Onejskoye Pomorye Milli Parkı
Onejskoye Pomorye Milli Parkı (rus. Национальный парк Онежское Поморье) — Rusiyanın şimalında, Oneqa yarımadasında, Arxangelsk vilayətinin Onejsk və Primorsk rayonlarında yerləşən milli park. 26 fevral 2013-cü ildə qurulmuşdur. Milli parkda əl dəyməmiş meşələr və sahil relyefi mühafizə olunur. Parkın ümumi sahəsi 2 016,68 km2 təşkil edir.
Milli parkın yaradılmasına 1997-ci ildə başlanılmışdır, lakin sərhədlərinin təsdiq olunması 2002-ci ilə qədər davam etmişdir. 2013-cü ildə ərazi gələcək milli park üçün saxlanılmışdır. 22 dekabr 2011-ci ildə Rusiya hökuməti Oneqa yarımadasında milli parkın yaradılmasına qərar vermişdir. 26 fevral 2013-cü ildə milli park yaradılmışdır.
Milli park Oneqa yarımadasının böyük hissəsini və Ağ dənizə bitişik əraziləri əhatə edir.