Plankənd — Azərbaycan Respublikasının Gədəbəy rayonunun Plankənd kənd inzibati ərazi dairəsində kənd.[1] Azərbaycan Respublikası Milli Məclisinin 24 iyun 2005-ci il tarixli, 954-IIQ saylı Qərarı ilə Gədəbəy rayonunun Plankənd kəndi Rüstəm Əliyev kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Plankənd kənd inzibati ərazi vahidi yaradılmışdır.[2]
Plankənd | |
---|---|
40°29′19″ şm. e. 45°45′23″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Kəndin keçmiş adı Qamışlı olmuşdur. Hazırda kəndin cənubunda Qamışlı yeri adlanan sahədə yerləşən yaşayış məntəqəsi 1903-cü ildə indiki yerə köçürülmüş və planlı şəkildə salındığına görə belə adlandırılmışdır.[3]
Kənd Başkənd-Dəstəfur çökəkliyində yerləşir.
2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 1161 nəfər əhali yaşayır.[4]
Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı — əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Gədəbəy rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |