Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Panisea
Panisea (lat. Panisea) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinə aid bitki cinsi. Cinsə aid bitkilərin vətəni Çin, Hindistan yarımqitəsi və Hind-Çin yarımadasıdır.
Payne
Payne (alm. Peine‎) — Almaniyanın Aşağı Saksoniya vilayətində şəhər, eyni adlı rayonun paytaxtı. Burada Fuhse və Mittelland çayları axır, Braunşveyqdən təqribən 25 km qərbdə və Hannoverdən 40 km şərqdə yerləşir. == Tarixi == 1130-cu ilə aid edilən aktda Roma imperatoru II Lotarın ministerialı olan Bertold fon Paginin adı çəkilir, hansı ki öz adını şəhərə "Payne" formasında vermişdi. Burq Payne qalası bu dövrə və ya daha əvvələ aid olunur. 1201-ci ildə Hildeshaym salnaməsində, yepiskop Hartbert fon Hildeshaym və Ekbert və Gunselin von Volfenbüttel qardaşları arasındakı nifaq təsvir edilib. Qraf Gunselin fon Volfenbüttel, Alman ordusunun baş komandanı və Müqəddəs Roma İmperatoru IV Ottonun yanında seneşal idi. Qələbəni Gunselin qazandı və Burq Payne və ətraf əraziləri nəzarət altına aldı. Qalanın cənubunda Gunselin 1218 və ya 1220-ci illərdə Payne şəhərini qurdu. 1223-cü ildə qəsəbə şəhər imtiyazlarını aldı.
Ayişə
Aişə binti Əbu Bəkr (ərəb. عائشة بنت أبي بكر‎; 614[…], Məkkə – təq. 13 iyul 678, Mədinə) — İslam peyğəmbəri Məhəmmədin həyat yoldaşlarından biri, xəlifə Əbu Bəkr'in qızıdır. Qureyş qəbiləsindəndir. Əhli-sünnəyə görə "Möminlərin Anası" olaraq qəbul edilir. Aişə dövrümüzə qədər gəlib çatan bir çox hədisin mənbəyi olaraq da qəbul edilir. == Haqqında == Aişə binti Əbu Bəkr ibn Əbu Quhafə 605-ci ildə Məkkədə dünyaya gəlmişdir. Qüreyş qəbiləsindəndir və atası məşhur səhabə Əbu Bəkrdir. Aişənin uşaqlıq illəri Məkkədə keçmişdir. 17 yaşında Məhəmməd ibn Abdullahla evlənmişdir.
Panisea yunnanensis
Panisea yunnanensis (lat. Panisea yunnanensis) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinin panisea cinsinə aid bitki növü. Vətəni Çin (Yunnan əyaləti) və Vyetnamdır.
Aydişə (Qoşaçay)
Aydişə (fars. ايديشه‎‎‎‎) - İranın Qərbi Azərbaycan ostanının Qoşaçay şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 831 nəfər yaşayır (185 ailə).
Mixael Hayniş
Mixael Artur Yozef Yakob Hayniş (alm. Michael Arthur Josef Jakob Hainisch‎; 15 avqust 1858[…] – 26 fevral 1940[…], Vyana) — Avstriya siyasətçisi, Birinci Dünya müharibəsinin sonunda monarxiyanın süqutundan sonra 1920–1928-ci illərdə Avstriyanın ilk prezidenti. == Erkən həyatı == Mixael Artur Yozef Yakob Hayniş 15 avqust 1858-ci ildə Avstriya-Macarıstanda, indiki Avstriyanın Aşağı Avstriya diyarında anadan olmuşdur. O, fabrik sahibi olan atasının adını daşıyır. Anası Marianna Hayniş ölkədə sufrajizm seçki hüququ hərəkatının lideri idi.Hayniş fəaliyyətinə Xəzinədarlıq və Təhsil Departamentində hüquqşünas və məmur kimi başlamışdır. O, daha sonra Aşağı Avstriya və Ştiriyadakı təqaüdə çıxmış və öz mülkləri ilə maraqlanmağa başlamışdır. O, burada model fermalara rəhbərlik etmiş, Fabian hərəkatının Avstriya bölməsinin rəhbəri və Mərkəzi Xalq Kitabxanasının yaradıcılarından biri olmuşdur. Hayniş sonrakı illərdə radikal sosializmdən uzaqlaşaraq mühafizəkar aqrarçı olmuşdur. == Prezidentliyi == Mixael Hayniş siyasi partiyalardan uzaq idi. O, parlament üzvü olmasa da, şəxsi səlahiyyətlərinə görə prezident seçilmişdir.
Ayişə Nəbi
Ayişə Nəbi — araşdırmaçı yazar-şair, jurnalist, tərcüməçi, ilahiyyatçı. == Həyatı == Ayişə Məhəmməd qızı Nəbi martın 21-də 1967-ci ildə Qərbi Azərbaycanın Karvansara (İcevan) rayonunun Haqqıxlı (S.Vurğun) kəndində ziyalı ailəsində doğulub. Həmin kənddə orta məktəbi əla qiymətlərlə başa vurub həmin il Az.Neft-Kimya institutuna daxil olub 1990-cı ildə mühəndis-elektrik ixtisası üzrə məzun oldu. Bir il Az.Sənaye Layihə institutunda gənc mütəxəssis kimi işlərkən “Gənclik” jurnalına dəvət aldı və bir il də orada işlədi. Sonra “Fəryad” və s.qəzetlərdə işlədi. Bu müddət ərzində bədii-publisistik yazılarla dövri mətbuatda müntəzəm çıxış etdi. İlk şeiri “Sovet Ermənistanı” qəzetində çap olundu. Sonra İstanbulda dini təhsil aldıqdan sonra vətənə qayıdaraq yenidən şeir, hekayə, məqalə, araşdırma, tərcümələr edərək ölkə qəzet və dərgilərində çap etdirdi. Türk və dünya ədəbiyyatından bir çox örnəyi dilimizə çevirərək Azərbaycan oxucusuna tanıtmış, eləcə də 20-də çox yerli müəllifin şeir, hekayə, povest, monoqrafiya, elmi əsər və romanlarını Türkiyə türkcəsinə, Edqar A.Po, Edqar Li Masters, Emili Dikinson kimi tanınmışların əsərlərini isə rus dilindən dilimizə çevirmişdir. Yaradıcılığa şeirlə başlayan Ayişə Nəbi “Sükut” (1997, Ağrıdağ), “Laməkan” (2008, Nurlan), “Qaf dağı Anka” (2011, Nurlan) “Qutlu vadiyə vardım” şeirlər, “Ərəb olmaq istəmirəm” (2014) məqalələr, “Yalınayaq şeirlər” tərcümə, “Eşq gözəlləməsi”(uzun hekayə) kitablarının, biri çox araşdırma və publisist məqalələrin müəllifidir.
Ayişə Qəzzafi
Aişə əl-Qəddafi (ərəb. عائشة القذافي‎; 25 dekabr 1976, Tərabülüs əl-Qərb) — Müəmmər əl-Qəzzafinin övladlarından biri, yeganə qızı, Liviyanın BMT İnkişaf Proqramındakı keçmiş xoşməramlı səfiri. Liviya rəhbərinin yeganə qızıdır. İraqın sabiq rəhbəri Səddam Hüseynin vəkillər qrupunun hüquqi işlər üzrə müşaviri olub. 2006-cı ildən əmisi oğlu, polkovnik Əhməd-əl-Qəzzafi-əl-Qəhsiyə ilə nikahda olan Aişə üç övlad anasıdır. Hazırda "Vəetəsəmu" xeyriyyə fondunun rəhbəridir. 2011-ci ildə Liviyada baş vermiş hadisələrlə bağlı olaraq BMT-nin xoşməramlı səfiri statusundan məhrum edilmişdir.Qardaşlarından fərqli olaraq, Aişə Qəzzafi çox soyuqqanlı təsir bağışlayır. Liviya vətəndaş müharibəsinin ilk günlərində o, "Son insan və son gülləmizə qədər döyüşəcəyik. Kişilər həlak olarsa, biz əlimizə silah alacağıq. Kişi olmayan yerdə kişi mənəm" deyə bildirmişdi.
Ayişə Ərzan
Ayişə Ərzan (1949, Ankara) — Türkiyə fizikaçısı. == Həyatı == Ayişə Ərzan Ankarada anadan olmuşdur.O sonrakı təhsilini İstanbulda sonra isə ABŞ-nin Brayn Mavr kollecində davam etmişdir. 1970-ci ildə o ilk qazancını qazanmışdır. 1976-cı ildə Stoni Bruk Universitetinin fizika üzrə namizədlik işini müdafiə etmişdir. Ərzan Ankaraya qayıdır və Yaxın şərq Texnika Universitetində fizika şöbəsində işləməyə başlayır. 1977-ci ildə İstanbul Texnika Universitetinə qoşulur. Bu dövr ərzində o sülh və qadın azadlığına görə mübarizə aparmışdır. == Karyerası == 1980-ci ildə o yenidən ölkəni tərk edir. 1981-1990-cı illərdə Ərzan müxtəlif institut və universitetlərdə çalışmışdır. 1981-1982-ci illərdə Cenevrə Universitetinin Teoretikal fizika şöbəsində işləmişdir.
Liam Payne
Liam Peyn (əsl adı Liam James Payne; 29 avqust 1993, Vulverhempton, Uest-Midlends[d]) — İngilis müğənni,model və söz yazarı, One Direction qrupunun keçmiş üzvü. == Həyatı == Liam James Payne 29 avqust 1993-cü ildə İngiltərə West Midlandsda anadan olmuşdur. 4 yaşında olanda bir böyrəyində yara olduğunu öyrənib. Ağrını hiss eleməməsi üçün səhər və axşam 32 ədəd iynə vurdururdu. Liam bir böyrəyi olduğu üçün sevgilisinin onu tərk etdiyini deyir. Üç həftə əvvəl doğulan ve xəstəxanada tutulan Liam'ın tək bir böyrəyi işləyirdi ancaq 7 avqust 2012 tarixində ikinci böyrəyinin də işlədiyini də öyrəndi. Atası Geoff və anası Karen'ın tək oğludur, Ruth ve Nicola adında iki bacısı var. Məktəb həyatı üçün özünə "məktəbdəki dəcəl uşaq" adını verir. Məktəb vaxtlarında boks dərsləri alıb. Dərslərdən birində burnunun qırıldığını deyir.