Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Ubuntu Phone
Ubuntu Touch – (Ubuntu Phone olaraq da tanınır) Canonical Ltd.. və Ubuntu cəmiyyəti tərəfindən inkişaf etdirilən mobil əməliyyat sistemidir. Əməliyyat sistemi Ubuntunun mobil versiyasıdır. Əməliyyat sistemi sensor ekranlı telefon və planşetlər üçün nəzərdə tutulub.
Windows Phone
Windows Phone (WP) — smartfonlar üçün Microsoft tərəfindən Windows Mobile və Zune-un əvəzinə yaradılmış mobil əməliyyat sistemləri ailəsi idi və artıq fəaliyyəti dayandırılıb. Windows Phone Metro dizayn dilindən ilhamlanaraq yeni bir istifadəçi interfeysi təqdim edirdi. Windows Mobile-dan fərqli olaraq, WP ilk növbədə istehsal bazarına deyil, istehlak bazarına yönəlmişdi.Windows Phone 7 ilk dəfə 2010-cu ilin oktyabr ayında təqdim edildi. 2012-ci ildə WP 8 çıxdı və WP 7-nin Windows CE əsaslı kerneli dəyişdirilərək (xüsusilə Windows 8-dən olan komponentlərlə) PC-lərdə istifadə olunan Windows NT kerneli ilə əvəzlədi. Bu dəyişiklik səbəbindən əməliyyat sistemi əvvəlki WP 7 cihazlarına uyğun gəlmirdi, lakin tətbiqlərini hələ də dəstəkləyirdi. 2014-cü ildə Microsoft WP 8.1 yeniləməsini çıxardı. Həmçinin Cortana adlı ağıllı assistenti və Windows Runtime platformasını təqdim etdi. Bu platforma Windows PC-lər və WP-lər arasında platformlararası tətbiqləri yaratmağa imkan verdi.2015-ci ildə Microsoft Windows 10 Mobile-ı təqdim etdi. Bu PC ilə inteqrasiya və birləşmə imkanı təqdim edən bir platforma idi. Cihazları xarici ekran və ya docking stansiyası kimi tanıtmaq mümkün idi.
IPhone
iPhone — Apple şirkətinin istehsal etdiyi telefondur. Cihaz internetə daxil ola bilir, musiqi və videoları səsləndirə bilir, təqvim və kameraya sahibdir və mətn mesajları göndərə bilir. Multitouch funksiyası ilə onu bir və ya iki barmağı ekrana toxundurmaqla istifadə etmək mümkündür. iPhone 3GS və sonrakı modellər iOS 5.1.1 sistemi ilə satışa çıxarılıb və daha sonra iOS 6 yenilənməsi aktivləşdirilib, yalnız iPhone 4 və sonrakı modellər iOS 7 ilə çalışmaqdadır. == Tarixçə == Yanvar 2007 Macworld şousunda şüşə altında nümayiş olunan ilk iPhone Orijinal birinci nəsil iPhone-un arxası qara plastik vurğulu alüminiumdan hazırlandı. İPhone 3G və 3GS, GSM siqnalının gücünü artırmaq üçün tam plastik bir arxaya malikdir. IPhone 3G, 8 GB qara modeldə və ya 16 GB model üçün qara və ya ağ bir seçimdə mövcud idi. IPhone 3GS, saxlama qabiliyyətindən asılı olmayaraq hər iki rəngdə mövcud idi. iPhone 4-də antena kimi xidmət edən paslanmayan poladdan kənar bir alüminosilikat şüşə var. Əvvəlcə qara rəngdə idi; ağ versiyası açıqlandı, lakin 10 ay sonra 2011-ci ilin aprelinə qədər yayımlanmadı.
IPhone 4S
iPhone 4S — Apple şirkətinin istehsalı olan smartfon. Daxili yaddaşı 16GB, 32GB və 64 GB-dır. Screen Texnologiyasına malikdir. Ekranla idarə bu telefonda tam sərbəst formada təchiz olunmuşdur. Ekranda görüntu Retina texnologiyası sayəsində təmiz və safdır. Apple-ın virtual assistenti "Siri" ilk dəfə iPhone 4S ilə təqdim edilib.
İPhone 3G
iPhone 3G — Apple tərəfindən hazırlanan və istehsal olunan multimedia və internet xüsusiyyətlərini dəstəkləyən 2-ci nəsil iPhone'dur. Model 9 İyun 2008-ci ildə tanıdılmışdır. iPhone'nun xələfi, iPhone 3GS'nin sələfidir. Qabaqcılı iPhone 2G-dən fərqli olaraq təchizatı yenilənir, kassa materialı yenilənmişdir. Qara və ağ rənglərində istehsal olunmuştur.
İPhone 3GS
iPhone 3GS, Applenin iPhone 3G'dən sonra bazara çıxardığı ağıllı telefondur. 8 iyun 2009'cu ildə San-Fransiskodakı Mosconi Centerdə təşkil edilən WWDC də rəsmi şəkildə elan edilmiş və 19 iyunda altı ölkədə satışına start verilmişdir. iPhone 3G'nin xələfi iPhone 4'ün isə sələfidir. == Xüsusiyyətləri == 3G-dən fərqli olaraq daha güclü prosessor daha yüksək keyfiyyətli kamera (3.2 megapixel) və 7.2 Mbit/s download sürətinə malikdir. iPhone 3GS 3.5 düymlük 480x320 piksellik ekrana malikdir. iPhone 3G-nin iki qatı olan 256 MB-lıq eDRAM'e malikdir. 8, 16, 32 GB'lıq modellər halında çıxmışdır. Daha sonra iPhone 4 çıxınca Apple 16 və 32 GB-lıq modelləri satışdan qaldırmışdır. iOS 6.1.6'ya qədər bütün versiyaları dəstəkləyir. Və son olaraq iOS 7'nin iPhone 3GS'ə gəlməyəcəyi Apple tərəfindən açıqlanmışdır.
İPhone 4
iPhone 4 — Apple şirkəti tərəfindən istehsal olunmuş mobil telefon. == Xarakteristikası == iPhone4 800 meqahers (MHz) tezlikli A4 prosessorundan istifadə edir və 5 meqapiksellik kamera ilə təchiz olunub.
İPhone 5
iPhone 5 — Apple şirkətinin mobil cihaz üzrə tətbiq etdiyi iPhone-un mobil telefonunun 5-ci nəslidir. iPhone-un bu nəsli 2012-ci il sentyabrında elan edilmişdir. == Xarakteristikası == İPhone 2 nüvəli A5 prosessoru əsasındadır. Qurğu 8 meqapiksellik kamera ilə təchiz edilib və iOS 5 əməliyyat sistemi ilə işləyir.
İPhone 5C
iPhone 5S — Apple şirkətinin istehsal etdiyi 7-ci nəsil smartfon. iPhone 5C smartfonu yaşıl, sarı, göy, çəhrayı və ağ rəngli korpuslarda hazırlanır. Apple şirkətinin əvvəlki smartfonları yalnız qara və ya ağ rəngdə olub. Aparatın korpusu plastikdən işlənib hazırlanıb. iPhone 5C smartfonu Apple A6 prosessoru, 4 düymlük ekran və 8 meqapiksellik kamera ilə təchiz edilib və LTE şəbəkələrini dəstəkləyir.iPhone 5C smartfonundakı bütün detalların ümumi dəyəri 183 dollar, yığım xərci isə 7 dollardır. Smartfonda ən bahalı detal displeydir. iPhone 5C-nin displeyi Apple korporasiyasına 41 dollara başa gəlir.
İPhone 5S
iPhone 5S - Apple şirkətinin istehsal etdiyi 7-ci nəsil smartfon. iPhone 5S smartfonunun korpusu şüşə və alüminiumdan hazırlanıb. Sözügedən ağıllı telefon qara, gümüş və qızıl rəngli korpuslarda tədarük edilib. Smartfonun əsas özəlliklərindən biri dünyada ilk dəfə olaraq Touch ID adlanan barmaq izi skanerini dəstəkləyən telefon olması və eləcədə dünyanın ilk 64 bit memarili Apple A7 prosessoru ilə təchiz olunmasıdır. Aparatda fotosessiya və 1080p (30 fps) formatında videoçəkiliş funksiyaları mövcuddur. iPhone 5S batareyasının tutumu 3G şəbəkələrində 10 saatlıq danışıq, 40 saatlıq musiqi səslənməsi, LTE şəbəkələrində 10 saatlıq internet sörfinq üçün kifayətdir. ABŞ-də abunə müqaviləsi ilə satılan 16 giqabaytlıq yaddaşa malik iPhone 5S-in qiyməti 199 dollar, 32 giqabaytlıq 299 dollar, 64 giqabaytlıq isə 399 dollardır. Smartfonda ən bahalı detal displeydir. iPhone 5S-in displeyi Apple korporasiyasına 41 dollara başa gəlir.
İPhone 6
iPhone 6, Apple-ın 2014-cü ildə iPhone 6 Plus ilə birlikdə tanıtdığı, bir ağıllı telefondur. 9 Sentyabr 2014-cü il tarixində Apple CEO su Tim Cook tərəfindən nümayiş etdirilmişdir. iPhone 5S-in yenilənmiş versiyasıdır. A8 adlı 64-bit-lik bir prosessor və M8 adlı bir "hərəkət köməkçi prosessor" a malikdir. == Dizayn == iPhone 6, iPhone 5S dən fərqli olaraq daha oval künclərlə, telefonun arxasına qədər uzanan çizgilərinə, 4.7 inç ekranı ilə öncəki versialarından 38% daha böyük ekrana, 6,9 mm qalınlığı il 9% daha incəldilmiş bir dizayna malikdir. == Təhcizat == iPhone 6, iPhone 5S dən fərqli olaraq daha güncəl olan Apple A8 prosessora və Apple M8 hərəkət prosessoruna, 6-nüvəli qrafik prosessora, 1 GB RAM-a, 300 Mbit/s LTE əlaqəsi ilə 3 qat daha yüksək məlumat ötürülməsi sürətinə , NFC dəstəyinə , ApplePay ilə plastik kart ödəmələrini telefonla yerinə yetirəbilmə xüsusiyyətlərinə, yenilənmiş bir kamera senzoruna və iOS 8 əməliyyat sisteminə sahibdir. Yenə əvvəlki versiyalardan fərqli olaraq 32 GB-lıq model yerinə 128 GB-lıq model istehsal edilmişdir.iPhone 6 və iPhone 6+ ağıllı telefonları iPhone 5S-ə görə 50% daha çox batareya ömrü təklif edir.
İPhone 6S
iPhone 6S və iPhone 6s Plus — Apple şirkətinin istehsal etdiyi 9-cu nəsil ağıllı telefonudur. Apple şirkəti həmçinin öz məhsulu olan iPhone 6S və iPhone 6S Plus adlı yeni ağıllı telefonunu 9 sentyabr tarixində ABŞın San Francisco əyalətində yerləşən Bill Graham Civic Auditoriumda Amerika saatı ilə 10:00-da "Hey Siri, give us a hint." (Hey Siri, Bizə bir ip ucu ver) şüarı ilə tanıtdı. == DizaynDünya texnologiya nəhəngi olan şirkət hər dəfə olduğu kimi budəfədə öz ənənəsinə sadiq qalaraq iPhoneların "S" serialında çöl dizaynda heçbir dəyişiklik etmədən ağıllı telefonun iç qurğularını dahada təkmilləşdirərək mükəmməlləşdirdi. == == TəchizatYeni nəsil iPhone dünyada ilk dəfə olaraq "3D Touch" texnalogiyası ilə mobil telefonlarda ekrana toxunma anlayışına yeni bir anlayış gətirdi. == Bu texnalogiya ilə ekran yüngül toxunmalardan güclü sıxmalara qədər bütün barmaq hərəkətlərini anlaya biləcək. Yeni A9 prosessor sayəsində çox daha sürətlənən yeni nəsil iPhone 12MP kamera ilə də daha keyfiyyətli olan 4K video çəkmə qabliyyətinə və Live Photos dəstəyinə də malikdir.
İPhone 15
iPhone 15 və iPhone 15 Plus, Apple Inc tərəfindən hazırlanmış və bazara çıxarılan smartfonlardır. Onlar iPhone 14-dən sonra iPhone-un on yeddinci nəslidir. Onların buraxılışı Pro və Pro Max variantları ilə birlikdə 12 sentyabr 2023-cü ildə elan edilib. == Dizayn == iPhone 15 və iPhone 15 Plus 5 yeni rəngdə mövcud olacaq: göy, çəhrayı, sarı, yaşıl və qara.
Aqone
Aqone (fr. Aghione, kors. Aghjone) — Fransanın Korsika regionunda yerləşən kommuna. Kommuna departamenti — Yuxarı Korsika. Vetsani kantonuna daxildir. Kommunanın dairəsi — Bastiya. Kommunanın INSEE kodu — 2B002. == Əhalisi == 2008-ci ildə kommunanın əhalisi 233 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli yaşda olan 158 nəfərdən (15–64 yaş) 99-u iqtisadi fəal, 59-u qeyri-fəal (fəaliyyət göstəricisi 62,7%, 1999-cu ildə 52,5%) olmuşdur. Fəaliyyətdə olan 99 nəfərdən 85 nəfəri işləyir (63 kişi və 22 qadın), 14 nəfər isə işsiz (6 kişi və 8 qadın).
Dyone
Dyone (fr. Dionay) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Syud Qrezivodan kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38145. Kommunanın 2012-ci il üçün əhalisi 119 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 392 ilə 625 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 460 km cənub-şərqdə, Liondan 70 km cənub-şərqdə, Qrenobldan 40 km qərbdə yerləşir.
Payne
Payne (alm. Peine‎) — Almaniyanın Aşağı Saksoniya vilayətində şəhər, eyni adlı rayonun paytaxtı. Burada Fuhse və Mittelland çayları axır, Braunşveyqdən təqribən 25 km qərbdə və Hannoverdən 40 km şərqdə yerləşir. == Tarixi == 1130-cu ilə aid edilən aktda Roma imperatoru II Lotarın ministerialı olan Bertold fon Paginin adı çəkilir, hansı ki öz adını şəhərə "Payne" formasında vermişdi. Burq Payne qalası bu dövrə və ya daha əvvələ aid olunur. 1201-ci ildə Hildeshaym salnaməsində, yepiskop Hartbert fon Hildeshaym və Ekbert və Gunselin von Volfenbüttel qardaşları arasındakı nifaq təsvir edilib. Qraf Gunselin fon Volfenbüttel, Alman ordusunun baş komandanı və Müqəddəs Roma İmperatoru IV Ottonun yanında seneşal idi. Qələbəni Gunselin qazandı və Burq Payne və ətraf əraziləri nəzarət altına aldı. Qalanın cənubunda Gunselin 1218 və ya 1220-ci illərdə Payne şəhərini qurdu. 1223-cü ildə qəsəbə şəhər imtiyazlarını aldı.
Phoca
Suiti (lat. Phoca) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin əsl suitilər fəsiləsinə aid heyvan cinsi. İki növü var: Ləkəli suiti, Phoca largha Adi suiti, Phoca vitulinaAdı suiti öz növbəsində iki yarımnövə bölünür: Avropa yarımnövü P. v. vitulina və Kuril yarımnövü (ya Steyneqer suitisi) P. v. stejnegeri. Kuril suitisi hazırda Rusiyanın Qırmızı kitabına daxildir. Suitilər balıqlarla, pinqvinlərlə qidalanan yırtıcı məməlilərdir. Tez-tez quruya çıxırlar, çoxalmaları quruda gedir. Bu canlılar geniş coğrafiyada yaşayırlar. Qütblərdə yaşayan suitilər buzda dəlik açırlar.
Phocea
Macaranga (lat. Macaranga) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin südləyənkimilər fəsiləsinə aid bitki cinsi. == Sinonimləri == Adenoceras Rchb.f. & Zoll. ex Baill. Mappa A.Juss Mecostylis Kurz ex Teijsm. & Binn. Pachystemon Blume Panopia Noronha ex Thouars Phocea Seem. Tanarius Kuntze == Növləri == Macaranga acerifolia Airy Shaw Macaranga advena Pax & K.Hoffm. Macaranga aenigmatica Whitmore Macaranga aetheadenia Airy Shaw Macaranga albescens L.M.Perry Macaranga alchorneifolia Baker Macaranga alchorneoides Pax & Lingelsh.
Pioner
Pioner 10
Shine
Shine — (Azərbaycanca: Parla) Avstriyanın 2013 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı.
Peon
Peon — Qədim Yunan mifologiyasına görə həkim tanrı. == İstinadlar == Mifologiya ilə əlaqədar olan bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
Alone (albom)
Ready for Romance (azərb. Tənha‎) - 2000-ci ildə Modern Talking qrupu tərəfindən çıxarılmış albomdur.
Pion
Pion (lat. Paeonia) — bitkilər aləminin daşdələnçiçəklilər dəstəsinin pionkimilər fəsiləsinə aid bitki cinsi. Bu bitki həkim Peonun şərəfinə adlandırılmışdır. Avropa və Asiyada Pion fəsiləsinə aid 40 növə yaxın çoxillik ot bitkisi məlumdur. Onlardan iki növ Şimali Amerikada geniş yayılmışdır: Vittman pionu (lat. Paeonia wittmanniana) — formaca sarı-ağ rəngli piyaləyə bənzəyən iri güllü, dərman pionu (lat. Paeonia officinalis) sadə qırmızı güllü, ağ güllü pion (lat. Paeonia lactiflora) iri ağ güllü bitkidir. Pionlar pöhrələr vasitəsilə çoxalır ki, bu dövrdə gövdə də 3-4 tumurcuq və bir neçə kök yumrucuqları olur. Pionu əkərkən cücərtiləri elə basdırmaq lazımdır ki, tumurcuqlar torpağın üst səthində qalsın.
Pong
Pong – ilk videooyunlardan biri. Pong 2D (ikiölçülü) qrafikə sahib stolüstü tennis oyunudur.Computer space kimi videooyunlarından daha sonra çıxmasına baxmayaraq Pong papulyarlıq qazanan ilk videooyunlarından biridir.Məqsəd masa tennisi oyununda daha yüksək xal qazanaraq rəqibi məğlub etməkdir. Birinci nəsil oyun konsolları üçün nəzərdə tutulmuş oyun, Atari firması tərəfindən 1972-ci ildə orjinal olaraq satışa çıxarılıb.Allan Alcorn tərəfindən Atari-nin həmtəsisçisi Nolan Bushnell tərəfindən ona verilən bir məşq olaraq yaradılan ilk arcade videooyunlarından biri idi. Bushnell, oyunun konsepsiyasını ilk ev videooyun konsolu olan Magnavox Odyssey-ə daxil olan elektron bir stolüstü tennis oyununu əsas götürdü. Buna cavab olaraq, Magnavox daha sonra Atari'yi patent pozuntusuna görə məhkəməyə verdi. Bushnell və Atari-nin həmtəsisçisi Ted Dabney, Alcorn-un işinin keyfiyyətinə təəccübləndilər və oyunu istehsal etməyə qərar verdilər.
Apricot Stone
Apricot Stone (Azərbaycanca:Qaysı çəyirdəyi) - Ermənistanın 2010 Avroviziya Mahnı Müsabiqəsində təmsil edilən mahnı. Mahnını Eva Rivas ifa etdi.
Döhnə
Döhnə (fars. دهنه‎) - İranın Qəzvin ostanının Qəzvin şəhristanının Aşağı Tarım bəxşinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 92 nəfər yaşayır (31 ailə).
Plоçe
Plоçe (xorv. Ploče) — Xorvatiyanın Adriatik dənizi sahilində yerləşən bir şəhərdir. Bölgə əhəmiyyətli bir limandır. Dуbrоvniçkо-Neretvаnskаya vilayətində yerləşir. Əhalisi (2011-ci il siyahıyaalma məlumatlarına görə) 10,135 nəfərdir.
Höte
Yohann Volfqanq fon Göte (alm. Johann Wolfgang von Goethe‎; 28 avqust 1749[…], Frankfurt-Mayn, Müqəddəs Roma imperiyası – 22 mart 1832[…], Veymar, Saksen-Veymar-Eyzenax hersoqluğu[d], Almaniya ittifaqı) — alman şair-dramaturqu, mütəfəkkir və naturalisti. Əsərlərinə bunlar daxildir: dörd roman, epik və lirik poeziya, nəsr və ayə dramları, xatirələr, tərcümeyi-hal, ədəbi və estetik tənqid və botanika, anatomiya və rəng mövzusunda traktatlar. Bundan əlavə, onun çoxsaylı ədəbi və elmi fraqmentləri, 10.000-dən çox məktub və 3000-ə yaxın rəsmləri günümüzə çatmışdır. 25 yaşında ədəbi məşhur olan Göte, "Gənc Verterin İztirabları" adlı ilk romanı (1774) ilə uğur qazandı və 1775-ci ilin noyabrında Veymara yerləşdikdən sonra ona 1782-ci ildə Saxe-Veymar şahzadəsi Karl Avqust tərəfindən zadəgan adı verildi. O, "Tufan və Həmlə" ədəbi cərəyanının erkən iştirakçısı idi. Göte Veymardakı ilk on ili ərzində şahzadənin şəxsi şurasının üzvü oldu, döyüş və əsas yol komissiyalarının başında oturdu, yaxınlıqdakı İlmenaudakı gümüş mədənlərinin yenidən açılmasına nəzarət etdi və Jena Universitetində bir sıra inzibati islahatlar həyata keçirdi. O, həmçinin Veymarın botanika parkının planlaşdırılmasına və Ducal Sarayının yenidən qurulmasına da öz töhfəsini verdi. Götenin ilk böyük elmi işi olan "Bitkilərin metamorfozu" 1788-ci ildə İtaliyaya qastrol səfərindən qayıtdıqdan sonra nəşr olundu. 1791-ci ildə Veymar teatrının idarəedici direktoru təyin edildi və 1794-cü ildə dramaturq, tarixçi və filosof Fridrix Şiller ilə dostluğa başladı.