Vasili Perov
Vasili Perov (21 dekabr 1833 (2 yanvar 1834), Tobolsk, Qərbi Sibir general-qubernatorluğu[d] – 29 may (10 iyun) 1882, Kuzminki rayonu[d], Moskva quberniyası[d]) — rus rəssamı.
== Həyatı ==
Vasili Perov 1832-ci ilin 2 yanvar tarixində Rusiyanın Tobolsk vilayətində anadan olmuşdur.1882-ci ildə vəfat etmişdir.Perov çox erkən yaşlarında incəsənətə böyük həvəs göstərmişdir. İncəsənətdə ilk ibtidai təhsilini anasından almışdır.
O, rəssamlıq üzrə təhsilini Moskova heykəltəraşlıq məktəbində və sonralar Stupinin bədii məktəbində davam etdirmişdir. Gənc rəssam olan Perov öz yaradıcılığında incəsənətə böyük sevgi bəsləmiş və öz müəllimlərinin, Şişkinin və Venetsianovun yaradıcılıq ənənələrini davam etdirmişdir. O, incəsənət ilə yanaşı Ədəbiyyatı da sevmiş və onun ən çox sevdiyi yazıçılar sırasında Nekrasovun, Turgenevin və Tolstoyun adını çəkmək olar.
Perov yaradıcılığında əsasən demokratik realizm ənənələrin davamçısı olmuşdur.O, yaradıcılğına çox erkən başlayır,əsərlərin bəzilərində öz kompazisiyasına görə çox tənqidi və satirik məzmunludur.Perov tənqidi əsrlər və gözəl mənzərə ustası olmaqla yanaşı rus incəsənət tarixində gözəl portretlər müəllifi kimi də daxil olmuşdur.Perovun portret yaradıcılığında əsasən müasirlərini təsvir etmişdir.Təsvir etdiyi müasirlərin portretlərində süjet xətinin dərin ifadəsini tapırıq.Əsasən kəndililərin portretlərini çəkmişdir.Təsvir etdiyi portretlərda kəndli həyatda ağır işi olan insanlardır amma buna baxmayaraq, onlar öz insani ləyaqətlərini saxlamışdır. Hətta kəndlinin pisxoloji durumunu biz Perovun çəkdiyi "Sərgərdanın"(1870, DTQ) portretində görə bilərik.
Perovun XIX əsrin 70-ci illərində çəkdiyi görkəmli mədəniyyət xadimlərinin portretlərini Kromskoyun və Repinin ən yaxşı işləri ilə müqayisə oluna bilinər. Perovun portretləri son dərəcə sadə və realistikdir; onlar özlüyundə təbiiliyi və rəng qammasının ciddiliyi ilə seçilirlər.