Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Pifaqor
Samoslu Pifaqor ya da Pithaqoras, Pisaqor, Pitaqor (yun. Πυθαγόρας ὁ Σάμιος, lat. Pythagoras, təxminən m. ö. 570 – 490) — ilk qədim yunan filosoflarından biri olmuşdur, Pifaqorçuluğun yaradıcısı idi. == Həyatı və fəaliyyəti == Pifaqor haqqında bütün bilgilər onun ardıcılları tərəfindən verilmişdir. O, Samos şəhərində dünyaya gəlmişdir. Sonra isə Cənubi İtaliyanın Krotona şəhərinə köçmüşdür. Bir çox araşdırmaçılar hesab edirlər ki, onun öz əsərləri olmamışdır. Ancaq antik tarixçi Diogenes Laertius yazmışdır ki, o "Tərbiyə haqqında", "Dövlət haqqında" və "Təbiət haqqında" adlı dövrümüzə gəlib çatmayan kitabların yazarı olmuşdur.
Acipenser mikadoi
Saxalin nərəsi (lat. Acipenser mikadoi) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin nərəkimilər dəstəsinin nərələr fəsiləsinin nərə cinsinə aid heyvan növü.
Nikanor Parra
Nikanor Parra Sandoval (5 sentyabr 1914[…], San Fabian[d], Çili – 23 yanvar 2018[…], La Reyna[d], Çili) — Çili yazıçısı, riyaziyyatçısı və fiziki.
Pifaqor nəzəriyyəsi
Pifaqor teoremi– planimetriyada düzbucaqlı üçbucaqda tərəflər arasındakı münasibətləri ifadə edən teoremdir. Yunan riyaziyyatçısı Pifaqorun adı ilə adlandırılmışdır. Mənbələr Pifaqordan əvvəl bu teoremin başqa xalqlar tərəfindən bilindiyini göstərir. Nəzəriyyə belə ifadə olunur: Düzbucaqlı üçbucaqda katetlərin kvadratları cəmi hipotenuzun kvadratına bərabərdir. Əgər a və b katetlər, c isə hipotenuz olarsa onda a 2 + b 2 = c 2 {\displaystyle a^{2}+b^{2}=c^{2}\,} vəya, c-ni tapmaq üçün: c = a 2 + b 2 . {\displaystyle c={\sqrt {a^{2}+b^{2}}}.\,} Pifaqor teoremi sahə anlayışının köməyi ilə aşağıdakı kimi ifadə olunur: Düzbucaqlı üçbucaqda hipotenuz üzərində qurulmuş kvadratın sahəsi katetlər üzərində qurulmuş kvadratların cəminə bərabərdir. Pifaqor teoreminin tərs teoremi də doğrudur. Bu teoremdə düzbucaqlı üçbucağın iki tərəfi məlum, bir tərəfi isə naməlum olur.
Pifaqor stəkanı
Pifaqor stəkanı – Samos adasından olan qədim yunan filosofu Pifaqorun ixtirası. Bu stəkan hədiyyəlik əşya, zarafat vasitəsi kimi istifadə olunurdu. Şərabı stəkanın içində şaquli vəziyyətdə durmuş dirəyin başına qədər doldurduqda qeyri-adi heç nə baş vermir, lakin maye çubuğu keçdikdə son damlasına qədər stəkandan boşalır. Bunu dirəyin içindəki boru təmin edir. Pifaqor stəkanı məşhur atalar sözünə-"çox istəyən azdan da olar" ifadəsinə allüziyadır və, adətən, tamahkar şəxslərə dərs vermək məqsədilə istifadə olunurdu.
Pifaqor teoremi
Pifaqor teoremi– planimetriyada düzbucaqlı üçbucaqda tərəflər arasındakı münasibətləri ifadə edən teoremdir. Yunan riyaziyyatçısı Pifaqorun adı ilə adlandırılmışdır. Mənbələr Pifaqordan əvvəl bu teoremin başqa xalqlar tərəfindən bilindiyini göstərir. Nəzəriyyə belə ifadə olunur: Düzbucaqlı üçbucaqda katetlərin kvadratları cəmi hipotenuzun kvadratına bərabərdir. Əgər a və b katetlər, c isə hipotenuz olarsa onda a 2 + b 2 = c 2 {\displaystyle a^{2}+b^{2}=c^{2}\,} vəya, c-ni tapmaq üçün: c = a 2 + b 2 . {\displaystyle c={\sqrt {a^{2}+b^{2}}}.\,} Pifaqor teoremi sahə anlayışının köməyi ilə aşağıdakı kimi ifadə olunur: Düzbucaqlı üçbucaqda hipotenuz üzərində qurulmuş kvadratın sahəsi katetlər üzərində qurulmuş kvadratların cəminə bərabərdir. Pifaqor teoreminin tərs teoremi də doğrudur. Bu teoremdə düzbucaqlı üçbucağın iki tərəfi məlum, bir tərəfi isə naməlum olur.
Samoslu Pifaqor
Samoslu Pifaqor ya da Pithaqoras, Pisaqor, Pitaqor (yun. Πυθαγόρας ὁ Σάμιος, lat. Pythagoras, təxminən m. ö. 570 – 490) — ilk qədim yunan filosoflarından biri olmuşdur, Pifaqorçuluğun yaradıcısı idi. == Həyatı və fəaliyyəti == Pifaqor haqqında bütün bilgilər onun ardıcılları tərəfindən verilmişdir. O, Samos şəhərində dünyaya gəlmişdir. Sonra isə Cənubi İtaliyanın Krotona şəhərinə köçmüşdür. Bir çox araşdırmaçılar hesab edirlər ki, onun öz əsərləri olmamışdır. Ancaq antik tarixçi Diogenes Laertius yazmışdır ki, o "Tərbiyə haqqında", "Dövlət haqqında" və "Təbiət haqqında" adlı dövrümüzə gəlib çatmayan kitabların yazarı olmuşdur.
Albertus Piktor
Albertus Piktor (isv. Albertus Pictor, bukv. «Rəssam Albertus») və ya əsl adı ilə Albert İmmenhauzen (isv. Albertus Immenhusen; 1440-cı illər, İmmenhauzen[d], Hessen – 1507 və ya 1509, İsveç) — son orta əsrlərdə yaşamış İsveç incəsənət xadimi. O, İsveçin mərkəzi və cənubunda yerləşən bir çox kilsədəki freskaların və a sekkoların müəllifi olmaqla tanınır. == Həyatı == Albertus Piktor həyatı haqqında günümüzə çox az məlumat gəlib çatmışdır. Onun 1440–1450-ci illərdə indiki Almaniyanın Hessen vilayətində yerləşən İmmenhauzen şəhərində anadan olduğuna inanılır. Onun adı İsveçin tarixi sənədlərində ilk dəfə 1465-ci ildə, Arbuqa şəhərinin sakini kimi sadalanır. O, səkkiz il sonra Stokholm şəhərinə köçür, orada vəfat edən yerli bir sənətkarın dul arvadı ilə evlənir və onun incəsənət atelyesinin sahibinə çevrilir. Albertus təkcə rəssam deyil, həm də toxucu, orqan və qobelen istehsalçısı idi.
Lup Pindor
Lup Pindor (Coz Pindor Quzman) — Məşhur boksçu Pintor, 1974-cü ildən yarışda iştirak edən Meksika məşhur boksçusudur. O, 1979-cu ildə Avropa çempionu adını qazanıb. 1981-ci ildən Pintor dəfələrlə mükafatlar, fəxri adlar qazanmışdır. == Həyatı == Lup Pintor 1955-ci ildə Meksikada yoxsul fəhlə ailəsində anadan olub. Atası ilə çox güclü münasibətləri var idi. Kasıbçılıq içində böyüyən Lup, özünü bu vəziyyətdən çıxartdı. 1974-cü ildə peşəkarcasına boks ilə məşğul olmağa başladı.O, Vazquezand ilə dərhal döyüşə çıxdı, onun növbəti qələbəsindən sonra Fransisko Nunyes ilə raundda nokautla onun hesabını açdı. O, üç döyüşdən sonra ilk məğlubiyyətini aldı. Amma səkkiz döyüşün yeddisini nakautla qalib oldu. Pintor 25 fevral 1976-cı ildə gələcək Dünya Xoruzu Davilaon ilə, sonra dalbadal iyirmi iki döyüşü qələbə seriyasını tutmuş on turdan ibarət turnirdə uduzdu.
I Selevk Nikator
I Selevk Nikator (q.yun. Σέλευκος Α' Νικάτωρ; E.ə. 358 — E.ə. 281) — Makedoniyalı İsgəndərin mühafizəçisi, sərkərdə. == Həyatı == Selevk Nikator əvvəlcə II Filipə xidmət etmişdi. Onun vəfatından sonra İsgəndərin mühafizəçisi olmuşdu. I Selevk Nikator Makedoniyalı İsgəndərin vəfatından sonra başqa diadoxlarla birlikdə Selevkilər imperiyasının binasını qoydu. Digər diadoxlarla aparılan uzunsürən mübarizələr nəticəsində E.ə. 312-ci ildə Selevk Babilistanda daha da möhkəmləndi və öz çarlığını yaratdı. Bu dövrdən etibarən Şərqdə min ildən artıq müddətdə istifadə olunan Selevkilər erası (burada o səhvən "İsgəndər erası" adlandırılırdı) başlandı.
Bernar Pikar
Bernadr Pikar (doğum 11 iyun 1673-cü il, Paris, Fransa – ölüm 8 may 1733-cü il, Amsterdam, Niderland) – fransız oymaçı, oymaçı Etiyenne Pikartın oğlu. == Həyatı == Bernadr Pikar 11 iyun 1673-cü ildə Parisdə anadan olmuşdur. 1696-cı ildə Antverpə köçmüşdür. 1698-ci ilin sonunda Fransaya qayıtmazdan əvvəl Amsterdamda bir il keçirmişdir. 1708-ci ildə həyat yoldaşının ölümündən sonra o, 1711-ci ildə Amsterdama köçmüşdür. Burada o, protestant olmuş və yenidən evlənmişdir. == Yaradıcılığı == Onun əsərlərinin çoxu Bibliya və Ovid daxil olmaqla kitab illustrasiyalardır. Onun ən məşhur əsəri 1723-cü ildən hazırlamağa başladığı və 1743-cü ildə tamamladığı Cérémonies et coutumes religieuses de tous les peuples du monde əsəridir. Conatan I. İsrail Cérémonies-i “mümkün qədər həqiqi və obyektiv bütün müxtəlifliklərdə dünyanın inamlarını və dini ayinləri qeyd etmək üçün nəhəng cəhd” adlandırır. Pikarın heç vaxt Avropanı tərk etməməsinə baxmayaraq o, Hind heykəltəraşlıq kolleksiyasına girmiş və malik olduğu hesablara güvənirdi.
Mikado sinematoqrafının binası
Mikado sinematoqrafının binası və ya Səməd Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının binası — 1916-cı ildə Əliheydər Kərimov tərəfindən əvvəllər məhsul anbarı kimi sitifadə edilmiş bina çin-yapon üslubunda təmir edilərək sinematoqraf kimi fəaliyyət göstərməyə başlayıb. 1917-ci ildə Bakıda ilk dəfə bu teatrda orta məktəb şagirdlərinə elmi-təhsil mövzulu kinematoqrafik seans keçirilib. Binada müxtəlif dövrlərdə Pel mel teatrı, Bak azad tənqid-təbliğat teatrı, Bakı işçi teatrı fəaliyyət göstərib. 1937-ci ildən binada Səməd Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrı fəaliyyət göstərir. == Tarixi == XIX əsrin sonlarında milyonçu Hacı Haşım bəy Kərimov Molokanskaya 7 (indiki Xaqani küçəsi) ünvanında yerləşən ərazidə məhsul ehtiyyatını saxlamaq üçün anbar tikdirir. Hacı Haşım bəyin oğlu Əliheydər Kərimov Çin və Yaponiyaya səyahət etdikdən sonra Bakıya qayıdır və gördüyü binalardan təsirlənərək anbarın yerləşdiyi yerdə şərq üslubunda bina tikdirir. Bu binada 26 dekabr 1916-cı ildən Mikado sinematoqrafı fəaliyyət göstərməyə başlayıb. 1918-1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyəti dövründə binada “Pelmel” klub teatrı fəaliyyət göstərib. Burada əsasən rus və digər millətlərin teatr və musiqi həvəskarları, əcnəbi truppalar çıxış ediblər. Aprel işğalından sonra 1920-ci ildən 29 aprel 1923-cü ilə qədər binada Bakı azad tənqid-təbliğat teatrı fəaliyyət göstərib.