Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Patoloji rollar
Patoloji rollar — həm ifaçısına, həm də bütün ailəyə psixo-travmatik təsir göstərən, bir növ, şəxsiyyətlərarası ailə rollarıdır. == Tarixi == Patoloji rollar konsepsiyasının inkişafına əsas töhfəni H. Rixter (1970) vermişdir. O, "Ailə — bir xəstə olaraq" kitabında müxtəlif növ patoloji rollar haqqında fikirlərini bildirmişdir. Həmçinin E.G.Eydemiller və V.V.Yustiskis də bu konsepsiyaya istinad etmişlər . Əslində, patoloji rollara əlavə olaraq, oxşar anlayışlar var, lakin fərqli adlarla. Məsələn: valideynlər və uşaqlar arasında qarşılıqlı münasibətləri əks etdirən "tərbiyə üsulu", ailə üzvlərindən birinin psixi sağlamlığına əks təsir göstərən "ailə münasibətlərinin xarakteri" və s. == Patoloji rolların yaranma səbəbləri == E. G. Eydemillerə görə, konkret olaraq hər ailədəki rol sistemi bir neçə kriteriyaya cavab verməlidir: Rollar bütöv, əlaqəli sistem formalaşdırır. Rolun ifaçısına olan tələblərdə ciddi ziddiyyətlər yaranarsa, onun icrası yolunda da əhəmiyyətli maneələr yaranar. Məsələn, bir qadının peşə rolunu eyni dərəcədə tam şəkildə yerinə yetirməsini tələb etməsi nəticəsində həyat yoldaşı və ananın rolu, fərdin psixi sağlamlığına və bütün ailənin həyatına mənfi təsir göstərən rolların həddindən artıq yüklənməsi ilə nəticələnə bilər. Fərdin oynadığı ümumi rollar ailədə ehtiyaclarının ödənilməsini təmin etmək üçün hazırlanmışdır.
Patolli
Patolli və ya patole – Amerika qitəsində məlum olan ən qədim stolüstü oyun. Strategiya və bəxtə əsaslanır. Əsasən zadəganlar tərəfindən oynanılmışdır. Konkistadorlar bildirmişdilər ki, Montezuma sarayında zadəganların patolli oyunlarına baxmaqdan böyük zövq alırdı. Patolli və onun variantları Kolumböncəsi Mezoamerikası mədəniyyətində geniş şəkildə oynanılırdı. Tolteklər (750-1000), Çiçen-İtsa sakinləri (1100-1300), asteklər (1168-1521) və digər Mezoamerika xalqları bu oyunu oynamışdırlar. Qədim mayalar da patollinin bir versiyasını oynayırdılar. == Haqqında == Patolli bəxtə əsaslanan müharibə və yarış oyunudur. Patolli oyunu həm də qumar oyunu sayılır. Oyunçular oyuna başlamazdan öncə qızıl, yemək, evlərini, ailələrini, hətta azadlıqlarını da mərcə qoyurdular.
Ontoloji sübut
Ontoloji sübut — fəlsəfi baxış. Anselmin təqdim etdiyi ontolji sübut "ən mükəmməl varlıq" haqqında zehni təsəvvürlərə əsaslanıradı. Belə ki,"ən mükəmməl varlıq" barədə təsəvvürü mümkün və düzgün sayırıqsa, o həqiqi və xarici aləmdə mütləq varlığa malik olmalıdır [mənbə göstərin]Orta əsrlərdə xristian ilahiyyatçısı Anselm (1033-1109) Allahın varlığını təkcə zehni anlayışa əsaslanaraq, "ontoloji yolla" sübuta yetirməyə çalışır. Anselmin fikrincə, bütün insanlar "ən mükəmməl varlıq" məfhumunu öz zehnlərində təsəvvür edə bilərlər. Lakin o bununla kifayətlənmir və deyir: "Ən mükəmməl varlıq" təkcə zehndə ola bilməz. Zehndə "var" olan bu varlıq mütləq xarici aləmdə də "var" olmalıdır. Çünki biz "ən mükəmməl" varlığı təsəvvür etmişdik. Xarici aləmdə var olan mövcud isə zehndə var olan mövcuddan daha mükəmməldir. Deməli,"biz ən mükəmməl varlıq haqqında düşünürüksə, bu varlıq mütləq (təkcə zehndə deyil) xarici aləmdə mövcud olmalıdır (Çünki təkcə zehndə olmaq onu ən mükəmməl varlıq etmir.) Nəticədə, insanların asanlıqla təsəvvür etdikləri "ən mükəmməl varlıq "xaric aləmdə də mövcud olan Allahdır. == Rene Dekart və Ontoloji sübut == Ontoloji sübutun digər forması, yeni dövr Avropa fəlsəfəsinin əsasını qoyanlardan biri Rene Dekart (1596-1650) tərəfindən irəli sürülmüşdür.