Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Plank
Maks Karl Ernst Plank (alm. Max Karl Ernst Ludwig Planck‎; 23 aprel 1858[…], Kil, Holşteyn-Qlükştadt, Almaniya ittifaqı – 4 oktyabr 1947[…], Göttingen, İşğal Almaniyası) — görkəmli alman fiziki. Fizika üzrə Nobel mükafatı laureatı (1918). Kvant nəzəriyyəsinin banisi kimi XX əsrin əvvəllərindən fizika elminin inkişafı istiqamətini müəyyənləşdirmişdir. == Həyatı == Maks Plank övladlarının tərbiyə və fərdi inkişafına həddindən artıq diqqət göstərən prusiyyalı alim və hüqüqşünaslar ailəsində dünyaya gəlmişdir. Münhendə gimnaziyada oxuduğu illərdə bir çox fənnlərdə qeyri-adi istedad və yüksək əməksevərlik nümayiş etdirir. Fizik olmaq qərarına gəlməsi də bu səbəbdən asan olmamışdır. Plankı fəlsəfə və musiqi də maraqlandırıdı. Fizikanı isə Berlin və Münhendə oxumuşdur. == Elmi fəaliyyəti == Dissertasiyasını müdafiə etdikdən sonra 1885-ci ildən 1889-cu ilə qədər Kildə, 1889–1926-cı illər aralığında isə Berlində dərs demişdir.
Bettina Plank
Bettina Plank Avstriya-lı karateçi. == Haqqında == Bettina Plank 24 fevral 1992-ci ildə anadan olmuşdur.2015-ci ildə o, Bakı-da keçirilən 2015-ci il Avropa Oyunları yarışında gümüş medal qazandı. Finalda Türkiyə-li Serap Özçelik-ə məğlub oldu.Elə həmin ildə Türkiyə-nin İstanbul şəhərində təşkil edilən 2015 Avropa Karate Çempionatında qadınlar arasında 50 kq kumite kataqoriyası üzrə qızıl medal qazandı.2017-ci ildə Polşa-nın Wrocław şəhərində təşkil edilən 2017 Dünya Oyunlarında qadınlar arasında kumite 50 kq kataqoriyası üzrə yarışında medal qazanmadan yarışdı. Seçmə mərhələdə bir maçda qələbə qazandı və iki görüşdə məğlub oldu buna görə də yarımfinalda mübarizə apara bilmədi.2019-cu ildə Belarusiya-nın Minsk şəhərində təşkil olunmuş 2019 Avropa Oyunlarında qadınlar arasında kumite 50 kq çəki kataqoriyası üzrə qızıl medal qazandı.
Maks Plank
Maks Karl Ernst Plank (alm. Max Karl Ernst Ludwig Planck‎; 23 aprel 1858[…], Kil, Holşteyn-Qlükştadt, Almaniya ittifaqı – 4 oktyabr 1947[…], Göttingen, İşğal Almaniyası) — görkəmli alman fiziki. Fizika üzrə Nobel mükafatı laureatı (1918). Kvant nəzəriyyəsinin banisi kimi XX əsrin əvvəllərindən fizika elminin inkişafı istiqamətini müəyyənləşdirmişdir. == Həyatı == Maks Plank övladlarının tərbiyə və fərdi inkişafına həddindən artıq diqqət göstərən prusiyyalı alim və hüqüqşünaslar ailəsində dünyaya gəlmişdir. Münhendə gimnaziyada oxuduğu illərdə bir çox fənnlərdə qeyri-adi istedad və yüksək əməksevərlik nümayiş etdirir. Fizik olmaq qərarına gəlməsi də bu səbəbdən asan olmamışdır. Plankı fəlsəfə və musiqi də maraqlandırıdı. Fizikanı isə Berlin və Münhendə oxumuşdur. == Elmi fəaliyyəti == Dissertasiyasını müdafiə etdikdən sonra 1885-ci ildən 1889-cu ilə qədər Kildə, 1889–1926-cı illər aralığında isə Berlində dərs demişdir.
Plank sabiti
Plank sabiti kvant mexanikasına aid mühüm sabitdir və elektromaqnit şüalanma kvantının (yəni, fotonun) enerjisi ilə onun tezliyi arasındakı əlaqəni ifadə edir. Plank sabiti h hərfi ilə işarə edilir: h = 6.626 075 × 10 − 34 C ⋅ s {\displaystyle h=6.626\ 075\times 10^{-34}\ \mathrm {C\cdot s} } Plank sabitinin vahidi coul və saniyənin hasilindən ibarətdir – coul•saniyə (ingiliscə joule•seconds). Alman fizik Maks Plank (almanca Max Planck) 1900-cü il 14 dekabrda bu sabiti təqdim etmişdir. Həmin tarix kvant mexanikasının başlanğıcı hesab olunur. Bir çox hallarda Plank sabitinin derivativindən ħ istifadə edilir: ℏ = h 2 π = 1.054 571 × 10 − 34 C ⋅ s {\displaystyle \hbar ={\frac {h}{2\pi }}=1.054\ 571\times 10^{-34}\ \mathrm {C\cdot s} } == Qara cisim şüalanması == Plank sabitinin tarixi qara cisim şüalanmasının öyrənilməsi ilə bağlıdır. “Qara cisim” şərti ifadədir və elə obyektə deyilir ki, o, üzərinə düşən bütün enerjini udur, müəyyən temperatura çatdıqdan sonra aldığı enerjini qaytarır. Qara cisim enerjini qaytararkən o həm də işıqlanır. Bu proses qara cisim şüalanması (ingiliscə blackbody radiation) adlanır. 1859-cu ildə alman fiziki Qustav Kirxhof qara cisimlə apardığı təcrübələrdən belə nəticəyə gəldi ki, qara cisim enerjini qaytaran zaman bu enerji cismin temperaturundan və ayrılan (qaytarılan) enerjinin tezliyindən asılı olur. E = J ( T , ν ) {\displaystyle E=J(T,\nu )} Bu asılılıqda enerjinin (işığın) dalğa təbiəti əsas rol oynayırdı.
Plank zamanı
Plank zamanı — Fizikada Plank zamanı ( t P {\displaystyle t_{P}} ) natural vahıdlər sistemində Plank vahidi kimi tanınan zaman vahididir. İşığın bir vakumda bir Plank uzunluğu məsafəni qət ediyi zamandır, təqribən 5 , 39 ⋅ 10 − 44 s {\displaystyle 5,39\cdot 10^{-44}s} Bu vahid onu ilk dəfə istifadə edən alim- Maks Plankın şərəfinə Plank zamanı adlandırılmışdır. Plank zamanı aşağıdakı düsturla hesablanır: t P ≡ ℏ G c 5 {\displaystyle t_{P}\equiv {\sqrt {\hbar G \over c^{5}}}} Burada: ℏ = h ⁡ / 2 ⁡ π {\displaystyle \hbar =\operatorname {h} /\operatorname {2} \pi } Plank sabiti (bəzən bu ifadədə ħ əvəzinə h da istifadə edilir)G- Qravitasiya sabiti c-işığın vakumdakı sürəti S- zamanın BS-dəki vahidi saniyədir. t P ≈ 5 , 39116 ( 13 ) ⋅ 10 − 44 s {\displaystyle t_{P}\approx 5,39116(13)\cdot 10^{-44}s} Mötərizə içərisindəki iki rəqəm təxmini qiymətin standart xətasını ifadə edir. == Fiziki mənası == Plank zamanı qravitasiya sabiti G-in, xüsusi relyativistik sabit-işıq sürətini c-in və kvant sabiti-Plank sabiti ħ-ın unikal kombinasıyasından ortaya çıxan sabit bir zaman vahididir. Çünkı Plank zamanı ölçü analizindən irəli gəlir. 1 Plank zamanı işıq sürəti ilə hərəkət edən bir fotonun bir Plank uzunluğundakı məsafəni qət etmə müddətidir. Nəzəri olaraq bu ölçülməsi mümkün olmayan ən kiçik zamandır.
Plank (idman hərəkəti)
Plank (qarın körpüsü) — mümkün olan ən uzun müddət ərzində jimə oxşar bir vəziyyətdə bədənin pozisiyasının saxlanılmasına çalışılan idman hərəkətidir. Plank üçün hər hansı xüsusi idman alətinə ehtiyac yoxdur. == Təsiri == Plank qarın, bel və çiyinləri gücləndirir.
Maks Karl Ernst Plank
Maks Karl Ernst Plank (alm. Max Karl Ernst Ludwig Planck‎; 23 aprel 1858[…], Kil, Holşteyn-Qlükştadt, Almaniya ittifaqı – 4 oktyabr 1947[…], Göttingen, İşğal Almaniyası) — görkəmli alman fiziki. Fizika üzrə Nobel mükafatı laureatı (1918). Kvant nəzəriyyəsinin banisi kimi XX əsrin əvvəllərindən fizika elminin inkişafı istiqamətini müəyyənləşdirmişdir. == Həyatı == Maks Plank övladlarının tərbiyə və fərdi inkişafına həddindən artıq diqqət göstərən prusiyyalı alim və hüqüqşünaslar ailəsində dünyaya gəlmişdir. Münhendə gimnaziyada oxuduğu illərdə bir çox fənnlərdə qeyri-adi istedad və yüksək əməksevərlik nümayiş etdirir. Fizik olmaq qərarına gəlməsi də bu səbəbdən asan olmamışdır. Plankı fəlsəfə və musiqi də maraqlandırıdı. Fizikanı isə Berlin və Münhendə oxumuşdur. == Elmi fəaliyyəti == Dissertasiyasını müdafiə etdikdən sonra 1885-ci ildən 1889-cu ilə qədər Kildə, 1889–1926-cı illər aralığında isə Berlində dərs demişdir.
Planktofaq
== Planktofaq == Planktofaq (yun. Planktos-gözəl və phagein-yemək, qidalanmaq)-planktonla qidalanan orqanizmlərə deyilir. Planktofaqlar əsasən nektonlardır. Məsələn, balinalar, nəhəng köpək balığı, siyənək, moyva, mintay planktofaqdır.
Plankton
Plankton — ən kiçik dəniz canlısı. Planktonlar dəniz altındakı həyat zəncirinin ən mühüm, ən vacib halqalarından biridir. Bu canlıların ölçüsü bir neçə mikrometrədən çox deyil. Bir mikrometrin bir metrin milyonda biri olduğu nəzərə alındıqda, bu canlıların gözlə görünməyəcək qədər kiçik olduğu başa düşülür. Bəs gözlə görülməyəcək qədər kiçik olan bu canlıları bu qədər əhəmiyyətli, hətta həyatın davamlılığı üçün lazımlı edən hansı xüsusiyyətdir? Dəniz altındakı bir çox canlının əsas qidası bitki və heyvan əsaslı olmaqla iki qrupa ayrılan planktonlardır. Bu səbəbdən planktonların azalması balinalardan kiçik dəniz canlılarına qədər bir çox canlı üçün təhlükə yaradır. Bu mikroskopik canlıların əhəmiyyəti sadəcə bununla məhdudlaşmır. Xüsusilə bitki əsaslı planktonlar dünyadakı müxtəlif müvazinətlərin təmin edilməsində mühüm faktordur. == Fitoplanktonlar == Fitoplanktonlar bitki əsaslı planktonlardır və əsasən dəniz axınları ilə hərəkət edən tək hüceyrəli mikroskopik orqanizmlərdən ibarətdir.
Plankənd
Plankənd — Azərbaycan Respublikasının Gədəbəy rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 24 iyun 2005-ci il tarixli, 954-IIQ saylı Qərarı ilə Gədəbəy rayonunun Plankənd kəndi Rüstəm Əliyev kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Plankənd kənd inzibati ərazi vahidi yaradılmışdır. == Toponimikası == Kəndin keçmiş adı Qamışlı olmuşdur. Hazırda kəndin cənubunda Qamışlı yeri adlanan sahədə yerləşən yaşayış məntəqəsi 1903-cü ildə indiki yerə köçürülmüş və planlı şəkildə salındığına görə belə adlandırılmışdır. == Coğrafiyası və iqlimi == Kənd Başkənd-Dəstəfur çökəkliyində yerləşir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 1161 nəfər əhali yaşayır. == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı — əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Blank
Blank – [fr. blanc – ağ]: == Ədəbiyyat == R.Əliquliyev, S.Şükürlü, S.Kazımova. "Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər", Bakı, "İnformasiya Texnologiyaları", 2009, 201 s. == Xarici keçidlər == Blank nədir?
Prank
Prnak (ing. prank — şuluqluq, dəcəllik; zarafat) — telefon xuliqanlığı, telefon zarafatı. Pranklar kimsə başqa adamın adından zəng edirlər. Provokasiya ilə qarşı tərəfdən maraq doğuracaq cavab almağa çalışırlar. == İstinadlar == == Mənbə == Пранк — розыгрыш или хулиганство?
Plan
Plan — Yer səthinin kiçik bir sahəsinin üfüqi müstəvidə iri miqyasda təsviri.. Plan (Coğrafiya) — Plan (En) — Fransada kommuna.
Barbarossa planı
Barbarossa əməliyyatı (alm. Unternehmen Barbarossa) — İkinci dünya müharibəsində Almaniyanın SSRİ-yə qarşı həyata keçirdiyi ildırımsürətli müharibə (alm. Blitzkrieg) planı. Əməliyyatın adı Müqəddəs Roma imperiyasının imperatoru I Fridrix Barbarossanın adından götürülmüşdür. Plan 1940-cı il iyulun 21-də general Fridrix Paulusun rəhbərliyi altında hazırlanmağa başlanmış və həmin il 18 dekabrda Vermaxtın ali baş komandanı Adolf Hitlerin 21 nömrəli direktivi ilə təsdiq edilmişdir. Plana görə 3 ay ərzində SSRİ-nin Avropa hissəsini tutmaq planlaşdırılırdı. Əməliyyat 1941-ci il 22 iyun tarixində 4,5 milyon nəfərlik alman ordusunun hücumu ilə 2 900 km-lik SSRİ sərhədi boyunca icra edilməyə başlamış, bu hadisə tarixə ən böyük hücum əməliyyatı kimi daxil olmuşdur. Əməliyyata həmçinin 60 000 texnika və 750 000 at cəlb olunmuşdu. == Barbarossa planı == Barbarossa planına uyğun olaraq 22 iyun 1941-ci ildə SSRİ-yə hucum üçün Almaniya və onun müttəfiqlərinin 190 diviziyası(o cümlədən 19 tank və 14 mühərrikli diviziya)cəmləşdirilmişdi. Onları dörd hava donanması, eləcə də Rumıniya və Finlandiya aviasiyası dəstəkləyirdi.
Blank adaları
Blank adaları (ing. Blank Islands) — ABŞ-nin Alyaska ştatının Ketçikan şəhəri sahillərində yerləşən adalar. == Morfometriya == Mütləq hündürlüyü 12 m, sahəsi 24 hektardır. Çəkilmə zamanı adalar bir-birinə bağlanır. == Relyef == Blank adalarına Böyük ada və Kiçik ada daxildir. Böyük ada tamamilə sıx iynəyarpaqlı meşə ilə örtülmüşdür. Adanın mərkəzində kiçik bataqlıq və gölməçə (bataqlıq sahəsi - 1,5 hektar; gölməçə sahəsi - 0,3 hektar) vardır. Dadan ibarət olan təpəliyə sahibdir. Təpələrin hündürlüyü qırx metrə qədərdir. Adada maral və canavar vardır.
Blank krediti
Daues planı
Alman məsələsində konstruktiv dialoqa dönüş Rur böhranının sona çatması və ABŞ iqtisadçısı general Çarls Dauesin rəhbərliyi ilə beynəlxalq komissiyanın yaradılması oldu. Komissiya təzminat məsələsində 2 ekspert komitəsi yaratmaq haqqında qərar qəbul etdi: Birinci komitə alman markasının sabitləşdirilməsi və büdcənin sağlamlaşdırılması ilə məşğul olmalı idi. İkinci komitə Almaniyadan xaricə çıxarılan kapitalı geri qaytarmaq üçün mümkün olan vasitələri araşdırmalı idi.Ekspertlər komitəsinin iclasları 1924-cü ilin yanvarın 14-dən aprelin 9-a qədər London şəhərində keçirildi. Birinci ekspertlər komitəsinin sədri Daues seçildi. Komitənin başlıca vəzifəsi təzminatla bağlı məsələyə dair tövsiyələr vermək idi. Müzakirələr nəticəsində belə bir qənaətə gəldilər ki, Almaniyanın təzminat ödəmək qabiliyyətinin bərpası üçün işğal edilmiş ərazilər iqtisadi və maliyyə cəhətdən yenidən ölkəyə birləşdirilməli və Almaniyaya beynəlxalq istiqrazlar verilməlidir. Burada təqdim olunan ekspertlərin məruzəsi "Daues planı" adlandırıldı. Bu plan 3 hissədən ibarət idi: 1. Ekspertlərin nəticələri və komitənin mövqeləri. Ekspertlərin əsas məqsədi Almaniyaya qarşı cəza tədbirləri tətbiq etmək deyil, borc vermək üçün yollar axtarmaq idi.
Gertruda planı
Gertruda, Gertrude və ya Gertrud, Nasist Almaniyasının Türkiyəni işğal etmək planlarında istifadə olunan kod adıdır və fikir 1942-ci ilin yayının əvvəllərində formalaşmağa başlamışdı. Bu kod adı sonradan dəyişdirildi. Qırmızı Ordunun Qafqazdakı hücum hərəkətləri və müttəfiqlərin Siciliyadakı əməliyyatları səbəbindən bu fikirdən imtina edildi. Şərq regionları nazirliyindən tapılan sənədlərə görə Nasist liderləri, gec-tez türkçülük və Azərbaycanın Türkiyə ilə birləşməsinin Almaniyaya təhlükə yaradacağını bilirdilər. “Böyük Turan” adı ilə Azərbaycan və Türkiyənin birləşməsi 1942 və 1943-cü illərdə nasist liderləri tərəfindən müəyyənləşdirildi. Birləşmiş Ermənistan ideyası türklərin Qafqazdakı istəklərinə qarşı tarazlaşdırıcı bir fikir ola bilərdi. Müstəqil Qafqaz Hərəkatı ermənilərin müstəqillik tələblərini qeyd etmişdi. Bəzi iddialara görə, bu Adolf Hitler tərəfindən bu ideya təklif edilmiş və təsdiq edilmişdir.
Leandro Blank
Leandro Blank (2 may 1993) — Argentinalı boksçu. Leandro Blank Argentinanı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Leandro Blank birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında kişilər 49 kq çəkidə, 1/16 final mərhələsində Meksikanın nümayəndəsi Xoselito Velazkez ilə üz-üzə gəldi. Həmin görüşdə Leandro Blank rəqibinə 0:3 hesabı ilə uduzdu.
Madaqaskar planı
Madaqaskar planı — Üçüncü Reyx tərəfindən təklif edilən köçürmə planı. Plana əsasən Avropada yaşayan yəhudi toplumu Madaqaskar adasına yerləşdirilməli idi. == Arxa plan == Avropalı yəhudilərin Madaqaskar adasına köçürülməsi ilə bağlı fikirlər daha əvvəlcədən də mövcud olmuşdur. Fikir ilk dəfə 1885-ci ildə antisemitist düşüncələri ilə bilinən Paul de Laqarde tərəfindən təklif edilmişdir. 1920-ci ildə dönəmin aktiv siyasi və ictiami xadimlərindən olan Henri Hamilton, Arnold Le və digərləri Madaqaskar planı planını yenidən gündəmə gətirmişdir. Madaqaskar planından öncə XX əsrin əvvəllərində Avropada yaşayan yəhudi toplumuna Uqanda planı adlı layihə təklif edilir. Plana əsasən yəhudi əhalisi indiki Keniya ərazilərində yerləşən Mau platasına köçürülməli idi. Təklif Bazel şəhərində keçirilən VI Sionist yığıncağında müzakirə edildi və müzakirələr şiddətli fikir ayrılığına səbəb oldu. Madaqaskar dünya yəhudilərinin toplana biləcəyi və monoetnik dövlət quracağı ən potensiallı yer sayılırdı. Müharibə ərəfəsində bu ideyanı yenidən gündəmə gətirən nasist liderlər Adolf Hitlerin də razılığını ala bilmişdi.
Marşal planı
Marşal planı — Soyuq müharibənin başlanması üçün real addım. Almaniya və Yaponiya üzərində 1945-ci ildə çalınan qələbənin sevinci çox keçmədi ki, qorxu ilə əvəz olundu. Belə ki, Amerikanın müttəfiqi olan Sovet İttifaqı birdən-birə dönüb onun düşməninə çevrildi və Soyuq Müharibə qırx ilə qədər çəkdi. Soyuq Müharibə ABŞ cəmiyyətinə, onun dövlət siyasətinə böyük dəyişmələr gətirdi. Bu müharibə amerikan xalqına, çətin də olsa, öz münasibət və baxışlarına yenidən nəzər yetirməyi təlqin etdi. Axı amerikalılar özlərinin xarici siyasətində yalnız ağ və qara rəngi görməyə alışmışdılar: hər hansı dövlət ya dostdur, ya da düşmən; yaxşı siyasət ya da pis siyasət, udulan, ya da uduzulan müharibə; Soyuq Müharibə dövründə amerikan xarici siyasəti mahiyyətcə Harri Trumən tərəfindən düşünülmüş "cilovlama siyasəti"nə (containment policy) söykənirdi. Bu siyasətin əsas məqsədi Sovet İttifaqının nüfuz dairəsini Şərqi Avropa çərçivəsində cilovlamaq idi; kommunist qüvvələri daha uzağa gedəcəyi təqdirdə, Birləşmiş Ştatların əsas vəzifəsi Sovet İttifaqını yalnız öz yerində oturtmaq idi. Soyuq Müharibə amerikalılara imkan yaratdı ki, Marşall planını əldə rəhbər tutub səxavət göstərsinlər, həm də ölkənin öz daxili siyasətində ciddi dəyişmələr aparsınlar. Koreya müharibəsinin tən ortasında o qədər də rəğbət qazanmayan prezident, məşhur generalı tutduğu vəzifədən azad etməklə, mülki rəhbərliyin hərbçilərdən bir baş yuxarı olduğunu sübuta yetirdi. Ali Məhkəmə öz hərbi səlahiyyətlərindən istifadə etmiş prezidentin bu təşəbbüsünü antikonstitusion hərəkət kimi qiymətləndirdi; amerikan tarixində Vətəndaş müharibəsindən bəri indiyəcən belə bir məqama rast gəlinməmişdi.
Mauntbetten planı
Mauntbetten planı — Böyük Britaniyanın mütəmləkəsi olan Hindistanın iki dominiona (Hindistan İttifaqı və Pakistan) bölünməsi planı. == Tarixi zərurət == Hindistanda müstəmləkə zülmünə qarşı mübarizə İkinci Dünya müharibəsindən sonra daha geniş vüsət aldı. Böyük Britaniya İkinci dünya müharibəsindən sonra nəinki böyük dövlət statusuna iddia edə bilirdi, hətta beynəlxalq siyasətdə ciddi rolu görünmürdü, nəhəng imperiya statusundan imtina edərək kiçik tərəfdaş rolunu oynayırdı. Hərbi-iqtisadi baxımdan Amerika Birləşmiş Ştatlarından asılı vəziyyətə düşən İngiltərə Hindistan da daxil olmaqla dünyanın müxtəlif bölgələrində öz iqtisadi maraqlarından Vaşinqtonun xeyrinə imtina etdi. İngiltərədə 1945-ci ilin iyulunda keçirilən parlament seçkilərində qalib gələn leyboristlər konservatorlardan fərqli olaraq "Hindistandan getməyin vacibliyi, qaçılmazlığı", "qalmaq üçün getmək" siaysətinin zəruriliyini daha aydın əkildə dərk edirdilər. Liberal tendensiya Hindistanın bütövlüyünü saxlamaq, ideya baxımdan leyboristlərə yaxın olan HMK-ya önəmli hakimiyyət funksiyaları ötürməyə üstünlük verirdi. İngilislərin əlində zəiflədilmiş mərkəzi hakimiyyətin qalması onları Hindistanın bütövlüyünün qarantına çevirirdi, eyni zamanda siyasi elitanın diqqətini, enerjisini yerli problemlərin həllinə yönəldirdi. Hindistanın regional, konfessional, adminstrativ-siyasi əsaslara görə parçalanması müstəmləkəçilərin əsas siyasi xətti idi. Leyborist hökumətinin lord Petik-Lourens missiyası Hindistanın vahidliyini təmin etmək, İngiltərə ilə sıx əlaqələrini təmin etməyə çalışırdı. Londonda 1946-cı il may ayının 16-da açıqlanan "bütövlük planı" Konstitusiya Assambleyasının fəaliyyətini nəzərdə tutur, məhz liberaların baxışlarını əks etdirirdi.
Mel Blank
Mel Blank (ing. Mel Blanc; 30 may 1908[…], San-Fransisko, Kaliforniya – 10 iyul 1989[…], Sedars-Sinay Tibb Mərkəzi[d], Kaliforniya) — "Min səsli insan" ayaması ilə tanınan amerikalı. Mel Blank Warner Bros. cizgi filmlərinin bir çox qəhrəmanlarını və o cümlədən Baqz Bannini səsləndirib. Günlərin bir günü o avtomobil qəzasına düşür və kəllə sümüyünü sındıraraq 3 həftəlik komada olur. Komada Blanka dəfələrlə müraciət edilməsinə baxmayaraq o reaksiya vermirdi, lakin haçan ki, həkim ondan: "Necəsən, Baqz Banni?", soruşur, aktyor dərhal dovşan səsi ilə cavab verir. Blankın məzarında bir çox cizgi filmlərinin sonluğunda donuz balası personajı Porki Piqin səsləndirdiyi məşhur "That's All Folks" (azərb. "Bu da son, uşaqlar"‎) frazası yazılmışdır.
Planck uzunluğu
Plank uzunluğu (ℓP), Planck birimləri olaraq bilinən təbii ədədlər sistemindəki uzunluq vahididir və Plank vaxtına çarpan vakuumda işıq sürətinə bərabərdir.
Plano (Texas)
Plano - Texas ştatında şəhər, ABŞ.
Plano Karpini
Covanni Plano Karpini və ya İoann Karpini (it. Giovanni da Pian del Carpine, lat. Iohannes de Plano Carpini; 1182 — 1 aprel 1252) — italiyalı fransiskan rahibi. Böyük Monqol imperiyasına səyahət etmiş ilk avropalı. Səyahətləri əsasında Historia Mongalorum quos nos Tartaros appellamus ("Bizim tatar adlandırdığımız, monqalların tarixi") və Liber Tartarorum ("Tatarlar haqda kitab") əsərlərini yazmışdır.
Point Blank
Point Blank — Cənubi Koreyanın oyun şirkəti Zepetto tərfindən yaradılan onlayn birinci şəxs atıcı oyundur. Oyun 2008-ci ildə yayımlanmışdır. Oyun CT-Force və Free Rebels arasındakı müharibə haqqındadır. Oyunda rütbə sistemi vardır. "Hərbi şagird" rütbəsi ilə başlanır və ən yüksək rütbə "Baş General"dır. Oyun keçirdikcə təcrübə xalı və oyun xalı qazanılır. Oyunda bəzi özəl əşyaları və silahları da almaq üçün əsl pul ilə ala biləcəyimiz oyun pulu da istifadə olunur. Oyunda 7 fərqli format və bir çox xəritə var. == Obrazlar == === CT-Force === CT Force polis qrupu Free Rebels üsyançılarına qarşı ölkəni müdafiə edirlər. Qrupda 3 qadın, 2 kişi obraz var.
Ratchet & Clank
Ratchet & Clank (azərb. Retçet və Klenk‎) — aksiya platformer və üçüncü şəxs atıcı videooyunları seriyasıdır. Franşiza Insomniac Games tərəfindən yaradılmış və hazırlanmışdır və Sony Interactive Entertainment tərəfindən PlayStation 2, PlayStation 3, PlayStation 4 kimi PlayStation 5 konsolları üçün nəşr edilmişdir. və PlayStation 5 tərəfindən hazırlanmış Size Matters və Secret Agent Clank istisna olmaqla. PlayStation Portable üçün Yüksək Təsirli Oyunlar. Serial Sony platformaları üçün eksklüzivdir və intellektual mülkiyyət Sony Interactive Entertainment-ə məxsusdur. cizgi filmi adaptasiyası 29 aprel 2016-cı ildə buraxıldı. Oyunlar elmi fantastika şəraitində baş verir və Ratchet (Lombax kimi tanınan pişik insanoid sərgüzəştlərini izləyir., mexanik) və Clank (kiçik, həssas Zoni "qüsurlu" robot) kainatı şərdən xilas edərək səyahət edərkən onu ardıcıl olaraq təhdid edən qüvvələr. Seriya bir çox ekzotik, unikal və ən yüksək səviyyəli silah və qadcetləri daxil etməsi ilə diqqəti cəlb edir, bu konsepsiya Insomniac Games-in digər oyunlarına da genişləndi. == Əsas simvollar == Serialın əsas personajları Veldin planetindən olan Lombax mexanik Ratchet və onun robotyaxşı dostu, guya nasaz bir maşın tərəfindən yaradılmış Klankdır.
Renod Blank
Renod Blank (3 yanvar 1991) — İsveçrəli peşəkar kişi BMX velosipedçisi. Renod Blank İsveçrəni beynəlxalq yarışlarda təmsil edir. == Karyerası == Renod Blank 2015 UCI BMX Dünya Çempionatında 1 km zaman yarışında iştirak etmişdir. O, Belçikada baş tutan yarışlarda 32.265 saniyəlik nəticəsi ilə 26-cı yeri tutdu.