TAQQILTI
TALA-TALA
OBASTAN VİKİ
Tala
Tala (meşə) — meşənin ortasında çox da iri olmayan ağacsız açıq sahə. Tala (Qaraqoyunlu) — Yelizavetpol quberniyasının Qazax qəzasında kənd. Aşağı Tala — Zaqatala rayonunda kənd. Yuxarı Tala — Zaqatala rayonunda kənd. Üçüncü Tala — Zaqatala rayonunun Üçüncü Tala kənd iəd kənd. Uzuntala (Zaqatala) — Zaqatala rayonunda kənd. Tala — Cəlilabad rayonu ərazisində çay. Göytəpə çayının sağ qoludur. Tala — Zaqatala rayonu ərazisində çay. Qanıx çayının sol qoludur.
Tala (Qaraqoyunlu)
Talakənd — Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında, indiki Karvansaray (İcevan) rayonunda kənd. Rayon mərkəzindən 3 km məsafədə yerləşir. Erməni mənbələrində Tala formasında qeyd edilir. Toponim «meşədə ağacsız çılpaq yer, sahə, açıqlıq» mənasında işlənən tala sözü ilə «yaşayış məntəqəsi»; mənasında işlənən kənd sözünün birləşməsindən əmələ gəlmiş „ dir. Relyeflə bağlı yaranan toponimdir. Quruluşca mürəkkəb toponimdir. Erm. SSR AS RH-nin 25. I. 1978-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Ketahovit qoyulmuşdur. Tala - Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında, indi Dilican şəhəri ərazisində yer.
Tala (meşə)
Tala — meşənin ortasında çox da iri olmayan ağacsız açıq sahə. Əsasən insan fəaliyyəti nəticəsində əmələ gəlir. Relyefdən, dəniz səviyyəsinin yüksəkliyindən, məhəllin cəhətlərindən asılı olaraq talada ya çəmən, yaxud da bozqır (çöl) bitkiləri üstünlük təşkil edir. Talalarda bəzən kənd təsərrüfatı bitkiləri əkilir. Taladan biçənək kimi də istifadə olunur. Kiçik Qafqazın dağ meşələrində, əsasən az meyilli yamaclarda çox rast gəlinir.
Həsən xan Tala
Həsən xan və ya Həsən xan Şahsevən (fars. حسن خان شاهسوان‎; d. 1712, Qalaqayın, Muğan mahalı, Səfəvilər dövləti – ö. 1789, Şəmkir, Şəmşəddil sultanlığı) — Şahsevən elinə mənsub olan Cavad xanlığının ikinci xanı, sərkərdə. == Həyatı == Həsən xan XVIII əsrin ikinci yarısında Muğanın, Cavad ərazisinin hakimi olmuşdu. El içində Həsən xanla bağlı bir deyim var: Həsən xan bəzi mənbələrdə "Talе Həsən xan", "Tala Həsən xan" kimi xatırlanır. Həsən xan 1768-ci ildən Fətəli xan Qubalının vassalı olmuşdu. Tarixi ədəbiyyatdan bəllidir ki, dinc yolla Quba xanlığına birləşdirilən Cavad xanlığının xanı Həsən xan tezliklə Fətəli xanın ən yaxın adamlarından birinə çevrilir. Hətta 1769-cu ildə Şamaxıda Fətəli xana qarşı hazırlanmış bir sui-qəsdin ləğv edilməsinə xüsusi xidmət göstərmişdir. Cavad xanı Fətəli xanın ən inanılmış adamlarından biri olub, onun gizli məşvərətlərində iştirak edirdi.
Tala təpə (Urmiya)
Tala təpə (fars. طلاتپه‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 796 nəfər yaşayır (264 ailə).
Aşağı Tala
Aşağı Tala — Azərbaycan Respublikasının Zaqatala rayonunun inzibati ərazi vahidində kənd. == Coğrafiyası və iqlimi == Aşağı Tala kəndini rayon mərkəzindən Tala çayı ayırır. Şimali-şərqdən Yuxarı Tala kəndi, qərb tərəfdən Tala çayı, cənubdan isə Əli Bayramlı kəndinin bəzi hissələri ilə həmsərhəddir. Kəndin ərazisi 3.327 hektardır. == Əhalisi == 1 yanvar 2012-ci il tarixinə olan rəsmi təxminə əsasən əhalisi 6.830 nəfərdir, milli tərkibcə əsasən azərbaycanlılar ibarətdir. Dini etiqadına görə kənd əhalisi müsəlmanlardan təşkil olunub. Kənd RİHB-nın ərazi İcra nümayəndəsi və Aşağı Tala Bələdiyyəsi tərəfindən idarə olunur. == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyəti əkinçilik, tütünçülük, baramaçılıq, fındıqçılıq, tərəvəzçilik, bağçılıq və maldarlıqdır. Burada "Azərtütün" MMC-nin illik istehsal gücü 3500 ton olan, MDB-də ən müasir olduğu iddia edilən tütün emalı zavodı yerləşir. == Mədəniyyəti == Kənddə üç orta məktəb, bir texniki peşə məktəbi, həkim məntəqəsi, mədəniyyət evi, uşaq bağçası, klub, 3 kitabxana, 2 məscid binası, 3 hücrə, futbol meydançası var.
Yuxarı Tala
Yuxarı Tala — Azərbaycan Respublikasının Zaqatala rayonunun inzibati ərazi vahidində kənd. Kənddə tikintisi 1910-cu ildə başa çatdırılımış Cümə məscidi var. Məscidin tikintisinin fikir müəllifi və tikintiyə rəhbərlik edən şəxs Şeyx Əhməd Əfəndi Talalı olmuşdur. Məscidin dam örtüyü xeyriyyəçi Hacı Zeynalabdin Tağıyev tərəfindən talalılara hədiyyə edilmişdir [mənbə göstərin] Əhalisi 7386 nəfərdir. Əhalinin əsas məşğuliyyəti taxılçılıq, tütünçülük, fındıqçılıq, tərəvəzçilik, bağçılıq və maldarlıqdır.
Üçüncü Tala
Üçüncü Tala (əvvəlki adı:Dombabinə) — Azərbaycan Respublikasının Zaqatala rayonunun Üçüncü Tala kənd inzibati-ərazi dairəsində kənd. 29 may 2015-ci ildə Dombabinə kənd inzibati-ərazi dairəsi tərkibindəki Dombabinə kəndi Üçüncü Tala kəndi adlandırılmış və Dombabinə kənd inzibati ərazi dairəsi Üçüncü Tala kənd inzibati ərazi dairəsi hesab edilmişdir. Əhalinin əsas məşğuliyyəti taxılçılıq, tütünçülük, fındıqçılıq, tərəvəzçilik, bağçılıq və maldarlıqdır. Kənddə Dombabinə kənd məscidi dini icması fəaliyyət göstərir.
Achillea talagonica
Achillea talagonica (lat. Achillea talagonica) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin boymadərən cinsinə aid bitki növü.
Echinops talassicus
Echinops talassicus (lat. Echinops talassicus) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin toppuztikan cinsinə aid bitki növü.
Hamada Talat
Hamada Talat (1 mart 1981) — Misirli atıcı. Hamada Talat Misiri 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Hamada Talat birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında kişilər 10 m məsafəyə pnevmatik tapança yarışında iştirak etdi. Ümumilikdə 618.2 xal toplayaraq 39-cu yeri tutdu və finala vəsiqə qazana bilmədi.
Laşa Talaxadze
Laşa Talaxadze (gürc. ლაშა ტალახაძე; 2 oktyabr 1993) — 109 kq-dan yuxarı çəki dərəcəsində yarışan gürcüstanlı ağırlıqqaldıran. İkiqat Olimpiya, altıqat dünya və yeddiqat Avropa çempionu. == Karyerası == 2010-cu ildə beynəlxalq arenada debüt edib. Öz idman karyerası ərzində 105 kq-dan yuxarı çəki dərəcəsində çıxış edib. 2013-cü il oktyabrın 17-də yeniyetmələr arasında ağır atletika üzrə Avropa çempionatında qadağan olunmuş preparatlar qəbul etdiyinə görə cəzalandırılmışdır. Cəzası 17 oktyabr 2015-ci ildə başa çatıb. 2015-ci ildə ABŞ-nin Hyuston şəhərində keçirilən ağırlıqqaldırma üzrə dünya çempionatında qızıl medal qazanıb. O, birdən qaldırmanı 207, təkanla qaldırmanı isə 247 kq-lıq nəticə ilə başa vurub. Bununla da o, yekunda 454 kiloqramlıq göstəriciyə nail olub.
Ligularia talassica
Ligularia talassica (lat. Ligularia talassica) — mürəkkəbçiçəklilər fəsiləsinin liqulariya cinsinə aid bitki növü.
Salur Qazanın evi talandığı boy (film, 2001)
Salur Qazanın evi talandığı boy — film "Dədə Qorqud Oğuznamələri" filmlər silsiləsinin ikincisidir. "Dədə Qorqud Dastanı"nın 12 boyunun çəkilməsi nəzərdə tutulan filmlər silsiləsinin yalnız iki boyu çəkilərək yarımçıq qalmışdır.
Samoa talası
Samoa talası — Samoanın pul vahidi.
Talaat Sadat
Talaat Sadat (ərəb. طلعت عصمت السادات‎; 26 fevral 1954 – 20 noyabr 2011, Qahirə) — Misir siyasətçisi, vəkil və keçmiş siyasi məhbus. Misirin keçmiş prezidenti Ənvər Sadatın qardaşı oğlu idi. Talaat, bir reportajda əmisinin 1981-ci ildə qətlini Misir Silahlı Qüvvələri ilə əlaqələndirdi, bundan sonra o, 4 oktyabr 2006-cı ildə tutuldu. Hərbi qüvvələri tərəfindən aparılan məhkəmə Misir silahlı qüvvələrinə böhtan atmaq ittihamı ilə sona çatdı və nəticədə bir il həbs cəzasına məhkum edildi. Onun həbsi və məhkumluğu ABŞ Dövlət Departamenti tərəfindən tənqid edildi. 2011-ci il Misir inqilabından sonra Misir siyasi həyatını pozduğu üçün Milli Demokrat Partiyasının ləğv edilməsini tələb edən nümayişlərdə iştirak etsə də, Misirin keçmiş prezidenti Hüsnü Mübarəkin partiyadan istefası ardından partiyanın yeni sədri seçildi. Bununla birlikdə, 16 aprel 2011-ci ildə MDP məhkəmələr tərəfindən ləğv edildi və aktivləri hökumətə təhvil verildi. Sonra ölümündən bir müddət əvvəl Misir Milli Partiyasının yaradılmasında işlərə başladı.
Talabinələr
Talabinələr — Azərbaycan Respublikasının Zaqatala rayonunun inzibati ərazi vahidində kənd. Əhalinin əsas məşğuliyyəti taxılçılıq, tütünçülük, fındıqçılıq, tərəvəzçilik, bağçılıq və maldarlıqdır.
Talabı
Talabı — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. Talabı oyk., düz. Quba r-nunun eyniadlı i.ə.v.-də kənd. Dağətəyi düzənlikdədir. Keçmişdə kənd 3 məhəllədən ibarət olmuşdur. Kəndin böyüməsi nəticəsində ondan Baş Talabı (Sər Talabı), 'Orta Talabı (Minkə Talabı) və Aşağı Talabı (Zır Talabı) məntəqələri yaranmışdır. Baş Talabıdan çıxan ailələr Talabıqışlaq kəndini yaratmışlar. Aşağı Talabı indi Xaruşə, Baş Talabı isə Talabı adlanır. Oykonim fars dilindəki təlab (çəmən, bağ, bağça) sözündən və mənsub, bildirən -/ şək.-sindən ibarət olub, “çəmənlik, bağ- çalıq” mənasındadır. 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 343 nəfər əhali yaşayır.
Talabıqışlaq
Talabıqışlaq — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. Talabıqışlaq oyk, mür. Quba r-nunun Talabı i.ə.v.-də kənd. Dağətəyi düzənlikdədir. Kəndi Baş Talabıdan çıxan ailələr yaratmışlar. Bu coğrafi ad Talabı (oyk.) və qışlaq sözlərindən ibarət olub, “Talabı kəndinə məxsus qışlaq” mənasındadır. Yaşayış məntəqəsi vaxtilə Talabı kəndinə məxsus qışlaq yerində salındığına görə belə adlanmışdır. Əhalisi tatlardır. 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 1797 nəfər əhali yaşayır. Çox maraqlı toy adətləri var.
Talabıqışlaq bələdiyyəsi
Quba bələdiyyələri — Quba rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis edilib. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Talada ev (cizgi filmi, 1986)
Gizli şəkildə başqasının əməyinin bəhrəsindən istifadə etmək olarmı? Filmin balaca tamaşaçılara ünvanlandığını və uşaqların mənəvi tərbiyəsində əhəmiyyətli rol oynaya biləcəyini nəzərə alsaq, sual heç də ritorik deyil. İki siçanın başına gələn əhvalatdan belə nəticə çıxarmaq olar ki, bir parça halal çörək qeyri-qanuni əldə edilmiş var-dövlətdən şirindir. Ekran əsərində halal zəhmət, işgüzarlıq və əməksevərlik kimi yüksək amillər tərənnüm edilir. Film məşhur Ezopun təmsilinin motivləri əsasında yaradılmışdır. Ssenari müəllifi: Sabir Rüstəmxanlı Rejissor: Hafiz Əkbərov Quruluşçu rəssam: Nazim Məmmədov Bəstəkar: Cəmil Əmirov Operator: Ramiz Ağayev Səs operatoru: Akif Nuriyev Cizgi rəssamı: Vaqif Məmmədov, Gennadi Tişşenko, Rauf Dadaşov, Arifə Hatəmi, Bəhmən Əliyev, Firəngiz Quliyeva, Gülşən Quliyeva Rəssam: Hüseyn Cavid İsmayılov, B.Qaflanov Montaj edən: Lidiya Vyalsova Rejissor assistenti: Z.Rəhimova Rəssam assistenti: Məlahət Hümbətova Operator assistenti: Ziya Xəqani Redaktor: Çingiz Qaryağdı Filmin direktoru: Məmməd Qurbanov Ramiz Əzizbəyli — siçan (Azərbaycan variantı) (titrlərdə yoxdur) Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər.
Talada ev (film, 1986)
Gizli şəkildə başqasının əməyinin bəhrəsindən istifadə etmək olarmı? Filmin balaca tamaşaçılara ünvanlandığını və uşaqların mənəvi tərbiyəsində əhəmiyyətli rol oynaya biləcəyini nəzərə alsaq, sual heç də ritorik deyil. İki siçanın başına gələn əhvalatdan belə nəticə çıxarmaq olar ki, bir parça halal çörək qeyri-qanuni əldə edilmiş var-dövlətdən şirindir. Ekran əsərində halal zəhmət, işgüzarlıq və əməksevərlik kimi yüksək amillər tərənnüm edilir. Film məşhur Ezopun təmsilinin motivləri əsasında yaradılmışdır. Ssenari müəllifi: Sabir Rüstəmxanlı Rejissor: Hafiz Əkbərov Quruluşçu rəssam: Nazim Məmmədov Bəstəkar: Cəmil Əmirov Operator: Ramiz Ağayev Səs operatoru: Akif Nuriyev Cizgi rəssamı: Vaqif Məmmədov, Gennadi Tişşenko, Rauf Dadaşov, Arifə Hatəmi, Bəhmən Əliyev, Firəngiz Quliyeva, Gülşən Quliyeva Rəssam: Hüseyn Cavid İsmayılov, B.Qaflanov Montaj edən: Lidiya Vyalsova Rejissor assistenti: Z.Rəhimova Rəssam assistenti: Məlahət Hümbətova Operator assistenti: Ziya Xəqani Redaktor: Çingiz Qaryağdı Filmin direktoru: Məmməd Qurbanov Ramiz Əzizbəyli — siçan (Azərbaycan variantı) (titrlərdə yoxdur) Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər.
Xankəndi talanları
Xankəndi talanları və ya Xankəndi poqromları — Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin Xankəndi şəhərində 1988-ci ilin sentyabrın 18-də yerli azərbaycanlı əhalisinə qarşı törədilmiş kütləvi talanlar və poqrom aktı. Hadisənin baş vermə səbəbi Dağlıq Qarabağa sahib olmaq üçün erməni millətçilərinin yerli azərbaycanlı əhalinin etnik təmizlənmə prosesinin bir hissəsi. 1988-ci il 18 sentyabrında ermənilərin Xankəndi şəhərində törətdikləri vəhşiliklər Ermənistan SSR-dən gəlmiş erməni millətçi emissarların təşkilatçılığı və iştirakı ilə törədilmişdir. Ermənistan SSR-dən gəlmiş erməni millətçi emissarlarının təşkilatçılığı ilə Xankəndində ermənilər Dağlıq Qarabağın Azərbaycandan qoparılaraq Ermənistana verilməsi tələbi ilə icazəsiz mitinqlərə başladılar. İlk mitinq 1988-ci il fevralın 13-də Xankəndinin mərkəzi meydanında təşkil olundu. Bundan bir həftə sonra, fevralın 20-də Dağlıq Qarabağ Ali Sovetindəki erməni deputatlar qanunsuz olaraq vilayətin Azərbaycanın tərkibindən ayrılaraq Ermənistan SSR-ə birləşdirilməsi məsələsini qaldırdılar. Bu, Dağlıq Qarabağda yaşayan azərbaycanlıların kəskin narazılığına səbəb oldu. Bundan sonra Sovet rəhbərliyi vəziyyəti stabilləşdirmək üçün Xankəndinə Daxili Qoşunların batalyonunu göndərdi. Elə həmin aylardan etibarən ermənilərin azərbaycanlılara qarşı terror hərəkatı başlandı. Xankəndi erməniləri Şuşaya gələn su kəmərini zəhərləməyə cəhd etdilər.
Zoothera talaseae
Zoothera talaseae (lat. Zoothera talaseae) — asiya qaratoyuğu cinsinə aid heyvan növü.
Astracantha talarensis
Astragalus denudatus (lat. Astragalus denudatus) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin gəvən cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Astracantha denudata (Steven) Podlech Tragacantha denudata (Steven) Steven === Heterotipik sinonimləri === Astracantha carthlica (Al.Fed., Fed. & Rzazade) Podlech Astracantha marschalliana (Fisch.) Podlech Astracantha talarensis (Širj. & Rech.f.) Podlech Astragalus carthlicus Al.Fed., Fed. & Rzazade Astragalus caspicus f. sharifii (Širj. & Rech.f.) Parsa Astragalus caucasicus M.Bieb. Astragalus erinaceus subsp. sefidrudensis Širj.
Astragalus talarensis
Astragalus denudatus (lat. Astragalus denudatus) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin gəvən cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Astracantha denudata (Steven) Podlech Tragacantha denudata (Steven) Steven === Heterotipik sinonimləri === Astracantha carthlica (Al.Fed., Fed. & Rzazade) Podlech Astracantha marschalliana (Fisch.) Podlech Astracantha talarensis (Širj. & Rech.f.) Podlech Astragalus carthlicus Al.Fed., Fed. & Rzazade Astragalus caspicus f. sharifii (Širj. & Rech.f.) Parsa Astragalus caucasicus M.Bieb. Astragalus erinaceus subsp. sefidrudensis Širj.
Talanelis
Zəngçiçəyi (lat. Campanula) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin zəngçiçəyikimilər fəsiləsinə aid bitki cinsi. Cinsin adı latınca campana zəng sözündən əmələ gəlmişdir. Bu bitkinin çiçək tacının formasiyası ilə izah olunur. Gülçülükdə istifadə olunan 110 növdən ikiillik bitki kimi zəngçiçəyinin 2 növü yayılmışdır. Piramidaşəkilli zəngçiçəyi (C. pyramidalis) hündürlüyü 120 sm, salxıma yığılmış balaca, göy, bəzən ağ çiçəkləri olan ot bitkisidir. Sıx zəngçiçəyi (C. Glomerata) hündürlüyü 60 sm, bənövşəyi, bəzən ağ çiçəkləri olan bitkidir. Çiçəkləri bəzən yuxarı yarpaqların qoltuğunda bitir. Zəngçiçəyini toxumla çoxaltmaq olar. Çox vaxt bitkini pöhrələrlə çoxaldırlar.
Manija Talaş
Manija Talaş (puştu منیژه تلاش) – 2002-ci ildə anadan olmuş əfqan B-girl. Qaçqınlar Olimpiya Komandasının üzvü kimi 2024-cü il Yay Olimpiya Oyunlarında breykinq yarışlarının iştirakçısı olub. == Həyatı == Manija Talaş 2002-ci ildə Əfqanistanın paytaxtı Kabildə anadan olub və böyüyüb[1]. 17 yaşında ilk dəfə "Facebook" sosial şəbəkəsində gördüyü videodan breykdansı ozü üçün kəşf edib:[2] "İlk dəfə internetdə bir kişinin başı üstə firlandığını görən zaman özümə dedim: bax bu mənim həyatda məşğul olmaq istədiyimdir!" Videoda rəqs edən kişi ilə əlaqə yaratdıqdan sonra Kabildəki "Superiors Crew" breydans klubuna qatılır. Burada o, 56 iştirakçi arasında yeganə qadın olur. Mətbuatda Manijanı "Əfqanıstanda breykdans rəqs edən birinci qadın" kimi xarakterizə etmişdirlər. Bundan sonra o, bir çox əfqanların rəqslərə neqativ münasibət bəslədiyindən çoxlu maneələrlə üzləşmişdir[3][4][5]. Ailəsinin müqavimətinə və bəzi hədə-qorxulara baxmayaraq o, breykdansla məşğul olmağa davam edir. Onun klubu iki dəfə insan ölümü ilə nəticələnən terror aktına məruz qalır[3][5][7]. Üçüncü terror aktının qarşısı polis tərəfindən alınır[2].

Digər lüğətlərdə