Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Kodi Prior
Kodi Prior (28 oktyabr 1999-cu ildə anadan olub) — Liqa Bir təmsilçilərindən olan Donkaster Rovers klubunda yarımmüdafiəçi kimi çıxış edən peşəkar İrlandiya futbolçusudur. == Klub karyerası == === Donkaster Rovers === Prior Donkaster Rovers akademiyası vasitəsilə inkişaf etmişdir. O, peşəkar karyerasında debütünü 3 oktyabr 2017-ci ildə Sanderlend U-21 klubuna qarşı oyunda etmişdir. O, 62-ci dəqiqədə Niall Meysonu əvəz etmişdir. Futbol Liqası Trofeyi görüşündə Donkaster rəqibinə 1-0 hesabı ilə qalib gəlmişdir. 2018-ci ilin iyun ayında Prior klub ilə ilk peşəkar müqaviləsini imzalamışdır.
Prioritet
Prioritet (lat. piror - birinci, böyük) — hər hansı fəaliyyət həyata keçirilməsində vaxt etibari ilə birincilik; müəyyən bir sahədə üstünlük təşkil edən; kəşfdə, ixtirada, hər hansı bir ideyanın qısa ifadəsində zaman etibarilə ilkin olan, hər hansı bir şeyə üstün haqqı olmaq. R. Əliquliyev, S. Şükürlü, S. Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Bakı, İnformasiya Texnologiyaları, 2009, 201 s.
Sion Prioratı
2001-ci ildə İtaliyalı fotoqraf Barbara Freyl Vatikanın gizli arxivindən tarixi sənədlər tapdı. Bu sənədlər 1308-ci ilə aid idi və papa V Klement və Tampilyerlərin böyük ustadı Jak De Molay haqqında idi. Sənəd Fransanın Sion şəhərində Berenger Frodoli tərəfindən yazılmışdı. Sion Prioratı 1099-ci ildə Fransa kralı Qodfrua de Buyon tərəfindən yaradılmışdır və 1308-ci ildə Tampilyerlər ordeninin süqutundan sonra fəallaşmışdı. Sion Prioratının əsas vəzifəsi San Qrili tapmaq və onu qorumaqdan ibarət idi. Prioratın üzvləri müasir zamanadək gəlib çıxmışlar. Ustadlar hər beş nəfərdən ibarət idi. Onlardan biri böyük ustad hesab olunurdu. Hesab olunur ki, 2003-cü ildə Priorat ləğv olunmuşdur. Sənədlərin yeri isə hələ də məlum deyil.
Brior
Brior (fr. Briord) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Lyui kantonuna daxildir. Kommunanın dairəsi — Belle. INSEE kodu — 01064. == Əhalisi == 2010-ci ildə əhalinin sayı 893 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2010-cu ildə 587 nəfər əmək qabiliyyətli insanlar arasında (15-64 yaş) 457 nəfər İqtisadi cəhətdən fəal, 130 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi - 77.9%, 1999-cu ildə 74.9%). 457 fəal sakindən 411 nəfər (221 kişi və 190 qadın) işləyir, 46 nəfər işsizdir (17 kişi və 29 qadın). 130 hərəkətsiz 36 nəfər arasında şagird və ya tələbə, 40 nəfər təqaüdçü, 54 digər səbəblərə görə hərəkətsizdir.
Prion xəstəlikləri
Prionlar (ing. proteinaceous infectious particle — yoluxucu zülalvari hissəcik) – İnsan və heyvanların ali nümayəndələrində mərkəzi sinir sistemində ağır xəstəliklərə səbəb olan, tərkibində nuklein turşuları olmayan zülalların xüsusi sinfi. Prionlar sahibin normal zülalının dəyişmiş formasıdır. 1982-ci ildə amerikalı molekulyar bioloq, Stenli Prussner tibbin və biologiyanın inkşafının yeni mərhələsini qoydu. O, yeni tip infeksiyon agent, prionları kəşf etdi. Bu təkcə molekulyar biologiyanın nailiyyəti deyildi, həm də tibbin inkişafında yeni bir era idi. Prinsipial olaraq digər infeksiyon xəstəliklərdən baş verməsinə və səbəbinə görə fərqlənən yeni tip xəstəlik aşkar olunmuşdu. Həkim praktikasında prion xəstəlikləri haqqında məlumatlı olmaq və onlari digər somatik sinir və əzələ sistemi xəstəliklərindən ayırmaq üçün differensial-diaqnostikanı bilmək cox vacibdir. Bunun üçün prion xəstəliklərini makroskopik və mikroskopik səviyyədə öyrənmək, xəstəliyin inkşafını, səbəbini, orqanizm üçün ağırlaşmalarını bilmək lazımdır: Morfoloji cəhətdən prion xəstəliklərini virus xəstəliklərindən ayırmaq Transmissiv Süngərvari Ensefalopatiyanin morfogenezini Transmissiv Süngərvari Miopatiyanın morfogenezini İnsanda ağırlaşmanı və ölümün səbəbini Prionlar submikroskopik infeksion hissəcik olub heç bir genetik materialı yoxdur (DNT və RNT). Prionları bütün mikroorqanizmlərdən: viruslar, bakteriyalar, göbələklərdən fərqləndirən əsas cəhət də budur.
Seryer-de-Brior
Seryer-de-Brior (fr. Serrières-de-Briord) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Lyui kantonuna daxildir. Kommunanın dairəsi — Belle. INSEE kodu — 01403. Kommuna Paris şəhərinin 420 km cənub-şərqində, Lion şəhərindən 50 km şərqdə və Burk-an-Bres şəhərindən 50 km cənub-şərqdə yerləşir. 2010-ci ildə əhalinin sayı 1174 nəfər təşkil edirdi. 2010-cu ildə əmək qabiliyyətli 695 nəfər arasında (15-64 yaş arasında) 535 nəfər iqtisadi cəhətdən fəal, 160 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici - 77.0%, 1999-cu ildə bu 69.8%). Aktiv 535 sakindən 474 nəfər (259 kişi və 215 qadın) işləyir, 61 nəfər işsizdir (34 kişi və 27 qadın).
Apriori
Apriori (lat. a priori ) – Təcrübədən asılı olmayan, amma təcrübəylə canlandırılabilən, şüuruna varıla bilən bilik. Apriori bilik təcrübəsindən kənarda qalan biliyin doğru qəbul edilməsidir. Hər cürə təcrübədən əvvəl, yalnız ağıla əsaslanaraq qəbul olunan, əvvəlcədən mənimsənilən, qanunlardan çıxarılan sırf teorik anlamda qəbul edilə bilən. İdealist fəlsəfədə termin, aposterioridən fərqli olaraq təcrübədən əvvəl və təcrübədən asılı olmadan əldə edilən və başlanğıc şüura xas biliyi ifadə edir.
Brioş
Brioş - keksə bənzəyən yüngül, şirin fransız çörəyi. Yüksək miqdarda yumurta və kərə yağı ehtiva edir. İstehsalı mayalama və gözlətmə əməliyyatları təxminən 1.5 gün çəkir. == Tarixi == Fransız dilində yazılı mənbələrdə bu sözünün ən erkən nümunəsi 1404-cü ilə aiddir.
Driop
Driop və ya Driops (q.yun. Δρύοψ; mənası – "palıdabənzər") — yunan mifologiyasında personaj. O, bir versiyaya görə, Sperxi və Polorin oğludur. Başqa bir versiyaya görə, Driop Apollon ilə Dianın oğludur. Bir versiyada onun Heraklın sevimlisi olduğu bildirilir. Driop Eta vilayətində hökmranlıq etmişdir. O, Driopanın atasıdır. Driop Parnas yaxınlığında yaşayan driopların əcdadı. Driopun ziyarətgahı Asində yerləşirdi.
Period
Period — bir tam rəqsə sərf olunan zamandır. Düsturla ifadəsi belədir: T = 1 f {\displaystyle T={\frac {1}{f}}} T = t N {\displaystyle T={\frac {t}{N}}} burada T - period, t - zaman, N - rəqslər sayı, f isə tezlikdir.
Piora
Piora (lat. Piora) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi.
Pirop
Pirop — mineral, piralspit seriyasından qranat Mg3Al2[SiO4]3. Pirop - saf pirop təbiətdə rast gəlmir. Pirop adətən 40 mol. %-ə qədər almandin komponenti, 10-20 mol. %-dək qrossulyar komponentinin qarışığı olur. Spessartin komponentinin miq­­darı 2 mol. %-dən çox olmur. Rəngi çəhrayı-qırmızı, bənövşəyidən qarayadək; n=1,705-1,760. X.ç. 3,58-3,75, a=11,543-11,580 A°.
Piroq
Piroq Türk mətbəxiın ənənəvi ləzzətlərindəndir. Osmanlı dövründə məşhur olan piroq balkan ölkələrində də məşhurdur. Piroq təməl maddəsi kövrəkdir. İstəyə görə kövrəknın içinə pendir, qıyma, ispanaq ya da daha dəyişik tərəvəzlər qoyularaq hazırlanar. Türkiyə:Börek Yunanıstan: Burékki (μπουρέκι) ya da Píta (πίτα) Albaniya: Byrek ya da Boureg Bolqarıstan: Banisa (Çuşka Byurek. Ayrıca ağ pendirlə doldurulmuş bibər [Çuşka].) Bosniya və Herseqovina: içində nə tapıldığına əlaqəli olaraq adı fərqlidir: Burek- ət, kartof və soğan. Bundavera- balqabaqlı, Zeljanica- ispanaqlı, Krompiruša- kartoflu Sirnica- pendirli.
Ponor
Pretor
Pretor (lat. praetor, lat. prae-ire — irəlidə getmək, idarə etmək) — Qədim Romada dövlət vəzifəsi. Tarixi dövrlərdən asılı olaraq bu vəzifənin məzmunu və funksiyası müxtəlif olmuşdur. İlkin respublika dövründə iki ali magistrat — konsul və diktator pretor adlandırılırdı. E.ə. 367-ci ildə Litsini-Seksti qanunlarına görə ali dövlət vəzifəsi konsul, ondan sonrakı ikinci dərəcəli vəzifə pretor adlandırılırdı və onun əsas səlahiyyətlərinə ancaq vətəndaşların işlərinə baxan şəhər məhkəməsi daxil idi. Konsul olmadıqda ali hakimiyyət onun səlahiyyətinə keçmiş olurdu. E.ə. 242-ci ildən başlayaraq iki pretor seçilməyə başlanılır:Roma vətəndaşları arasındakı məhkəmə işlərinə rəhbərlik üçün, şəhər pretoru (lat.
Priap
Priap (yun. Πρίαπος; lat. Priapus) yunan mifologiyasında bolluq, bərəkət, artım (nəsiltörətmə) tanrısı, sürünün, arıların, balıqların və meyvələrin qoruyucusu, Dionisin Afroditadan olan oğlu; Dionisin nimfadan olan oğlu. Roma mifologiyasında o, əcaib, həddən ziyadə inkişaf etmiş, daimi ereksiyalı cinsiyyət üzvünə malik bir kişi cildində təsvir olunur. Qədim Misir mifologiyasında onun oxşarı bolluq, bərəkət tanrısı Osirisdir. Afrodita onu Lampsak yaxınlığında Abarnida adlanan yerdə dünyaya gətirmiş, lakin onun bu ədəbsiz görkəmini görcək dərhal ondan imtina etmişdir. Hans Herter: Priapos. In: Der Kleine Pauly (KlP). Band 4, Stuttgart 1972, Sp. 1130–1131.
Priedor
Priedor (bosn. Prijedor, serb. Приједор / Prijedor, xorv. Prijedor) — Bosniya və Herseqovinanda yerləşən şəhər. Şəhər Serb Respublikasının şimal hissəsində (eyni adlı icmaın və bölgəsinin mərkəzi kimi), Sana çayının sahilində yerləşir. 14 dekabr 1995-ci ildə Deyton sazişinin imzalanmasından sonra Priedor Serb Respublikasının bir hissəsi olur. İkinci Dünya müharibəsi zamanı Müstəqil Xorvatiya Respublikasının Sana-Luki bölgəsinə daxil olur. Priedor bələdiyyəsinin tərkibindəki Pridor şəhəri Bosniya və Herseqovinanın şimal-qərb hissəsində, Sana və Qomyenika çaylarının sahilində və Kozara dağının cənub-qərb təpələrində yerləşir. Bələdiyyənin sahəsi 833 kvadrat kilometrdir (322 kvadrat mil). Şəhər dəniz səviyyəsindən 133 metr (436 fut) yüksəklikdə yerləşir.
Prins
Prins Rocers Nelson (ing. Prince Rogers Nelson; 7 iyun 1958 – 21 aprel 2016) — ABŞ müğənnisi və mahnı yazarıdır. Daha çox eklektik sənət nümunələri və geniş vokal imkanları ilə məşhur olmuşdur. 21 aprel 2016-cı ilə Minnestodakı evində ölü tapılıb. Onun ölümünə səbəb zökəm tutulması idi. Xanımı isə onun narkotik maddələrdən öldüyünü güman edir. Prince, "Rolling Stone" jurnalının təşkil etdiyi Bütün Zamanların Ən Yaxşı 100 Sənətçisi siyahısında iyirmi yeddinci sırada yer almışdır.
Priva
Priva (lat. Priva) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin minaçiçəyikimilər fəsiləsinə aid bitki cinsi.
Prixod
Prixod (yun. παροικία ( yun. παρά — "yaxın" və yun. οἶκος — "ev") — xristianlıqda aşağı kilsə təşkilatı və bu təşkilat üzvülərinin yaşadığı yer, məhəllə. Rusca-azərbaycanca lüğət (Azərbaycan Sovet Ensiklopediyasının baş redaksiyası), II cild, Bakı, 1991. Səh. 644 (Приход, приходский).
Prius
Toyota Prius — dünyanın ilk seriyalı istehsal olunan hibrid avtomobilidir. 2005-ci ildə Avropada ilin avtomobili seçilmişdir. Ölçüsü, təchizatı və qiymətinə müvafiq orta sinif avtomobil qəbul edilir. Gələcəyin motor texnologiyası olaraq görülən hibrid sistemində benzinli və ya dizel bir motor ilə elektrik motoru eynizamanlı çalışır. Toyota, 1997-ci ildən indiyə qədər dünyada 613300 hibrid avtomobil satışı həyata keçirib. Prius satışları Avropada əhəmiyyətli ölçüdə bir artım göstərərək 2004-cü ildə 8136 ədəddən 2005-ci ildə 18886 ədədə çatmışdır.
Priam
Priam (lat. Priamus, q.yun. Πρίαμος) — altıncı və sonuncu Troya padşahı, Laomedont və Strimonun oğlu. Ümumilikdə o, 40 il hakimiyyətdə olmuşdur. Priamın adı "ilk", "ən yaxşı" mənasını verən het-luvimənşəli bir epitetdir. Skepsisli Demetrinin dediyinə görə, onun sərvəti Abidos yaxınlığındakı Astirax qızıl mədənlərindən gəlirdi.
Prinos
Şümşə (lat. Ilex) — bitkilər aləminin aquifoliales dəstəsinin aquifoliaceae fəsiləsinə aid bitki cinsi.
E.Pritz.
Ernst Georq Pritzel (alm. Ernst Georg Pritzel‎ və ya alm. Ernst Pritzel‎; 15 may 1875 – 6 aprel 1946, Berlin) — Almaniya botaniki, pedaqoqu və müəllim.. == Şərəfinə adlandırılmış taksonlar == Pritzeliella Henn. bitki cinsi; Aşağıdakı bitki növləri: Podotheca pritzelii Acacia pritzeliana C.A.Gardner == Əsərləri == Fragmenta Phytographiae Australiae Occidentalis (Bot. Jahrb. 35, 662 pp. 1905). Südwest-Australien (Fischer, Jena, 1933). Wälder in Nordost-Queensland (Fischer, Jena, 1934).
Kurnik piroq
Kurnik-Rus mətbəxinin piroq çeşidlərindən olun, piroqların şahı hesab edilir. == Haqqında == Əsasən, toyuq, xoruz, ördək, qoyun əti, mal əti, qoz və kartofdan hazırlanır.Onu əsasən bayramlarda, tədbirlərdə milli yemək kimi təqdim edirlər.Toy kurniklərini iri ölçüdə hazırlayırdılar. Əsasən toylarda iki kurnik hazırlayırlar ki, biri gəlin üçün, biri isə bəy üçün. Piroqu gəlin və bəyin başının üstündə fırlayırdılar. Tökülən dənli bitkilər cütlüklər üçün var-dövlət hesab edilir. == Hazırlanması == Kurniki çox vaxt toyuqdan hazırlayırlar. Digər dillərdə kurniki kazaki adlandırırlar.Onu hazırlayan zaman laylı xəmir, və şəkərli xəmirdən istifadə edirlər. Bəzən hazır içlikdən istifadə edərək blinçiklər hazırlayırlar. Onun içərisinə sıyıq da əlavə edirlər. Sıyıqların növləri isə yulaflı, qarabaşaqlı ola bilər.
Krios (titan)
Krios, Kriy (yun. Κρεῖος) – yunan mifologiyasında titan Uran və Geyanın oğlu, Pontun qızı Evribiyanın əri, Pallant, Astrey və Persin atası. Titanomaxiyadan sonra Zevs tərəfindən Tartara göndərilmişdir. == İstinadlar == == Mənbə == Греческая Мифология, Катерина Серви, EKDOTİKE ATHENON, Афины 2007 ISBN 960-213-378-3, ISBN 978-960-213-378-1 Софиа Сули, Греческая Мифология, Издателство Михалис Тубис А.О., 1995 ISBN 960-540-118-5 Panaghiotis Christou, Katharini Papastamatis, Griechische Mythologie, 2008 ISBN 978-88-476-2283-8 Paul Mazon, introduction à la Théogonie d’Hésiode, Les Belles Lettres, coll.
Laurens Prins
Laurens Prins (nid. Laurens Prins, ing. Lawrence Prince; təx. 1630, Amsterdam, Niderland – fevral 1717, Karib adaları) — Niderland əsilli Böyük Britaniya bukanyeri və zabiti. O, Henri Morqan rəhbərliyində gəmi zabiti, Con Morris rəhbərliyində isə dəniz qulduru olaraq fəaliyyət göstərmişdir. == Bioqrafiya == İspaniya mənbələrinə əsasən, Laurens Prins 1630-cu illərdə Amsterdam şəhərində anadan olmuş bir hollandiyalıdır. O, 1650-ci ilin axırlarında Karib adalarına gəlib çıxmışdır. 1659-cu ildə Con Morris və and Robert Sirl daxil olmaqla, kommodor Kristofer Minqsin on günlük səfərində qarət etdiyi ispan mükafatını satın alan dörd nəfərdən biri idi. 1670-ci ildə Port-Royal limanında Henri Morqanın qüvvələrinə qoşulmazdan əvvəl, Prins gəmisi ilə Rio-Maqdalenaya getmiş və regionun 240 kilometr (150 mil) daxilində yerləşən Santa-Krus-de-Mompos qəsəbəsini yağmalamağa çalışmışdır. Prinsin qüvvələri yeni tikilən ada qalasından gələn top atəşinə məruz qaldığından, onlar geri çəkilməyə məcbur olmuşdur.
II Qriqor
II Qriqor Sənəkərim (doğum tarixi bilinmir - 1166) — 1096 - 1103 və ya 1105 – ci ildən 1166 - cı ilə kimi hakimiyyətdə olmuş Sünik knyazı. == Bioqrafiya == II Qriqor taxtda atası Sənəkərimi əvəz etmişdi. Onun hakimiyyəti əsasən Cənubi Sünik ərazisini – Balk havarını (Qafan) əhatə edirdi. Onun hakimiyyəti dövründə Sünik knyazlığı xeyli zəifləmiş, Gəncədəki Səlcuqlu əmiri bir neçə Sünik qalasını ələ keçirmişdi. Kişi varisi olmadığına görə, (qardaşı 1166-cı ildə Səlcuqlu əmiri ilə döyüşdə öldürülmüşdü) ölümündən sonra taxta qızı Kət və Xaçın zadəganlarından olan Vaxtanq-Həsənin oğlu Həsən Hərəkərəçi keçmişdi.
I Qriqor
I Qriqor Aşotyan (doğum tarixi naməlum — 1072 və ya 1084) – Sünik knyazlığının 1044/51 – 1072/84 – cü illərdə hakimiyyətdə olmuş dördüncü knyazı. == Bioqrafiya == I Qriqor taxtda qardaşı II Smbatı əvəz etmiş, Loru hakimi ilə münasibətləri gücləndirmişdi. 1046 – cı ildə Sünik knyazı I Qriqor və Loru hakimi Torpaqsız Davidin orduları öz ərazilərini genişləndirməyə çalışan Şəddadilər sülaləsindən olan Dəbil hakimi Əbüləsvara qarşı döyüşmüşlər. Səlcuqluların Cənubi Qafqaza yürüşü zamanı I Qriqor Sünikin bütün hərbi qüvvəsini öz idarəsi altında birləşdirmişdi. Lakin Alp Arslanın ordusu ilə müqayisədə zəif orduya malik olduğunu görən I Qriqor Süniki dağıntılardan xilas etmək üçün Səlcuqlulardan vassal asılılığını qəbul etməyə məcbur oldu. Varisi olmadığına görə I Qriqordan sonra taxta Xaçın zadəgan sülalələrindən olan arvadının böyük qardaşı Sənəkərim keçmişdi.