Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Plebsin patrisiatla mübarizəsi
E.ə 5 əsrdə Qədim Romanın iki əsas zümrəsi arasında baş verən mübarizə. Bu plebsin iqtisadi, ədliyyə və siyasi haqları uğrunda mübarizəsi idi. Patrisiat bu vəziyətdə öz haqlarını bölüşməmək məqsədi güdürdü, lakin o müəyyən kompromislərin qaçılmaz olmasını anlayırdı, çünki plebs romalı qoşunun əsas hissəsini təşkil edirdi. Beləliklə bu həm Romanın daxili həm də xarici siyasətinin gələcəyini müəyyən edən çox vacib bir məsələ idi. == Mübarizənin səbəbləri == Plebslə patrisiatın mübarizəsi hələ çar dövründən başlayıb, ama xüsusi ilə erkən respublika dövründə kəskinləşdi. Mübarizə üç əsas maddə ətrafında inkişaf edirdi: aqrar məsələ, borc məsləsi və siyasi hüquqlar. Əhalinin mütləq əksəriyəti üçün torpaq yaşamaq üçün yeganə vasitə idi. Xüsusi paylardan (adətən iki yuqer) başqa, torpaq vətəndaş kollektivinə məxsus idi və ayrı-ayrı vətəndaşlar tərəfindən icarə olunurdu. İçtimai torpağın aslan payı(ager publicus)patrisiat tərəfindən icarə olunurdu, və plebey kütləsi üçün torpaq əsasən əlçatmaz idi. Torpaq çatışmazlığı plebey hərəkatının və romalı ekspansiyanın əsas səbəbləri idi.
Veyverli Pleysin sehrbazları
Veyverli Pleysin sehrbazları (ing. Wizards of Waverly Place) serialda Castin Russo, Aleks və Meks adındakı 3 cadugər haqqındadır. Bu bacı və qardaşlar sehrlərini istifadə etməyi öyrənmək məcburiyyətindədir. Bir gün bir yarışma edəcəklər və ən güclü olan qazandıqda gücləri onda qalacaq, digərləri güclərini itirəcəklər. Serialın finalında Cadugərlik yarışması keçirilir və ailə cadugəri Aleks Russo seçilir. Bunu da bildirək ki, serialın "Dude Looks Like Shakira " hissəsində məşhur müğənni Şakira çəkilmişdir.Bundan başqa serial bitdikdən sonra davam filmi olaraq "The Wizards Return :Alex vs Alex" filmi lentə alınmışdır.Ancaq bu filmdə Devid Henri rol almamışdır.
Veyverli Pleysin sehrbazları (film, 2009)
Veyverli Pleysin sehrbazları — 2009-cu ildə çəkilən Disney Channel orijinal filmidir.Film düşünülməmiş bir sözün insan həyatını necə dəyişdirəcəyini göstərir.Filmdə Aleks Russo özüdə bilmədən ata və anasının heç tanış olmamasını arzu edir və bu sehr baş tutur.Sehri pozmaq üçün isə o Castin və Meksdən kömək istəyir və onlar birlikdə sehri pozacaq tək qüvvə olan "Xəyallar daşı"nı axtarmağa çıxırlar. Və film bu yolda baş verən hadisələrlə davam edir.Sonda isə Aleks fəlsəfə daşı ilə sehri pozur.Filmin televizyadakı ilk primyerasını dünyada 11,4 milyon insan izləmişdir.
Fallout: A Post Nuclear Role Playing Game
Fallout: A Post Nuclear Role Playing Game (azərb. Radioaktiv yağıntı. Bir postnüvə rol oyunu‎) və ya sadəcə Fallout (azərb. Radioaktiv yağıntı‎) — "Dragonplay" tərəfindən hazırlanan və "Interplay Entertainment" tərəfindən nəşr olunan növbəyə əsaslanan postapokaliptik açıq dünya rol videooyunu. "Fallout" oyun seriyasındakı 1-ci epizoddur. Layihə istehsal prosesində olarkən 1988-ci ildə satışa çıxarılmış "Wasteland" videooyununun de-fakto sikveli hesab edilirdi. Lakin bu, "Interplay" şirkəti "Wasteland" videooyununun hüquqlarını vaxtında əldə edə bilmədiyindən baş verməmişdir. Oyun 10 oktyabr 1997-ci ildə Şimali Amerikada Microsoft Windows, MS-DOS və Mac OS platformaları üçün, həmin ilin axırlarında Avropada eyni platformalar üçün, 2002-ci ildə isə Şimali Amerikada Mac OS X platforması üçün satışa çıxarılmışdır. Oyunun hadisələri ABŞ-nin Kaliforniya ştatının cənub ərazilərində cərəyan edir. Oyunun əsas hekayəsi "Böyük müharibə"dən (ing.
KonoSuba: God's Blessing on This Wonderful World!
KonoSuba: God's Blessing on this Wonderful World! (azərb. KonoSuba: Tanrının bu möhtəşəm dünyaya lütfü!‎), Yaponiyada tanınan adı ilə Kono Subarashii Sekai ni Shukufuku wo! (この素晴らしい世界に祝福を!, Kono Subarashii Sekai ni Shukufuku wo!, azərb. Bu möhtəşəm dünyaya xeyir-dua ver!‎) və ya qısaca KonoSuba — Natsume Akatsuki tərəfindən yaradılmış və yazılmış komediya roman seriyası. Roman seriyası Kazuma Sato adlı oğlanın öldükdən sonra fentezi dünyasına düşməsindən, bu dünyada bir ilahə, bir sehrbaz və bir səlibçi ilə ittifaq yaradıb bədheybətlərə qarşı döyüşməsindən bəhs edir. Əsər ilk öncə veb-roman şəklində 2012-ci ilin dekabrından 2013-cü ilin oktyabrına qədər Shōsetsuka ni Narō veb-roman saytında yayımlanmışdır. Veb-roman daha sonra Kurone Mişimanın rəssamlığı ilə ranobe şəklinə salınmış və 2013-cü ilin oktyabrında Kadokawa Shoten nəşriyyatının Kadokawa Sneaker Bunko imprinti altında nəşr olunmağa başlamışdır. Masahito Vatanarinin rəssamlığı ilə hazırlanan manqa adaptasiyası Fujimi Shobo nəşriyyatının "Monthly Dragon Age" jurnalında 2014-cü ilin oktyabrından nəşr olunur. 2015-ci ilin martında HobiRecords tərəfindən Drama CD buraxılmışdır.
Doris Lessinq
Doris Lessinq (ing. Doris Lessing; 22 oktyabr 1919[…], Kirmanşah – 17 noyabr 2013[…], London) — ingilis yazıçısı-fantast, feminist, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı (2007). Zəif bəşəriyyətin qüdrətli sivilizasiyaların mübarizəsində passiv iştirakının fəlsəfi problematikasının müxtəlif izahlarını özündə əks etdirən "Kanopus Arqosda" (1979-1982) seriyasından beş romanın müəllifidir. == Həyatı == İngilis yazıçısı Doris Mey Lessinq ədəbiyyat sahəsində Nobelə layiq görülən on birinci qadındır. Digər tərəfdən mükafatı həyatının ən ahıl çağında - 87 yaşında alması ilə də özünəməxsus rekord sahibi olmuşdur. İranın Kirmanşah şəhərində doğulmuşdur. Ailəsi 1925-ci ildə Afrika qitəsindəki ingilis müstəmləkəsinə — Cənubi Rodeziyaya (indiki Zimbabve) köçmüşdü. Taleyini yeni yerlərdə sınamaq fikrinə düşən atası — Britaniya ordusunun keçmiş kapitanı Alfred Tayler burada iri torpaq mülkiyyətçisi olmaq istəyirdi. Lakin arzusunu gerçəkləşdirə bilməmişdi. Doris 14 yaşına qədər kilsə yanındakı məktəbdə təhsil almışdı.
Lessinq kafirotu
Lessinq kafirotu (lat. Camphorosma monspeliaca subsp. lessingii) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin pəncərkimilər fəsiləsinin kafirotu cinsinin camphorosma monspeliaca növünə aid bitki yarımnövü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Təhlükəli həddə yaxın olanlar" kateqoriyasına aiddir – NT. Azərbaycanın nadir növüdür. == Təbii yayılması == Monqolustan, İran və Rusiyada yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 20-60 sm olan çoxgövdəli yarımkolcudur. Aşağı hissələri odunlaşmışdır. Üzəri xırda ağımtıl tüklüdür. Yarpaqları 2-6 mm uzunluğunda, xətli bizvaridir. Çiçəkləri sünbülvari çiçək qruplarında tək-tək sıx yerləşir.
Lessinq kamforosması
Lessinq kafirotu (lat. Camphorosma monspeliaca subsp. lessingii) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin pəncərkimilər fəsiləsinin kafirotu cinsinin camphorosma monspeliaca növünə aid bitki yarımnövü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Təhlükəli həddə yaxın olanlar" kateqoriyasına aiddir – NT. Azərbaycanın nadir növüdür. == Təbii yayılması == Monqolustan, İran və Rusiyada yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 20-60 sm olan çoxgövdəli yarımkolcudur. Aşağı hissələri odunlaşmışdır. Üzəri xırda ağımtıl tüklüdür. Yarpaqları 2-6 mm uzunluğunda, xətli bizvaridir. Çiçəkləri sünbülvari çiçək qruplarında tək-tək sıx yerləşir.
Qothold Efraim Lessinq
Qothold Efraim Lessinq (alm. Gotthold Ephraim Lessing‎, 20 yanvar 1729 - 15 fevral 1781) - alman şairi, dramaturqu, mütəfəkkiridir. Lessinq yeni alman ədəbiyyatına keçidin möhtəşəm əsasını qoymuşdur. Alman klassik ədəbiyyatının banisidir. O, həmçinin Almaniyada realist estetikanın yaradıcısı sayılır. Onun mübariz ideyalarla dolu dramaturgiyası isə yeni eranın siyasi tribunası olmuşdur. == Həyatı == Qothold Efraim Lessinq 1729-cu ildə Almaniyada, Kamenç şəhərində kasıb pastor ailəsində doğulmuşdur. ailəsi belə hesab edir ki, nəsl ənənəsinə görə o da pastor olacaqdır. Lakin kiçik yaşlarından mütaliyəyə meyl göstərən Lessinq ilk təhsilini Maysendə knyaz məktəbində alır. Bu monastır məktəbində də sxolastik pedantizm hakim idi.
Aksiya rol-pleyinq oyunu
Döyüş rol oyunu, Ekşen rol oyunu (ing. Action role-playing game, Action RPG, Action-RPG) və ya ARPO (ing. ARPG) — rol-pleyinq və aksiya elementlərinin birləşdiyi rol videooyunu altjanrı. Belə oyunlar növbə-əsaslı və menyu-əsaslı döyüş yerinə, gerçək-zamanlı döyüşə vurğulanırlar. Başqa bir sözlə, ənənəvi rol oyunlarında oyunçunun döyüş vəziyyətində müvəffəqiyyətli olması onun idarə etdiyi personajın şəxsi xüsusiyyətlərindən asılıdır, döyüş rol oyunlarında isə bu, oyunçunun öz təcrübəsi və sürətindən də asılı olur. Bu cür oyunlar adətən hack and slash və atıcı oyunlarına bənzər bir döyüş sistemindən istifadə edirlər. Üslub baxımından, altjanr hack and slash oyunlarını xatırladır, fəqət bu oyunlar süjet xəttinə və personajlara daha çox diqqət yetirir. Hack and slash oyunlarında oyunçu əsasən tək bir personajı idarə edir və bütün vurğu döyüş sistemində olur, döyüş rol oyunlarında isə çoxlu dialoq olur. Döyüş rol oyunları RPG mexanikaları və tapşırıq sistemi olan döyüş-macəra oyunları və ya gerçək-zamanlı döyüş sistemindən istifadə edən kütləvi çoxnəfərli rol-pleyinq oyunları ("MMORPG"lər) ilə səhv salına bilərlər.