PEE

pee1

n I p hərfinin adı

n II d.d. sidik

pee2

v d.d. siymək, işəmək

PEDLAR
PEEK
OBASTAN VİKİ
Calophyllum peekelii
Calophyllum peekelii (lat. Calophyllum peekelii) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin kalofillumkimilər fəsiləsinin kalofillum cinsinə aid bitki növü.
George Peebles
George Peebles (17 Oktyabr 2016-cı ildə vəfat edib) — Yarımmüdafiəçi kimi çıxış etmiş Şotlandiya futbolçusu və baş məşqçisidir. O, karyerasının böyük bir hissəsini Damferlayn Atletik FK klbunda keçirmişdir. 1960-61 Şotlandiya Kubokunun komandası ilə birlikdə qalibi olmuşdur. Peebles 1986-cı il ilə 1988-ci il aralığında Stirlinq Albion FK klbunda baş məşqçi kimi fəaliyyət göstərmişdir.
Lil Peep
Qustav Ar (tam adı:Gustav Eliyah Ahr; 1 noyabr 1996, Allentaun, Lihay qraflığı[d], Pensilvaniya, ABŞ – 15 noyabr 2017, Tuson, Arizona, ABŞ) — daha çox Lil Peep kimi tanınan amerikalı repçi və müğənni. Post-emo diriliş janrında ifa edən ilk musiqiçilərdən biri idi, ifa etdiyi mahnıları emo-trep sayılır. == Həyatı == Qustav Ar Pensilvaniya'da doğulub, Long Island'in cənubi sahilində böyüyüb. Onun valideynləri Harvard'ın məzunları idi; Qustav yeniyetmə olanda onlar boşanıb. Atası kollecdə professor işləyirdi, anası isə ibtidai sinif müəlliməsi. Məktəbə sona qədər getməyib öz təhsilini onlayn-kurslarla bitirib. Az sonra Peep musiqi ilə maraqlanmağa başlayıb. 17 yaşında, öz musiqi karyerasını davam etdirmək üçün, Qustav Los-Anceles'ə köçür. Burda o GothBoiClique-ə qoşulur. == Karyerası == 2015-ci ildə Lil Peep öz ilk miksteypini buraxır «Lil Peep Part One», hansı ki ,bir həftə içində, SoundCloud-da 4000 dənə oynatma yığdı.Bundan az sonra o LP Feelz və bir dənə də miksteyp «Live Forever» buraxır.
Peekelia
Kayanus (lat. Cajanus) – paxlakimilər fəsiləsinə aid bitki cinsi. Atylosia Wight & Arn. Cantharospermum Wight & Arn. Endomallus Gagnep.
Peenemünde
Peenemünde (Almanca tələffüz: [peːnəˈmʏndə], ingiliscə: "Peene [River] Mouth") - Almaniyanın Meklenburq-Vorpommern şəhərinin, Vorpommern-Greifswald regionundakı Usedomun Baltik Adasında yerləşən bir bələdiyyədir. Həm də Usedom-Nord (bələdiyyə konfederasiyası) və Amtın bir hissəsidir. Cəmiyyət daxilində, dünyanın ilk funksional genişmiqyaslı maye yanacaqla hərəkət edən Fau-2 raketinin hazırlandığı Peenemünde Hərbi Tədqiqat Mərkəzi ilə tanınır.
Peeneştrom boğazı
Peeneştrom boğazı (alm. Peenestrom‎) - Uzedom adasını materikdən ayırır. Şeçin laqununu Baltik dənizi ilə birləşdirir. 8 km-lik məsafədə, laqundan Peene çayına qədər olan ərazi Peeneştorm boğazı deyil, Der Ştorm (alm. Der Strom‎) adlanır. Güclü küləklər zamanı Baltik dənizinin suyu laquna doğru irəliləyir. Boğaz üzərində iki köprü vardır: Uzedom köprüsü və Volqast köprüsü (eyni adlı rayonlar (şəhər) ərazisində yerləşir.
Peeter Syuda
Peeter Syuda (30 yanvar 1883 — 3 avqust 1920) — Estoniya bəstəkarı, orqan çalan, pedaqoq. Orqan musiqisi sahəsində gördüyü işlərlə məşhurdur. Peeter Syuda fermer ailəsində anadan olmuşdur. Valideynləri çox dinə bağlı insanlar idi və musiqiylə maraqlanırdılar. Beş yaşı olsrkən Peeter Syuda orqan aləti məşğul olmağa başladı. Musiqi dərslərini ona yerli kister verirdi. 1902-ci ildən 1911-ci ilə qədər Syuda Sankt-Peterburq konservatoriyasında orqan aləti üzrə oxumağa başlamışdır. Əvvəlcə Lui Qomiliusdan (1845 — 1908), Jak Xandjindən (1886 — 1955) təhsil almışdır. 1909-cu ildən başlayaraq o həmçinin Rusiya professorları olan Anatoli Lyadovun və Aleksandr Qlazunovun əsərlərini çalmağa başlamışdır.. Sankt-Peterburqda Syuda Estoniya bəstəkarı olan Mart Saar (1882 — 1963) ilə tanış olmuşdur.
Peeter Vyaxi
Peeter Vəhi (18 may 1955)—eston bəstəkarı. Peeter Vəhi Estoniya konservatoriyasını bitirmiş, müstəqil bəstəkar və prodüser kimi işləmişdir. Hazırda ERP-nin (Estonian Record Productions), habelə beynəlxalq musiqi festivallarının bədii rəhbəridir. O, Estoniya Bəstəkarlar İttifaqının İdarə Heyətinin üzvü, Mədəniyyət Fondu Şurasının və Estoniya Buddizm İnstitutu Şurasının üzvü, Akademik Şərq Cəmiyyətinin tamhüquqlu üzvüdür. Peeter Vəhi əsərlərində ekzotik musiqi alətlərindən və elektron vasitələrdən bacarıqla istifadə edir. Onun ən məşhur əsərləri bunlardır: "Mary Magdalene Gospel", "In the Mystical Land of Kaydara", “To His Highness Salvador D”, “Mystical Uniting”, “Pastoral of Computerized World”. Estoniyalı bəstəkar Şərq musiqisinə onda necə maraq oyanması barədə sualın cavabında bildirmişdir ki, hər şey onun Tibet, Himalay və Qafqaz dağlarına səfərlərindən başlanmışdır. P. Vəhi deyir: “Bu səfərlər zamanı mən Şərqin əsrarəngiz ab-havasını hiss etdim, unudulmaz Şərq musiqisi mənim yaradıcılığımda silinməz izlər qoydu”. Həqiqətən bu səfərlərdən sonra bəstəkar hind və tibet musiqisi ilə maraqlanmağa, tibet və yapon dillərində, habelə sanskrit dilində mətnlərə musiqi bəstələməyə başlamışdır. Peeter Vəhi 1992-ci ildən indiyə kimi, “Oriyent” Şərq mədəniyyəti festivalının bədii rəhbəridir.
Şaxar Peer
Şaxar Peer (1 may 1987, Qüds, İsrail) — İsrailli tennisçi. Peer, 2005-ci ildə İstanbul Kubokunda dörddəbir final oynayan oyunçulardan biridir. Bu mövsüm Praqa şəhərindəki ITF turnirində çempionatda ən gənc oyunçu xanımlar kateqoriyasında 32-ci yeri tutur. Peer karierində oynadığı 167 oyundan 120 qalibiyyət aldı.
Peer-to-peer
Peer-to-peer və ya P2P — iki və ya daha çox müştəri arasında verilənlərin ötürülməsi üçün istifadə edilən verilənlərin ötürülməsi protokolu.
Peeco
Peeco (ピーコ, Piko, 18 yanvar 1945, Hodoqaya[d] – 3 sentyabr 2024, Kanaqava prefekturası) və ya doğum adı ilə Katsuaki Suqiura (杉浦 克昭) – Yaponiya televiziya xadimi və tənqidçisi. Əkiz qardaşı ilə "Osugi və Peeco" televiziya duetinin üzvü olmuşdur. == Həyatı == 1945-ci ildə Katsuaki Suqiura adı ilə Yokohama şəhərində doğulmuşdur. Bunka Moda Kollecindən məzun olduqdan sonra modelyer və tənqidçi kimi işləmişdir. 1975-ci ildə film tənqidçisi olan əkiz qardaşı Osugi ilə birlikdə əyləncə sektorunda debüt etmişdir. Onlar "Ohayo! Nice Day" (Fuji TV), "Sanji ni Aimasho" (TBS) və "Waratte Iitomo!" (Fuji TV) verilişlərində çıxış etmişdirlər. Peeco gey olduğunu açıqlamış, qadınsayağı nitqinə və açıq sözlülüyünə görə populyarlıq qazanmışdır. Dəb biliklərindən istifadə edərək küçədən keçən insanların geyimini tənqid edən veriliş seqmentinin aparıcısı olmuşdur. 40 yaşlarında Peeco-ya bədxassəli melanoma diaqnozu qoyulmuşdur.