hazırda qədim şəhərin yerində arxeoloji zona məbədlər, monastırlar yerləşir. Aşkar mədəni və tarixi əhəmiyyətinə baxmayaraq, siyasi səbəblərdən YUNESKO-nun Dünya İrsi siyahısına salınmadı. == Tarixi == Paqan xarabalıqları 40 км² sahəni əhatə edir. Məbədlərin əksəriyyətinin XI-XIII əsrlərdə tikildiyi Paqan şəhəri Krallığın paytaxtı idi. Krallığın paytaxtını kral Pinbya 874-cü ildə Paqana köçürüb. 1287-ci ildə bu səltənət Monqollar tərəfindən işğal edilmişdir. Bu şəhər monqollar tərəfindən talan olunaraq çoxlu dini əşyalar oğurlandı.
Konrad Pauman
Konrad Pauman (1415, Nürnberq, Müqəddəs Roma imperiyası - ö. 24.1.1473, Münhen, Müqəddəs Roma imperiyası) — tanınmış nürnberqli orqançı, XV əsrdə yaşamış musiqiçilərin ən görkəmlilərindən biri, alman orqan musiqisinin banisi.
Maşxan
Maşxan — Azərbaycan Respublikasının Astara rayonunun Təngərud kənd inzibati ərazi dairəsində kənd. == Etimologiyası == Coğrafi ad Maxşeyxan adının təhrif formasıdır. Talış dilindəki max "dayanacaq", "düşər-gə", Şeyx dini rütbə və "an" məkan bildirən şəkilçidir. Köhnə adı Kazeyran olmuşdur. == Tanınmış şəxslər == Azər Maşxanlı — ifaçı. === Şəhidləri === Faiq Qəhrəmanov (1973–1992). İlqar Bəşirov (1973–1993). Nizami Abdullayev (1970–1994). Rasim Axundov (1970–1994). Azər Əsədullayev (1967–1997).