Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Perlo
Perlo (Averon)
Peryo
Peryö (fr. Peyrieu) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Şampan-an-Valrome kantonuna daxildir. Kommunanın dairəsi — Belle. INSEE kodu — 01097. == Coğrafiyası == Kommuna Paris şəhərinin 420 km cənub-şərqində, Lion şəhərindən 70 km şərqdə yerləşir və Burk-an-Bres şəhərindən 55 km cənub-şərqdə yerləşir. == Əhalisi == 2010-ci ildə əhalinin sayı 199 nəfər təşkil edirdi. == İqritisadiyyatı == 2010-cu ildə əmək qabiliyyətli 131 nəfər (15-64 yaş arasında) 93 nəfər iqtisadi cəhətdən, 38 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi 71.0%, 1999-cu ildə 68.8%). Fəaliyyət göstərən 93 sakindən 90 nəfəri (40 kişi və 50 qadın), 3 nəfər işsiz (3 kişi və 0 qadın) idi.
Pesto
Pesto- əzilmiş reyhan və sarımsaq ilə duz, şam fıstığı, pendir və zeytun yağı qarışığından əldə edilən bir sousdur.Mənşəi İtaliyanın Liquriya regionunun mərkəzi olan Genuya şəhəridir
Porto
Portu (port. Porto) — Lissabondan sonra Portuqaliyanın ikinci böyük şəhəridir. Şəhər Atlantik okeanı sahilində yerləşmişdir. Ayrıca şəhərin ortasından Douro çayı keçməkdədir. == Görməli yerlər == Burada qədimi qaladan yenidən tikilmiş Kafedra qurultayı, Kleriqoş mərmər qülləsi, fransiskant kilsəsi San-Fransişku, Maşadu-de-Kaştru Yepiskop sarayını gəzmək maraqlı olardı. Portudan şimalda məşhur Braqa şəhəri yerləşir. Braqadan 55 km.-də Portuqaliyanın ziyarətgahı olan Bon-Jezuş-du-Monte yerləşir. Klisənin yanında balaca sovmələrlə (kiçik kilsələr) gözəl park, fəvvarələr və süni göllər yaradılıb. Şəhər özünün arxitektur abidələri – kilsələri, sarayları, balaca şəhərcikləri və fəvvarəli meydanları ilə fəxr edə bilər. Portu şəhəri həm də şərablarıyla məşhurdur.
Pert
Pert (ing. Perth) — Qərbi Avstraliya ştatının paytaxtı. Memarlığında qədim Viktorian üslubunun qorunub saxlanıldığı mənzərəli şəhərdir. 1911-ci ildən əsasi qoyulmuş qədim ingilis üslubunda tikilmiş universitet fəaliyyət göstərir. == Tarixi == Şəhərin əsasını Kapitan Ceyms Stirlinq 12 iyun 1829-cu ildə qoyub.
Porto-Çervo
Porto Çervo (it. Porto Cervo) — Sardiniyanın Olbiya-Tempo əyalətinə və Arzaxena icmasına məxsus, adanın şimal şərqindəki, it. Costa Smeralda - "Zümrüd sahildə" yerləşmiş kiçik liman və turist şəhəri. Yerli sakinləri bir o qədər də çox olmayan bu qəsəbə tipli liman 1960-cı illərdə multimilyarder IV Kərim Ağa Xan tərəfindən sərmayə qoyularaq memar Luci Vyettinin layihəsi əsasında turist şəhətciyinə çevrilmişdir. Şəhərin ekskluziv yaxt klubu dünyanın bütün yerlərindən milyarderləri öz yaxtaları ilə bura cəlb edir.
Porto Çervo
Porto Çervo (it. Porto Cervo) — Sardiniyanın Olbiya-Tempo əyalətinə və Arzaxena icmasına məxsus, adanın şimal şərqindəki, it. Costa Smeralda - "Zümrüd sahildə" yerləşmiş kiçik liman və turist şəhəri. Yerli sakinləri bir o qədər də çox olmayan bu qəsəbə tipli liman 1960-cı illərdə multimilyarder IV Kərim Ağa Xan tərəfindən sərmayə qoyularaq memar Luci Vyettinin layihəsi əsasında turist şəhətciyinə çevrilmişdir. Şəhərin ekskluziv yaxt klubu dünyanın bütün yerlərindən milyarderləri öz yaxtaları ilə bura cəlb edir.
Jorj Perro
Jorj Perro (fr. Georges Perrot; 12 noyabr 1832[…], Vilnöv-Sen-Jorj – 30 iyun 1914, Paris) ― Fransa arxeoloqu. 1875-ci ildən Sarbonnada dərs demiş və 1888-1902-ci illərdə École Normale Supérieureun direktoru olmuşdur. 1874-cü ildə Academie des Inscriptions et Belles-Lettresə seçilmiş və 1904-cü ildən ölümünə qədər burada daimi katib vəzifəsində işləmişdir. Ən məşhur arxeoloji kəşfi 1861 və 1862-ci illərdə Kiçik Asiyaya təşkil edilmiş bir ekspedisiyada olarkən “İmperator Avqustun Siyasi vəsiyyəti” kimi tanınan sənədin yunan dilinə tərcüməsini tapmasıdır. Perrot Revue Archéologique jurnalının redaktorluğunu etmiş və bu jurnala öz töhfələrini vermişdir. Əsərlərinə Souvenirs d'un voyage en Asie mineur (1863) və Şarl Şipye (1882-1914) ilə birlikdə yazdığı on cildlik "Histoire de l'art dans l'antiquité" daxildir.
Perlo (Averon)
Perlo (fr. Peyreleau, oks. Peiralèu) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Perlo kantonuna daxildir. Kommunanın dairəsi — Miyo. INSEE kodu — 12180. Kommuna təxminən Parisdən 530 km cənubda, Tuluza şəhərindən 160 km şimal-şərqdə, Rodezdən isə 55 km qərbdə yerləşir. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 73 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə 49 yaşda (15-64 yaş arasında) 38 nəfər iqtisadi fəal, 11 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 77,6%, 1999-cu ildə 75.0%).
Perlo (kanton)
Perlo (fr. Peyreleau) — Fransada kanton , region — Cənub-Pireneylər, departament — Averon. Miyo dairəsinə daxildir. Kantonun INSEE kodu — 1223. Perlo kantonuna cəmi 7 kommuna daxildir, onlardan ən əsası Perlo kommunasıdır. == Kantonun kommunları == == Əhali == 2006-cı ildə əhalinin sayı 6 457 nəfər təşkil edirdi.
Perro kolonnadası
Perro kolonnadası (fr. Colonnade du Louvre) — Luvr sarayının ən şərqdə yerləşən fasadıdır. İnşası tamamlandığı dövrdən etibarən tikili fransız memarlıq klassisizminin mühüm şah əsəri kimi qiymətləndirilmişdir. Klassik barokko manerasında inşa edilmiş tikilidə Klod Perro tərəfindən əsərləri fransız dilinə tərcümə edilmiş Qədim Roma memarı Vitruvinin qaydalarına tam əməl edilmişdir. Memar Lui Levo və rəssam Şarl Lebren də Perronun ideyalarının reallaşdırılmasında iştirak etmişlər. == Tarixi == XIV Lüdovikin hakimiyyəti dövründə Luvr sarayının şərq fasadının işlənməsi üçün müsabiqə elan edilir. Müsabiqədə bir çox tanınmış memarlar, o cümlədən, sırf bu layihə üçün İtaliyadan Parisə gəlmiş Covanni Lorenso Bernini iştirak edir. Buna baxmayaraq fransız memar Klod Perro qalib gəlir və inşaata başlayır. 1665-1680-ci illərdə həyata keçirilən inşaat işləri Perronun peşəkar memar kimi nüfuzunun artmasına səbəb olur. Luvr meydanına baxan dəqiq layihələndirilmiş kollonadanın inşası üçün ətrafda yerləşən çoxlu tarixi binalar, o cümlədən, Burbonlar ailəsinə məxsus məşhur Hotel-dü-Petit-Burbon sökülür.
Petro-Canada
Petro-Canada — Şimali Amerikanın ən böyük neft şirkətlərindəndir. Baş qərargahı Kanadanın Kalqari şəhərində (Alberta əyaləti) yerləşir. Petro-Canada 1975-ci ildə Crown Corporation tərəfindən qurulmuşdur. Şirkət həmçinin avtomobil və sənaye yağları istehsalı ilə şöhrət qazanmışdır. Şirkətin Azərbaycanda rəsmi nümayəndəliyi də fəaliyyət göstərir.
Petro Kulikov
Petro Kulikov (ukr. Куліков Петро Мусійович; d. 4 mart 1952, Talı, Ukrayna SSR, SSRİ) — iqtisad elmləri namizədi, professor, Ukraynanın əməkdar təhsil işçisi. Kiyev Milli İnşaat və Memarlıq Universitetinin rektoru (26 sentyabr 2012-ci ildən); Ukraynanın Təhsil və elm, gənclər və idman nazirinin birinci müavini (30 may 2011-ci ildən). == Həyatı == 4 mart 1952-ci ildə o vaxt Ukrayna SSR-yə aid olan Talı kəndində anadan olmuşdur. == Təhsili == 1969-1971-ci illərdə Severodonetskdəki 53 nömrəli texniki-peşə məktəbində oxumuşdur. 1974-cü ildə Kiyev Mühəndis-inşaat İnstitutuna qəbul olmuş və 1979-cu ildə bu ali məktəbi bitirmişdir. == Əmək fəaliyyəti == 1971-1972-ci illərdə Severodonetsk Kimya Kombinatında çalışmış, 1972-1974-cü illərdə isə Sovet Ordusunda hərbi xidmətdə olmuşdur.1997-ci ildən Ukraynanın Təhsil və Elm Nazirliyində işləməyə başlamışdır. 14 yanvar 2009-cu ildən 30 may 2011-ci ilə qədər Ukraynanın Təhsil və elm, gənclər və idman nazirinin müavini vəzifəsində işləmişdir. 30 may 2011-ci ildən isə həmin nazirlikdə birinci müavin vəzifəsində çalışır.
Petro Paxnyuk
Petro Paxnyuk (26 noyabr 1991, Kiyev) — Ukraynanı təmsil edən idman gimnastı. 2014–2017-ci illərdə Petro Paxnyuk Azərbaycan yığmasında çıxış edib. Petro Paxnyuk 2013-cü ildə Ukrayna bayrağı altında Universiada Oyunlarında, 2015-ci ildə isə Azərbaycan bayrağı altında I Avropa Oyunlarına qatılıb və bürünc medal qazanıb. == Həyatı == Petro Paxnyuk 1991-ci il 26 noyabrda Ukraynanın Kiyev şəhərində anadan olub. 2001-ci ildən idmanla məşğul olan Petro Paxnyuk Ukrayna Milli Daxili İşlər Akademiyasının məzunu olub. == Karyerası == Petro Paxnyuk birinci uğurunu 2013-cü ildə qazandı. O, Kazan şəhərində baş tutan Universiada Oyunlarının gümüş medalına sahib oldu. Elə bu uğuruna görə də Petro Paxnyuk Ukrayna Prezidenti Viktor Yanukoviçin sərəncamı ilə "Danil Qalitski" ordeni ilə təltif edildi. 2014-cü ildə isə o, Azərbaycan vətəndaşlığını qəbul etdi və bu dövləti yığmasında çıxış etməyə başladı. Petro Paxnyuk 2014-cü ildə "Bosfor Kuboku" və "Batum Kuboku" turnirlərinə, hərəyə üç medal qazandı.
Petro Poroşenko
Petro Oleksiyovıç Poroşenko (ukr. Петро Олексійович Порошенко; 26 sentyabr 1965[…], Bolqrad[d], Odessa vilayəti) — Ukrayna Respublikasının 5-ci Prezidenti (2014–2019). Eyni zamanda biznesmen, milyarderi və siyasətçi.. Forbes jurnalının (2013, fevral) rəyinə görə öz varidatına görə Ukrayna varlıları arasında 5-ci yer tutur (varidatı — $1,8 milyard). Ukrayna xalq deputatı, "Ukrprominvest" konserninin təsisçisi və fəxri prezidenti. 1998–2005-ci və 2006–2007-ci illərdə Ukrayna Ali Radasının xalq deputatı, Ukrayna Respublikası Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi (fevral-sentyabr 2005-ci il), Ukrayna Respublikasının Milli Bank Şurası rəhbəri (2007–2012-ci illər), Ukrayna Respublikasının xarici işlər naziri (2009–2010-cu illər), Ukrayna Respublikasının iqtisadi inkişaf və ticarət naziri (mart-noyabr 2012-ci il). Poroşenko məşhur "Roshen" qənnadı və "Bogdan" avtomobil korporasiyalarının da sahibidir. == Həyatı == 26 sentyabr 1965-ci ildə Bolqradda anadan olub. Ruminiya kralliği, Bessarabiya (indiki Odissey əyalətinin İsmayıl rayonu) əsilli atası Aleksey İvanoviç Poroşenko(d.t. 1936) 1959-cu ildən Bolqradda işləməyə başlayıb.
Peyto (okeanida)
Peyto (yun. ) — yunan mifologiyasında mifik personaj, okeanida, titanlar Okean və Tefidanın qızı.
Porto-Novo
Porto-Novo — Benin dövlətinin paytaxtı.
Porto Alegre
Portu-Aleqri — Braziliyada yerləşən şəhər. Riu-Qrandi-du-Sul ştatına daxildir.
Porto FK
Portu FK — Portuqaliyada futbol klubu. 1893-cü ildə yaranmışdır.
Puerto-Karreno
Puerto-Karreno (isp. Puerto Carreño) — Kolumbiyada yerləşən şəhər və bələdiyyə. Viçada departamentinin inzibati mərkəzi. == Coğrafi mövqeyi == Şəhər departamentin şimal-şərq hissəsində, Orinoko çayının sol sahilində, paytaxt Boqota şəhərindən təxminən 740 kilometr uzaqlıqda, Meta çayının birləşməsi yaxınlığında yerləşir. Mütləq hündürlük dəniz səviyyəsindən 39 metrdir. Şəhərin sahəsi 12 410 km²-dir. == Əhalisi == Kolumbiya Milli Statistika İdarəsinin məlumatlarına görə 2012-ci ildə şəhər və bələdiyyənin ümumi əhali 15.012 idi.İl ərzində şəhər əhalisinin statistikası: 2005-ci il əhalinin siyahıya alınmasına əsasən, kişi əhalinin 50,5% -ni, qadınlar isə müvafiq olaraq 49,5% -ni təşkil edirdi. İrqi ağ və mestizo şəhər əhalisinin 70,7% -ni; hindlilər - 23,8%; zəncilər - 5.5% təşkil edirdi. 15 yaşdan yuxarı əhali arasında oxuma yazma səviyyəsi 85,8% təşkil etmişdir.
Puerto-Mont
Puerto-Mont — Çilidə şəhər. Əhalisi 175938 nəfərdir (2002). Ərazi — 1673 km², əhali sıxlığı — 105,2 nəfər/km²-dir.
Puerto-Riko
Puerto-Riko — Karib dənizində Amerika Birləşmiş Ştatlarının tərkibinə daxil olan ərazi. "Puerto-Riko" sözü ispan dilindən tərcümədə varlı liman mənasını verir. Ada, Dominikan Respublikasının şərqində yerləşir. Puerto-Riko Böyük Antillər ada qrupunun ən kiçik adasıdır. Mona, Viequs, Kulebra kimi kiçik adalarda Puerto Rikoya daxildir. Mona adasında insanlar daimi şəkildə yaşamırlar. Əsasən dağçılıq turizmi məqsədi ilə turistlərin adaya daxil olmasına icazə verilir. == Tarixi == Puerto Rikonun qədim tarixi haqqında məlumatlar azdır. Eramızdan əvvəl adada yaşayışın olmasını sübut edən bəzi dəlilər tapılmışdır. Avropalıların adaya gəlməsi XVI ərsdən başlamışdır.
Puerto-Varas
Puerto Varas — Çilidə şəhər. Əhalisi 32912 nəfərdir (2002). Ərazisi — 4065 km², əhali sıxlığı — 9,2 nəfər/km²-dir.
Puerto Montt
Puerto-Mont — Çilidə şəhər. Əhalisi 175938 nəfərdir (2002). Ərazi — 1673 km², əhali sıxlığı — 105,2 nəfər/km²-dir.
Puerto Toro
Puerto-Тоrо — kiçik Çili kəndi olaraq Odlu Torpaq arxipelaqına daxil olan Navarino adasındadır. Kənd Biql boğazı sahilində yerləşir. Kəndə 36 nəfər yaşayır. Balıqçılar və onların ailə üzvlərindən ibarətdir. Qütb stansiyalarını çıxmaq şərti ilə Puerto Toro Cənub qütbünə ən yaxın və Cənub yarımkürrəsinin ən cənubda yerləşən yaşayış məntəqəsidir. Bəzən isə bu göstəriçidə Puerto-Vilyam qəsəbəsi və ya Uşuya şəhəri gösdərilir. XIX əsrdə kənd qızıl hərisliyi zamanı kiçik şəhərə çevrilir. Puerto Toro təkcə balıq ovu seçilmir. Burada həmcinin cənub dəniz krabı ovlanılır. Kənd bütünllüklə Magellan meşələri içərisində yerləşir.
Berzo San Fermo
Berzo San Fermo (it. Berzo San Fermo) İtaliyada kommuna. Lombardiya bölgəsinin Berqamo vilayətində yerləşir. Əhalisi 1227 nəfərdir (2008), əhalinin sıxlığı 212 nəfər / km²-dir. Sahəsi 6 km² ərazini əhatə edir. Poçt kodu — 24060. Telefon kodu — 035. Kommunanın himayədarı müqəddəs San Fermo e San Rustico di Veronadır.