Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Şaxar Peer
Şaxar Peer, İsrailli tennisçi. == Haqqında == Peer, 2005-ci ildə İstanbul Kubokunda dörddəbir final oynayan oyunçulardan biridir. Bu mövsüm Praqa şəhərindəki ITF turnirində çempionatda ən gənc oyunçu xanımlar kateqoriyasında 32-ci yeri tutur. Peer karierində oynadığı 167 oyundan 120 qalibiyyət aldı.
Peker
Pekər, Peker — ad, soyad.
Puer
Puer — ən qara çaydır. Puer yaxud da pu – er kimi də adlandırılır. Bu çay növü vəhşi təbiətdə bitən ağacların yarpaqlarından əldə olunur. Puer çay növü sarımtıl, yaşıl rəngdə olan tiplərdəndir. Müalicəvi və dadlı tərkibə malik olan çay özünün saxlama müddətindən asılı olaraq keyfiyyəti və dəyəri qalxır.Krallar üçün nəzərdə tutulmuş ən yaxşı çay növü olan puer hətta 100 il müddətinə də saxlanıla bilinir. Çinlilərin ənənəvi təbabət aləmində puer çayı insana güc verən və onun orqanizmini alkoqol içkilərdən təmizləyən ünsür kimi tanınır. Bununla yanaşı insan orqanizminə təsir edən zəhərlənmə hadisələrinə və baş vermiş bütün xəstəliklərin bir çoxuna dərmandır.Puer yaddaşın daha da inkişaf etməsinə kömək edir, zehni gücləndirir və qida təminatınızı qaydaya salır. Müasir xadimlər puerin tərkibini öyrənmişlər, onlar bildirir ki, bu çay təzyiqi normallaşdırır, şəkəri aşağı salır, həmçinin artıq çəkidən insanı azad edir. Puer çayının ən yaxşı növü Çinin Yunnan vilayətində satılır.
Peter
Peter — ad. Peter Bartşi — İsveçrəli keçmiş üzgüçü. Peter Pokornı — Avstriya Birinci Liqa təmsilçilərindən olan Liferinq klubunda yarımmüdafiəçi Peter Qutyan — Slovakiyalı üzgüçü. Peter Stormare — isveçli aktrisa. Peter Farmer — Britaniyanın səhnə tərtibatçısı, teatr rəssamı və kitab illüstrisayıçısı. Peter Şmeyxel — Danimarkalı qapıçı.
Pyer
Pyer – ad. Pyer Abelyar – orta əsr Fransa sxolastik filosofu, ilahiyyatçısı.
PeR
PeR — 2007-ci ildə qurulmuş Latış musiqi qrupu. PeR Latviyanı 2013 Avroviziya Mahnı Müsabiqəsində "Here We Go" mahnısı ilə təmsil edib.
Albert Şpeer
Albert Şpeer (alm. Albert Speer‎; 19 mart 1905[…], Manhaym, Almaniya Federativ Respublikası – 1 sentyabr 1981[…], London)) — Üçüncü Reyxin əsas arxitektoru, silahlandırma və hərbi sənaye naziri. Nürnberq prosesində mühakimə olunmuşlardan biri. == Həyatı == Albert Şpeer 19 mart 1905-ci ildə Almaniya İmperiyasının Mannhaym şəhərində anadan olmuşdur. 1923-cü ildə atasının istəyi ilə Karlsruhe şəhərində memar kimi təhsil alıb. 1924-cü ildə Münhen şəhərinin texniki univertsitetinə daxil olur. 1925-ci ildə təhsilini Berlində davam etdirir. 1928-ci ildə diplom aldıqdan sonra universitetdə assistent kimi çalışmağa başlayır. 1930-cu ildə ilk dəfə universitetdə Adolf Hitlerin nitqini eşidir. Bu nitq daha öncələr siyasətlə heç məşğul olmayan Şpeerə çox güclü təsir edir.
Aşina Şeer
Aşina Şeer (taxt adı Tubu xaqan 都布可汗; 609 – 655, Çanqan) — Göytürk şahzadəsi, Qərbi Göytürk xaqanlığı taxtına iddiaçı. == Həyatı == 609-cu ildə doğulmuşdu. Atası Çula xaqan idi. 11 yaşında artıq To şad titulu ilə Qobi çölündə töleslər və seyantoları idarə edirdi. 628-ci ildə Tonq Yabqu xaqanın ölümündən sonra özünü Tubu xaqan adı ilə Qərbi Göytürk hakimi elan etsə də, nə nuşibilər, nə də tulular onun hakimiyyətini qəbul etmədi. Bir müddət sonra 634-cü ildə Seyanto xanlığının hökmdarı İncu Bilgə xaqana qarşı yürüşə başlayan Şeer Şərqi Göytürk xaqanlığını diriltmək və İllig xaqanın qisasını almaq istəyirdi. Bununla belə İşbara Teriş xaqan onu dəstəkləmədiyi üçün bu plan da iflasa uğradı və Şeer Qaoçanqa sığındı. Bu dəfə də İşbara Teriş xaqandan öz qısasını almaq istəyən Şeer 635-ci ildə Tan sülaləsinə sığındı. Sərkərdəlik verilən Şeer tezliklə imperatorun kiçik bacısı ilə də evləndi. 640-cı ildə Qaoçanq hökmdarı Ku Ventay (麴文泰) Qərbi Göytürklərlə ittifaqa girməsi Tan sülaləsi üçün yararlı bəhanə oldu.
Beer-Şeva
Beer-Şeva (ivr. ‏באר שבע‏‎, "yeddi nəfərin su quyusu" və ya "andiçmə su quyusu"; ərəbcə بئر السبع «Bir-es-Saba») — İsrailin cənubunda şəhər. Əhalisi — 195 400 nəfər (Mərkəzi Statistika Bürosunun2010-cu il məlumatı). İllik artım — 0,6 % illik. Hal-hazırda Beer-Şevada 200 min nəfər əhali yaşayır. Şəhər İsrail cənubunun inzibatı mərkəzidir. Burada bir sıra təhsil ocaqları, o cümlədən Ben-Qurion universiteti, Soroka xəstəxanası, dairə məhkəməsi, şəhər teatrı, müxtəlif dövlət idarələrinin regional şöbələri yerləşir. Şəhər həmçinin iri mədəni və sənaye mərkəzidir. Bibliya Virsaviyası (Təl Beer-Şeva) şəhərin şimal-qərbində yerləşir və 2005-ci ildə YUNESKO-nun ümumdünya irsi statusunu alıb.
Hakan Peker
Hakan Peker (5 fevral 1961, İstanbul) — Türk rəqqas, bəstəkar, müğənni və musiqi prodüseridir. Ən yaxşı mahnıları sırasında "Bir Efsane" mahnısını göstərmək olar. == Həyatı == Sənət həyatına Seyyal Taner və Deniz Erkanatın yanında rəqqas olaraq başlayan Hakan Peker 1981-ci ildə Türkiyə Rəqs Çempionatında birinci yeri tutdu. TRT 1 kanalının əyləncə proqramlarında və müxtəlif yerli və xarici konsert təşkilatlarında iştirak etdi. 1989-cu ilin aprel tarixində ilk albomu işıq üzü gördü. "Bir Efsane" adını daşıyan albomla eyni adı daşıyan çıxış mahnısı hit oldu. 1990-cı ildə çıxardığı "Şüşədən Şüşəyə" (Camdan Cama) adlı albomu sənətçiyə istədiyi müvəffəqiyyəti qazandıraraq onu məşhurlaşdırdı. "Şüşədən Şüşəyə" mahnısı eyni il Sinan Özen tərəfindən də səsləndirilmişdi. Bu albomların ardından müxtəlif albomlar çıxarmış və Türkiyədə məşhur olmuşdur.
Heer (Vermaxt)
Heer (Azərbaycan dilində mənası: Ordu) ― Almaniya Silahlı Qüvvələrinin (Vermaxt) yenidən yaradılması qanunu ilə 1935-ci ilin may ayında qurulan Nasist Almaniyasının quru qoşunları və əsas qüvvəsidir. Əvvəlcə 21 diviziyadan ibarət olmasına baxmayaraq, 1935–1945-ci illər arasında yüzlərlə diviziya böyüklüyünə çatdı. İkinci Dünya müharibəsi dövründə ümumi olaraq təxminən 13 milyon əsgər xidmət edirdi. İkinci dünya müharibəsinin sonunda 1945-ci ilin mayında müttəfiqlərə təslim oldu və 1946-cı ildə rəsmi olaraq ləğv edildi. Adolf Hitlerin silahlanma proqramını açıq elan etməsindən yalnız 17 ay sonra Heer böyüklüyünü qarşısına məqsəd qoyduğu 36 diviziyaya çatdırdı. 1937-ci ilin payızında daha iki korpus yaradıldı. 1938-ci ilin martında Anşlüsdən sonra Avstriya ordusunun beş bölməsinin də daxil olması ilə daha dörd korpus yaradıldı. Adolf Hitlerin böyümə dövründə Alman Ordusu Birinci Dünya müharibəsi illərində olduğu kimi Quru (Heer) və Hava (Luftwaffe) silahlı qüvvələri ilə birləşərək Wehrmacht adlandırıldı. Alman ordusu, mühasirə və "məhv etmə müharibəsi" kimi əməliyyat və taktiki üsulları birləşdirdikdə meydana gələn Blitzkrieg taktikası ilə İkinci Dünya müharibəsinin ilk iki ilində sürətli qələbələr qazandı. Motorlaşdırılmış qoşunlar müharibənin ilk illərində dünya mətbuatının diqqətini çox cəlb etdi.
La-Pyer
La-Pyer (fr. La Pierre) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Ot-Qrezivodan kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38303. Kommunanın 2012-ci il üçün əhalisi 471 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 405 ilə 700 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 480 km cənub-şərqdə, Liondan 105 km cənub-şərqdə, Qrenobldan 22 km şimal-qərbdə yerləşir.
Lil Peep
Qustav Ar (tam adı:Gustav Eliyah Ahr; 1 noyabr 1996, Allentaun, Pensilvaniya – 15 noyabr 2017, Tuson, Arizona) — daha çox Lil Peep kimi tanınan amerikalı repçi və müğənni. Post-emo diriliş janrında ifa edən ilk musiqiçilərdən biri idi, ifa etdiyi mahnıları emo-trep sayılır. == Həyatı == Qustav Ar Pensilvaniya'da doğulub, Long Island'in cənubi sahilində böyüyüb. Onun valideynləri Harvard'ın məzunları idi; Qustav yeniyetmə olanda onlar boşanıb. Atası kollecdə professor işləyirdi, anası isə ibtidai sinif müəlliməsi. Məktəbə sona qədər getməyib öz təhsilini onlayn-kurslarla bitirib. Az sonra Peep musiqi ilə maraqlanmağa başlayıb. 17 yaşında, öz musiqi karyerasını davam etdirmək üçün, Qustav Los-Anceles'ə köçür. Burda o GothBoiClique-ə qoşulur. == Karyerası == 2015-ci ildə Lil Peep öz ilk miksteypini buraxır «Lil Peep Part One», hansı ki ,bir həftə içində, SoundCloud-da 4000 dənə oynatma yığdı.Bundan az sonra o LP Feelz və bir dənə də miksteyp «Live Forever» buraxır.
Madison Beer
Medison Bir (ing. Madison Beer; 5 mart 1999, Ceriko[d], Nyu-York ştatı, ABŞ) — amerikalı müğənni və bəstəkar. == Həyatı == Madison Elle Beer 5 mart 1999-cu ildə Nyu-York ştatının Yeriko şəhərində yəhudi ailədə dünyaya gəldi. Atası Robert Beer əmlakçı, anası Tresi isə memar idi. 4 yaşında modellik yarışmasında qələbə qazanan Beer Child Magazine-nin baş səhifəsində yer aldı. Rider adlı kiçik qardaşı var. == Kariyerası == Musiqi karyerası 13 yaşında Castin Biberin vasitəsiylə başladı. Sonra Island Records ilə müqavilə imzaladı. 2017 avqust ayında ilk albomu As She Pleases-i yayımladı. Beer 2020-ci ildə Epic Records ilə razılaşıb 2021 fevralda ikinci albomu Life Support-u yayımladı.
Meer Basin
Meer Basin (rus. Меер Велькович Басин; 8 iyun 1890, Çerikov[d], Mogilyov quberniyası[d] – 20 sentyabr 1918) — dövlət xadimi, 26 Bakı komissarından biri. == Həyatı == Meer Basin 1890-cı ildə Belarusiyada anadan olmuşdur. 1917-ci ildə yaranan Bakı kommunasında hərbi-inqilab komitəsinin üzvü Meer Basin 1918-ci ildə ingilislər tərəfindən güllələnib.
Pehr Loefling
Pehr Löflinq (Pehr Löfling; 31 yanvar 1729 – 22 fevral 1756) — İsveç botaniki.
Pehr Löflinq
Pehr Löflinq (Pehr Löfling; 31 yanvar 1729 – 22 fevral 1756) — İsveç botaniki.
Peter Eyzin
Peter Eyzin (çuvaşca: Петĕр Эйзин, pasportda: Pyotr Yeqoroviç Dmitriyev, 1 sentyabr 1943, Enexmet[d]) — çuvaş şairi, tərcüməçisi, Rusiya Yazıçılar Birliyinin üzvü. == Həyatı == Peter Eyzen 1 sentyabr 1943-cü ildə Çuvaşıstan Respublikasının Alikovsk rayonu, Enexmet kəndində anadan olmuşdur. 1965-ci ildə İ.Y.Yakovlev adına Çuvaşiya Dövlət Pedaqoji İnstitutunun (indiki Çuvaşiya Dövlət Pedaqoji Universitetinin) tarix-filologiya fakültəsini bitirmişdir. 1967-1968-ci illərdə Krasnoarmeysk rayon qəzeti redaksiyasında ədəbi işçi, məsul redaktor vəzifələrində çalışmışdır. 1968-2005-ci illərdə Çuvaşiya Kitab Nəşriyyatında korrektor, redaktor,şöbə müdiri, baş redaktor vəzifələrində işləmişdir. 2005-2008-ci illərdə “Doğma Volqa” («Тӑван Атӑл») dərgisində poeziya bölməsinin müdiri vəzifəsində çalışmışdır. 1980-ci ildə SSRİ Yazıçılar Birliyinin üzvü seçilmişdir. Hazırda Rusiya Yazıçılar Birliyinin üzvüdür. == Fəaliyyəti == === Yaradıcılığı === Peter Eyzen bədii yaradıcılığa 1962-ci ildə başlamışdır. İndiyədək onun on kitabı nəşr olunmuşdur.
Peter Farmer
Peter Farmer (1941–2017) — Britaniyanın səhnə tərtibatçısı, teatr rəssamı və kitab illüstrisayıçısı. Peter Farmer 1941-ci ildə Luton şəhərində anadan olmuşdur.Farmer 2010-cu ildə Prix Benois de la Danse Ömürlük Nailiyyət mükafatını qazanmışdır.
Peter Franz
Peter Franz (25 aprel 1971) — Almaniyanı təmsil edən stolüstü tennisçi. == Karyerası == Peter Franz Almaniyanı 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 33-cü pillənin sahibi olub. Daha sonra Peter Franz Almaniyanı 2000-ci ildə Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 17-ci pillənin sahibi olub.
Peter Handke
Peter Handke (6 dekabr 1942[…]) — Avstriyalı Nobel mükafatı laureatı, dramaturq, tərcüməçi, şair, kino rejissoru və ssenaristdir. 2019-cu ildə Handke "linqvistik fərasəti ilə insan təcrübəsinin periferiyasını və spesifikliyini ortaya çıxardan təsirli əsərlərinə görə" Ədəbiyyat üzrə Nobel mükafatına layiq görüldü.1960-cı illərin sonlarında Publikumsbeschimpfung (Tamaşaçılara narahatlıq ) pyesi və Die Angst des Tormanns beim Elfmeter romanı (Qapıçının penaltı narahatçılığı) kimi əsərlərinə görə tanındı. Anasının 1971-ci ildəki intiharından təsirlənərək onu Wunschloses Unglück (Biganə kədər) adlı əsərində canlandırdı.
Peter Higgs
Peter Ware Higgs (doğum 29 may 1929) — İngilis nəzəri fizikaçı, Edinburq Universitetindən təqaüdçü olmuş professor. Hiqqs, ən çox özü və bir neçə nəzəri fiziki tərəfindən varlığı qarşıya qoyulan Hiqqs bosonu ilə tanınır. 14 mart 2013 tarixində Tanrı hissəciyi (Hiqqs bosonu) tapdıqdan sonra, 08 oktyabr 2013 tarixində Alfred Nobel adına verilən Nobel Fizika Mükafatını Fransua Enqler ilə birlikdə qazanmışdır.
Peter Karlsson
Peter Karlsson (29 may 1969) — İsveçi təmsil edən stolüstü tennisçi. == Karyerası == Peter Karlsson İsveçi 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 17-ci, cüt turnirdə isə 17-ci pillənin sahibi olub. Daha sonra Peter Karlsson İsveçi 2000-ci ildə Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 17-ci, cüt turnirdə isə 9-cu pillənin sahibi olub. Peter Karlsson İsveçi 2004-cü ildə Afina şəhərində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 33-cü pillənin sahibi olub.
Peter Kremer
Peter Kremer (18 fevral 1958) — alman aktyor.
Peter Kürten
Peter Kürten (26 may 1883 – 2 iyul 1931, Köln, Prussiya[d]) — alman seriyalı qatil. Onun cinayətləri arasında — 9 halda adam öldürmə, 32 halda adam öldürməyə cəhd, 3 halda basqın, bir işdə zorlamaya cəhd, o cümlədən 27 yanğın törətmə. 1931-ci ildə 9 qətldə təqsirli bilinərək ölüm cəzasına məhkum edilib. === Bioqrafiya === O, 1883-cü il mayın 26-da Mülheymdə böyük bir qəlibçi ailəsində anadan olmuşdur. Ata tez-tez içki içirdi, iş materiallarında o, həyat yoldaşını və uşaqlarını mütəmadi olaraq döyən "irsi alkoqolik" kimi qeyd olunur. 1889-cu ildə Peter məktəbə getdi. 1891-ci ildə evdən ilk qaçışını etdi, lakin üç həftə sonra polis tərəfindən tutuldu. 1895-ci ildə ailə Düsseldorfa köçdü, burada Peter orta məktəbi bitirdi. 1897-ci ildə atasının işlədiyi fabrikdə qəlibçi şagirdi olur. Elə həmin il Kürten Sr öz qızına təcavüz etməyə cəhd etdiyi üçün bir il yarım həbs cəzasına məhkum edildi.
Pekər
Pekər, Peker — ad, soyad.
Pər
Pər, fırlanan bir milin üzərində yerləşdirilmiş, müvafiq bir aerodinamika ya da hidrodinamik quruluş verilmiş qəddarələrdən formalaşmış; itələmə gücü təmin edən alətdir. Pərlər təyyarə və gəmilərdə istifadə edilir. == Təyyarə pəri == Pərli təyyarələrdə pər, mühərrikdən ötürülən fırlanmanı itələmə gücünə çevirən sistemdir. İki və ya daha artıq qəddarədən meydana gəlir. Pər qəddarələri itələmə qüvvəsinə görə təxmini olaraq irəliyə və çevrilməsinə görə də çevrilmə (rotasiya) istiqamətində hərəkət etdiyi üçün kənardakı bir müşahidəçiyə görə heliks olaraq da tanınan burğu hərəkətini də edir. Pərin yarıçapı səbəbiylə qəddarə ucunun fırlanma müddətində qət etdiyi məsafə göbəyə görə daha çox olacağından, qəddarə ucunun bucaq sürəti, abağa yaxın bölmələrdəki bucaq sürəti ilə eyni olmasına rəğmən vahid zamanda qət etdiyi məsafə (sürəti) daha çoxdur.