Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Projektor
Projektor (fr. projecteur, latın dilindən projectus "irəliyə atılmış") — kiçik lampaların işığını daxildəki kişik bucaqlardan yığaraq paylayan və işıq axınını lazım olan bucağa yönəldən işıq cihazı. İlk projektorun işləmə sxemi Leonardo da Vinçi tərəfindən Atlantik kodeksdə göstərilib. Прожектор Arxivləşdirilib 2014-08-29 at the Wayback Machine Карякин Н. А. Световые приборы прожекторного и проекторного типов, М.: 1966. Трембач В. В. Световые приборы, М.: 1972.
Projektor əməliyyatı
Projektor əməliyyatı — Mukti-baxinidəki banqladeşlilərin üsyan ordusuna, Pakistanın Silahlı Qüvvələrinin gözlənilməz hücümün kod adıdır. Döyüşlər, Pakistan ordusunun əsgərlərinin əyalətin dinc əhaliyə qarşı amansız zülmü ilə seçilirdi. 25 mart 1971-ci ilin gecəsində Pakistan ordusunun genişmiqyaslı hücümü başladı. Əməliyyatı başlamaq ideyası bir neçə generala məxsus idi, onlar bu qərarla Şərqi Pakistandakı kütləvi nümayişlərə (hansılarki 21 fevral 1971-ci ildən bitmək bilmirdi) son qoymaq istəyirdilər. Bu hərbi aksiya ilk öncə əyalətin sülh camaatına qarşı yönəlmişdi, onun məqsədi imkan daxilində böyük sayda üsyançıları məhv etməkdir, bu digər sağ qalanları qorxutmaq üçün edilirdi. Əməliyyatın planı 1971-ci ilin mart ayında qeneral-mayor Hadim Hüseyn Reza və Rao Fərman Əli tərəfindən tərtib olunmuşdur. Yuxarı vəzifəli Pakistan zabitləri (əyalətin qubernatoru Səhəbzadə Yaqub-Xan və vitse-qubernator Səid Məhəmməd Əhsən) Şərqi Pakistandakı qırğında iştirak etməkdən imtina etdilər və öz vəzifələrindən çıxarırdılar. Onların əvəzinə Pakistan prezidenti Yaxyan Xan qeneral-leytenant Tikku Xanı Şərqi Pakistan əyalətinin qubernatoru təyin etdi. Pakistan generallığı qeydə aldıki, benqal zabitləri və hərbiləşmiş hissələrin əsgərləri çox gümanki, əməliyyatın əvvəlində üsyan qaldıracaqlar. Bunun nəticəsini zəiflətmək üçün prezident Yəhya Xanın ziyarəti zaman bütün silahlı benqal formalaşmaların silahsızlaşması təklif olundu,bura polislər də daxil idi.
Fəxrəddin Məmmədov (prorektor)
Fəxrəddin Məmmədov (8 sentyabr 1950 - 15 oktyabr 2021) — Gəncə Dövlət Universitetinin tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor, texniki elmlər üzrə fəlsəfə doktoru, dosent. == Həyatı == Fəxrəddin Məmmədov 1950-ci ildə anadan olub. === Təhsili === 1967–1973-cü illərdə Bakı Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsində riyaziyyatçı, riyaziyyat müəllimi ixtisasında təhsil almışdır. == Fəaliyyəti == 1973-cü ildən Azərbaycan EA-nın Riyaziyyat və Mexanika Elmi Tədqiqat İnstitutunda kiçik elmi işçi, 1977-ci ildən Zaq. DMSS-də hesablama mərkəzində riyaziyyatçı mühəndis, 1980-ci ildən AKTA-nın (ADAU) hesablama mərkəzində riyaziyyatçı-proqramlaşdırıcı işləyib. 1990-cı ildə namizədlik dissertasiyası müdafiə edərək texniki elmlər namizədi elmi dərəcəsi almışdır. 1990-cı ildən isə AKTA-nın Ali riyaziyyat kafedrasında asistent, 2001-ci ildən dosent vəzifəsində çalışıb. 2002-ci ildən Gəncə Dövlət Universitetinin İnformatika kafedrasında dosent işləyib. 2007-ci ildən Riyaziyyat-informatika fakültəsində tədris işləri üzrə dekan müavini, 2011-ci ildən dekan işləyib. 8 aprel 2014-cü ildən Gəncə Dövlət Universitetinin Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor vəzifəsinə təyin olunmuşdur.