Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Hostage
"Hostage" — amerikalı müğənni Billi Aylişin ilk mini-albomu "Don't Smile at Me"dən mahnı. Mahnının həmmüəllifi və prodüseri Finneas O'Konnelldir.
Phlomis portae
Phlomis fruticosa (lat. Phlomis fruticosa) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin bozaqgülü cinsinə aid bitki növü. == Sinonimləri == Phlomis angustifolia Mill., Gard. Dict. ed. 8: 2 (1768). Phlomis latifolia Mill., Gard. Dict. ed. 8: 3 (1768).
Potala sarayı
Potala sarayı — Çinin və Tibetin dünya əhəmiyyətli abidələrindən biri. == Tarixi == thumb|right|350px|Potala sarayı Xunşan qırmızı dağı Lxas şəhərinin şimal-qərbinə uzanır, orada möhtəşəm Potal sarayı yüksəlir. Tibet buddistlərinin ürəyində Xunşan, deyilənə görə, Bodisatva Quaninin həyat sürdüyü Putoşan dağından ayrılmazdır. Rəvayətə görə Potal sarayını Tufan çarı Srontszanqambo öz gələcək həyat yoldaşı – Tan şahzadəsi Vençen üçün 7-ci əsrdə tikdirmişdir. Xunşan dağının yamacı boyu ətəkdən zirvəyə qədər uzanaraq o, Tibet memarlığının 1000 tikilisini özündə birləşdirir. Tufan sülaləsinin süqutundan sonra hərbi hücumlar nəticəsində sarayın əksər zalları dağıdılmışdır, onların bərpasına 1645-ci ildə, Tsin hökumətinin dalay-lamanı Tibetin Beşinci hökmdarı təyin etməsindən sonra başlanmışdır. Onun xələfləri Potal sarayının genişləndirilməsi işlərini davam etdirmişlər və o, bizim günlərə gəlib çatan şəklini almışdır. Potal sarayı iki hissəyə bölünür – Poçjanqabo və Poçjanmabo. Şərqdə Poçjanqabo dalay-lamanın iqamətgahı rolunu oynayır, mərkəzdə Poçjanmabo buddist zallarını və matəm paqoda-həvənglərini özündə birləşdirir. Qərbdəki ağ evlərdə monaxlar və qulluqçular yaşayır.
To Potami
To Potami (yun. Το Ποτάμι) - Yunanıstanda fəaliyyət göstərən mərkəzçi, sosial liberal və sosial demokrat meyilli siyasi partiya.
Nami Otake
Nami Otake (d. 30 iyul 1974) — keçmiş Yaponiya qadın futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 46 oyun keçirib, 29 qol vurub.
Naoto Otake
Naoto Otake (d. 18 oktyabr 1968) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 1 oyun keçirib.
Cottage Medi-Clinic
Cottage Medi-Clinic – Namibiyanın Svakopmund şəhərində yerləşən özəl xəstəxana. 1984-cü ildə Rössinq kottec xəstəxanası kimi qurulmuşdur. Hazırda Medi-Clinic şirkətinə aiddir. Xəstəxananın 70 ədəd çarpayısı var.
Rober-Jozef Potye
Rober-Jozef Potye (fr. Robert-Joseph Pothier; 9 yanvar 1699[…], Orlean – 2 mart 1772[…], Orlean) — fransız hüquqşünası.
Handley Page
Handley Page Limited mərkəzi İngiltərə də yerləşən keçmiş təyyarə istehsalçısı idi. Şirkət 17 iyun 1909-cu ildə Frederick Handley Page tərəfindən təsis edilmiş və 1970-ci ildə ləğv edilmişdir.
Main Page
Page Rank
Page Rank, Google-un veb səhifələrə 0-dan 10-a qədər verdiyi dəyər şkalasıdır. Bu dəyər ümumi olaraq xüsusi bir məzmuna bağlantı və keçid verən səhifə keyfiyyətinə bağlıdır. Page Rank dəyəri saytınızın Google axtarış mühərrikində internet istifadəçiləri tərəfindən axtarış aparıldığında ilk 10 nəticənin daxilində olmasını təmin edir. Google axtarış mühərriki, Stendford Universitetində doktoranturanı müdafiə edən iki tələbə Larri Peyc və Sergey Brin tərəfindən 1998-ci ildə qurulduğu zaman axtarış nəticələrini patentli Page Rank texnikası üzərində inkişaf etdirdilər, buna görə də Page Rank patenti də Google-a deyil Stendford Universitetinə məxsusdur. Google Page Rank A səhifəsindən B səhifəsinə keçid olduğunda bunu qeyd edər. Eyni zamanda səhifənin haqqının yeyilməməsi üçün bəzi məzmun analizləri də edər. Page Rank yəni səhifə dəyəri saytın təbii quruluşuna və link məzmununa uyğun olaraq saytın dəyərinin bir göstəricisidir. Google, eyni zamanda spam məqsədli saytları Google ban ilə cəzalandırıb bütün indexlərini silərkən, yeni açılan saytlarında sürətli bir şəkildə axtarış nəticələrində yüksəlməsinə maneə törədən Google Sandbox sistemlərini də istifadə etməkdədir. Sandbox-a girən bir veb səhifə 3-6 ay boyunca nə qədər yaxşı olursa olsun, Google tərəfindən sınanır və müəyyən bir müddətin sonunda axtarış nəticələrində daha yaxşı bir yerə gətirilir. Google PageRank Google un istifadə etdiyi alqoritm nəticəsində saytınıza verdiyi qiymətdir.Bu qiymət bir sayta verildiyi kimi saytın səhifələrinə də verilir.Misal üçün: webmasterik.com/forum və ya http://www.webmasterik.com/google.html PageRank Google da axtarış zamanı saytınızın yerini müəyyən etmək üçün lazımdır.Misal üçün Google da “Azərbaycan“ yazaraq axtarış versək ilk olaraq qarşımıza azerbaijan.az saytı, ikinci yerdə isə tr.wikipedia.org/wikiAzerbaycan səhifəsi gələcək… azerbaijan.az ın PageRank dəyəri – 7 az.wikipedia.org/wiki/Azerbaycan səhifəsinin PageRank dəyəri isə – 5 dir.
page title
Patavə
Patavə — İranın Kohgiluyə və Boyer-Əhməd ostanının Dena şəhristanının Patavə bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 1,925 nəfər və 377 ailədən ibarət idi.
Page Up və Page Down klavişləri
Page Up və Page Down klavişləri (bəzən qısaca PgUp və PgDn) iki geniş yayılmış kompüter klaviaturalarıdır. Page Down klavişi (Page Down key) – müxtəlif proqramlarda müxtəlif funksiyaları yerinə yetirən, ancaq ən çox mətn prosessorlarında sənədi bir ekran səhifəsi qədər aşağı fırlatmaq üçün istifadə olunan klaviş. IBM PC (və onlarda münasib) klaviaturalarında Page Down klavişi rəqəm klaviaturasının “3” klavişi ilə birləşdirilib (PgDn kimi nişanlanıb) və Num Lock indikatoru sönəndə aktivləşir. Genişləndirilmiş klaviaturalarda və Apple’s Extended keyboard klaviaturasında daha bir Page Down klavişi var ki, o da əsas klaviatura ilə rəqəm klaviaturası arasındakı ayrıca redaktə klavişləri qrupunda yerləşir. Page Up klavişi (Page Up key)- klaviaturada klaviş; bu klaviş müxtəlif proqramlarda fərqli funksiyaları yerinə yetirir, ancaq çox zaman mətn redaktorlarında sənədi bir ekran səhifəsi qədər yuxarıya sürüşdürür. IBM PC (və onlarla münasibət) klaviaturalarında Page Up klavişi rəqəm klaviaturasının “9” klavişi ilə birləşdirilib (PgUp kimi işarələnib) və Num Lock indikatoru sönəndə işlək olur. Genişləndirilmiş klaviaturalarda və Apple’s Extended Keyboard klaviaturasında əsas və rəqəm klaviaturalarının arasında yerləşən qrupda daha bir Page Up klavişi var.
Otaq
Otaq — Evin və yaxud hər hansısa bir tikilinin daxilində yerləşən məkanlar. Otaqlar dincəlmək, işləmək, yatmaq və digər məqsədlər üçün istifadə edilməkdədir. Yaşayış binalarında yerləşən evlərdə adətən qonaq otağı, yataq otağı, uşaq otağı və hamam otağı olmaqla müxtəlif təyinatlı otaqlar olur.
Məryəmin otağı
Məryəmin otağı (ing. Mary's Room) — Frenk Ceksonun "Epifenomenal Qualia" (1982) əsərində təklif etdiyi və "Məryəmin bilmədiyi şeylər"də (1986) genişləndirilmiş idrak fəlsəfəsində düşüncə təcrübəsi. Bu təcrübə fizikalizmə, kainatdakı hadisələrin, o cümlədən zehninin sırf fiziki təbiətə malik olması fikrinə qarşı bir arqumentdir. == İlkin şərtləri == F. Ceksonun düşüncə təcrübəsi tamamilə yeni ideya deyildi, oxşar arqumentlər XVIII əsrin ortalarından etibarən ifadə edilmiş və müzakirə edilmişdir. Con Lokk əməliyyatdan sonra anadangəlmə kor olanlar tərəfindən əşyaların ilkin vizual qavranılmasının təbiəti haqqında sensasiyalı epistemologiya məsələsini qaldırdı ki, bu da təcrübə ilə təsdiqləndi. Beləliklə, Çarli Brod 1925-ci ildəki işində qeyri-məhdud riyazi və məntiqi qabiliyyətlərə malik olan və maddələrin atom quruluşunu birbaşa müşahidə edə biləcək bir baş mələk təsəvvür etməyi təklif etdi. Belə bir baş mələk hər hansı bir maddənin kimyəvi xassələrini proqnozlaşdıra bilərdi: məsələn, ammonyakın suda həll olunan rəngsiz qaz olduğunu proqnozlaşdıra bilərdi. Ancaq Broda görə, o, qoxusunun burundakı reseptorlara necə təsir edəcəyini və insan beynində hansı neyronların iştirak edəcəyini bilsə belə, insan üçün necə olacağını təxmin edə bilməyəcək. == Düşüncə eksperimenti == Təcrübə 1982-ci ildə The Philosophical Quarterly jurnalında "Epifenomenal Qualia" məqaləsində dərc edilmişdir. Bu məqalədə F. Cekson oxucunu alim, rəng tədqiqatçısı Məryəm ilə tanış etməyi təklif edir.
Otaqo yarımadası
Otaqo yarımadası (ing. Otago Peninsula) — Yeni Zelandiya sahillərində yerləşən yarımada. Yarımada Cənub adasının cənub-şərqində yerləşir. Təpəlikdən ibarət olan relyefə malikdir. Burada Pinqvinlər və Dəniz quşları məskən salmışdır. Megadyptes antipodeslərin şimal arealını təşkil edir. Okeanın daxilinə 20 km uzanır. Eni 1,5 – 9 km arasında dəyişir.
Oğul Otağı
Oğul otağı — Nanni Moretti tərəfindən 2001-ci ildə çəkilmiş film. Söhbət oğlunu itirən valideynin yaşadıqlarından gedir. Film 2001-ci ildə Kann Film Festivalında Qızıl Palma budağı qazanıb. Film "Empire" jurnalının 2008-ci ildə hazırladığı "Bütün zamanların ən yaxşı 500 filmi" siyahısına da daxil edilib.
Səhər otağı
Səhər otağı (ing. Drawing room) - İri ev və malikanələrdə çox vaxt mətbəxə yaxın olan otaq. Planlaşdırmada çalışırlar ki, səhər otağının geniş pəncərəsi olsun. Adətən qonaq otağına, yaxud nahar otağına əks tərəfdə olur ki, həm səhər, həm gündüzdən sonra otaqlardan azı birinə günəş işığı düşsün.
Çin otağı
Çin otağı arqumenti — ağıllı və insana bənzəyən proqramın kompüteri idarə etməsinə baxmayaraq proqram vasitəsilə işləyən kompüterdə "ağıl", "dərketmə " və ya "şüur" olması fikrini təkzib edir. Arqumenti ilk dəfə filosof Con Sörl 1980-ci ildə Behavioral and Brain Sciences jurnalında nəşr olunan "Ağıllar, Beyinlər və Proqramlar" adlı məqaləsində irəli sürüb. Sonrakı illərdə eksperiment geniş müzakirə edilmişdir. Arqumentin mərkəzi nöqtəsi Çin otağı kimi bilinən düşüncə eksperimentidir.
Fermanın otağı
Fermatın otağı - 2007-ci il psixoloji gərilim ispan filmi. Premyerası 7 oktyabr 2007-ci ildə Sitges Fim Festivalında olan film noyabrın 16-da İspaniya miqyasında nümayiş olundu. == Süjet == Özünü Fermat kimi təqdim edən kimliyi bilinməyən biri bir neçə riyaziyyatçını ölkənin ən yaxşı riyaziyyatçılarının qatıldığı konfransa dəvət edir. Amma dəvətə qoşulmaq üçün riyazi tapmacanı həll etmək lazımdır. Doğru həll yolunu tapdıqdan sonra hər biri məşhur riyaziyyatçı və ya filosofun adını ləqəb kimi alır, belə ki, onlara əsl adlarınından istifadə qadağandır. Hər birinə "ən böyük müəmma" üzərində işləmək üçün təkbaşına və cib telefonu olmadan müəyyən olunmuş vaxtda müəyyən olunan gəlmək tapşırılır. Təyin olunmuş vaxtda dörd nəfər çayın sahilində görüşür. Qalua ləqəbli ciddi gənc oğlan, Hilbert ləqəbli qoca kişi, Paskal ləqəbli üzünəinamlı gənc oğlan və Olivia ləqəbli cavan qadın. Qaranlıq çökəndə çayın o biri tərəfindəki maşın faraları yanıb-sönərək işarə verir. Riyaziyyatçılar qayıqla çayı keçib maşına çatdıqda avtomobildə GPS koordinatları və səyahət təlimatları olan PDA tapırlar.
Handley Page Halifax
Handley Page Halifax, Handley Page tərəfindən istehsal edilən İngiltərənin ağır bombardmançısıdır. Təyyarə ilk uçuşunu 25 oktyabr 1939-cu ildə etmişdir və 13 noyabr 1940-da xidmətə girmişdir. Ayrıca hava təcili yardımı, yük və sərnişin daşınması, dəniz patrulu kimi müttəfiq təyyarələrindən biri olaraq xidmət etmişdir.
Handley Page Hampden
Handley Page HP.52 Hampden, Handley Page tərəfindən istehsal edilən İngiltərənin orta bombardmançısıdır. Təyyarə 1930-cu illərdə Armstrong Whitworth Whitley və Vickers Wellington və ilə birlikdə hazırlanmışdır. İkinci Dünya Müharibəsinin əvvələrində istifadə olunmuşdur.
Handley Page Victor
Handley Page Victor (ing. Handley Page Victor) — Soyuq müharibə dövründə Handley Page Aircraft Company tərəfindən istehsal edilən reaktiv motorlu bombardman təyyarəsidir. V Bombarmançıları (V-Bombers) deyilən nüvə hücumuna qarşı daşındırıcı bombardman təyyarələrinin üçüncüsüdür. Digər iki V-Bombaçısı Avro Vulcan və Vickers Valiant'dır.
Page Down klavişi
Page Down klavişi (Page Down key) – müxtəlif proqramlarda müxtəlif funksiyaları yerinə yetirən, ancaq ən çox mətn prosessorlarında sənədi bir ekran səhifəsi qədər aşağı fırlatmaq üçün istifadə olunan klaviş. IBM PC (və onlarda uyumlu) klaviaturalarında Page Down klavişi rəqəm klaviaturasının “3” klavişi ilə birləşdirilib (PgDn kimi nişanlanıb) və Num Lock indikatoru sönəndə aktivləşir. Genişləndirilmiş klaviaturalarda və Apple’s Extended keyboard klaviaturasında daha bir Page Down klavişi var ki, o da əsas klaviatura ilə rəqəm klaviaturası arasındakı ayrıca redaktə klavişləri qrupunda yerləşir. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 625 s.
Page Up klavişi
Page Up klavişi (Page Up key)- klaviaturada klaviş; bu klaviş dürlü proqramlarda fərqli funksiyaları yerinə yetirir, ancaq çox zaman mətn redaktorlarında sənədi bir ekran səhifəsi qədər yuxarıya sürüşdürür. IBM PC (və onlarla uyarlı) klaviaturalarında Page Up klavişi rəqəm klaviaturasının “9” klavişi ilə birləşdirilib (PgUp kimi işarələnib) və Num Lock indikatoru sönəndə işlək olur. Genişləndirilmiş klaviaturalarda və Apple’s Extended Keyboard klaviaturasındaəsas və rəqəm klaviaturalarının arasında yerləşən qrupda daha bir Page Up klavişi var. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 627 s.
Otaq (dəqiqləşdirmə)
Otaq
Otaq (roman)
Otaq — irland əsilli kanadalı yazıçı Emma Donoghue tərəfindən 2010-cu ildə yazılmış romandır. Hekayə anası ilə birlikdə kiçik bir otaqda əsirlikdə saxlanılan beş yaşlı Cek haqqında danışılır. == Məzmun == Cek anası ilə birlikdə kiçik mətbəx, vanna otağı, qarderob, çarpayı və televizordan ibarət təhlükəsiz bir otaqlı köməkçi binada olan "Otaq"da yaşayırlar. Cek yalnız otaq və onun içindəki əşyaların "real" olduğuna inanır. O böyüyür həyatı dərk etməyə başlayır. Onun sualları artdıqca çarəsizlik halqası da daralır və otaqdan çıxmağın yolları axtarır.
Otaq milçəyi
Otaq milçəyi (lat. Musca domestica) — əsl milçəklər fəsiləsinə aid cücü növü. Geniş yayılmış sinantrop orqanizm olan bu növə təbiətdə vəhşi halda demək olar ki, rast gəlinmir. Əsasən gündüz həyatı keçirir. Otaq milçəyinin vətəni Mərkəzi Asiya çölləri olsa da, hazırda bütün qitə və təbii zonalarda insanların məskunlaşdığı kənd və şəhərlərində yayılıb.
Otaq temperaturu
Danışıq dilində, otaq temperaturu insanların çoxunun qapalı şərait üçün üstünlük verdiyi bir sıra hava istiliyidir. Tipik qapalı paltar geyindikdə insana rahatlıq hissi verir. İnsan rahatlığı rütubətdən, hava sirkulyasiyasından və digər amillərdən asılı olaraq bu diapazondan kənara çıxa bilər. Qida və ya içkilər otaq temperaturunda verilə bilər, yəni nə qızdırılır, nə də soyudulur. Elm və mühəndislik kimi müəyyən sahələrdə və müəyyən bir kontekstdə otaq temperaturu fərqli razılaşdırılmış diapazonlar mənasını verə bilər. Bunun əksinə olaraq, ətraf mühitin temperaturu hər hansı bir xüsusi yerdə havanın (və ya digər mühitin və ətrafın) termometrlə ölçülən faktiki temperaturudur. Ətraf mühitin temperaturu (məsələn, qışda isidilməmiş otaq) ideal otaq temperaturundan çox fərqli ola bilər. == Rahatlıq temperaturları == İngilis dilinin Amerika İrs Lüğəti otaq temperaturunu 20–22 °C (68–72 °F) arasında müəyyən edir, isə Oksford İngilis Lüğətində qeyd edilir ki, "şərti olaraq təxminən 20 °C (68 °F) kimi qəbul edilir." İdeal otaq temperaturu yerə və mədəniyyətə görə dəyişə bilər; Nigeriya tədqiqatları 26–28 °C (79–82 °F) arasında rahat bir temperatur aralığını göstərir, rahat sərin 24–26 °C (75–79 °F) və rahat isti 28–30 °C (82–86 °F). Rütubət və (ehtimal) geyim dəyişikliklərinə görə yay və qış üçün tövsiyələr dəyişə bilər; yay üçün təklif olunan tipik diapazon 23–25.5 °C (73–78 °F) dir, qış üçün isə 20–23.5 °C (68–74 °F). Bəzi tədqiqatlar göstərir ki, kişi və qadınların istilik komfortu üstünlükləri əhəmiyyətli dərəcədə fərqlənə bilər, qadınlar isə orta hesabla daha yüksək ətraf temperaturlarına üstünlük verirlər.Yaxın keçmişdə evdə temperaturun komfort səviyyəsindən aşağı saxlanılması adi hal idi; 1978-ci ildə İngiltərədə aparılan bir araşdırma, evdə orta temperaturun 15.8 °C (60.4 °F) olduğunu tapdı 1980-ci ildə Yaponiyada orta ev temperaturu 13 °C (55 °F) idi 15 °C (59 °F) ə qədər.
Qırmızı otaq
Kırmızı Oda — Onur Güvenatam tərəfindən istehsal olunan, Deniz Gürlek və Melek Seven tərəfindən yazılmış psixoloji dram türk serialıdır. Gülseren Budaıcıoğlunun 2004-cü ildə nəşr olunan "Medalyonun içi" kitabından uyğunlaşdırılan serial 4 sentyabr 2020-ci il tarixində TV8-də yayımlanmağa başladı. 2 mövsümdən ibarət olan serial 18 fevral 2022-ci ildə yayımlanan 61-ci bölümlə sona çatdı. Kırmızı Oda serialında aktyor heyəti hər bölüm dəyişsə də; Binnur Kaya bütün epizodlarda yeganə baş rol ifaçısıdır. Serialın digər baş rol ifaçıları Meriç Aral 22, Tülin Özen və Burak Sevinç 30 bölüm serialda rol aldıqdan sonra layihədən ayrılıb. Kırmızı Oda işinə, aktyorluğuna və serialın personajlarının psixoloq və psixiatr olmasına görə sıx müzakirə olunub. Serial insanların travması, kədəri və şəxsiyyət pozğunluqlarından bəhs etdiyi üçün Netflixdə yayımlanan "Bir Başkadır" və TRT 1-də yayımlanan "Masumlar Apartmanı" ilə müqayisə edilib. İstanbulda yaşayan Doktor Manolya Xanım (Binnur Kaya) ilə Manolya Psixiatriya Klinikasında çalışan işçiləri və onların xəstələrinin əsl hekayələrindən bəhs edən serial 2020-ci ilin ən populyar və ən çox izlənilən dram seriallarından birinə çevrilib. == İstehsal == === Mövzu === Kırmızı Oda 2004-cü ildə yayımlanan Gülseren Budaıcıoğlunun "Medalyonun içi" kitabından uyğunlaşdırılmış serialdır. Serialda İstanbulda psixiatriya klinikasının sahibi, psixiatr Həkim Xanım və digər psixiatrlara müraciət edən xəstələrin hekayələrindən bəhs edilir.
Cucumis melo var. vaughans-original-osage
Yemiş (lat. Cucumis melo) — bitkilər aləminin balqabaqçiçəklilər dəstəsinin balqabaqkimilər fəsiləsinin xiyar cinsinə aid bitki növü. == Qısa morfoloji təsviri == Qovun qarpıza nisbətən daha çox istisevən bitkidir və quruluşuna görə qarpızdan fərqlənir. Bunun toxumları içərisi boş olan toxum kamerasında yerləşir. Əsasən Orta Asiya respublikalarında və Zaqafqaziya respublikalarında becərilir. Tərkibində şəkərin miqdarı 5-17%-ə çatır. 20 mq% C, 1,2 mq% A, 0,5 mq% B1, 0,3 mq% B2, 0,6 mq% PP vitaminləri vardır. Mineral maddələrdən ən çox rast gələni dəmirdir ki, bunun da miqdarı 2,5 mq%-ə bərabərdir. Qarpızdan fərqli olaraq saxlanılarkən yetişə bilir. Qovunların təsərrüfat-botaniki sortları biri-digərindən meyvəsinin ölçüsünə və kütləsinə, qabığının rənginə və bərkliyinə, ətli hissəsinin konsistensiyası və rənginə, dad və ətrinə, yetişmə müddətinə və saxlanılmasına görə fərqlənirlər.