Sofiya Perovskaya
Sofiya Lvovna Perovskaya (rus. Со́фья Льво́вна Перо́вская; 13 (25) sentyabr 1853, Sankt-Peterburq – 15 (27) aprel 1881, Sankt-Peterburq) — “Narodnaya volya” inqilabi təşkilatının İcraiyyə Komitəsinin üzvü, Rusiya imperatoru II Aleksandrın öldürülməsinə birbaşa nəzarət edən şəxs.
Sofiya Perovskaya inqilabçı olmasına baxmayaraq zadəgan ailəsinə məxsus olub. Onun atası Lev Nikolayeviç Perovski - Qraf Aleksey Kirilloviç Razumovskinin nəslindəndir. Lev Nikolayeviç Perovski Sankt-Peterburq qubernatoru, sonra Daxili İşlər Nazirliyinin şurasının üzvü olub. Anası Varvara Stepanovna yoxsullaşmış, lakin köhnə rus zadəgan ailəsinin üzvü idi.
Sofiya Lvovna Perovskaya 1 sentyabr 1853-cü ildə Sankt-Peterburqda anadan olub. 1856-cı ildən ailə başçısının vitse-qubernator təyin edildiyi Pskovda o dövrün ən yaxşı taxta evlərindən biri olan tacir Kurbatovun mülkündə (indiki Sovetskaya küç., 42) yaşayıb.
Sofiya Perovskayanın uşaqlıq illəri (1858-1859, 1867-1869) Kilburun malikanəsində, yetkinlik illəri (1876-1878) Simferopolda, quberniya zemstvo xəstəxanasının ərazisində keçib.
1869-cu ildə Sofiya Lvovna Alarçin qadın kurslarına daxil olur.