Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Petrer
Petrer (isp. Petrer) — İspaniyada yerləşən bələdiyyə. Bələdiyyə Vinalopo-Mica ərazisinin 104,26 km² hissəsini əhatə edir. 2010-cu ildə hesablamalara görə əhali 34634 nəfərə çatmışdır. Əyalət paytaxt şəhərindən 39 km uzaqlıqda yerləşir.
Plener
Plener (fr. plein air – açıq hava) — boyakarlıqda günəş işığı və atmosferin təsiri ilə əmələ gələn rəng dəyişikliklərinin tabloda verilməsini ifadə edən termin. Plener boyakarlığı naturanı bilavasitə öyrənmək və onun real simasını daha tam əks etdirmək məqsədilə rəssamların emalatxanadan kənarda, açıq havada işləmələri ilə əlaqədar meydana gəlmişdir. Renessans dövrü rəssamları gümüşü-boz rəng çalarlarından istifadə edərək tablolarında işıq-hava mühitini ustalıqla vermişlər. Ancaq plener prinsiplərinin geniş yayılması XIX əsrin 1-ci yarısına təsadüf edir. Plener prinsipləri XIX əsrin ortalarında Barbizon məktəbinə mənsub rəssamların, eləcə də K. Koronun, əsrin 2-ci yarısında isə impressionizm nümayəndələri K. Mone, K. Pissarro, O. Renuar və başqalarının yaradıcılığında əksini tapmışdır. Rusiyada İlya Repin, Surikov, Levitan, Azərbaycanda isə Səttar Bəhlulzadə və başqaları bir sıra əsərlərini plenerdə yaratmışlar. ASE, VII cild, Bakı, 1983. səh. 559.
Pleser qraflığı (Kaliforniya)
Pleser — Amerika Birləşmiş Ştatlarının Kaliforniya ştatında yerləşən qraflıq. Qraflığın əhalisi 2010-cu il hesablamasına görə 348,432 nəfər olmuşdur. Mərkəzi Obern şəhəridir.
Girişmə, öldürər! (film, 1990)
== Məzmun == Filmin qəhrəmanları-dörd nəfər dost istirahət etmək məqsədilə "Azərbaycan" gəmisində dəniz səyahətinə çıxır. Onlar gəmidə bir guşəyə çəkilib "Şimşimə" kart oyununa başlayırlar. Amma oyunu başa vura bilmirlər. Çünki dostlar macəralarla dolu ağlasığmaz hadisələrin iştirakçısına çevrilirlər. Bu hadisələr filmin əsas süjet xəttini təşkil edir. == Filmin heyəti == === Film üzərində işləyənlər === Ssenari müəllifi: Ramiz Fətəliyev, Pavel Kotorobay Quruluşçu rejissor: Cahangir Mehdiyev Quruluşçu operator: İsrafil Ağazadə (İsrafil Ağayev kimi) Quruluşçu rəssam: Fikrət Ələkbərov Geyim rəssamı: Fikrət Ələkbərov Quraşdırılmış səhnələrin operatoru: Ramiz Babayev Quraşdırılmış səhnələrin rəssamı: Sərvər Musayev Bəstəkar: Cavanşir Quliyev Səs operatoru: Kamal Seyidov Mahnıların mətni: Ramiz Rövşən Montaj edən: Tamilla Muxtarova Kaskadyor: Əli Məmmədov === Rollarda === Həsənağa Turabov — Həsən Rasim Balayev — kapitan Rasim Səyavuş Aslan — Səyavuş Zemfira Nərimanova — Zemfira Lətifə Əliyeva — falçı Tələt Rəhmanov — Tələt Əjdər Həmidov — Əjdər Mirzə Babayev — general Rövşən Məmmədov — Qreqo Saleh Sadıqov — sərnişin Nizami Mirsalayev — sürücü Nizami İsmayılov — kapitan köməkçisi Mamuka Kikaleyşvili (Mamuka Kikaleşvili kimi) — sərnişin Əli Məmmədov === Filmi səsləndirən === Yaşar Nuri — general (Mirzə Babayev) (titrlərdə yoxdur) == Mənbə == Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 816.
Girişmə, öldürər! (film, 1991)