Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Plotter
Plotter — (yun. γράφω) mürəkkəb sxemlərin, qrafiklərin, keyfiyyətli rəngli təsvirlərin kağız üzərinə böyük dəqiqlik və yüksək sürətlə çıxarılması üçün nəzərdə tutulmuş qurğudur. Ondan adətən konstruktor və layihə bürolarında, reklam işləri ilə məşğul olan təşkilatlarda istifadə olunur.
Aleks Koomber
Aleksandra "Aleks" Koomber (qızlıq soyadı: Hamilton; 28 dekabr 1973, Antverpen) — Birləşmiş Krallıqı təmsil edən skeletonçu. Aleks Koomber, Birləşmiş Krallıqı 2002-ci ildə baş tutan XIX Qış Olimpiya Oyunlarında təmsil edib və bürünc medal qazanıb. == Karyerası == Aleks Koomber, 2002-ci ildə Birləşmiş Krallıq yığmasının heyətində Birləşmiş Ştatların Solt Leyk Siti şəhərində baş tutan XIX Qış Olimpiya Oyunlarına qatıldı. Aleks Koomber, 1-ci gedişdə 52.48 saniyə, 2-ci gedişdə isə 52.89 saniyə nəticə göstərdi və yarışları 13 idmançı sırasında 3-cü yeri tutaraq bürünc medalla başa vurdu.
Elektrostatik plotter
Elektrostatik plotter – görüntünü kağız üzərində qələmlə cizgilər çəkmək yolu ilə deyil, nöqtəli rastr əsasında formalaşdıran plotter növü. Standart plotterlər məlum koordinatlar üzrə cizgilər çəkən vektor qurğular olsalar da, elektrostatik plotterlər görüntünü elektrostatik örtüklü kağıza köçürür (vurur). Bundan sonra, boyaq hissəcikləri vurulmuş nöqtələr özlərinə cəzb olunmaqla kağız boyaq maddəsində emal olunur və görüntünün yaranması başa çatır. Bu anlamda elektrostatik plotterlər funksional olaraq ənənəvi plotterlərdən daha çox lazerli printerlərə oxşayır. Elektrostatik plotterlər iri, mürəkkəb şəkilləri qələmli plotterlərdən təxminən 50 dəfə tez yarada bilir, buna görə də, onlar bahalıdır. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 253 s.
Eugenia plumbea
Eugenia plumbea (lat. Eugenia plumbea) — mərsinkimilər fəsiləsinin evgeniya cinsinə aid bitki növü.
Leucopternis plumbea
Cryptoleucopteryx plumbea (lat. Cryptoleucopteryx plumbea) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinin cryptoleucopteryx cinsinə aid heyvan növü.
Cryptoleucopteryx plumbea
Cryptoleucopteryx plumbea (lat. Cryptoleucopteryx plumbea) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinin cryptoleucopteryx cinsinə aid heyvan növü.
Qüstav Flober
Qüstav Flober (12 dekabr 1821[…], Ruan – 8 may 1880[…]) — ən yaxşı roman müəlliflərindən biri sayılan Fransa yazıçısıdır. 1857-ci ildə yazılmış ilk romanı "Madam Bovari" ilə daha çox tanınır. 1821-ci il 12 dekabrda cərrah ailəsində dünyaya gəmişdir. Kiçik yaşlarından əsərlər yazmağa başlamışdır. Doğma şəhərində təhsil almışdır. 1840-cı ildə Parisə getmiş və hüquq təhsili almışdır. Burada Viktor Hüqo ilə tanış olmuşdur. 1846-cı ildə Parisi tərk etmişdir. 1854-cü ildən doğma şəhərində anası ilə yaşamış və heç evlənməmişdir. Müxtəlif ölkələrə səyahət etmişdir.
Verner fon Blomberq
Verner Eduard Frits fon Blomberq (alm. Werner Eduard Fritz von Blomberg‎; 2 sentyabr 1878[…] – 14 mart 1946[…], Nürnberq, Almaniyanın Amerika tərəfindən ələ keçirilmiş ərazisi[d]) — alman sərkərdəsi, Üçüncü Reyxin general-feldmarşalı (1936), 1933-1938-ci illərdə müdafiə naziri.
Lomer Ahvlediani
Lomer Birzinoviç Axvlediani (gürc. ლომერ ახვლედიანი; 2 oktyabr 1934, Tiflis – 11 fevral 2022, Tbilisi) — sovet və gürcü kinooperatoru, Gürcüstan SSR Xalq artisti (1984), Şota Rustavelli adına Gürcüstan SSR Dövlət mükafatı (1979) və Lenin mükafatı (1986) laureatı.
Lomer Axvlediani
Lomer Birzinoviç Axvlediani (gürc. ლომერ ახვლედიანი; 2 oktyabr 1934, Tiflis – 11 fevral 2022, Tbilisi) — sovet və gürcü kinooperatoru, Gürcüstan SSR Xalq artisti (1984), Şota Rustavelli adına Gürcüstan SSR Dövlət mükafatı (1979) və Lenin mükafatı (1986) laureatı.
Plomb (stomatologiya)
Plomb — çürük nəticəsində zərər görmüş olan dişə normal funksiyalarını görünüşünü qazandırma üsuluyla edilən bir diş müalicəsidir. Diş plomb edilərkən, əvvəl çürümüş diş toxumasını diş üzərindən uzaqlaşdırır. Sonra diş çürüyü ilə təsirlənmiş sahəsi tənzimlənər və boşluq plomb vasitəsilə doldurularaq tamamlanır. Bakteriyaların təkrar girə bilmə ehtimalı olan boşluqları plomb ilə bağlayaraq çürüyün irəliləməsini də maneə törədilməyə çalışılır. Onlar iki geniş növə bölünür - birbaşa və dolayı. Məsələn, kök kanalının doldurulması diş pulpasının normal olaraq yerləşdiyi boşluğu doldurmaq üçün istifadə edilən bərpaedici üsuldur. Plomb üçün istifadə edilən vəsaitlər aşağıdakılardır: Qızıl Farfor Kompozit Qatran (diş rəngində plomb) Amalqama (civə, gümüş, mis, qalay və bəzən sink xəlitəsdə). Amalgam (gümüş) plomblar, aşınmağa qarşı müqavimətlidir və nisbətən daha ucuz bir plomb növüdür. Bununla birlikdə, tünd rənglərindən ötəri, farfor və ya digər kompozit bərpalara görə daha fərq edilər xüsusiyyətdədir və ümumiyyətlə ön dişlər kimi görünər bölgələr üçün uyğun deyil. Kompozit qatran - diş ilə eyni rəngdədir və bu səbəblə təbii görünüş istəndiyində istifadə edilər.
Gömbər
Gömbər (gür.: g.ə. გომბორი, l.ə. qombori) – Gürcüstan Respublikasının Kaxeti mxaresinin Saqareco bələdiyyəsinin inzibati-ərazi vahidində kənd. 2014-ci il siyahıyaalınmasına əsasən kənddə 50,5%-i gürcülərdən, 44,6%-i isə tatlardan ibarət olan 681 nəfər (334 nəfəri kişilər, 347 nəfəri qadınlar) əhali yaşayır.
Lövbər
Lövbər — gəmi, sualtı gəmi, mayak və ya suda olan hər hansı bir obyekti sabit saxlamaq üçün nəzərdə tutulmuş lövbər zənciri və lövbər dəstəyindən ibarət metal konstruksiya. Lövbərin effektivliyi saxlanma gücü əmsalı ilə qiymətləndirilir. Saxlanma gücü əmsalı lövbərin çəkisi ilə obyektin müqavimət gücü arasında nisbət ilə tapılır. Hərbi gəmilərdə lövbərin ölçüsü gəminin midelinin sahəsinə görə təyin edilir. Ticarət gəmilərində, lövbərin ölçüsü - gəminin əsas ölçüləri və ya gəminin tonnajı ilə lövbərin çəkisi arasındakı düz mütənasibliyi nəzərə almaqla təyin edilir. Sadə lövbərin konstruksiyasının əsası düz istiqamətdə uzanan metal dəstəkdir. Dəstəyin yuxarı hissəsində lövbərin zəncirə bərkidilməsi üçün qulp yerləşmişdir. Dəstəyin aşağı hissəsi qövsvari şəklində uzanmış oxlardan təşkil olunmuşdur. Ən alt hissə - trend adlanır. Vikianbarda Lövbər ilə əlaqəli mediafayllar var.
Lövbər effekti
Lövbər effekti (ing. Anchoring effect) — Qərarvermə prosesi zamanı fərdin əldə etdiyi ilkin informasiyanı rəhbər tutması halı. Bu vəziyyət ilkin məlumatın doğru olduğuna inanmaq, ya da sonraki məlumatları əvvəlki məlumata görə dəyərləndirməyə, müqayisə etməyə səbəb olur. == Lövbər effekti üçün nümunələr == Bu məhsulu başqa saytda 30 manata görmüşdüm, burda 20 manatadır. Bu, çox ucuzdu. Qonşumuz evini 100 minə sata bildisə, deməli, mən də sata bilərəm. Ailəmizdəki insanların ortalama ömür müddəti uzundur, deməli, mən də çox yaşayacam. Arıq olan dostlarım hər səhər qaçır, deməli, mən də hər səhər qaçmalıyam. Mən uşaq olanda anam məni saat 10-da yatırırdı, onda, mənim də uşağım saat 10-da yatmalıdır.
Ləmbər (Meşkinşəhr)
Ləmbər (fars. لمبر‎) — İranın Ərdəbil ostanının Meşkinşəhr şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 562 nəfər yaşayır (161 ailə).