Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Proteza
Proteza — Azərbaycan dilinin əlamətdar xüsusiyyətlərindən biri budur ki, söz daxilində saitlər, sözün başında və sonunda isə samitlər yanaşı gəlməz. Buna görə də qrammatik dəyişmədə və alınma sözlərdə səs yanaşmaları olduqda yanaşı həmcins səsləri bitişdirmək üçün müəyyən səs əlavə olunur. Beləliklə də, dilin fonetik sistemində səsartımı adlanan hadisə yaranır. Səsartımı hadisəsi məqamına və vasitəsinə görə 2 cür formalaşır: Müxtəlif məqamda yanaşı düşən saitləri bitişdirmək üçün vasitəçi halında saitlər arasına müəyyən samit əlavə olunur. Samitartımı iki cürdür: Yazıda sabitləşən, yazıda sabitləşməyən. Yazıda sabitləşən samitartımı əsasən saitlə bitən sözə saitlə başlanan şəkilçinin bitişdirilməsi üçün istifadə olunan səsartımıdır. Yazıda sabitləşmiş samitartımı qanununun formalaşmasında, əsasən, üç bitişdirici samitdən istifadə olunur. N:aşağıdakı məqamlarda işlənir: 1)Saitlə bitən sözlərə təsirlik və yiyəlik hal şəkilçiləri bitişdiriləndə: ata-n-ı, ata-n-ın, güzgü-n-ü, güz-gü-n-ün və s. 2)Üçüncü şəxs mənsubiyyət şəkilçisi qəbul etmiş sözlərə hal şəkilçiləri bitişdiriləndə: onun qardaşı-n-a onun qardaşı-n-ı və s. 3)Bu, o əvəzliklərinə hər cür şəkilçi bitişdirildikdə: bu-n-a, o-n-a, bu-n-dan, o-n-da və s.
Trocaza
Göyərçin (lat. Columba) — göyərçinlər fəsiləsinə aid heyvan cinsi. Orta böyüklükdə, kiçik başlı, qısa boyunlu və qısa qıçlı quşlardır. Dimdikləri qısa, zəif quruluşlu, ucu yüngülcə aşağı əyilmişdir. Qanadları orta uzunluqdadır. Olduqca iti uçma qabiliyyətinə malikdirlər. Ayaqları yaxşı inkişaf etmişdir və arxa barmaq yerə dəyir. Meyvələr, dənəli və ya tumlu toxumlarla qidalanırlar. Ağ Göyərçinlər sülhü və saflığı simvolizə edir. Böyük göyərçinlərə "pigeon", daha kiçik göyərçinlərə isə "dove" deyilir.
Banksia prolata
Dryandra longifolia (lat. Dryandra longifolia) — bitkilər aləminin proteyaçiçəklilər dəstəsinin proteyakimilər fəsiləsinin dryandra cinsinə aid bitki növü.