Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Jak Prever
Jak Prever (fr. Jacques Prévert; 4 fevral 1900, Neyi-sür-Sen — aprel 1977, Omonvil-la-Petit, Manş) — fransız şair və dramaturq. == Həyatı == Jak Prever 1900-cü ildə Fransada anadan olub. Gənclik illərində bir müddət sürrealist şairlərlə yoldaşlıq etsədə o təbii, anlaşılan, populyar şer dilini üstün tutub. Güclü heysiyyat sahibi olan bu nəğməkar şair müxtəlif jurnallarda dərc olunmuş şerlərini toplayaraq 1946-cı ildə iki şer kitabı, “Sözlər” və “Əhvalatlar” adlı kitab- larını nəşr etdirib. Dərin və sadə, zərif hisslər və xoş ovqatla yoğrulmuş şerləri Jak Preverə böyük rəğbət qazandırıb və şöhrət gətirib. O eyni zamanda film senariləri də yazıb (“Qəribə əhvalat” — 1937; “Dumanlı sahil”—1945). Daha sonra isə Jak Preverin şerlər kitabları, 1957-ci ildə “Tamaşa”, 1966-cı ildə “Fatras”, 1972-ci ildə “Əşyalar və başqaları”, 1980-ci ildə isə “Gecə günəşi” əsərləri çap olunub. Jak Prever sözün əsl mə’nasında nəğməkar şair idi. O, İv Montan, Jülyer Qreko, Sert Reyqani, Jak qardaşları kimi müğənnilərin mahnılarının mətnlərinin müəllifidir.
Peter Kremer
Peter Kremer (18 fevral 1958) — alman aktyor.
Plener
Plener (fr. plein air – açıq hava) — boyakarlıqda günəş işığı və atmosferin təsiri ilə əmələ gələn rəng dəyişikliklərinin tabloda verilməsini ifadə edən termin. Plener boyakarlığı naturanı bilavasitə öyrənmək və onun real simasını daha tam əks etdirmək məqsədilə rəssamların emalatxanadan kənarda, açıq havada işləmələri ilə əlaqədar meydana gəlmişdir. Renessans dövrü rəssamları gümüşü-boz rəng çalarlarından istifadə edərək tablolarında işıq-hava mühitini ustalıqla vermişlər. Ancaq plener prinsiplərinin geniş yayılması XIX əsrin 1-ci yarısına təsadüf edir. Plener prinsipləri XIX əsrin ortalarında Barbizon məktəbinə mənsub rəssamların, eləcə də K.Koronun, əsrin 2-ci yarısında isə impressionizm nümayəndələri K.Mone, K.Pissarro, O.Renuar və başqalarının yaradıcılığında əksini tapmışdır. Rusiyada İlya Repin, Surikov, Levitan, Azərbaycanda isə Səttar Bəhlulzadə və başqaları bir sıra əsərlərini plenerdə yaratmışlar. == Şəkillər == == Ədəbiyyat == ASE, VII cild, Bakı, 1983. səh. 559.
Prefekt
Pretorianlar — Qədim Romada inzibati bölgü vahidi olan prefekturaya nəzarət edən şəxs. Pretorianlar Avqustun (e.ə. I əsrin sonu) dövründən Misiri, sonralar bütün əyalətləri idarə edir, habelə məhkəmə və əlahiddə idarə işlərini yerinə yetirirdi.
Pretor
Pretor (lat. praetor, lat. prae-ire — irəlidə getmək, idarə etmək) — Qədim Romada dövlət vəzifəsi. Tarixi dövrlərdən asılı olaraq bu vəzifənin məzmunu və funksiyası müxtəlif olmuşdur. İlkin respublika dövründə iki ali magistrat — konsul və diktator pretor adlandırılırdı. E.ə. 367 ci ildə Litsini-Seksti qanunlarına görə ali dövlət vəzifəsi konsul, ondan sonrakı ikinci dərəcəli vəzifə pretor adlandırılırdı və onun əsas səlahiyyətlərinə ancaq vətəndaşların işlərinə baxan şəhər məhkəməsi daxil idi. Konsul olmadıqda ali hakimiyyət onun səlahiyyətinə keçmiş olurdu. E.ə. 242 ci ildən başlayaraq iki pretor seçilməyə başlanılır:Roma vətəndaşları arasındakı məhkəmə işlərinə rəhbərlik üçün, şəhər pretoru (lat.
Peker
Pekər, Peker — ad, soyad.
Reper
Rep — repçi tərəfindən ifa edilən danışılan və ya oxunan qafiyələşmiş lirikadır. == Tarixi == "Rep" musiqisi 1970-ci illərdə Amerikada yaranmışdır. Ağdərililər tərəfindən qəbul edilməyən bu musiqi növü sıxışdırılıraq tənqid olunurdu. O vaxtın musiqi mütəxəssisləri repin zəncilərin öz içlərində böyüyüb elə öz içlərində də məhv olacağını söyləyirdilər. Lakin bütün bunlara baxmayaraq, qısa bir zaman çərçivəsində rep bütün Avropada yayılmağa başladı.
Peter
Peter — ad. Peter Bartşi — İsveçrəli keçmiş üzgüçü. Peter Pokornı — Avstriya Birinci Liqa təmsilçilərindən olan Liferinq klubunda yarımmüdafiəçi Peter Qutyan — Slovakiyalı üzgüçü. Peter Stormare — isveçli aktrisa. Peter Farmer — Britaniyanın səhnə tərtibatçısı, teatr rəssamı və kitab illüstrisayıçısı. Peter Şmeyxel — Danimarkalı qapıçı.
Alfred Kreber
Аlfrеd Luis Krеbеr (11 iyun 1876[…] – 5 oktyabr 1960[…], Paris) — Amerikalı antropoloq. == Həyatı == Alfred Kreber XX əsrin, Amerikanin böyük antropoloqlarindan biridir. O, 1876-cı ildə alman mühaciri ailəsində anadan olmuşdur. 1896-cı ildə Kolumbiya kollecində (Columbia College) ingilis dilindən bakalavr təhsili alib,1897-ci ildə isə incəsənət üzrə magistr təhsili alib.Ömrünün çoxunu Kaliforniya universitetində çalişib.Antropologiya üzrə professor rütbəsinəcən yüksəlib, Antropologiya muzeyinin direktoru olmuşdur. Doktorluq müdafiəsi isə 1901-ci ildə olub. Elmi rəhbəri Frans Boas idi. Onun müdafiə etdiyi disertasiya Amerikadakı hindular olan "arapaho" tayfalarından bəhs edir. Bu da Kaliforniya universitetində ilk işdir. Alfred Kreber antropologiya ilə o eyni vaxtda arxeologiya ilə də dərindən maraqlanib.Meksikada,Peruda buna aid çoxlu qazıntılar aparib. Öz tələbələri ilə birlikdə hinduların mədəniyyəti haqqında bir çox dəlillər əldə edib.
Arno Breker
Arno Breker (ing. Arno Breker; 19 iyul 1900[…] – 13 fevral 1991[…], Düsseldorf) — alman heykəltaraşı, qrafik və memar. Faşist Almaniyasında ictimai əsərləri ilə tanınan ən yaxşı alman memarı və heykəltaraş idi. == Həyatı == Heykəltəraş olan qardaşı Hansla (1906–93) birlikdə atasından (daşyonan) dərs almış, sonra Düsseldorf Rəssamlıq Akademiyasında (1920–25) oxumuşdur. 1927–33-cü illərdə Parisdə işləmişdir; yaradıcılığına O. Rodenin təsiri olmuş, K. Brınkuşi, E.A. Burdel, A. Mayol, J. Kokto və b. ilə dostluq etmişdir. 1933-cü ildə İtaliyada olmuş, antik heykəltaraşlığı və Mikelancelo yaradıcılığını öyrənmişdir. V.K. Rentgen (Remşaydda, 1930) və H. Heynenin (eskiz 1932, 1982-ci ildə Düsseldorfda qoyulmuşdur) abidələrinin müəllifidir. == Fəaliyyəti == 1936-cı ildə Berlində Olimpiya stadionu üçün heykəllər işləmişdir. Breker Üçüncü reyx incəsənətinin əsas fiqurlarından olmuşdur.
Don Keefer
Donald H. "Don" Keefer (18.8.1916, Highspire, Pennsilvaniya, ABŞ) — aktyor.
Fren Dreşer
Frensin Coy Dreşer (ing. Francine Joy Drescher; 30 sentyabr 1957, Flaşinq[d], Nyu-York ştatı) — ABŞ aktrisası və yazıçısı. 1993-cü ildə "The Nanny" serialında rol aldı. Fren Fayn rolu ilə 2 dəfə Emmi mükafatına və bir dəfə Qızıl qlobusa namizəd göstərildi.
Gerhard Şreder
Gerhard Frits Kurt Şröder (alm. Gerhard Fritz Kurt Schröder; 7 aprel 1944) - alman siyasətçisi, vəkil. 1998-2005-ci illərdə Almaniyanın federal kansleri.
Kamilla Pfeffer
Kamilla Pfeffer (d. 24 yanvar 1993) — Almaniyanı təmsil edən bədii gimnast. Kamilla Pfeffer 2012-ci ildə Almaniyanı XXX Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Kamilla Pfeffer 2016-cı ildə Almaniya bayrağı altında Birləşmiş Krallığın London şəhərində XXX Yay Olimpiya Oyunlarına qatıldı. O, qrup yarışlarında кomanda yoldaşları Mira Bimperlinq, Yudit Hauser, Nikola Müller, Katrin Pul və Sara Radman ilə birgə təsnifat mərhələsində 49.650 xal topladı və 10-cu yeri tutaraq mübarizəni dayandırdı.
Kremer burnu
Kremer burnu (norv. Kræmerpynten) — Belı adasında yerləşən, Şpitsbergen arxipelaqının və Norveçin ucqar şərq nöqtəsini təkil edir. Burun adı Valdemar Hilbert Kramerin (norv. Waldemar Hilbert Kræmer, 1884—1947) şərəfinə verilmişdir. O, 1925-ci ildə bu regionun dəniz dibini ölçmüşdür.
Peeter Syuda
Peeter Syuda (30 yanvar 1883 — 3 avqust 1920) — Estoniya bəstəkarı, orqan çalan, pedaqoq. Orqan musiqisi sahəsində gördüyü işlərlə məşhurdur. == Bioqrafiyası == Peeter Syuda fermer ailəsində anadan olmuşdur. Valideynləri çox dinə bağlı insanlar idi və musiqiylə maraqlanırdılar. Beş yaşı olsrkən Peeter Syuda orqan aləti məşğul olmağa başladı. Musiqi dərslərini ona yerli kister verirdi. 1902-ci ildən 1911-ci ilə qədər Syuda Sankt-Peterburq konservatoriyasında orqan aləti üzrə oxumağa başlamışdır. Əvvəlcə Lui Qomiliusdan (1845 — 1908), Jak Xandjindən (1886 — 1955) təhsil almışdır. 1909-cu ildən başlayaraq o həmçinin Rusiya professorları olan Anatoli Lyadovun və Aleksandr Qlazunovun əsərlərini çalmağa başlamışdır.. Sankt-Peterburqda Syuda Estoniya bəstəkarı olan Mart Saar (1882 — 1963) ilə tanış olmuşdur.
Peeter Vyaxi
Peeter Vəhi (18 may 1955)—eston bəstəkarı. == Həyatı == Peeter Vəhi Estoniya konservatoriyasını bitirmiş, müstəqil bəstəkar və prodüser kimi işləmişdir. Hazırda ERP-nin (Estonian Record Productions), habelə beynəlxalq musiqi festivallarının bədii rəhbəridir. O, Estoniya Bəstəkarlar İttifaqının İdarə Heyətinin üzvü, Mədəniyyət Fondu Şurasının və Estoniya Buddizm İnstitutu Şurasının üzvü, Akademik Şərq Cəmiyyətinin tamhüquqlu üzvüdür. Peeter Vəhi əsərlərində ekzotik musiqi alətlərindən və elektron vasitələrdən bacarıqla istifadə edir. Onun ən məşhur əsərləri bunlardır: "Mary Magdalene Gospel", "In the Mystical Land of Kaydara", “To His Highness Salvador D”, “Mystical Uniting”, “Pastoral of Computerized World”. Estoniyalı bəstəkar Şərq musiqisinə onda necə maraq oyanması barədə sualın cavabında bildirmişdir ki, hər şey onun Tibet, Himalay və Qafqaz dağlarına səfərlərindən başlanmışdır. P. Vəhi deyir: “Bu səfərlər zamanı mən Şərqin əsrarəngiz ab-havasını hiss etdim, unudulmaz Şərq musiqisi mənim yaradıcılığımda silinməz izlər qoydu”. Həqiqətən bu səfərlərdən sonra bəstəkar hind və tibet musiqisi ilə maraqlanmağa, tibet və yapon dillərində, habelə sanskrit dilində mətnlərə musiqi bəstələməyə başlamışdır. Peeter Vəhi 1992-ci ildən indiyə kimi, “Oriyent” Şərq mədəniyyəti festivalının bədii rəhbəridir.
Predel burnu
Predel burnu (bolq. нос Предел, ‘Nos Predel’ \'nos pre-'del\) — Antarktidanın Palmera arxipelaqının Anvers adası sahillərindən şimal-qərbdə yerləşən burundur. Burun Fourniye körfəzindən qərbdə yerləşmişdir. Resus buzlağından şimalda, Tamuris buzlağından cənubda yerləşmişdir.Burun cənub-qərbi Bolqarıstanda yerləşən Rila və Pirin dağlarındakı Predel yəhərinin adını daşıyır. == Yerləşməsi == Dralfa burnundan 10.72 km cənub-qərbdə, Andruys burnundan 15.03 km cənub-qərbdə, Studena burnundan 3.77 km şimal-qərbdə yerləşmişdir. Alman-Biritaniya xəritəsinə 1996-cı ildə daxil edilmişdir. == Xəritə == British Antarctic Territory. Scale 1:200000 topographic map. DOS 610 Series, Sheet W 64 60. Directorate of Overseas Surveys, UK, 1978.
Preşern günü
Preşern günü (sloven. Prešernov dan) və ya Sloveniya Mədəniyyət bayramı (sloven. Prešernov dan, slovenski kulturni praznik) — fevral ayının 8-də qeyd olunan Sloveniya dövlət bayramı. Bayram böyük Sloveniya şairi Franse Preşernin 8 fevral 1849-cu ildəki vəfatının ildönümündə keçirilir. Bayram 1945-ci ildə slovenlərin milli şüurlarının artdığı vaxtda təqdim olunmuşdur. 1991-ci ildə 8 fevral istirahət günü elan edildi. Fevral ayının 7-də bayram ərəfəsində mədəniyyət və incəsənət sahəsində mühüm nailiyyətlərə görə Preşern mükafatı mərasimi keçirilir. == Tarixi == 8 fevral İkinci Dünya Müharibəsi dövründə əlamətdar tarixə çevrilməyə başlamışdır, belə ki o vaxtlar 7 fevral Ümumslavyn Birliyi Günü kimi qeyd olunurdu. 8 fevralın Sloveniya mədəniyyət bayramı elan olunması təklifini, Sloveniya Azadlıq Cəbhəsinin mədəniyyət işçisi Boqomil Gerlants tərəfindən 1945-ci ilin yanvar ayında Çrnomel şəhərində irəli sürülmüşdür. Sloveniya Milli Azadlıq Şurası Rəyasət Heyətinin 1 fevral 1945-ci il qərarı ilə 8 fevral Mədəniyyət bayramı elan olundu.
Pyeter Yakobson
Pyeter Yakobson (1854-1899) — eston şair, tərcüməçi. Mirzə Şəfi Vazehin şeirlərini eston dilinə tərcümə edən ilk şəxs. Pyeter Yakobson Mirzə Şəfi Vazehin poeziyasına xüsusi həvəs göstərmişdir. O, Mirzə Şəfi Vazehin beş şeirini eston dilinə tərcümə edərək, onları 1885-ci ildə çapdan buraxdığı "Şeirlər" kitabına daxil etmişdir. Həmin şeirləri eston şairi Fridrix Bodenştedtin 1875-ci ildə alman dilində çap etdirdiyi "Mirzə Şəfinin nəğmələri"... kitabından götürərək tərcümə etmişdir. P. Yakobsen bu şeirləri eston dilinə tərcümə edərkən sərbəstlik göstərmiş, bəzən hətta şeirlərin ahəngini və formasını dəyişərək onları eston xalq mahnıları ruhunda səsləndirməyə cəhd göstərmişdir. == Mənbə == Vaqif Arzumanlı, "Ürəklər qovuşanda", Bakı, "Yazıçı", 1990, səh.
Sertab Erener
Sərtab Ərənər (d. 4 dekabr, 1964) — Türk pop müğənnisi, 2003-cü ildəki Avroviziya Mahnı Müsabiqəsinin qalibi. == Albomları == Sakin Ol!
Qidon Kremer
Qidon Kremer (d. 27 fevral 1947) — məşhur skripka ifaçısı. Qidon Kremer P.İ.Çaykovski adına Beynəlxalq musiqi müsabiqəsinin, habelə "Qremmi" mükafatlarının laureatıdır.
Referi (futbol)
Hakim və ya Referi (ing. Referee sözündən) — futbolda oyun zamanı qaydalara riayət olunmasına nəzarət edən məsul şəxs. Hakim həm kişi, həm qadın ola bilər. O, oyunla bağlı bütün məsələlərdə son qərarverici orqandır, və meydanda yeganə şəxsdi ki, oyunu başlamaq, dəyandırmaq, bitirmək və oyun zamanı futbolçulara qarşı intizam tədbirləri tətbiq etmək səlahiyyətləri var. Hakimin əlavə 2 köməkçisi olur, onlar müəyyən vəziyyətlərdə (topun meydandan çıxdığı zaman, hakimin baş vermiş hadisədən uzaqda olanda və s.) hakimə məsləhət verə bilərlər, lakin köməkçi hakimlərin qərarları həlledici deyil, və əsas hakim köməkçilərinin məsləhətlərini dinləmiyib, öz bildiyi kimi qərar verə bilər. Həmçinin yüksək səviyyəli turnirlərdə hakimin 4 köməkçisi ola bilər, dördüncü hakim komandaların texniki sahələrinə nəzarət edir və inzibati vəzifələrdə əsas hakimə köməklik edir. Hakimlərin böyük əksəriyyəti həvəskarlardı, halbuki onlara adətən öz xidmətlərinə görə müəyyən pul miqdarı ödənilir. Lakin bəzi ölkələrdə məhdud sayda hakimlər, hansılar ki ölkəsinin ən yüksək liqalarında hakimlik edirlər, milli assosiasiyalara işləyirlər və üstəgəl hər mövsümün startında və oyununun toplanışından qonorar alırlar. Hakimlər FİFA-nın üzvü olan eyni milli təşkilatlar tərəfindən lisenziya və təlim alırlar. Hər bir milli təşkilat "FİFA Beynəlxalq Dərəcəli Referi Siyahısına" daxil edilməsi üçün FİFA-ya ölkəsinin ən yaxşı hakimlərini tövsiyə edir.
İsa Kremer
İzabella Yakovlevna Kremer (daha çox İsa Kremer kimi tanınır, 21 oktyabr 1887, Belsı, Bessarabiya quberniyası[d] – 7 iyul 1956, Kordova) — müğənni, opera və operetta sənətçisi. == Bioqrafiya == Kremer, 1882-ci il 8 oktyabrda Belsı şəhərində, Yankel Leyboviç Kremer Və Hana Moşkovna Kremerin ailəsində doğulmuşdur. Erkən yaşlarından İzabella musiqi qabiliyyətini ortaya çıxardı. Yəhudi dilində ilk mahnını anasının ağzından beşikdə eşitmişdir. Beş yaşında, o, yəhudi toy musiqisi ilə maraqlanırdı və gəncliyində öz xalqının yoxsulluğu haqqında şeirlər yazırdı. Otuz ildən sonra İsa Kremer səhnədə Yəhudi dilində mahnı oxuyan ilk müğənni oldu.Ailə çətinliyinə baxmayaraq, valideynləri qızının musiqi sahəsində inkişafına xüsusi yanaşırdılar. 1912-ci ildən başlayaraq iki il müddətində Milanda məşhur müəllim Luidji Ronzidən ifa dərsi alır, kiçik teatrlarda çıxış edir və sonra vətəninə qayıdır. O, Puççininin "Boheme " operasında debüt etmək üçün Odessa şəhərinə dəvət olunur. Odessa, Sankt-Peterburq, Moskva – hər yerdə böyük uğurlar qazanır. O, iştirak etdiyi operettalara "Dilənçi tələbə", "İdeal Arvad", "Nəhayət Bir", "Polşa Qanı" daxil idi.
İzabella Kremer
İzabella Yakovlevna Kremer (daha çox İsa Kremer kimi tanınır, 21 oktyabr 1887, Belsı, Bessarabiya quberniyası[d] – 7 iyul 1956, Kordova) — müğənni, opera və operetta sənətçisi. == Bioqrafiya == Kremer, 1882-ci il 8 oktyabrda Belsı şəhərində, Yankel Leyboviç Kremer Və Hana Moşkovna Kremerin ailəsində doğulmuşdur. Erkən yaşlarından İzabella musiqi qabiliyyətini ortaya çıxardı. Yəhudi dilində ilk mahnını anasının ağzından beşikdə eşitmişdir. Beş yaşında, o, yəhudi toy musiqisi ilə maraqlanırdı və gəncliyində öz xalqının yoxsulluğu haqqında şeirlər yazırdı. Otuz ildən sonra İsa Kremer səhnədə Yəhudi dilində mahnı oxuyan ilk müğənni oldu.Ailə çətinliyinə baxmayaraq, valideynləri qızının musiqi sahəsində inkişafına xüsusi yanaşırdılar. 1912-ci ildən başlayaraq iki il müddətində Milanda məşhur müəllim Luidji Ronzidən ifa dərsi alır, kiçik teatrlarda çıxış edir və sonra vətəninə qayıdır. O, Puççininin "Boheme " operasında debüt etmək üçün Odessa şəhərinə dəvət olunur. Odessa, Sankt-Peterburq, Moskva – hər yerdə böyük uğurlar qazanır. O, iştirak etdiyi operettalara "Dilənçi tələbə", "İdeal Arvad", "Nəhayət Bir", "Polşa Qanı" daxil idi.
Pərəsər
Pərəsər — İranın Gilan ostanında yerləşən şəhər. == Əhalisi == Pərəsər əhalisinin çoxluğunu Azərbaycanlılar və Talışlar təşkil edir. Burada yaşayan etnik Talışlar əsasən islamın sünni-şafei qoluna etiqad edirlər; Azərbaycanlılar isə əsasən şiə-cəfəri inanclıdır.
Cəfər
Cəfər — Kişi adı.
Pekər
Pekər, Peker — ad, soyad.
Səfər
Səfər — Hicri təqviminin 2-ci ayı. == Tarixi günlər == Səfərin 7-si İmam Kazımin doğum günü Safərin 9-u Əlinin Nəhrivan döyuşündə qələbə ilə başa vurduğu gün. Səfərin 13-ü İmam Hüseynin qızı Səkinənin vəfatı günü. Səfərin 17-si 8-ci imam Əli ibn Musanın şəhadət günü Səfərin 20-si — Ərbəin günü (Aşura günündən sonra 40-cı gün) Səfərin 28-i Məhəmməd peyğəmbər (s) və İmam Həsənin vəfatı günü.