Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
El Fenninq
El Fenninq (ing. Elle Fanning; 9 aprel 1998) — amerikalı aktrisa və model.
Henniq Brand
Henniq Brand (alm. Hennig Brand‎ — Alman əlkimyaçısı. Məhz onun 1669-cu ildə ilk dəfə fosforu kəşf etdiyi güman olunur. Otuzillik müharibə vaxtı sıravi əsgər kimi xidmət göstərən Brand sonradan bu sənətin onun üçün təhlükəli olduğunu hesab etmiş və həkim olmaq qərarına gəlmişdi. Bir sıra əlkimyaçılar ətrafında dolanaraq bu sahənin sirrlərinə dərindən bələd olsa da, varlı himayədarı olmadığından bu işi də atıb ticarətlə məşğul olmağa başlayır. Qısa zaman ərzində kifayət qədər uğurlu tacirə çevrilən Brand qazandığı vəsait hesabına elmi təcrübələr üçün lazımı avadanlıqlar alaraq yenidən əlkimya sahəsinə qayıdır. Bu sahədə onun qarşına qoyduğu əsas hədəf, dövrün bir çox əlkimyaçılarının da arzusu olan fəlsəfə daşı (metaldan qızıl düzəltmək üçün lazımı olan reaktiv) hazırlamaqdı. Məhz bu sahədə təcrübələr apararkən Brand təsadüfən fosfor elementini kəşf edir. Brand metalı qızıla çevirmək üçün lazım olan ilkin maddənin insan sidiyində olduğuna inanırdı. Belə ki, təcrübələrindən birində kazarmadan bir neçə çəllək insan sidiyi əldə edən Brand onu iki dəfə distillə etmiş və nəticədə yaranan siropa bənzər mayeyə ölü baş adını vermişdi.
Penni Mordont
Penelope Meri Mordont (ing. Penelope Mary Mordaunt; 4 mart 1973, Torki, Devon qraflığı) — Böyük Britaniyanın siyasi və dövlət xadimi. 15 sentyabr 2021-ci ildən Böyük Britaniyanın ticarət siyasəti üzrə dövlət naziri. Əvvəlllər Böyük Britaniyanın ilk qadın müdafiə naziri olub (1 may — 24 iyul 2019-cu il). Penni Mordont 4 mart 1973-cü ildə Devon krallığının Torki şəhərində anadan olub.[daha etibarlı mənbəyə ehtiyac var]. O bildirir ki, o atası desantçı olduğuna görə ona Arethusa HMS sinifli Penelope adlı kreyserin adı verilib . Atası Con Mordont, Hilsi kazarmalarında anadan olub, desant polkunda qulluq edib, sonra müəllim ixtisasına keçib, sonda isə Hempşir şurasında gənclər üzrə işçi kimi çalışıb. Anası Cennifer ( qızlıq soyadı Snouden), Purbrukun bir neçə məktəbində xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün müəllim kimi çalışıb. Ana xətti ilə o ilk leyborist xəzinədarlıq kansleri Filip Snoudenin qohunudur, aktrisa Anjela Lensberi onun nənəsinin əmisi qızıdır, beləlikə o leyboristlərin keçmiş lideri Cor Lensberinin uşaq qohumudur. Prnninin iki qardaşı var : ekiz qardaşı Ceyms və kiçik qardaşı Edvard.
Qara penni
"Qara penni" (ing. Penny Black) — tarixdə birinci poçt markası. Qara penni 1840-cı ildə çap olunub. İngiltərədə çap olunan bu marka qara rəngdə və bir penni dəyərində olduğuna görə onu "Qara penni" adlandırıblar. Yapışqanlı marka ideyasını ilk dəfə kitab satıcısı Ceyms Çalmers (ing. James Chalmers, 1782−1853) təklif etsə də, bu markanın ixtirasını general-postmaster Roulan Hillin (ing. Rowland Hill; 1795–1879) adı ilə bağlayırlar. İlk poçt markasının dizaynı üçün elan olunan müsabiqədə 2700-ə yaxın təklif irəli sürülsə də, Çarlz və Frederik Hit (ing. Charles and Fredrick Heath) və Henri Koulun (ing. Henry Cole) layihəsi qalib gəlir.
Fənni-Sərfi-Türki
Fənni-Sərfi-Türki və ya Fənni-Sərfü nəhvi-Türki (Türk dilinin qrammatikası ya da Türk fənninin sərfi) — Mirzə Məhəmməd Əfşarın o zamanlar Türk dili adlandırılan Azərbaycan dilinin qrammatikası üzrə bir dərslikdir. Bu əsər təxminən 19-cu əsrin ikinci yarısında Azərbaycan dili qrammatikasına aid azərbaycanca yazılmış ilk əsərlərdən biri kimi öz zamanı üçün ən mükəmməl bir qrammatika dərsliyi olmuşdu. Əsər dilçi-mütəxəssislər, Azərbaycan dilinin tədrisi tarixi ilə məşğul olan tədqiqatçılar və geniş oxucu kütləsi üçün faydalı mənbədir. == Quruluş == Girişdə M. Əfşarın Fənni-sərfü nəhvi-türki əsərinə qədər olan dövrdə və daha geniş şəkildə XIX əsrdə Türk (Azərbaycan) dilçiliyinin tarixinə ümumi bir nəzər yetirilir, Türk (Azərbaycan) dilçilik elminin formalaşmasına təsir edən müxtəlif amillər araşdırılır, ayrı-ayrı dilçilik kateqoriyala-rının inkişafı ilə bağlı qısa xülasələr şəklində icmal verilir. İkinci bölümdə həmçinin ayrı-ayrı morfoloji və sintaktik kateqoriyalar araşdırılmış, bu kateqoriya-ların izahında ənənəvi ərəb dilçiliyi və Avropa dilçiliyindən irəli gələn prinsiplərin nisbəti məsələsi aydınlaşdırılmış, müasir dilçiliyimizdə bu problemlərlə bağlı fərqli elmi görüşlərin şərhinə yer verilmişdi.
Əl Nəşat Əl Fənni (dərgi)
Əl Nəşat Əl Fənni — ərəb dilində nəşr olunan dərgi. Kərkük Maarif Müdirliyinə tabe olan bu nəşrin heyətində rəssam müəllim Mahmud Ubeydi (Bəşirli) və dostları var idi. İncəsənət yeniliklərinə maraq göstərən bu ərəbdilli məktəb nəşri dərgi formatında dərc edilirdi. İlk sayı 1963-cü ildə, son sayı 1963-64-cü illərdə Kərkükdə “Şimal” mətbəəsində çap edilib.