Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Nuriel Rubini
Nuriel Rubini (ing. Nouriel Roubini, rus. Нуриэль Рубини 29 mart 1958-ci il, İstanbul) — amerikalı iqtisadçıdır, Nyu-York Universitetinin beynəlxalq iqtisadi münasibətlər üzrə professoru. Qlobal maliyyə problemlərində dünyadakı ən nüfuzlu mütəxəssislərdən biridir. Dünya maliyyə böhranını (2008-2012) proqnozlaşdıran , RGE Monitor şirkətinin prezidentidir. Ləqəbi Dr. Doom. İranlı yəhudilərin ailəsində anadan olub . İki yaşındaykən valideynləri ilə birlikdə Tehrana daha sonra isə İsrailə köçdülər. 1962-ci ildən 1983-cü ilə qədər Milanda yaşamış, Bokkoni Universitetində təhsil almışdır.
Margeret Lurie
Margeret Lurie (22 aprel 1999-cu ildə anadan olub) — İsraili təmsil edən qadın badmintonçu.
Uriel Yekutiel
Uriel Yekutiel (ivr. ‏אוריאל יקותיאל‏‎) — İsrail aktyoru, rəqqas və ifaçısı. Aktyor səhnə adı istifadə etmədən draq şoular təşkil edir. Feminin və maskulin obrazları özündə birləşdirən ilk İsrail aktyorudur. O, pariksiz və bığla makiyajlı obrazı ilə məşhurlaşmışdır. O, həm də Mizrahi üslublu partilərin aparıcısıdır. Uriel Yekutiel Tel-Əviv yaxınlığındakı Herzliya şəhərində dörd nəfərdən ibarət ailədə böyümüşdür. Anası 1990-cı ildə aktyorun iki yaşı olarkən sui-qəsd nəticəsində vəfat etmiş, atası isə təhlükəsizlik və silah mütəxəssisi kimi çalışmışdır. 2001-ci ildə on üç yaşında ikən Yekutiel ailəsi və dostlarına kaminq-aut etmişdir. On yeddi yaşı tamam olduqda Yarin Şahafın yanında makiyaj və qrim sənətini öyrənməyə başlamşdır.
Emil Frantişek Buriel
Emil Frantişek Burian (11.6.1904, Plzen – 9.8.1959, Praqa) — rejissor, bəstəkar, yazıçı, dramaturq. == Həyatı == Çexoslovakiyanın xalq artisti (1954). Ən görkəmli çex rejissorlarından biridir. 1926–29-cu illərdə bir çox avanqardist teatr truppalarında (o cümlədən Y. Honzl və Y. Freykanın yanında) aktyor, musiqiçi və bəstəkar kimi fəaliyyət göstərmişdir. 1927-ci ildə Praqa konservatoriyası nəzdində kompozisiya sinfi üzrə emalatxananı bitirmişdir. == Fəaliyyəti == Operaların, baletin, simfoniyaların, kinofilmlərə musiqinin, kamera-instrumental və s. əsərlərin müəllifidir. 1929-cu ildə dram teatrında rejissorluq fəaliyyətinə başlamışdır. 1933-cü ildə Praqada "D-34" teatrını yaratmış, orada rejissor, bəstəkar, dramaturq və səhnələşdirmələr müəllifi kimi çıxış etmişdir. Səhnənin arxasında və səhnə boyu çəkilmiş şəffaf parça üzərində diapozitivlərin və kinoplyonkaların eyni vaxtda, yaxud ardıcıl nümayişini təmin edən teatroqrafı icad etmişdir.