Neft-Kimya Prosesləri İnstitutu (Azərbaycan)
Akademik Y. H. Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutu — Azərbaycan Milli Elmlər Akademiyasının strukturuna daxil olan elmi-tədqiqat institutu.
Azərbaycan neftlərinin tədqiqi, onların yeni yanacaqlar və yağların alınması məqsədilə səmərəli emalının elmi əsaslarının işlənib hazırlanması, neft emalı və neft-kimyası üçün yeni texnologiyalar və katalizatorların yaradılması, kataliz, üzvi və fiziki kimya, neft-kimyəvi sintez sahəsində fundamental tədqiqatların aparılması, Azərbaycanın neft emalı və neft-kimya komplekslərinin inkişafı üzrə perspektiv kompleks sxemlərin işlənib hazırlanması.
İnstitutun struktur bölmələri:Sərbəst şöbə və laboratoriyalar, monomerlər, oliqomerlər və kataliz şöbəsi, fiziki və fiziki-kimyəvi tədqiqatlar şöbəsi, neft və qazın kimyası və texnologiyası şöbəsi, elmi-texniki informasiya şöbəsi.
Neft sənayesinin 1920-ci ildə milliləşdirilməsindən sonra Azərbaycanda Azərneftin tərkibində mərkəzləşdirilmiş böyük elmi-tədqiqat laboratoriyası – mərkəzi kimya laboratoriyası (MKL) yaradıldı.
MKL-nin ilk yaradıcılarından biri professor L. Q. Qurviç olmuşdurş. MKL-nin elmi və təşkilatı fəaliyyəti 1928-ci ildə Moskva şəhərində keçirilən mühüm konfranslarda yüksək qiymətləndirilmiş və 1929-cu ildə MKL-in, Şmidt adına zavodun təcrübə stansiyasının, nefthidravlik laboratoriyasının, neft geologiyası tədqiqat laboratoriyasının, enerji bürosunun birləşdirilməsi ilə Azərbaycan Elmi-Tədqiqat Neft İnstitutu (AETNİ) yaradılmışdır. Bu instituta 1930-cu ildə V. V. Kuybişevin adı verilmişdir. Bu institutun tərkibində böyük neft emalı şöbəsi yaradılmışdır. 1930–1945-ci illər ərzində burada neft emalı, neft çıxarma, neft kimyası üzrə əsas elmi tədqiqat işləri aparılmışdır. Bu illər ərzində termiki-krekinq qurğuları, yüksək məhsuldarlığa malik digər qurğular, yağtəmizləmə zavodları və s.