Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Penthouse
Penthouse — ABŞ-nin kişilər üçün, 1965-ci ildə təsis edilmiş tanınmış erotik jurnal. ABŞ-dən başqa jurnal dünyanın bir çox ölkələrində dərc edilir. "Playboy"-dan əsas fərqi - erotik və seksual konteksdə daha da "açıq-saçıq" olmasındadır. ABŞ jurnalı pornoqrafik adlandırmışdı. Əsası Bob Quççione tərəfindən təsis edilmişdi. Jurnal əvvəllər Penthouse Media Group adla tanınan FriendFinder Networks Inc. şirkətinə məxsusdur. Baxmayaraq ki, Quççione ABŞ vətəndaşıdır, jurnal 1965-ci ildə Böyük Britaniyanın nəşriyyat evlərində buraxılırdı və yalnız 1969-cu ildən ABŞ-də satışa buraxıldı. Jurnalın məşhurluğun pik dönəmində, Quççione ABŞ-nin ən varlı adamlarından sayılırdı. Bir dəfə o Forbes siyahısında ABŞ-nin 400 ən varlı insanlarının içərisinə daxil edilmişdi (1982-ci ildə onun gəlirləri 400 mln $ təşkil edirdi).